Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.94K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sistan və Bəlucistanda daşqından zərər çəkmiş sakinlər hökumətin biganəliyindən dilə gəliblər

Sakinlərdən biri deyir ki, bütün məmurlar, o cümlədən kənd başçısı, məclis üzvü və qubernator seldən zərər çəkən vətəndaşlar üçün heç bir iş görmür və onların hamısı bu fəlakətlərə biganədirlər: 

“Məgər biz İran xalqı deyilik? Bizə heç kim kömək edə bilməz?!”

#SistanBelucistan
Sistan və Bəlucistan əyalətində daşqınlar 6 şəhərə və 289 kəndə ziyan vurub. Əhalinin su təchizatı maşınlarla həyata keçirilir. Sözügedən məlumat bölgənin Su və Kanalizasiya təşkilatının rəhbəri tərəfindən ictimailəşdirilib (İLNA).

#SistanBelucistan
İran Əfqanıstan ərazisindən axan Helmənd çayından suyun verildiyini təsdiqləyir

İran yağışlar nəticəsində daşqınlardan sonra Əfqanıstanın cənub-qərbindəki Helmənd çayından İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinə 50-60 milyon kubmetrə qədər su alıb. Bunu İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Salaciqə deyib. O qeyd edib ki, daxil olan suyun həcmi “daimi məsləhətləşmələrdə (Əfqanıstanla) artacaq” (İRNA).

Aprelin 22-də “İRNA” daşqınlardan sonra Helmənd çayından İranın Sistan və Bəlucistan əyalətinə suyun ötürülməsinin görüntülərini dərc edib.

#SistanBelucistan #Afqanistan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sistan və Bəlucistanı yenə su basıb

Zahidan şəhərində güclü yağışın davam etməsi nəticəsində əksər yolları su basıb.

#SistanBelucistan
SEPAH-nin təhlükəsizlik qüvvələri İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində polis məntəqələrinə iki hücum həyata keçirən bəluclara “maddi və texniki elementlər” verən bir neçə nəfəri saxlayıb (Tasnim).

#İran #SistanBelucistan
Sünnilərə qarşı təzyiqlər davam edir

İranda sünni məzhəbli müsəlmanlara təzyiqlərin davamında daha 3 sünni din xadimi təhlükəsizlik idarəsinə çağırılıb.

Bu barədə bəluc fəallar məlumat yayıblar.

Bildirilib ki, Zahidan şəhərindən olan Nəzərullah Qələndər Zehi, Əbdülqadir Bərahuyi və Abdullah Şəhbəxş adlı din xadimləri saatlarla dindiriliblər.

Onlar əyalətin Pişaməq dini məktəbinin bağlanmasına etiraz etdikləri və dini mərkəzin fəaliyyətinin bərpası tələbi ilə məktub yazdıqlarına görə dindiriliblər.

Zahidan şəhərinin Məkki məscidinin və dini mərkəzinin müəllimləri olan din xadimləri bundan əvvəl də təqib və təzyiqlərlə üzləşiblər.

#SistanBelucistan
Din xadimi İranda sünnilərə qarşı repressiyaları pisləyib

Təhlükəsizlik və başqa dövlət qurumları sünnilərə zülm edir, onlara qarşı cinayət işi açır və onlarla istədikləri kimi davranır. Bu sözləri sünni din xadimi Möləvi Əbdülhəmid deyib. O, mayın 10-da cümə namazı çıxışında sünnilərə və başqa vətəndaşlara qarşı olan zülmü pisləyib.

Cümə imamı vətəndaşların əmlaklarının müsadirə edilməsini, uzunmüddətli həbslərə və edam cəzalarına məhkum edilmələrini qanunazid adlandırıb, bu işlərdə əli olanların dinsiz və imansız olduqlarını deyib.

Qeyd edək ki, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün ölkədə ikinci dərəcəli vətəndaşlar durumuna düşüblər.

#SistanBelucistan
İran Sistan və Bəlucistan əyalətinin bölünməsini nəzərdən keçirir

İran parlamenti ölkənin cənubundakı Sistan və Bəlucistan əyalətinin müxtəlif adlarla 4 əyalətə bölünməsi təklifini müzakirə edir. Bu barədə məlumatı bəluclara məxsus Telegram kanalı yayıb. Qeyd edilir ki, bununla yanaşı, 10 milyon insanın köçürülməsi, Sistan və Bəlucistan sahillərinin başqa əyalətlərə verilməsi məsələlərinə baxılır. Bəluclar bunu “Bəlucistan sahillərinin işğalı” adlandırırlar və “onların mövcudluğu üçün yaranan təhlükədən” narahatdırlar. Mənbə yazır ki, son vaxtlar “Bəlucistan sahillərinin bütün hissələrində tikilən böyük qəsəbələrin sayı kəskin artıb”.

Sünni bəlucların yaşadıqları Sistan və Bəlucistan əyaləti tez-tez hökumət əleyhinə nümayişlər və rejim təhlükəsizlik qüvvələri ilə toqquşmalarla seçilən İranın ən böyük etiraz mərkəzidir.

#SistanBelucistan
İran polisi etnik bəlucları güllələyib

Mayın 13-də Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində İran polisinin minik avtomobilinə açdığı atəş nəticəsində 28 yaşlı Əsgər Qumşadzehi adlı kişi həyatını itirib, onun həyat yoldaşı, 3 və 5 yaşlı övladları isə yaralanıblar.

Bununla yanaşı, Kirman əyalətinin Kəhnuc şəhərində də oxşar hadisə baş verib. Mülki geyimli təhlükəsizlik məmurlarının atəşi nəticəsində şəxsi avtomobilində olan Səid Söhrabi adlı bəluc ölüb.

Qeyd edək ki, 2023-cü ilə olan hesabata görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

#SistanBelucistan
​​Sistan və Bəlucistan əyalətinin Hirmənd rayonunun Kəndu kəndi yaxınlığında polis qüvvələri 4 nəfəri güllələyib

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məmurların açdıqları atəş nəticəsində Məhəmməd Sarani və Qulam Sarani adlı iki qardaş ölüb, qardaşlardan digəri Nəbi Sarani və yoldan keçən Nəzir Rəxşani adlı gənc qadın isə ağır yaralanıblar.

Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb (Gunaz).

#SistanBelucistan