İRS • Azərbaycan
2.97K subscribers
1.4K photos
206 videos
45 files
427 links
Download Telegram
Gəncəbasara həsr olunmuş məşhur «Северный Арцах» («Quzey Arsax») kitabının müəllifi erməni araşdırıcısı Samvel Karapetyan haqqında az insan bilir. Nə qədər boş və gülməli səslənsə də, əsər diqqətə layiqdir. Karapetyan hələ Sovet dövründə yüzlərcə material yığıb və şəkil çəkmişdi, hətta heç yerdə adları çəkilməyən Azərbaycan kəndləri haqqında belə daha çox bilgi vermişdir. Araşdırıcı vaxtında yetərincə məşhur idi və onunla öz söhbətini Tom de Vaal «Black Garden» kitabında təqdim edir:

«Buna baxmayaraq o, öyrənmək istəyirdi ki, sülh razılaşması olarsa, erməni tərəfini nə gözləyə bilər. Mən cavab verdim ki, bu halda ermənilər Dağlıq Qarabağ ətrafında ən azı altı işğal olunmuş rayonu geri qaytarmalı və ora yüz minlərlə azərbaycanlı qaçqınların qayıtması ilə razılaşmalı olacaqlar. "Hətta Kəlbəcəri də?" - Samvel xəbər aldı. Mən başımla işarə etdim. "Bu mümkün deyil!" - o, bildirdi. O, müharibədə iştirak etməmişdi. Lakin 1993-cü ildə Kəlbəcər rayonu "azad ediləndən" sonra, o, tamamilə boşaldılmış rayona gedib, yüzlərlə erməni qəbirləri, kilsələri və fraqmentlər tapmışdı. Onun fikrincə, bunlar erməni incəsənətinin tarixi varidatıdır və ermənilərdə qalmalıdır.

Lakin tarix bu günümüzə hansı iddia irəli sürə bilər? Son yüz il ərzində heç bir erməninin yaşamadığı Kəlbəcəri "erməni" rayonu adlandırmaq nə dərəcədə düzgündür? Mən Samvelə dedim ki, əlli min azərbaycanlı və kürdlərin qovulduğu Kəlbəcəri "azad edilmiş" ərazi adlandırılması ilə razılaşa bilmərəm və bildirdim ki, bütün bu insanların doğulduqları evlərdə yaşamaq haqqı var. Lakin Samvel üçün tarix zəmanəmizdən daha üstün idi. Bu insanlar onun üçün "türklər" və işğalçılar idi. O, danışır ki, Azərbaycana avtobusla səyahət etdiyi vaxtlarda gec-tez oturacağım başqasına verirdi. "Hər bir türk və ya azərbaycanlı bir parça torpaq istəyir: "Yaşamaq üçün bir tikə torpaq verin!" Bir neçə ildən sonra məlum olur ki, sənin yalnız balaca sahən qalıb, bütün torpaqlar isə ondadır"».

Təəsüf ki, Karapetyan 27 fevral 2020-ci ildə vəfat edərək Azərbaycanın Kəlbəcəri və Qarabağın qalan hissəsini necə azad etdiyini görmədi.

#qarabağ

@irs_azerbaijan
Şəkildə gördüyünüz Bərdə rayonundakı Otuzikilər kəndində yerləşən Qurbanəli bəy türbəsidir. 1930-cu illərdə bolşeviklər tərəfindən kənddə eləcədə Qarabağ ərazisində kifayət qədər tanınmış Sartel Aslan və oğlu qətlə yetirilmişdir. Qurbanəli Xozeyin isə əvvəl İrana ondan sonra isə Türkiyəyə gedərək mühacir həyatı yaşamışdır və 1960-cı ildə vəfat etmişdir.

Kənddə bizə türbənin daha qədim olduğunu demişdilər. Açığı kənddə daha çox Otuziki tayfa birliyinin törəmələrini görməyi gözləyirdik, amma nəticədə başa düşdük ki, əsas əhalisi gəlmə qarapapaqlar və qərbi azərbaycanlılardır. Həm də kəndin nəsillərini də öyrənə bildik:

1. Qarapapaqlı
2. Sadıxlı
3. Amanlar
4. Sarıvəlili
5. Hacıalılar
6. Barallar
7. Bodaralar
8. Əfşarlar
9. Vedililər
10. Xaxıstılar
11. Cırıllar
12. Hantlılar
13. Bozbalılar
14. Kəbirli
15. Seyidlər (8 ocaq)

#azerbaycan_tarixi

@irs_azerbaijan
Bərdə şəhərində axan #Tərtər çayın ortasında 7-ci əsrdə tikilmiş əski körpü yerləşir. Maraqlısı odur ki, körpü başqa tərəfə gedir, bu Tərtər çayının yönünü dəyişməsi ilə bağlıdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb.

