Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.93K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
Avstriya Xarici İşlər Nazirliyi İslam Respublikasının İsrailə hücum ehtimalı ilə əlaqədar yarana biləcək gərginliyə görə İrandakı vətəndaşlarından bu ölkəni tərk etmələrini istəyib (İran İnternational).

Bəzi digər ölkələr də öz vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi və bu ölkəni tərk etməyi tövsiyə edib.

#İran
Dolların qiyməti 68 min tümənə yaxınlaşır. Tehranın azad bazarında İran valyutasının məzənnəsi 1 ABŞ dolları üçün təxminən 67 min 750 tüməndir.

#tumen
"Traktor" azarkeşi dünyasını dəyişib

"Traktor" komandası ilə İsfahanın "Zob Ahan" komandaları
arasında keçirilən oyunu izləməyə gələn Traktor azarkeşi dünyasını dəyişib.

Belə ki, "Zob Ahan"ın "Traktor"un qapısına üçüncü qolu vurmasından sonra azarkeş Əhəd Gülilaləli insult keçirib və xəstəxanaya köçürülüb. Lakin, təəssüf ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İsfahan komandasının 4:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra xallarının sayı 40-a bərabər olan “Traktor” üçüncü pillədə qərarlaşıb.

#futbol
Məcburi hicab qaydalarının pozulması səbəbindən Kirmanşahda restoranın fəaliyyəti qadağan edilib. Bu haqda göstəriş yerli ədliyyə orqanı tərəfindən verilib (SEPAH).

#hicab
İranda ofislərin elektrik enerji istehlakını 30% azaltması tələb edilir. Nazirlər Kabinetinin qərarına əsasən, idarələr iş vaxtı ərzində xərclərini 30%, iş vaxtı bitdikdən sonra isə 60% azaltmalıdır (İSNA Eco).

#İran
Siyasi məhbusun ailəsi ilə görüş keçirilib. Güney Azərbaycan Milli Hərəkatının bir sıra fəalları tanınmış ruhani Əbdüləziz Əzim Qədiminin ailəsinə baş çəkiblər. Onlardan vicdan məhbusunun vəziyyəti öyrənilib, eləcə də kişinin həyat yolundan söhbət açılıb (AZOH). 

#MilliFeal #SiyasiMehbus
İranın Sistan və Bəlucistan ostanındakı Hirmənd şəhərində polis əməkdaşı qətlə yetirilib. Onun narkotik qaçaqmalçıları ilə dava zamanı öldürüldüyü bildirilir (İRNA). 

#SistanBelucistan #polis
Moləvi Əbdülhəmid: "Siyasi məhbuslar və hakimiyyətə etiraz edənlərlə danışıqlar aparın”

Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin sünni icmasının imamı Moləvi Əbdülhəmid İran hakimiyyətini siyasi məhbuslar və etirazçılarla danışıq aparıb onları dinləməyə çağırıb.

“İslam sistemində hökmdar Allah tərəfindən deyil, xalq tərəfindən seçilir. Hökmdar ancaq xalqı təmsil edir. Xalq 2-3 ildir etirazlarını bildirib tələblərini irəli sürür. Onlar dinlənilməlidirlər”, – deyə sünni lider bildirib.

Moləvinin bu ifadəsi Xameneinin Allah tərəfindən seçildiyi və Allahın Yer üzündə təmsilçisi olduğu iddiasına işarədir.

Zahidanın imamı, həmçinin oruc tutmayanlara qarşı hakimiyyətin reaksiyası barədə danışıb: “İranda xeyli şəxslər olub ki, Ramazanda oruc tutmayıblar. 
Onlara güc tətbiq etmək düzgün deyil. Onları ancaq oruca çağırmaq lazımdır. Şiddət göstərmək ancaq gərginlik və şiddətlə nəticələnər”. 

O, hakimiyyətin bir rəsmisinin “silahlılar və şiddət göstərənlərlə danışıq etmərik” ifadəsinə toxunub.
“Silah götürməyən və ancaq etirazlarını bildirənlərlə, siyasi məhbuslarla danışmısınızmı?” - deyə Moləvi rejimi tənqid edib.

