Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.94K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
Urmiya şəhərində Sulduz qətliamı ilə bağlı aksiya keçirilib

20 aprel – Sulduz qətliamının ildönümü ilə eyni vaxtda Azərbaycan Milli Hərəkatının Urmiya şəhərindəki fəalları iraqlı kürd mühacirlərin Qərbi Azərbaycana gəlişi mövzusunda pankartlar paylayıblar.

#GuneyAzerbaycan #Sulduzqetliyamı #aksiya
Media is too big
VIEW IN TELEGRAM
Çayın Urmiya gölünə tökülməsinin qarşısı alınıb

Güney Azərbaycanda axan Acıçay çayı məcrasından çıxaraq Təbriz şəhərinin yaxınlığında yerləşən Aşağı Mayan kəndinin ərazisini su basıb. 

Buna səbəb Urmiya gölünə axmalı olan çayın axınının qarşısının alınmasıdır. Naməlum şəxslərin və ya hökumətin çayın təbii axarına müdaxiləsi barədə dəqiq məlumat yoxdur.

#GuneyAzerbaycan #Urmiya
Tanınmış repçi və siyasi məhbus Tomac Salehi barəsində daha 2 ittiham əlavə olunub

18 aprel 2024-cü il tarixində İsfahan İnqilab Məhkəməsinin 1-ci şöbəsində etirazçı repçi Tomac Salehiyə qarşı ittihamlarla bağlı məhkəmə iclası keçirilib. Salehinin əvvəlki ittihamlarına “toplaşma və sövdələşmə” və “silahlı üsyanda iştirak” ittihamları əlavə edilib.

Repçi daha əvvəl, 2023-cü ilin iyulunda “rejim əleyhinə təbliğat” “müqəddəsləri təhqir etmək” kimi ittihamlarla 6 il 3 ay həbs cəzasına məhkum edilmişdi

Tomac Salehi bəraət qazanıb 

Tomac Salehi öz pul mükafatını Sistan və Bəlucistanda daşqın qurbanlarına yardım etmək üçün bağışlayıb 

 Azadlığa buraxılan Tomac Salehi yenidən həbs olunub

Həbsdə olan repçi Tomac Salehi 252 gün həbsdə yatdıqdan sonra girov qarşılığında azad edilib

Tomac Salehiyə aylardır işgəncələr verilir

İnqilabçı repçi Tomac Salehi "İfadə Azadlığı" mükafatına layiq görülüb 

#TomacSalehi
​​İranda 7 qadın İnstagram-da modellik etdiyi üçün həbs edilib

Buşehr əyalətində 7 qadın paltar satmaq üçün İnstagram səhifələrində modellik məzmunlu videolar dərc etdiyi üçün polis tərəfindən həbs edilib. Birgə işləyən qadınların bu fəaliyyətlə pul qazandıqları bildirilir.

Bu hərəkətdən sonra həmin şəxslərin telefon cihazları müsadirə edilib və onların İnstagram səhifələrində dərc olunan yazılar da məhkəmə orqanının qərarı ilə silinib.

Hələlik bu şəxslərin kimliyi və harada olduqları müəyyən edilməyib.

#İran
Behzad Qanuni dron vasitəsilə Kəleybər şəhərində çəkilişlər aparıb.
Tanınmış fotoqraf Gavar kəndindəki mövsümü şalaləni lentə alaraq videonu öz İnstagram səhifəsində paylaşıb.

Bu ikipilləli və gözəl şəlalə gözəl Gavar dağının qoynunda yerləşir və Qaradağ bölgəsinin ən gözəl şəlalələrindən biridir.

#GuneyAzerbaycan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda mülki geyimli kişi və qadın cütlüyü hicabsız gənc qızları telefon kameralarına çəkib. Buna görə narahat olan xanımlar həmin şəxsləri öz telefonlarına çəkərək görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Hadisə dünən, aprelin 18-də axşam saatlarında İranın Mazandaran əyalətinin Babül şəhərində baş verib (Azadi).

