Media is too big
VIEW IN TELEGRAM
AXC-102... Respublika gününün tarixi, görülən işlər
#azerbaycan_video #axc
102 il əvvəl Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə müsəlman Şərqində qurulan ilk respublika - Azərbaycan Cümhuriyyəti...
23 ay ərzində hansı işlər görüldü? Azərbaycan dünyada necə tanıdıldı?
Cümhuriyyətin yaranması, keçdiyi yolu və işğalı...
Sovet ordusuna qarşı döyüşən 350 qəhrəman azərbaycanlı...
video götürülüb "belə belə işlər" yutub kanalından: https://youtu.be/30QFNTEZVek
t.me/irs_azerbaijan

#foto #axc
Azərbaycan Cümhuriyyəti məclisi-məbusanı idarəsinin işçiləri, Bakı, 27 may 1919-cu il. İkinci şəkildə isə şəxslərin adlarını görə bilərsiniz.
@irs_azerbaijan

#axc
Sizə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh konfransında 1919-cu ildə Azərbaycan fikirlərini təbliq edən La république de l'Azerbaïdjan du Caucase sənədini göstəririk. Sənədin fransızca olduğuna baxmayaraq, orada çox maraqlı bilgilər var.

#axc #foto
Azərbaycan Cümhuriyyəti ordusunun əsgər və zabitlərinin qış hərbi hazırlıq məşqləri zamanı çəkilmiş nadir fotolarından biri.

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmişdir.
#foto #axc
İnstaqram: @renglenmistarix
t.me/irs_azerbaijan
#foto #axc
İnstaqram: @renglenmistarix
t.me/irs_azerbaijan
Forwarded from Əkinçi
İki il öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş animasiya hazırlamışdıq. Həmin işimizə yeni nəfəs verdik. Ümid edirik ki, bəyənəcəksiniz.
https://youtu.be/xAxlWh_oyJw
https://youtu.be/xAxlWh_oyJw
YouTube
Azərbaycan Xalq Cümhuriyyəti | Əkinçi
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 19-cu əsrin ortalarından başlayan modern millət quruculuğu prosesinin məntiqi sonluğu idi.
Maarifçilərimiz haqda animasiyalarımız:
Həsən bəy Zərdabi - https://youtu.be/ken4vHujh0I
Mirzə Fətəili Axundzadə - htt…

Forwarded from İRS • Azərbaycan (börü)
Bütöv Azərbaycanın və Azərbaycan Xalq Cümhuriyyətinin* xəritələri
(*çağdaş Azərbaycan Respublikasının rayonlar sərhədləri ilə)
#map #dizayn #axc
Xəritəni çəkib: t.me/azerbaycan_turki

Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» kitabının cildi.
Yazılıb: «Azərbaycan cümhuriyyəti keyfiyyət təşkili və şimdiki vəziyyəti».
#axc #resulzade #azerbaycan_tarixi #foto
———
@irs_azerbaijan
Yazılıb: «Azərbaycan cümhuriyyəti keyfiyyət təşkili və şimdiki vəziyyəti».
#axc #resulzade #azerbaycan_tarixi #foto
———
@irs_azerbaijan
axc+big_aze.png
778.7 KB
Bütöv Azərbaycanın və Azərbaycan Xalq Cümhuriyyətinin* xəritələri
(*çağdaş Azərbaycan Respublikasının rayonlar sərhədləri ilə)
#map #dizayn #axc
Xəritəni çəkib: t.me/irs_azerbaijan
Xahiş olunur başqa yerlərdə paylaşılanda, yuxarıdakı keçidini yerləşdirmək.

Azərbaycan hökumətinin 27 iyun 1918-ci il tarixli fərmanı:
«Dövlət dilini türk dili qəbul etmək».
#azerbaycan_dili #axc
———
@irs_azerbaijan
«Dövlət dilini türk dili qəbul etmək».
#azerbaycan_dili #axc
———
@irs_azerbaijan
Sözün qısası, bu gün Məhəmməd Əmin Rəsulzadənin (1884-∞) ad günü deyil. Hə, bunu öyrənəndə özümüz şaşırdıq və 31 yanvar onun doğum tarixi kimi haradan gəldiyini bilmirik. İndi isə sübutlara keçək.
Qarşınızdakı Məhəmməd Əminin atası Axund Hacı Molla Ələkbərin 17 mart 1901-ci ildə buraxılan əmək dəftərinin bir səhifəsidir. Burada onun uşaqlarının adı və doğum tarixi qeyd edilib, Məhəmməd Əminin doğum günü isə 29 fevral 1884-ci il yazılıb. Yəni o uzun ildə doğulub. Amma bu tarix Yuli təqviminə görə yazılıb və bu da bizə səbəb verir ki onu Qriqori təqviminə keçirək və 13 mart tarixini əldə edək. Yəni Rəsulzadə 13 mart 1884-cü ildə doğulub. Yadınızda saxlayın!
İndi daha çox bilgi əldə etdiniz.
#resulzade #axc
____

