📝 Uca Allah elmi kimin vasitəsilə qoruyacaq, bilmirsən..
Şeyx Saleh ibn Abdullah ibn Humeyd (Məkkədəki Məscidul-Həramın imamı) belə rəvayət edir:
«Atamın (böyük alim Abdullah ibn Humeydin, 1982-ci ildə vəfat edib) kasetlərə yazılmış elmi dərslərindən bir şey axtarırdıq. Onun vəfatından sonra uzun müddət axtardıq, lakin otuz beşdən çox kaset tapa bilmədik. Radio arxivlərində də heç nə tapa bilmədik.
Lakin sonradan məlum oldu ki, Rusiyada yaşayan müsəlmanlardan biri (o zaman hələ SSRİ idi) şeyxin Səudiyyə radiosunda yayımlanan dərslərini, o cümlədən “Nurun aləd dərb” proqramını lentə alırmış.
Bu Rusiyadan olan müsəlman Səudiyyə radiosunun dalğalarını, xüsusilə də “Nurun aləd dərb” proqramını tutmaq üçün dağa qalxır, sonra isə eşitdiklərinin hamısını kasetlərə yazırmış. Biz onun yanında təxminən dörd yüz kaset tapdıq.
Allaha həmd olsun və şükürlər olsun!
Baxın, Allah İslam elminə və onu axtaranlara qarşı mübarizə aparan bir ölkədə alimin elmini necə qoruyub saxladı: dağlarda gizlənərək bu elmi yazan bir insan vasitəsilə.
Həqiqətən də, Allah ən yaxşı Qoruyandır və ən Mərhəmətlidir!»
t.me/faydailim

Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ
https://www.instagram.com/faydailim
https://www.instagram.com/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌹 Bu qadınlar dinlərində bəzi kişilərdən daha güclüdürlər! — Şeyx Suleyman ər-Ruheyli حفظه الله
🔗t.me/faydailim
🔗t.me/faydailim
💢 Bu hədisdən günümüzə uyğun olan faydalara bir baxın! (dərsdən ixtisarla)
Muaz ibn Cəbəl (radiyallahu anhu) demişdir:
«Əgər bir (din) qardaşını sevərsənsə, onunla mübahisə etmə, ona düşmənçilik etmə və başqalarından onun haqqında soraqlama. Çünki ola bilsin ki, onun bir düşməninə rast gələrsən, o da sənə onun haqqında onda olmayan şeyləri xəbər verər və beləcə sizin aranızı vurub ayırar.»
📕 Mənbə: İmam Buxarinin "əl-Ədəbul-Mufrad" əsəri, Hədis № 545 / 424), Məvquf , səhih.
«Əgər bir insan özünü sələfiliyə nisbət edirsə və zahirən də belə görünürsə, onun Şeyx İbn Bazı, Şeyx İbn Useymini və Şeyx Albanini dinlədiyini və onların sözlərini paylaşdığını görürsənsə, onu elm tələb edən biri kimi tanıyırsansa və onu Allah üçün sevirsənsə, haqqında əlavə araşdırma aparma! Əgər onda açıq-aydın bir bidət görmürsənsə, zahirinə əsasən onunla müamilə et.
Çünki müsəlmanla zahirinə görə müamilə etmək sünnədəndir. Müsəlman haqqında açıq və aşkar şəkildə görünən şeylər kifayətdir.
🚫 Bu hədisdə zəlalətdə, cərhdə həddi aşan kəslərə rəddiyə vardır. Belə insanlar bir şəxslə ilk dəfə qarşılaşdıqda əsasən bu kimi suallar verirlər: “O kimdir?”, “Siz onun haqqında nə bilirsiniz?”, “Kimləri dinləyir?”Onlar hər kəsə damğa vurmağı sevirlər!
👉 Unutma ki, sevgi Uca Allahın əlindədir. Sən istəsən də, istəməsən də, Allah bir insanı sənə sevdirər, səni ona yönəldər. Elə isə qəlbinə bax!
