Guney AZfront
4.24K subscribers
14.8K photos
6.53K videos
4 files
8.65K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
İranda daha 3 məhkum edam edilib

İranın İsfahan, Kərəc və Qum şəhərlərinin həbsxanalarında daha 3 məhkum edam edilib. Bu barədə insan haqları fəalları məlumat yayıblar.

Qeyd edək ki, bununla cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 184 nəfərə çatıb.

#İran #edam
Urmiyada 4 nəfərin həyatına son qoyulacaq

Urmiya Həbsxanasında dörd məhbus təkadamlıq kameraya köçürüb. Onlar barəsində çıxarılmış edam cəzasının həyata keçiriləcəyi gözlənilir.

İranda İnsan Haqları Fəalları qeyri-kommersiya təşkilatı “HRANA“ ölümə məhkum edilmiş məhbusların şəxsiyyətlərini dəqiqləşdirir.

2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla 4829 nəfər edam olunub. Yalnız 2023-cü il ərzində isə İran həbsxanalarında 834 məhkumun həyatına son qoyulub. Göstəricilər 2022-ci illə müqayisədə 43% çoxdur.

#GuneyAzerbaycan #Urmiya #edam
İranda daha 4 məhkum edam edilib

Kirman və Urmiya şəhərlərinin həbsxanalarında daha 4 məhkumun edam cəzası yerinə yetirilib. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

Narkotik maddələrin alverində günahlandırılanlardan üçünün Kirman, birinin isə Urmiya şəhərinin həbsxanasında asıldıqları bildirilib.

Urmiyada 4 nəfərin həyatına son qoyulacaq

Cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 188 nəfərə çatıb. 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla 4829 nəfər edam olunub. Yalnız 2023-cü il ərzində isə İran həbsxanalarında 834 məhkumun həyatına son qoyulub. Göstəricilər 2022-ci illə müqayisədə 43% çoxdur.

#Urmiya #edam
İranda edam cəzasına etiraz edən şəxs saxlanılıb

İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhərində pediatriya mütəxəssisi Mehrşərd Kunlayni ictimai yerdə plakat nümayiş etdirərək ölüm cəzasına etiraz edib. O, təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib (İranda İnsan Haqları Fəalları qeyri-kommersiya təşkilatı “HRANA”).

#İran #edam
Urmiya və daha iki şəhərdə 7 məhbus edam edilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin həbsxanasında 4 məhkum edam edilib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı, İranın Simnan və Kəhnuc şəhərlərinin həbsxanalarında da 3 məhkumun ölüm cəzası icra olunub.

Son 7 məhkumun edam edilməsi ilə cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 195 nəfərə çatıb.

#İran #edam
Hər 6 saatdan bir İranda 1 məhbus edam edilir

İran İnsan Haqları Monitorinq Mərkəzi xəbər verir ki, 2024-cü ilin may ayının ilk ongünlüyündə İran məhkəmə sistemi İran həbsxanalarında 40 məhbusun edam hökmünü icra edib.

İranda hər gün orta hesabla dörd məhbus edam edilir, bu isə hər altı saatda bir məhbusun edamı deməkdir. 

#İran #edam
İranda 4 nəfər “yaşamaq hüququ”ndan məhrum edilib

İsfahanın Dəstgərd həbsxanasında dörd məhbusun həyatına son qoyulub. Edam hökmləri dünən, mayın 12-də icra edilib.

Onlar 10 il əvvəl törədilən qətldə təqsirli bilinmişdilər (İranda İnsan Haqları Fəalları qeyri-kommersiya təşkilatı “HRANA”).

2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla 4829 nəfər edam olunub. Yalnız 2023-cü il ərzində isə İran həbsxanalarında 834 məhkumun həyatına son qoyulub. Göstəricilər 2022-ci illə müqayisədə 43% çoxdur.

Hər 6 saatdan bir İranda 1 məhbus edam edilir

Urmiya və daha iki şəhərdə 7 məhbus edam edilib

#edam
İran həbsxanalarında edamların sayı durmadan artır

Gülüstan ostanının Gürgan şəhərinin həbsxanasında 2 məhkum edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

İran həbsxanalarında orta hesabla hər 6 saatda bir nəfər edam edilir

İranda 4 nəfər “yaşamaq hüququ”ndan məhrum edilib

#edam
​​Sünni kürd məhbus Xosrov Bəşarat 14 il həbs cəzasını çəkdikdən sonra Kərəcdəki Qızıl Hisar həbsxanasında edam edilib.

Xosrov Bəşarat və daha beş nəfər 2008-ci ilin oktyabrında müəllim Əbdülrəhim Tinanın qətlindən sonra həbs edilmiş və qətli etiraf etmək üçün illər boyu təzyiqlərə məruz qalmışdılar.

İş üzrə müttəhimlər Qasim Abeste, Ayub Kərimi, Davud Abdullahi və Fərhad Səlimi ötən ilin ikinci yarısında, Ənvər Xəzri isə iki həftə əvvəl edam ediliblər.

Bu səhər Xosrov Beşaratın edamından sonra bir neçə il davam edən bu iş üzrə altı müttəhimin hamısı edam edilib (RadioFarda).

#İran #edam
İranda iki məhbus edam edilib

İlam həbsxanasında Reza Qulamhüseyni və Fərrux Xan-Mohammadi adlı iki məhbus edam edilib. Qulamhüseyni ötən il həbs edilib və qətldə ittiham olunub. Xan-Məhəmmədinin həbsi və mühakiməsi isə 14 il əvvələ təsadüf edir.

2023-cü ildə İranda İnsan Haqları Fəallarının Statistika və Nəşriyyat Departamenti 767 nəfərin edam edildiyini qeydə alıb. Bunlardan 7-si ictimaiyyətin gözü qarşısında həyata keçirilib. Cinsiyyəti müəyyən edilən edam edilən şəxslərdən 21-i qadındır. Bundan əlavə, cinayət törətdikləri zaman yaşı 18-dən az olan 2 şəxs də edam edilib.

#edam