İRS • Azərbaycan
2.97K subscribers
1.4K photos
206 videos
45 files
427 links
Download Telegram
Azərbaycan respublikasının 1918-ci ildə Paris sülh konfransında qəbul olunan ərazi və sərhədləri.

#azerbaycan_tarixi
#map
@irs_azerbaijan

#Qarabağ
#Zəngəzur
Xocalı soyqırımından 5 gün əvvəl.
#azerbaycan_tarixi
#Qarabağ

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü.
Hüseynağa Sadıqov, Andrey Kozrev və Raffi Hovanisyan
Görüşün sonunda blokdanın aradan qaldırılması, humanitar yardım və atəşkəs barədə birgə bəyanat verilib.
21 Fevral 1992-ci il

(C) The Los Angeles Times
-------------------
@irs_azerbaijan
Gəncəbasara həsr olunmuş məşhur «Северный Арцах» («Quzey Arsax») kitabının müəllifi erməni araşdırıcısı Samvel Karapetyan haqqında az insan bilir. Nə qədər boş və gülməli səslənsə də, əsər diqqətə layiqdir. Karapetyan hələ Sovet dövründə yüzlərcə material yığıb və şəkil çəkmişdi, hətta heç yerdə adları çəkilməyən Azərbaycan kəndləri haqqında belə daha çox bilgi vermişdir. Araşdırıcı vaxtında yetərincə məşhur idi və onunla öz söhbətini Tom de Vaal «Black Garden» kitabında təqdim edir:

«Buna baxmayaraq o, öyrənmək istəyirdi ki, sülh razılaşması olarsa, erməni tərəfini nə gözləyə bilər. Mən cavab verdim ki, bu halda ermənilər Dağlıq Qarabağ ətrafında ən azı altı işğal olunmuş rayonu geri qaytarmalı və ora yüz minlərlə azərbaycanlı qaçqınların qayıtması ilə razılaşmalı olacaqlar. "Hətta Kəlbəcəri də?" - Samvel xəbər aldı. Mən başımla işarə etdim. "Bu mümkün deyil!" - o, bildirdi. O, müharibədə iştirak etməmişdi. Lakin 1993-cü ildə Kəlbəcər rayonu "azad ediləndən" sonra, o, tamamilə boşaldılmış rayona gedib, yüzlərlə erməni qəbirləri, kilsələri və fraqmentlər tapmışdı. Onun fikrincə, bunlar erməni incəsənətinin tarixi varidatıdır və ermənilərdə qalmalıdır.

Lakin tarix bu günümüzə hansı iddia irəli sürə bilər? Son yüz il ərzində heç bir erməninin yaşamadığı Kəlbəcəri "erməni" rayonu adlandırmaq nə dərəcədə düzgündür? Mən Samvelə dedim ki, əlli min azərbaycanlı və kürdlərin qovulduğu Kəlbəcəri "azad edilmiş" ərazi adlandırılması ilə razılaşa bilmərəm və bildirdim ki, bütün bu insanların doğulduqları evlərdə yaşamaq haqqı var. Lakin Samvel üçün tarix zəmanəmizdən daha üstün idi. Bu insanlar onun üçün "türklər" və işğalçılar idi. O, danışır ki, Azərbaycana avtobusla səyahət etdiyi vaxtlarda gec-tez oturacağım başqasına verirdi. "Hər bir türk və ya azərbaycanlı bir parça torpaq istəyir: "Yaşamaq üçün bir tikə torpaq verin!" Bir neçə ildən sonra məlum olur ki, sənin yalnız balaca sahən qalıb, bütün torpaqlar isə ondadır"».

Təəsüf ki, Karapetyan 27 fevral 2020-ci ildə vəfat edərək Azərbaycanın Kəlbəcəri və Qarabağın qalan hissəsini necə azad etdiyini görmədi.

#qarabağ

@irs_azerbaijan