Bu hədis sanki yaşadığımız günlərdən danışır:
“Ola bilsin ki, onun bir düşməninə rast gələrsən. O da sənə onun haqqında onda olmayan şeyləri xəbər verər və beləcə sizin aranızı vurub ayırar.”
Sən görürsən ki, cərhdə həddi aşan kəslərin nə elmə marağı qalır, nə də ki onu artırmağa. Həmçinin bu cür davranış müsəlmanların parçalanmasına səbəb olur. Halbuki müsəlmanların parçalanması şəriətə ziddir.
Necə ki, Uca Allah buyurur:
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Əl- İmran, 103)”»
Allahdan diləyirik ki, xəstə qəlblərə şəfa versin, beyni yuyulmuş insanlara haqqı göstərsin və ümmətin, eləcə də millətin parçalanmasına səbəb olanları islah etsin. Əmin.
#sünnə #cərh

🔹 Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
“Ey qardaşım, haqq və xeyir əhlini pis ləqəblərlə çağırmalarına təəccüblənmə. Məgər bilmirsənmi ki, peyğəmbərlər də sehrbaz və dəli kimi vəsf edilmişlər?”
📕 Bax: “əl-Bab əl-Məftuh”, 235
t.me/faydailim
“Ey qardaşım, haqq və xeyir əhlini pis ləqəblərlə çağırmalarına təəccüblənmə. Məgər bilmirsənmi ki, peyğəmbərlər də sehrbaz və dəli kimi vəsf edilmişlər?”
📕 Bax: “əl-Bab əl-Məftuh”, 235
t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ
https://www.instagram.com/faydailim
https://www.instagram.com/faydailim
Bəzən alimin həyatının son illərində yaşadığı yer ona dar gəlir. Lakin vəfatından sonra məlum olur ki, onun təsiri həmin məkanın hüdudlarından çox-çox kənara çıxıb.
İbn Teymiyyə Dəməşq qalasında həbs edildi. Onu tələbələrindən ayırdılar və kitablarından məhrum etdilər. Lakin vəfatından sonra alimin adı onun heç vaxt getmədiyi torpaqlarda belə tanındı. Sanki Allah onun üçün qoruyub saxladığı geniş rəğbətin nə qədər böyük olduğunu göstərdi.
İbn Rəcəb İbn Teymiyyənin bioqrafiyasında belə yazır:
“Onun üçün qiyabi cənazə namazı yaxın və uzaq bir çox İslam torpaqlarında, hətta Yəmən və Çində belə qılındı. Səyyahlar danışırdılar ki, Çinin ən ucqar guşəsində cümə günü belə bir nida səslənmişdi: «Quran təfsirçisi üçün cənazə namazını qılın!»”
Bəziləri təəccüblənir ki, telefon, radio və sosial şəbəkələrin olmadığı bir dövrdə Dəməşqdə bir insanın vəfat xəbəri uzaq Çinə necə çata bilərdi?
Lakin bu təəccüb qədim dünyanın tamamilə bir-birindən təcrid olunmuş olması ilə bağlı yanlış təsəvvürdən irəli gəlir. Əslində müsəlmanların Çinlə əlaqələri hicrətin 31-ci ilində, Osman ibn Əffanın, Allah ondan razı olsun, xəlifəliyi dövründə başlamışdı.
İbn Teymiyyə hicrətin 728-ci ilində vəfat edəndə müsəlmanlar artıq təxminən yeddi əsr idi ki, Çində yaşayırdılar. Ticarət yolları və zəvvarlar xəbərləri, kitabları və məşhur alimlərin adlarını bir ölkədən digərinə daşıyırdılar.
t.me/faydailim
İbn Teymiyyə Dəməşq qalasında həbs edildi. Onu tələbələrindən ayırdılar və kitablarından məhrum etdilər. Lakin vəfatından sonra alimin adı onun heç vaxt getmədiyi torpaqlarda belə tanındı. Sanki Allah onun üçün qoruyub saxladığı geniş rəğbətin nə qədər böyük olduğunu göstərdi.
