Guney AZfront
4.24K subscribers
14.8K photos
6.53K videos
4 files
8.65K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
İrandan Azərbaycana göndərilən “ölüm boğçaları” aşkarlanıb

Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində əməliyyatlar keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər tutulub.

Onlarda, idarə etdikləri avtomobillərdə və yaşadıqları evlərdə ümumilikdə 15 kiloqram narkotik və psixotrop vasitələr aşkar olunub.

Saxlanılan şəxslər narkotiklərin ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirildiyini bildiriblər.

#narkotik
Qərbi Azərbaycanda 148 kiloqram narkotik aşkarlanıb

Rayonun Narkotiklərlə Mübarizə İdarəsinin rəisi deyib: Son 48 saat ərzində sülhməramlı əməliyyat planının icrası zamanı anonim narkotiklərlə mübarizə polisi əməkdaşları tərəfindən 148 kiloqram müxtəlif növ narkotik vasitə aşkar edilib.

O əlavə edib: Plan çərçivəsində beş diler və 147 pərakəndə satıcı həbs edilib, 574 narkoman saxlanılıb.

Polkovnik Darişti deyib: Bununla əlaqədar olaraq, 80 məhəllə təmizlənib, 5 dəstə məhv edilib, 7 nəqliyyat vasitəsi müsadirə edilib, bir silah və 24 mindən çox qeyri-qanuni həb aşkar edilib.

#İran #narkotik
İrandan göndərilən növbəti narkotik partiyası ələ keçirilib

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat verib.

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirmək istəyən şəxsin Kürdəmir rayon sakini, 57 yaşlı Elxan Abuşov olduğu müəyyən edilib.

Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

#narkotik
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 15 kq-dan artıq narkotik vasitənin gətirilməsinin qarşısını alıb.

Fevralın 19-da saat 03:30 radələrində İran İslam Respublikası istiqamətindən üç naməlum şəxs tərəfindən Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması faktı qeydə alınıb. “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd “Prostahealth” və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən “Metadon M-40” həbləri aşkar olunaraq götürülüb (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti).

#İran #narkotik
Şərqi Azərbaycanda 260 kiloqramdan çox narkotik aşkar edilib 

Şərqi Azərbaycan Narkotiklərlə Mübarizə Polisinin rəisi polkovnik Əkbər Məhəmməd Cəfəri:

“Fevral ayında 263 min 927 kiloqramdan çox narkotik vasitə aşkar edilib, 286 narkotik alverçisi tutulub.

Həmin şəxslərdən ümumilikdə 51 avtomobil və 5 motosiklet götürülüb, 648 narkoman müalicə mərkəzlərinə təhvil verilib”.

 #GuneyAzerbaycan  #narkotik
İranlı narkotacirlərin Azərbaycanda növbəti narkokuryeri saxlanılıb

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb.

Həmin şəxsdən külli miqdarda – 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu Həsən adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədilə əldə etdiyini bildirib.

#narkotik
İrandan gətirilən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Respublikasının Şirvan şəhərində İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb. Saxlanılan şəxsin üzərində çəkisi 4 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

Xələfovun İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

#İran #narkotik
İrandan Azərbaycana narkotik gətirən qaçaqmalçılar saxlanılıblar

Sözügedən hal Beyləqan rayonu ərazisində baş verib. Sərhədçilər Azərbaycan sərhədini pozmaq istəyən şəxslərə “dayan” əmri verdikdə onlar tabe olmayıblar. Nəticədə həmin şəxslərə atəş açılıb. Xəsarət alan şəxslər xəstəxanaya aparılıblar.

Yaralı qaçaqmalçıların tutulması zamanı onlardan 10 kiloqram narkotik vasitə götürülüb. Beyləqandan narkotikləri götürməyə gələn 2 nəfər də həbs edilib.

#narkotik
İrandan Azərbaycana 20 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. “Ölüm boğçaları” aprel ayının 3-də saat 03:38-də aşkar edilib.

#narkotik
Azərbaycanda İran vətəndaşına narkokuryerlik edən şəxs həbs edilib

Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən Kamran Quliyev adlı şəxs saxlanılaraq həbs edilib. Bu barədə "Report" xəbər portalı məlumat verib.

