🔴Putin Trampa Qələbə Günü dövründə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Putin və Trampın söhbəti səmimi və işgüzar idi. Liderlər iqtisadiyyat və energetika sahələrində qarşılıqlı faydalı layihələrin böyük perspektivləri barədə danışıblar", - o qeyd edib.

Uşakovun sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi kontekstində Trampa Qələbə Günü müddətində atəşkəs elan etməyə hazır olduğunu bildirib.

"Amerika lideri bu təşəbbüsü dəstəkləyib", - deyə Uşakov qeyd edib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin bugünkü telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da baş tutmuşdu.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2👍1🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Bakıda təmiri dayandırlan yolda işlər yenidən başlandı

@insanoidcom
👍5👏1🙏1
Hikmət Hacıyev Kolumbiyanın xarici işlər nazirinin müavini ilə iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib

@insanoidcom
👍32🤡2
🔴Masazırda kişi küçədə öldü

Abşeronda kişi küçədə ölüb.

Lent.аz xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini olan 66 yaşlı Ramazan Məmməd oğlu Osmanov küçədə qəfil ölüb. Onun infarkt səbəbilə öldüyü bildirilir.

Araşdırma aparılır.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢31
Volodimir Zelenski: Rusiya güclü mövqedə deyil, onlar qalib gəlmirlər.

“Son 9–10 ay ərzində ən yaxşı mövqedəyik, yəni döyüş meydanında üstün vəziyyətdəyik. Amma nə olursa olsun, müharibəni dayandırmaq daha yaxşıdır”,

Ukrayna prezidenti qeyd edib.

@insanoidcom
👍51
🔴Tramp: “Rusiya İrandakı yox, Ukraynadakı böhranın nizamlanması üzərində işləməlidir”

Tramp bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının yekunlarına dair Ağ evdə jurnalistlərə deyib.

Tramp rusiyalı həmkarı ilə söhbətinin yaxşı keçdiyini deyib və qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin tezliklə həllini tapmaq mümkün olacaq.

"Bizim çox yaxşı söhbətimiz oldu... Düşünürəm ki, biz nisbətən tezliklə həll yolu tapacağıq. Mən buna ümid edirəm. O (Putin - red.) mənə dedi ki, uranın zənginləşdirilməsi məsələsində kömək etmək istəyir. Mən cavab verdim ki, Rusiyanın Ukraynadakı müharibənin başa çatdırılmasına cəlb olunmasına üstünlük verərdim. Bu mənim üçün daha vacib olardı", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍31🤔1
❗️Donald Tramp İranın uzun yol qət etdiyini bildirib:

“Onlar xeyli irəliləyiş əldə ediblər. Əsas məsələ isə kifayət qədər irəli gedib-getmədikləridir.

Hazırda aydındır ki, əgər İranın nüvə silahına sahib olmayacağı ilə bağlı razılıq əldə olunmasa, heç bir anlaşma mümkün olmayacaq”


@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2👍2
❗️İranın Ekspertlər Şurası: “Danışıqlar qrupu rejimin ali qurumları tərəfindən müəyyən olunan ümumi xətt üzrə və onların nəzarəti altında irəliləyir”.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3🤔1
Tramp: “BƏƏ-nin OPEC-dən çıxması qiymətləri azalda bilər”

ABŞ prezidenti Donald Tramp hesab edir ki, BƏƏ-nin OPEC və OPEC+ birliklərindən çıxmaq qərarı qlobal bazarlarda yanacaq qiymətlərinin azalmasına səbəb ola bilər.

O, bu addımı “müsbət inkişaf” kimi qiymətləndirib.

@insanoidcom
1👍1👎1😁1
İran ABŞ-nin ələ keçirdiyi gəmidəki 6 ekipaj üzvünü azad etdirib

İran ABŞ tərəfindən ələ keçirilmiş “Touska” gəmisindəki 6 ekipaj üzvünün azad olunduğunu açıqlayıb.

Məlumata görə, azad edilən şəxslər artıq İrandadır. Tehran hazırda gəmidə qalan daha 22 iranlının azad olunması istiqamətində iş aparır.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın ticarət gəmisinin ələ keçirildiyini bildirmişdi. İran Xarici İşlər Nazirliyi isə bu addımı “dəniz quldurluğu” adlandıraraq beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

@insanoidcom
👍3👎2
Tramp: “İran sadəcə təslim oluruq deməlidir”

ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamasında bildirib ki, münaqişənin həlli üçün Tehran “təslim olduğunu” bəyan etməlidir.

Onun bu fikirləri sosial şəbəkələrdə və siyasi dairələrdə müzakirələrə səbəb olub.

@insanoidcom
3🤬2🐳1
Tramp: “ABŞ yaxın vaxtda UFO-larla bağlı daha çox məlumat açıqlayacaq”

ABŞ prezidenti Donald Tramp “Artemida II” missiyasının iştirakçıları ilə Oval kabinetdə keçirilən görüşdə yaxın zamanda UFO-larla bağlı yeni məlumatların açıqlanacağını bildirib.

Məlumata görə, açıqlamanın detalları hələlik təqdim olunmayıb.

@insanoidcom
👍3👀2😁1🤔1👨‍💻1
Zelenski: “Neft terminallarına zərbələrdən imtina etməmişik”

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, tərəfdaşların Rusiyanın neft terminallarına hücum etməmək çağırışını qəbul etməyib.

Onun sözlərinə görə, Ukrayna hazırda son 9–10 ayla müqayisədə daha əlverişli mövqedədir. Bununla yanaşı, Zelenski müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb.

@insanoidcom
👍31
Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ilk oyununda qələbə qazanıb

"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasının ilk oyununda qələbə qazanıb.

Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv "Abşeron Lions"u məğlub edib - 98:93.

Seriyanın ilk qarşılaşması Bakı İdman Sarayında baş tutub.

Xatırladaq ki, seriyada üç qələbəyə tez çatan komanda Azərbaycan çempionu olacaq.

@insanoidcom
3👍2
❗️ADNA-da törədilən terror aktından 17 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib.

Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib.

Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢2🙏2😐1
🟢XTQ-nin yaradılmasından 27 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür.

XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.

Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib.

Onu da qeyd edək ki, bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.

8 noyabrda İlham Əliyev XTQ komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👍1👏1
⚠️Bu yollarda diqqətli olun - Sürücülərin NƏZƏRİNƏ

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 30-u gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin azalacağı ehtimal olunur.

Belə ki, dumana görə yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2👀21🙏1
❗️ Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər həbs edilib

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, onlar rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının adından fəaliyyət göstərirmiş.

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2🤔1👨‍💻1
📈 ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini ötən ay olduğu kimi - 3,5-3,75 % səviyyəsində saxlayıb.

Bu barədə FES-nin bugünkü iclasının yekunlarına dair məlumatında deyilir.

"Öz məqsədlərinə dəstək olaraq Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 3,5-3,75 % səviyyəsində saxlamaq qərarına gəlib", - tənzimləyici qeyd edib.


@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2👀1
❗️🇮🇷İran Hərbi Dəniz Qüvvələrinin komandanı:

“Yaxın vaxtlarda onların ən çox qorxduğu silahı nümayiş etdirəcəyik”

@insanoidcom
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁4👍3🍌1