Azərbaycanlı qadın İrşad Polis Patrul Xidmətinin (Əxlaq Polisi) mülki geyimli əməkdaşını vurub

#İran #hicab
Güney Azərbaycanda qadın ayı ilə qarşılaşsa da, sağ çıxmağı bacarıb

Hadisə İranın Qərbi Azərbaycan vilayətinin Xana (farsca – Piranşəhr) şəhəri yaxınlığında baş verib. 60 yaşlı qadın dərman bitkiləri yığmaq üçün yüksəkliyə qalxıb. Bu zaman o, ayının hücumuna məruz qalıb. 

Xanım ağır xəsarətlər alsa da, möcüzə nəticəsində sağ qalıb. Hazırda o, xəstəxanada müalicə alır (Sulduz24).

#Piransehr
Media is too big
VIEW IN TELEGRAM
Tanınmış türkiyəli jurnalist Fulya Özturk Təbrizdəki təəssüratlardan danışıb: “Özümü Türkiyədəki kimi, Azərbaycandadakı kimi hiss edirəm” (Ovqat).

Təbrizli xanım Fulya Öztürkü fərqli düşüncəsi ilə təəccübləndirib

#FulyaOzturk
İranda kranın aşması 2 nəfərin ölümünə səbəb olub

Hadisə İranın Sərbəndar şəhərində yerləşən Razi neft-kimya zavodunda baş verib. Müəssisədə kran aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Zavodun istehsal prosesində heç bir fasilə yaranmayıb (Fars). 

Şərqi Azərbaycan əyalətin

Təbrizdə təmizlik işçilərinin həyatları təhlükə altındadır: 21 əməkdaş son bir il ərzində həyatını itirib

İranlıların 70%-nin ikinci işi var

#İran
​​Kürd terrorçularının azərbaycanlılara qarşı etdikləri soyqırım: Sulduz qətliamı

Qətliam nəticəsində 2000-dən artıq azərbaycanlı qətlə yetirilib, yüzlərlə insan yaralanıb

20 aprel 1979-cu ildə Güney Azərbaycanın Sulduz (indiki Nəqədə) şəhərində kürd terrorçuları azərbaycanlıları kütləvi şəkildə qətlə yetiriblər.
 
İranda Şah hakimiyyətinin devrildiyi bir vaxtda ölkədə vəziyyətin gərginləşməsindən istifadə edərək, kürdlər ilk öncə 20 fevral 1979-cu ildə Məhabad qarnizonunu ələ keçirdilər. Daha sonra onlar İran Kürdüstan Demokratik Partiyası adı altında ölkədə hərbi bazaları qarət edib Sulduz şəhərinə yollandılar. Sulduz qətliamı kimi tarixə düşən hadisə Azərbaycan torpaqlarında kürdlərin nüfuzunu artırmaq, həmçinin Kürdüstan qurmaq məqsədi ilə törədilib.
 
20 aprel 1979-cu ildə təxminən 20 min silahlı kürd terrorçuları, əsasən, azərbaycanlıların yaşadığı Sulduzda mitinq keçirmək üçün yola düşdülər. Həmin zaman kürd terrorçuları İran Kürdüstan Demokratik Partiyasının lideri Abdurrəhman Qasımlı başda olmaqla şəhərə daxil oldular. Kürdlərin gəlişi zamanı şəhər sakinləri öz təhlükəsizlikləri üçün partiya rəhbərlərini mitinqi başqa yerdə və ya silahsız keçirməyə razı salmağa çalışdılar. Buna baxmayaraq, kürd terrorçuları mitinq üçün şəhərin stadionunda toplaşdılar. Mitinq başladıqdan bir müddət sonra kürdlər şəhərə hücum edib, azərbaycanlıları öldürməyə başladılar.
 
