İRS • Azərbaycan
2.99K subscribers
1.4K photos
206 videos
45 files
427 links
Download Telegram
#incesenet #azerbaycan_tarixi

Təbriz, 1550-1560-cı illərə aid miniatür, “İmam Əlinin mafəsi aparılır”.
Şah I Təhmasibin “Falnamə”sindən vərəq.

Nyu-Yorkun Metropolitan muzeyində saxlanılır.
⥥ ⥥ ⥥
@irs_azerbaijan
"Vətən səhəri", Xalid Səfərov 1977 il.
#incesenet
___
@irs_azerbaijan
Napoleon at üstündə. Qacar dövründə Mirzə Rza Təbrizi 1853 ildə çəkib.
#incesenet #azerbaycan_medeniyyeti
———
@irs_azerbaijan
Azərbaycanın sovet çaxırlarının yarlıqları (etiketləri).
#incesenet #dizayn

1. "Ağdam" portveyni.
2. "Lənkəran" çaxırı.
3. "Dəllər" çəhrayı portveyn.
4. "Şahdağ" qırmızı kəmşirin çaxırı.
5. "Arpaçay" ağ çaxırı.
6. "Çinar" çəhrayı kəmşirin çaxırı.
———
@irs_azerbaijan
Rus rəssamı knyaz Qriqori Qaqarin tərəfindən, 1845-ci ildə Parisdə buraxılmış «Costumes du Caucase» kitabından rəsmlər seriyası:

1) Qarabağlı bəy
2) Şamaxılı xanım

#foto #incesenet
@irs_azerbaijan
Yaxınlarda Dövləti Gündoğan muzeyində idik (Государственный музей Востока, Moskva). Qacarlara aid əşyaların və incəsənət əsərlərinin sərgisinə getmişdik.

Bir tərəfdən böyük qürur hissi yaşayırdıq, çünki bu qədər gözəl sənət əsərlərini yaradan bizim ata-babalarımız olub. Bu qədər böyük irsə sahib olan da bizik. Çəkdiklərimizin yalnız kiçik hissəsini sizə təqdim edirik. Bunların hamısı azərbaycan millətinə aiddir, bizimdir.

Başqa tərəfdən də utanc hissi yaşayırdıq, çünki bu qədər gözəl sənət əsərləri yadlardadır. Onların hamısının 100-300 yaşları var və bu illər ərzində sayıları on milyonlardan ibarət olan azərbaycanlılardan heç bir insan belə o qədər sərvəti Yurdumuza qaytarmadı. Bu gün dünyada milyonlar olmasa, minlərcə tarixi sərvətimiz xaricdədir və nə dövlət, nə də ki millət onları qaytarmaq üçün iş aparmır. Bu utancverici deyilsə nədir?
#incesenet #qacarlar #azerbaycan_medeniyyeti
———
@irs_azerbaijan
Qacarlar tərəfindən 19-cu yüzilin ikinci yarısında düzəldilən İmam Hüseynin bayraqdarını, Kərbəla döyüşünün qəhramanı Əbülfəzl Abbas ibn Əliyi təsvir edən kaşı.

#qacarlar #foto #incesenet

Foto: @irs_azerbaijan
Bütün dünyada "fars" xətti kimi tanılan "nəstəliq" xətti və keçmişdə Gündoğanda və özəlliklə türkdilli xalqlar arasında yayılan və işlədilən (bu ərəbi xətdə qazaxlar, özbəklər və başqalar yazırdılar), əslində azərbaycanlı xəttat Mir Əli Təbrizi tərəfindən yaradılmışdır.
Bu xətt İranda hələ də çox işlədilən xəttdir.

Şəkilləri biz getdiyimiz Qacarlar dövrünə aid əşyaların və incəsənət əsərlərinin sərgisində çəkmişik.

#incesenet #azerbaycan_medeniyyeti

@irs_azerbaijan
"Azərbaycanın azad olunması" plakatı. Rəssamı Əzim Əzimzadə, 1921 il.

Yazının (sağdan sola) latına çevrilməsi:

«Azərbaycan ictimai şura cümhuriyyəti.
Cümlə cihan füqərayi-kasibələri bitrləşiŋ!

Yoldaşlar, hər bir namuslu və qeyrətli vətəndaş vətəninə olan borcunu - əsgərliyini - ifa etməlidir.

Yoldaşlar Azərbaycan qırmızı ordusuna yazılıŋız
.....

Qırmızı əsgər - qırmızı bayraq altında vuruşan əsgərlər mədənlərimizi saxlayacaqdır.

Əsgərliyə (???) cəvanlar, yaşasın zəhmətkeşlərin xilaskarı olan sosialism.

Kəndli, biçin vaxtı qurtardığına görə orağını buraxıb tüfəng götürməliyəm.

Kəndli balalarım siz və azad salamat yaşadığınız üçün mən əsgər gedirəm.

Qırmızı əsgər, qırmızı bayraq altında çarpışan qırmızı əsgəriŋ qarşısında kimsə durmaz qaçar.

Qırmızı əsgər, əsgərlik vəzifəsini yerinə yetirdikdən soŋra ailəmlə bir yerdə yaşamaq nə böyük xoşbəxtlikdir
»

#afiş #incesenet #sovet #azerbaycan_dili

@irs_azerbaijan