İbn Rəcəb İbn Teymiyyənin bioqrafiyasında belə yazır:
“Onun üçün qiyabi cənazə namazı yaxın və uzaq bir çox İslam torpaqlarında, hətta Yəmən və Çində belə qılındı. Səyyahlar danışırdılar ki, Çinin ən ucqar guşəsində cümə günü belə bir nida səslənmişdi: «Quran təfsirçisi üçün cənazə namazını qılın!»”
Bəziləri təəccüblənir ki, telefon, radio və sosial şəbəkələrin olmadığı bir dövrdə Dəməşqdə bir insanın vəfat xəbəri uzaq Çinə necə çata bilərdi?
Lakin bu təəccüb qədim dünyanın tamamilə bir-birindən təcrid olunmuş olması ilə bağlı yanlış təsəvvürdən irəli gəlir. Əslində müsəlmanların Çinlə əlaqələri hicrətin 31-ci ilində, Osman ibn Əffanın, Allah ondan razı olsun, xəlifəliyi dövründə başlamışdı.
İbn Teymiyyə hicrətin 728-ci ilində vəfat edəndə müsəlmanlar artıq təxminən yeddi əsr idi ki, Çində yaşayırdılar. Ticarət yolları və zəvvarlar xəbərləri, kitabları və məşhur alimlərin adlarını bir ölkədən digərinə daşıyırdılar.
t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ
https://www.instagram.com/faydailim
https://www.instagram.com/faydailim
Rəvayət edilir ki, Ənəs (radiyallahu anhu) demişdir: “Allah Rəsuluna ﷺ-ə xidmət edən yəhudi bir uşaq xəstələnmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ona baş çəkməyə gəldi və onun baş tərəfində oturub ona: “Müsəlman ol!”– dedi. Uşaq, yanında durmuş atasının üzünə baxdı. Atası ona: “Əbul-Qasıma itaət et!”– dedi və uşaq İslamı qəbul etdi. Sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onun yanından çıxdı və dedi: “Onu oddan xilas edən Allaha həmd olsun!”
👉 Bu hədisdən çıxarılan önəmli faydalardan biri budur ki, müsəlman kafirlərdən olan xadimə, işçi və buna bənzər şəxsləri yanında işlədə bilər. Lakin Şeyx İbn Useyminin də məşhur fətvasına əsasən, bu şəxs uşaqlara dayəlik edən və onların tərbiyəsi ilə məşğul olan biri olmamalıdır. Şeyxin bu məsələdəki fətvasının səbəblərindən biri də ərəb ölkələrində müşrik dayələrin geniş yayılmasıdır.
📍Belə bir işçi və ya xadimə götürən şəxs elm və təqva sahibi olmalıdır. Elə biri olmalıdır ki, həmin işçini haqqa dəvət edə bilsin. Necə ki, bu hədisdə Peyğəmbər ﷺ həmin yəhudi uşağı İslama dəvət etmişdir.
📌 Həmçinin alimlər bu məsələni müşrik qadınlarla evlənməyə qiyas etmişlər. Çünki bəzi kişilər düşünürlər ki, qadın kitab əhlindəndirsə mən artıq rahat şəkildə onunla evlənə bilərəm. Məsələ isə bu qədər asan deyil. Xüsusilə indiki dövrdə bu məsələdə şərtlərdən biri kişinin elmli və təqvalı olmasıdır. Digər insanlar, yəni avamlar isə bundan çəkinməlidirlər. Çünki elm və təqva sahibi olan bir kişin həmin qadını İslama dəvət etməsi və onun da İslamı qəbul etməsi ehtimalı daha böyükdür. Avam insan üçün isə bu ehtimal o qədər də güclü deyil. Təəsüf ki, müsəlman kişilər indi müsəlman qadınları belə tərbiyyə edə bilmirlər…
Yəni, belə bir qadınla evlənəcək kişi kifayət qədər heybətli, təqvalı, ixlaslı və elmli olmalı, həmçinin onu İslama dəvət etmək niyyətində olmalıdır. Ən doğrusunu Allah bilir.