Forwarded from İRS • Azərbaycan (Ülvi Məmmədli)
#axc
Sizə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh konfransında 1919-cu ildə Azərbaycan fikirlərini təbliq edən La république de l'Azerbaïdjan du Caucase sənədini göstəririk. Sənədin fransızca olduğuna baxmayaraq, orada çox maraqlı bilgilər var.
@irs_azerbaijan
Sizə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh konfransında 1919-cu ildə Azərbaycan fikirlərini təbliq edən La république de l'Azerbaïdjan du Caucase sənədini göstəririk. Sənədin fransızca olduğuna baxmayaraq, orada çox maraqlı bilgilər var.
@irs_azerbaijan
QISA CÜMHURİYYƏT DÖVRÜNDƏ NƏ EDİLMİŞDİ?
«Azərbaycan Milli Hökuməti qısa zaman kəsiyində bir çox islahatlar yerinə yetirdi. İyirmi min nəfərdən ibarət ordu yaradıldı. Polis qüvvələri təşkil olundu. Ölkədə nizam-intizam bərpa olundu. Bolşeviklərin neft sahəsinə vurduğu ziyan aradan qaldırıldı. Kəndlilər üçün kredit təşkilatları yaradıldı. Aqrar qanunda böyük əmlakların müsadirə olunub torpaqsız kəndlilərə özəl mülkiyyət formasında verilməsi, kommunal və bələdiyyə muxtariyyətlərinin verilməsi məsələlərinə yenidən baxıldı. Kəndlərin inkişafı üçün hər kəndə məxsus kiçik büdcə fondları yaradıldı. İşçi qanunvericiliyi daha liberal forma aldı.
Qadınlar ölkənin sosial və siyasi həyatında daha çox rol oynamağa başladılar.
Təhsil sahəsində bir çox yeniliklər edildi. Bakı Dövlət Universiteti yaradıldı, bütün kolleclər milliləşdirildi. Çoxlu sayda yeni məktəblər açldı. İbtidai sinif müəllimləri üçün seminarlar keçirildi. Yüzlərlə tələbə yüksək səviyyəli xarici universitetlərə təhsil almağa göndərildi. Xaricdən professor və müəllimlər dəvət olundu.
Xarici siyasətdə bir sıra uğurlar əldə olundu. Gürcüstanla hərbi saziş imzalandı. İranla, Türkiyə ilə, Ermənistanla və bir çox başqa ölkələrlə dostluq münasibətləri quruldu.
Beynəlxalq səviyyədə Cümhuriyyətin maraqlarını qorumaq üçün Sülh Konfransına nümayəndə heyəti göndərildi. Eyni vaxtda Fransadan, İtaliyadan və Amerikadan gələn diplomatik heyətlər Azərbaycanı ziyarət etdilər.
Azərbaycan hökuməti asanlıqla işğalçı rus ordusunu zərərsizləşdirmişdi. Türk əhalisi ölkəni tamamilə idarəsi altına almışdı. Kəndlilər və işçilər hökumət partiyası olan «Müsavat»-ın siyasətindən razı idilər. 1917-ci ildə keçirilən seçkilərdə işçilərin 70% bu partiyaya səs vermişdi. 1918-ci ildə rus partiyalarının təşkil etdiyi siyasi tətillər müsavatçı işçilərin sayəsində heç bir uğur qazanmadı».

Qaynaq: Məhəmməd Əmin Rəsulzadə, «Azərbaycan öz müstəqilliyi uğrunda mübarizə yolunda», səh. 49-51
#axc #azerbayca_tarixi@irs_azerbaijan
AZƏRBAYCAN HEYƏT VÜKƏLA RƏİSİ F. X. XOYSKİDƏN AZƏRBAYCAN HÖKÜMƏTİNİN BAKIYA KÖÇÜRÜLMƏSİ HAQQINDA BİLDİRİŞİ, 18 SENTYABR 1918 İL.
« “Azərbaycan”
Hökumətiŋ elanı
Paytaxtı olan Baküyə tazə varid olmuş Azərbaycan hökumət cümhuriyyəsi bunuŋla şəhərdə və ətrafda yaşayan ümum əhaliyə bila-fərqi Din və Millət, əmr ediyor ki Azərbaycan hökumətiniŋ təhti təbəiyyətində yaşayan heç bir millətə təfavüt qoyulmıyaraq caniləri, qarətgərləri, qatilləri və camaatıŋ asayışını pozayları hökümət biyüg cəzayə ədəmlə varıncəyə qədr düçar idəcəgdür. Əhali bunu bilməlidir ki Türk millət nəcibəsiŋ qəhrəman və Fatih əsgərlərinə əmr vırılmışdır ki cinayət və qətlo qarətə məşğul olanları nərədə görsələr güllə-baran etsinlər. Türk-Azərbaycan hökumətiniŋ şən şərəfinə yaraşmaz ki onuŋ paytaxtındə günahsız adamləriŋ həqqü hüququnə təcavüz olunsun.
Azərbaycan heyət vükəla rəisi F. X. Xoyski »
#axc #azerbaycan_tarixi #sened
Ərəbi xəttən latın əlifbasına çevirdi @irs_azerbaijan

Müsavat partiyasınıŋ ikinci qurultayı, 2 dekabr 1919-cu il.
Soldan sağa oturanlar: Şəfi-bəy Rüstəmbəyli, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əli Rəfiyev.
Soldan sağa dayananlar: İbrahim Yusifli, Əhməd Cavad, Mövsümzadə, Mirzə Məhəmməd Axundzadə, İslam bəy Qəbulzadə.
#axc #azerbaycan_tarixi #foto

Bu gün Fətəli Xan Xoyskinin ölüm günüdür. O erməni terrorçularının 19 iyun 1920-ci ildə Tiflisin İrəvan meydanında belinə atılan güllədən sonra dünyasını dəyişmişdi.
Şəkildə gördüyünüz Fətəli Xan Xoyskinin ölümünə həsr olunan Böyük Britaniyanın «Pall Mall Gazette» qəzetinin 26 iyun 1920-ci ildə buraxılan «Bolşeviklər məşğuldurlar. Tiflisdə tatar naziri öldürülüb» məqaləsidir.
#azerbaycan_tarixi #axc