Sünni lider sözlərinin sonunda şiddətin hakimiyyət və yaxud kimin tərəfindən olursa olsun yolverilməz olduğunu deyib.

#İran #beluc
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Milli fəal Kərim İsmayılzadə evində Azərbaycanın tanınmış fəalı Yürüş Mehrəlibəyili və Azərbaycan Milli Hərəkatının digər fəalları ilə görüş keçirib.

#GuneyAzerbaycan #millifeal
Media is too big
VIEW IN TELEGRAM
“Alüminium Ərak” və “İstiqlal” komandaları arasında keçirilən matçda “İstiqlal” azarkeşlərindən olan bir qız futbol meydanına daxil olaraq, futbolçularla görüşmək istəyib. Lakin xanım dərhal polis əməkdaşlarının müqaviməti ilə üzləşib.

Yayımlanan videogörüntülərdən görünür ki, “İstiqlal”ın qapıçısı Hüssein Hüsseini bu qızı xilas etmək üçün müdaxilə edir, lakin polis qüvvələrinin yüksəkrütbəli əməkdaşları “İstiqlal”ın qapıçısını zorla meydandan qovurlar.

Bu videoda “İstiqlal” azarkeşlərinin polis zabit və məmurlarını şərəfsiz adlandırdıqlarını eşidə bilərsiniz.

#futbol
Media is too big
VIEW IN TELEGRAM
Güneyli fermerlər etiraz aksiyası keçiriblər

İsfahanda fermerlər hökumətin əkin sahələrinə çaydan suyun verilməməsinə etiraz ediblər.

#GuneyAzerbaycan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bəbir gizli kameralara düşüb. Hadisə İranın İlam əyalətinin Dehluran bölgəsində baş verib. Sözügedən məlumatı adıçəkilən vilayətin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri verib

#İran
Amerikanın Axios saytının müxbiri dörd amerikalı və israilli məmura istinadən öz Twitter hesabında yazıb: “İran onlarla pilotsuz uçan aparatdan istifadə edərək İsrailə hücum edib".

#İsrail #İran
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Telegram kanalı xəbər verir ki, İran İsrail istiqamətində 50 “Shahed-136” kamikadze təyyarəsi buraxıb.

#İran #Silahları
İranın Telegram kanalları xəbər verir ki, Tehran Beynəlxalq Hava Limanı və onun hava məkanı növbəti xəbərdarlığa qədər bağlıdır.

#İran
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın İsrailə hücumunun başlaması ilə bağlı xəbərlər fonunda SEPAH-nin Telegram kanalı İraqın hava məkanı üzərində uçan pilotsuz təyyarənin görüntülərini dərc edib. Qeyd olunur ki, bunlar guya Shahed-136 kamikadze dronlarıdır.

#İsrail #İran #SEPAH #İraq
İsrailin Ynet saytı yazır ki, tarixdə ilk dəfə İran İsrailə birbaşa hücum edir.

#İsrailMüharibəsi #İran
"Handala" haker qrupu İsrailin "Dəmir Günbəz" raketdən müdafiə sisteminə kiberhücum və haker hücumu barədə məlumat verib.

#İsrailMüharibəsi #İran
İsrail İranın yəhudi dövləti istiqamətində pilotsuz təyyarələr buraxdığını təsdiqləyib

“Bir müddət əvvəl İran İsrail istiqamətində pilotsuz təyyarələr buraxdı. Biz hava məkanında təhlükəni izləyirik”, – deyə İsrail ordusunun nümayəndəsi bildirib. O qeyd edib ki, bu pilotsuz təyyarələr bir neçə saata İsrailə çatacaq.

#İsrailMüharibəsi #İran
İrandan İsrailə çatma vaxtı: ballistik raket – 12 dəqiqə, qanadlı raket – 2 saat, dron – 9 saat. Bu barədə İsrail televiziyasının 12-ci kanalı İranın İsrailə hücumları fonunda yazır.

#İsrailMüharibəsi #İran #Silahları