#sünnə #hədis
t.me/faydailim
Buxari 1356

Əz-Zubeyri demişdir:
“İmam Malikin elmini, yəni onun «əl-Muvatta» kitabını əzbər bilən bir qızı var idi. Dərs zamanı o, qapının arxasında dayanardı və tələbə İmam Malikə «əl-Muvatta» kitabını oxuyardı. Əgər qız oxuyanın bir səhv etdiyini eşitsəydi, qapını döyərdi. Malik başa düşərdi ki, səhv edilib və oxuyanın səhvini düzəldərdi.”
📕 İbn Fərhun, «Əd-Dibac əl-Muzhəb», 1/86.
t.me/faydailim
“İmam Malikin elmini, yəni onun «əl-Muvatta» kitabını əzbər bilən bir qızı var idi. Dərs zamanı o, qapının arxasında dayanardı və tələbə İmam Malikə «əl-Muvatta» kitabını oxuyardı. Əgər qız oxuyanın bir səhv etdiyini eşitsəydi, qapını döyərdi. Malik başa düşərdi ki, səhv edilib və oxuyanın səhvini düzəldərdi.”
📕 İbn Fərhun, «Əd-Dibac əl-Muzhəb», 1/86.
t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu, dünyanın fitrətidir: Bir sıxıntıdan digərinə…
Kədərini, hüznünü, qəlb sıxıntılarını və nəfsinin dağınıqlığını davamlı olaraq dilə gətirməyin səni dünyanın diqqət mərkəzinə çevirməyəcək. Nə insanlar, nə də yaxınların sırf buna görə sənin yanına qaçıb halını soruşmayacaqlar.
Əksinə, zaman keçdikcə bu vəziyyət sənə qarşı bir ittihama çevrilə bilər. Bunu bilmək lazımdır ki, bütün qəlblərdə davamlı bir hüzn vardır. Bu, dünyanın fitrətidir: bir sıxıntıdan digərinə…
Unutma: Hüzn yalnız sənin hiss etdiyin bir şey deyil. Və yalnız sən çiyninə bir əlin qoyulmasını arzulamırsan.
Buna görə də hisslərini ifadə edərkən ölçülü ol. Çünki qarşındakı insan da bəlkə bir çöküşün astanasındadır və sadəcə həyatdan gözəl bir söz eşitmək istəyir..
Allahın sənə verdiyi nemətləri xatırla. Kiməsə qəlbini açarkən tarazlığı qoru.
Ən gözəli isə dərdlərini Uca Rəbbinə şikayət etməkdir. Necə ki, Yaqub (əleyhissəlam) demişdir:
إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ
“Mən dərd-qəmimi və hüznümü yalnız Allaha açıb şikayət edirəm.” (Yusuf, 86)

⛔️ SUAL: Süni intellektdən canlıların şəkillərini yaratmasını istəyə bilərəmmi?
Hal-hazırda geniş yayılan məsələlərdən biri də süni intellekt vasitəsilə canlıların təsvirlərinin yaradılmasıdır. Hətta dini məzmunlu, cizgi filminə bənzər videolar hazırlanır və bunlar Quran ayələri və hədislərdən daha çox statuslarda paylaşılır!
Təəssüf ki, insanların bir çoxunun ağlına belə gəlmir ki, bu cür videoların hazırlanmasında nə qədər haram və münkər ola bilər. Çünki bu, düzgün dəvət üsulu deyil. Dəvət isə Quran və Sünnəyə uyğun olmalıdır.
Xüsusilə canlıların təsvirlərini yaratmaq məsələsi çox ciddi məsələdir. Təsvirlər barədə şəriətdə gələn şiddətli əzab məlumdur.