Körpünün tək mənfi tərəfi üstündə gələn-gedən insanlar tərəfindən qoyulan yazılardır.

@irs_azerbaijan
Qarşınızdakı 1320-ci ildə venesiyalı Marino Sanuto tərəfindən çəkilən dünya xəritəsidir. Üzərində Bolqarçay yaxınlığında latınca belə bir yazı var: «planities Mogan, in qua tartari hyemant», yəni «tatarların [türklərin] qışladığı Muğan düzü».

@irs_azerbaijan
İraqda “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) və İraqın Telafər Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə İraqın Telafər şəhərində “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və ərəb dillərində hazırlanmış kitab İraq türkmanlarının tarixini, onların demoqrafik, mədəni və etnoqrafik vəziyyətini, eləcə də Azərbaycan xalqı ilə ortaq mədəni irsini, ölkələrimiz arasındakı tarixi əlaqələri əks etdirən məqalələr toplusundan ibarətdir. Kitaba 12 tanınmış iraqlı türkman və eyni sayda azərbaycanlı tədqiqatçı tərəfindən hazırlanmış 12 tədqiqat məqaləsi daxil edilib.

Tədbirin açılış mərasimində ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov və Telafər şəhərinin meri Nəşad Əl-Qasab çıxış edərək Azərbaycan xalqının tarix boyu türkmanlara doğma münasibətlərindən bəhs ediblər.

@irs_azerbaijan
Forwarded from Azerbaijan DNA
Сегодня нашему каналу исполняется ровно год! За это время мы опубликовали сотни результатов и проконсультировали огромное количество людей. Полученные результаты внесли большой вклад в изучение генофонда азербайджанского народа и помогли лучше изучить нашу историю. За этот год мы собрали 155 образцов Y-хромосомы у азербайджанцев и представляем вам их:

J1 — 16
G2a — 9
J2 — 32
N — 17
G1 — 1
R1a — 11
R1b — 21
I2 — 2
L — 4
O — 5
H — 5
E — 11
C — 4
Q — 5
I1 — 2
T — 7
D — 1
B — 1
R2 — 1

———

Bu gün bizim kanalımızın bir yaşı olur! Bu il ərzində yüzlərcə nəticə paylaşıb, bir çox insana test verməyə kömək etdik. Topladığımız nəticələr Azərbaycan xalqının genofondunun araşdırmasına böyük töhfə vermiş, tariximizin daha yaxşı öyrənilməsinə kömək etmişdir. Bu il ərzində biz azərbaycanlılardan 155 Y-xromosom nümunəsi toplayıb sizə təqdim edirik:

J1 — 16
G2a — 9
J2 — 32
N — 17
G1 — 1
R1a — 11
R1b — 21
I2 — 2
L — 4
O — 5
H — 5
E — 11
C — 4
Q — 5
I1 — 2
T — 7
D — 1
B — 1
R2 — 1

Azerbaijan DNA
Bu yaxınlarda Qərbi Azərbaycanın qondarma Baş naziri Nikol Paşinyan Zəngibasar mahalının Cəfərabad kəndində yerləşən, 1413-cü ildə tikilən Pir Hüseyn Qaraqoyunlunun türbəsini rəsmi şəkildə Azərbaycan mədəniyyətinin bir hissəsi kimi təmsil edəcəyini söyləyib. Qeyd edək ki, 2012-ci ildə türbə Türkmənistana verilmişdi.

Bu sözlərdən sonra Qərbi Azərbaycanın Türkmənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan açıqlama verməsi tələb olunub. Bu məsələ ilə bağlı Türkmənistan Elmlər Akademiyasından Qərbi Azərbaycan Elmlər Akademiyasına, Etnoqrafiya və Arxeologiya İnstitutuna da zənglər və rəsmi məktublar daxil olub, burada mütəxəssislər şok vəziyyətindədir və türkmən həmkarlarına Baş nazirlə əlaqə saxlamağı məsləhət görürlər.

@irs_azerbaijan
Hər şey o gün başladı…

Həmrəylik günümüz qutlu olsun!

@irs_azerbaijan
Bu gün Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın şəhid olmasından 220 il keçir!

Məkanı cənnət olsun!

@irs_azerbaijan