Futbolxəbər.az
65 subscribers
503 photos
160 videos
129 links
Futbolxeber.az saytının rəsmi teleqram hesabı
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Renat Dadaşov "Bazel"ə qol vurdu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatının 3-cü turunda "Bazel"i qəbul edib.

Oyun "Qrasshopper"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan millimizin hücumçusu 37-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.
🏆 “Neftçi”nin UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinə yüksələcəyi halda, potensial rəqibləri
Azərbaycanlı futbolçu Elvin Hüseynov İtaliyanın “San Filippo Neri Yepp” klubuna keçib.

Bu barədə D seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, oyunçu yeni komandası ilə 1 illik müqavilə bağlayıb.
İnter Mayami" "Dallas"ı penaltilər seriyasında məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.
Matçın əsas vaxtı 4:4 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında Mayami “İnter”inin futbolçuları daha dəqiq olub – 3:5.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi bu oyunda da dubla imza atıb. O, 6-cı dəqiqədə Xordi Albanın ötürməsi ilə hesabı açıb, 85-ci dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib və matçı penaltilərə daşıyıb.
Bu klubda keçirdiyi 4 oyunda 7-ci qolunu vuran Messi, ardıcıl üçüncü oyunda dubla imza atır.
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
"Qarabağ" - HİK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.
Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri bəlli olub.

Qitə futbol qurumunun təşkil etdiyi püşkatma zamanı “Neftçi” və “Sabah”ın mümkün rəqibləri müəyyənləşib.

“Ağ-qaralar” III raundda Türkiyənin “Beşiktaş” komandasını keçsə, “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.

“Sabah” isə III raundda Serbiya klubu “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.
"Səbail" klubu Niderlandın "Telstar" komandasından futbolçu transfer edib."Dənizçilər" 26 yaşlı yarımmüdafiəçi Anass Nacahı heyətinə qatıb.

Niderlandlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Anass Nacah ölkəsinin "Valveyk" və Kiprin "Akritas" klublarında da çıxış edib.
Əvəzedicilər liqasında ilk tura yekun vuruldu
Rəsmi: 34 yaşlı qolkiper 🇨🇭 Yann Sommer "Inter" klubuna keçdi.

RƏSMİ | 🗼 "PSG" 🦅 "Benfica"dan 22 yaşlı forvard 🇵🇹 Gonçalo Ramos'u transfer etdiyini açıqladı.
"Neftçi" "Qalatasaray"ın yarımmüdafiəçisi Olimpiu Morutanı icarəyə götürmək üçün danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Azərbaycan millisi yoxlama oyununda İordaniyanı məğlub etdi - 2:1.

Oyunla bağlı fikirləriniz?
23:00. "Hekken"  - "Qarabağ"