♨️ Həmçinin son vaxtlar YouTube və digər platformalarda süni intellekt vasitəsilə alimlərin şəkillərinin yaradıldığını və videolarda ön plana çıxarıldığını görürük. Halbuki bəzi alimlər özlərinin adi şəkildə belə çəkilməsinə halallıq verməyiblər. Belə olduqda burada yalnız təsvir məsələsi deyil, həmin alimlərin haqqına girmək məsələsi də ortaya çıxa bilər.
👉 Ona görə də xüsusilə dəvət səhifələri bu məsələyə çox ciddi yanaşmalıdır. İnsan haqqı öyrəndikdən sonra Allaha tövbə etməli, həmin videoları və ya şəkilləri silməli, və başqalarını da belə şeyləri yaratmaqdan və paylaşmaqdan çəkindirməlidir.
Allahdan diləyirik ki, bizə haqqı haqq olaraq göstərsin və ona tabe olmağı nəsib etsin; batili də batil olaraq göstərsin və ondan uzaq durmağa müvəffəq etsin. Əmin!

👇🏻👇🏻👇🏻 Bütün səbəblərdən yapış ki, içindəki təkəbbürü öldürəsən. Qəlbindəki kibri bu yollarla təmizləyə bilərsən.
“Xidmətçisi ilə birlikdə yemək yeyən, bazarlarda uzunqulağa minən və qoyunun ayaqlarını tutub onu sağan kəs təkəbbürlü deyildir.”
📕الصحيحة ( ٢٢١٨ ) “حسن”
📍Günümüzdə bu hədisi bir çox məsələyə aid etmək olar. Məsələn, insanın öz işçiləri, xadimələri və ya kasıb insanlarla oturub yemək yeməsi. İctimai nəqliyyatda kasıb insanların yanında əyləşməsi.
🚘 Bahalı avtomobilə sahib olduğu halda bəzən piyada getməsi, bəzən avtobus və metrodan istifadə etməsi və ya velosiped sürməsi də təvazökarlıq əlamətidir. İmkanı çatdığı halda daim biznes-klasla uçursa, bəzən ekonom-klasa üstünlük verməsi.
🏡 Həmçinin ev işlərində iştirak etmək, aşağı səviyyəli işləri görməkdən çəkinməmək lazımdır. Peyğəmbər ﷺ də zövcələrinə ev işlərində yardım edərdi. Əgər rəhbərsənsə və ya işçilərin varsa, bəzən özün çay süz, yemək gətir, oturduğun yeri təmizlə və ən xırda işləri belə görməkdən utanma.
🫀 Qəlbi isə haqqı qəbul etməyə hər zaman hazır olmalıdır, hətta bu haqq onun nəfsinə xoş gəlməsə belə və yaxud qarşı tərəf xətakar olsa belə onun üzünə dərhal səhvini vurmamalıdı!
📌 Bütün bunlar səndə təkəbbürün olub-olmadığını göstərən əlamətlərdəndir. Əgər insan bunları etməkdə çətinlik çəkdiyini hiss edirsə, deməli, qəlbində bu xəstəlikdən bir pay var və onu müalicə etməlidir.
Bu xəstəliyin müalicə yollarından biri də nəfsini bunları etməyə məcbur etməkdir.
#sünnə #hədis #kibr

“Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girməz”
#sünnə #hədis #kibr
t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ
https://www.instagram.com/faydailim
https://www.instagram.com/faydailim
“Bəzən Allah, qədərini həyata keçirmək üçün səndən bəsirətini alar.
Hadisə baş verdikdən sonra insanın ağlı başına gələr və özünü qınayaraq: “Ağlım harada idi?” deyə dönə-dönə soruşar.
Halbuki ağıl ehtiyatlı bir gözətçi deyil, əmrə tabe olan bir quldur. Allah Öz təqdirinin, sənin keçilməz hesab etdiyin tədbirləri aşa bilməsi üçün bəsirət nurunu qəsdən söndürər..