Quliyevdə 5 kiloqrama yaxın marixuana aşkar edilib. O, sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan Cəlal adlı İran vətəndaşının göstərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

#narkotik
Şərqi Azərbaycanda 148 kq narkotik aşkar edilib

Şərqi Azərbaycan Narkotiklərlə Mübarizə Polisi: “Son bir ay ərzində polisin səyləri nəticəsində əyalətdə 14 qaçaqmalçı və 272 narkotik alverçisi həbs olunub, 147 kiloqram 75 qram müxtəlif növ narkotik aşkar edilib”. 

#GuneyAzerbaycan #narkotik
Dəniz yolu ilə narkotik vasitəni daşıyan iranlılar yaxalanıblar

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib.

Əməliyyatda gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri iştirak edib. Axtarış nəticəsində İran İslam Respublikasına məxsus 2 (iki) nəfər heyət üzvü olan qayıq saxlanılıb.

Araşdırma zamanı tutulan şəxslərin İran İslam Respublikası vətəndaşları – 33 yaşlı Muxtar Əbdi Yalci və 24 yaşlı Əli Bəhrami Məhəmməd olduqları müəyyən edilib. Məlum olub ki, dövlət sərhədini pozmaqda məqsəd narkotik vasitələrin daşınması olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti).

#narkotik
Marağada 44 kiloqramdan çox narkotik maddə aşkar edilib

Marağa Narkotiklərlə Mübarizə Polisi əməkdaşları “Pride” markalı avtomobilə baxış zamanı 44 kiloqram 250 qram tiryək aşkar ediblər.

Bununla bağlı 2 nəfər tutularaq məhkəmə icraatının aparılması üçün məhkəmə orqanına təqdim edilib, avtomobil dayanacağa aparılıb.

#GuneyAzerbaycan #narkotik
İrandan göndərilən ölüm boğçası ələ keçirilib

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısını alıblar.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram marixuana aşkar olunaraq götürülüb.

#İran #narkotik
İranlı narkotik alverçisi özünü binadan atıb

İstanbulun Esenyurt bölgəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib. 11 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə narkotik satan şübhəlilər aşkar ediliblər.

İran vətəndaşı polisdən qaçmaq üçün özünü evin pəncərəsindən atıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları xəsarət alan şəxsi xəstəxanaya aparıblar.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Evdə olan daha bir şübhəli nəzarətə alınıb. Faktla bağlı araşdırmalar davam edir (TGRT haber).

#Turkiye #narkotik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İrandan Azərbaycana göndərilən “ölüm boğçası” 100 kiloqrama yaxın çəkidə olub. Baş Narkotiklərlə Mübarizə İdarəsi Neftçala rayonunda əməliyyat keçirib. Nəticədə Səid adlı İran vətəndaşı ilə əlbir olaraq Azərbaycana gətirilən 87 kiloqram qurudulmuş marixuana aşkarlanıb (Daxili İşlər Nazirliyi).

#İran #Azerbaycan #narkotik
Fərəcə Narkotiklərlə Mübarizə Polis İdarəsinin rəisi İrəc Kakavənd deyib: “Həbsxanada cəza çəkən cinayətkarların 50 faizindən çoxunun həbs səbəbi hansısa formada narkomaniya və narkotik problemi ilə bağlıdır”.

O, əlavə edib ki, polis bu sahədə “qlobal yanaşma ilə hərəkət etmək əzmindədir” və məsuliyyət daşıyır (Iran International).

#İran #narkotik
​​Qərbi Azərbaycanda 1 ton 700 kiloqram narkotik maddə tapılıb

Polis rəisi əyalətdə 1 ton 700 kiloqram narkotik maddənin aşkar edildiyini bildirib.

Əyalət polis rəisi Sərdar Rəhim Cahanbaxş əlavə edib ki, vilayətdə 13 iri narkotik dəstəsinin məhv edilib və bu ilin əvvəlindən narkotik alverçilərinin maliyyə-iqtisadi bazası təxminən 450 milyard tümən ziyan görüb.

#İran #narkotik
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13 kiloqram 290 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#İran #Azerbaycan #narkotik
İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 18-də saat 15:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 350 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti).

#İran #narkotik