Çox az sayda silahları olan yerli əhali dini şəxsiyyət Molla Həsənlə birgə şəhərin Qala Başı və İmam küçəsindəki yüksəklikləri ələ keçirməyi bacardılar. Bir neçə gün keçdikdə qarşıdurmalarda ağır itki verən kürd terrorçuları şəhəri tərk etdilər.
 
Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər də kürd terrorçularından ağır zərbələr alıb. Nəticədə 2000-dən artıq azərbaycanlı qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
 
Molla Həsən öz xatirələrini topladığı kitabda Sulduz qətliamı haqqında məlumat verib: “Hadisədən bir gün sonra şəhərdə iki evi çox yaxından gördüm. Bir evdə 11 nəfəri başı kəsilmiş vəziyyətdə görəndə mənə çox pis təsir etdi, üç yaşında qızın başını şişlə anasının sinəsinə tikmişdilər, 22 nəfər boğazdan asılaraq edam edilmişdi, digər evdə isə bir gənci balta ilə doğramışdılar…”.

#Sulduzqetliami #Tarix
İranın xarici işlər naziri braziliyalı həmkarı ilə görüşüb. Söhbət zamanı Əmir Abdullahian bəyan edib ki, İran İsrailin istənilən addımına daha sərt reaksiya verəcək. 

İran onlarla pilotsuz uçan aparatdan istifadə edərək İsrailə hücum edib

#İran #İsrail
"Traktor" 4-cü oyundur qələbə qazana bilmir 

Təbrizin "Traktor" komandası “Nassaci Mazandaran”la qarşılaşıb. Oyun dünən, aprelin 19-da baş tutub. Matç İran Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilib. 

Təbrizlilər 2-ci hissənin 64-cü dəqiqəsində buraxdıqları yeganə qol nəticəsində 1:0 hesabı ilə məğlub olublar.

"Traktor" bu gün yaşıl meydana çıxır

#Traktor
İran Pəhləvi hakimiyyətini dəstəklədiyinə görə ABŞ-ni 1 milyard dollar ödəməyə məhkum edib. Bu haqda hökm Tehranın İctimai Hüquq Məhkəməsi tərəfindən verilib. ABŞ Pəhləvilər sülaləsi dövründə yaradılmış SAVAK-nın (Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) yaradılmasında birbaşa iştirak etdiyinə görə cərimələnib (Fars).

SAVAK – İranın Məhəmməd Rza Pəhləvi dövründə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyinin köməyi ilə təsis edilmiş gizli polis qurumudur.

#İran #ABS
İran prezidenti İsfahanda baş verən partlayışlara münasibət bildirməyib

İran prezidenti Rəisi bu gün ölkənin şimalındakı Simnan vilayətinin sakinləri qarşısında çıxışı zamanı deyib: “Doğru vəd” əməliyyatı (İranın İsrailə hücumu) ölkəmizə etibar və birlik gətirdi”. O, çıxışında İsfahanda səhər saatlarında baş verən partlayışları qeyd etməyib (IRNA).

İsfahanda partlayış səsi eşidilib

İran ordusu komandirinin İsfahandakı partlayışlara reaksiyası

İranın hərbi idarəsi İsfahandakı partlayışları şərh edib

#İran
İranda 2 azərbaycanlı sosial şəbəkə istifadəçisi tutulub. Onlar “milli təhlükəsizliyə zidd məzmun dərc etmək və ictimai rəyi narahat etmək”də ittiham ediliblər. Sözügedən həbslər İranın kibertəhlükəsizlik polisi tərəfindən həyata keçirilib (HRANA). 

#hebs
​​Meşkinşəhrdə itkin düşən 3 gəncin meyiti tapılıb

Ərdəbil vilayətinin Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru yanvarda Meşkinşəhrin (Xiyav) Alıç kəndi yüksəkliyində itkin düşmüş 3 gəncin cəsədinin bu cəmiyyətin əməliyyat qüvvələri tərəfindən tapıldığını açıqlayıb.

#GuneyAzerbaycan