Nə vaxt ki, yazılmış qədər həyata keçər və yerini tapar, o zaman Allah sənə bəsirətini geri qaytarar. Sən də ilahi təqdirin heybəti qarşısında heyrət içində qalar və yenə: “Ağlım harada idi?” deyə soruşarsan.
Ağlın, qarşısını ala bilməyəcəyin bir qədərin hökmünü yerinə yetirmək üçün Yaradanının əlində idi…”
يا حيُّ يا قيُّومُ برحمتِكَ أستغيثُ أصلِح لي شأني كلَّهُ ولا تَكلني إلى نفسي طرفةَ عينٍ

“Bir dəfə Peyğəmbər ﷺ bizə: “Allahdan layiqincə həya edin!”– deyə buyurdu. Biz dedik: “Ya Rəsulullah! Allaha həmd olsun ki, biz Ondan həya edirik.” O, dedi: “Mən bunu qəsd etmirəm. Lakin Allahdan layiqincə həya etmək budur ki, başını və başında olanları qoruyasan, habelə, bətnini və onun ətrafındakıları qoruyasan. Üstəlik, öləcəyini və qəbirdə çürüyəcəyini xatırlayasan. Axirəti (qazanmaq) istəyən adam dünyanın bər-bəzəyini tərk edər. Bunları edən kimsə Allahdan layiqincə həya etmiş olar”
*Başını və başında olanları (dilini, gözünü, qulağını)
*Bətnini və onun ətrafındakıları (əlini, ayağını, qəlbini, cinsiyyət üzvlərini və s.)
t.me/faydailim
*Bətnini və onun ətrafındakıları (əlini, ayağını, qəlbini, cinsiyyət üzvlərini və s.)
t.me/faydailim
Bir çox kişi salehə, təqvalı və səbirli bir qadının arzusundadır.
Onlar arzulayırlar ki, belə bir qadın onların evlərində olsun, amma sahib olduqları qadının qədrini bilmirlər və onu heç bir əlaqəsi belə olmayan başqa qadınlarla müqayisə edirlər.
🔸 İbn əl-Cövzi demişdir. Bu böyük alimin sözlərinə diqqətlə qulaq asın:
“Bəzən kişi hansısa qadını görür və ona elə gəlməyə başlayır ki, həmin qadın öz həyat yoldaşından daha yaxşıdır.
O, həmin qadın haqqında düşünməyə, onun xəyalını qurmağa, onu təsəvvür etməyə başlayır. Onun gözəlliyinin qarşısında məftun olaraq yalnız yaxşı tərəflərini görür.
Sonra həmin qadınla evlənməyə çalışır və buna nail olduqda isə ondan bezir. O qadın da ona sıxıcı gəlir və artıq başqa bir qadın arzulayır. Halbuki arzuladığı şeyin içində bəla və imtahanların gizləndiyini dərk etmir.
Bəlkə də arzuladığı qadın nə dindarlığa, nə də ağla sahib olacaq; onun üçün nə müdrik həyat yoldaşı, nə də sevən bir həyat yoldaşı olacaq. Nəticədə isə qazandığından daha çoxunu itirəcək…”
Unutma ki, həqiqi gözəllik sənə satılan zahiri gözəllik deyil. Həqiqi gözəllik gözəl əxlaq və Allah qorxusudur.
Bir zamanlar seçdiyin və bir zamanlar sənə güvənən qadının qədrini bil.
Uca Allahın əmrini də unutma. Allah-Təala buyurur:
“Onlarla gözəl rəftar edin.”
Yəni onlarla ən gözəl şəkildə davranın.
Çünki qadına qarşı yaxşı münasibət göstərmək sənin mərdliyinin və gücünün sübutudur. Cəmiyyətin sənə təlqin etdiyi saxta kişilik, sərtlik və düşüncəsizlik isə əsil kişilik deyil..!
#faydailim_evlilik #faydailim_kişilər