Guney AZfront
4.06K subscribers
15.1K photos
6.67K videos
4 files
8.94K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
İranda daha 4 məhkum edam edilib

Kirman və Urmiya şəhərlərinin həbsxanalarında daha 4 məhkumun edam cəzası yerinə yetirilib. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

Narkotik maddələrin alverində günahlandırılanlardan üçünün Kirman, birinin isə Urmiya şəhərinin həbsxanasında asıldıqları bildirilib.

Urmiyada 4 nəfərin həyatına son qoyulacaq

Cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 188 nəfərə çatıb. 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla 4829 nəfər edam olunub. Yalnız 2023-cü il ərzində isə İran həbsxanalarında 834 məhkumun həyatına son qoyulub. Göstəricilər 2022-ci illə müqayisədə 43% çoxdur.

#Urmiya #edam
Urmiya gölünə 110 milyon kubmetr su ötürülüb

Güney Azərbaycanın Soyuqbulaq (Məhabad) bölgəsində yerləşən Məhabad bəndindən cari ildən başlayaraq Urmiya gölünə 110 milyon kubmetr su buraxılıb.

Bu haqda məlumatı Soyuqbulağın su işləri idarəsinin müdiri ictimaiyyətin diqqətinə çatdırıb.

#Urmiya #Soyuqbulaq
NASA Urmiya gölünün son 1 ildəki müqayisəli görüntülərini yayıb

Göründüyü kimi, göl bərpa olunmaqdan çox uzaqdır və hələ də tam qurumaq təhlükəsi ilə üz-üzədir.

#Urmiya #GuneyAzerbaycan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Urmiya gölünün səviyyəsi 61 sm-ə çatıb

Urmiya gölünün su hövzəsinin cənubunda son günlər yağan yağışlar nəticəsində gölün səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə iyirmi santimetr artaraq 61 sm-ə çatıb. Gölün suyunun həcmi isə iki milyard beş yüz milyon kubmetrə yüksəlib.

#Urmiya
Urmiya gölündə katamaran gəzintiləri bərpa olunub

İllər sonra son yağışlar nəticəsində Urmiya gölünün bir hissəsi yenidən su ilə dolub və nəticədə katamaranla gəzintilər bərpa olunub. Bu isə Urmiyaya daha çox turistin üz tutmasına səbəb olub.

#Urmiya
Tezliklə Təbrizdən Urmiyaya salınan neft kəmərinin açılışı baş tutacaq. Bu haqda İranın neft naziri Cavad Ouci məlumat verib. Məmurun sözlərinə görə, 220 kilometrlik neft kəməri gələn həftə istismara veriləcək. Sözügedən layihənin icrası neftdaşıyan maşınların yollarda hərəkətinin qarşısını alacaq (Təbriz Xəbərləri).

#Tabriz #Urmiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Urmiya gölünün quru yerləri

Urmiya gölün bir çox hissələri hələ də tamamilə qurudur və suyun rəngi və səthi illərdir dəyişməyib.

Urmiya gölünün duz yatağı quruyanda çatlayır və maraqlı formalar yaradır

Videodakı Urmiya gölünün illərlə su gözləyən ən şimal-qərb nöqtəsidir.

#GuneyAzerbaycan #Urmiya
Leysan yağış və dolu nəticəsində Urmiyada 48 yaşayış məntəqəsi su altında qalıb.

#Urmiya
Urmiya gölünün son vəziyyəti

Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su-Bataqlıqların Mühafizəsi və Bərpası İdarəsi: “Bu il Urmiya su hövzəsində buxarlanma sürətinin gözləniləndən aşağı olmasına səbəb olan nisbətən yaxşı yaz yağışlarına baxmayaraq, yazın sonuna qədər göl səviyyəsində mövcud şəraitlə müqayisədə 60 santimetr azalma müşahidə etməyi gözləyirik. Bu şərtlər gölün bəzi hissələrinin yenidən qurumasına səbəb olsa da, bu yay şəraitin ötən yaydan daha yaxşı olacağı gözlənilir”.

#Urmiya
Urmiya gölünün həcmi təkrar azalmağa başlayıb. Kosmik görüntülərdən son bir ay ərzində gölün suyunun necə azalmasını görmək mümkündür. 

#Urmiya