FAYDAİLİM
193 subscribers
329 photos
196 videos
6 files
1.01K links
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ

https://www.instagram.com/faydailim
Download Telegram
👇🏻👇🏻👇🏻 Bütün səbəblərdən yapış ki, içindəki təkəbbürü öldürəsən. Qəlbindəki kibri bu yollarla təmizləyə bilərsən.

“Xidmətçisi ilə birlikdə yemək yeyən, bazarlarda uzunqulağa minən və qoyunun ayaqlarını tutub onu sağan kəs təkəbbürlü deyildir.”

📕الصحيحة ( ٢٢١٨ ) “حسن”

📍Günümüzdə bu hədisi bir çox məsələyə aid etmək olar. Məsələn, insanın öz işçiləri, xadimələri və ya kasıb insanlarla oturub yemək yeməsi. İctimai nəqliyyatda kasıb insanların yanında əyləşməsi.

🚘 Bahalı avtomobilə sahib olduğu halda bəzən piyada getməsi, bəzən avtobus və metrodan istifadə etməsi və ya velosiped sürməsi də təvazökarlıq əlamətidir. İmkanı çatdığı halda daim biznes-klasla uçursa, bəzən ekonom-klasa üstünlük verməsi.

🏡 Həmçinin ev işlərində iştirak etmək, aşağı səviyyəli işləri görməkdən çəkinməmək lazımdır. Peyğəmbər ﷺ də zövcələrinə ev işlərində yardım edərdi. Əgər rəhbərsənsə və ya işçilərin varsa, bəzən özün çay süz, yemək gətir, oturduğun yeri təmizlə və ən xırda işləri belə görməkdən utanma.

🫀 Qəlbi isə haqqı qəbul etməyə hər zaman hazır olmalıdır, hətta bu haqq onun nəfsinə xoş gəlməsə belə və yaxud qarşı tərəf xətakar olsa belə onun üzünə dərhal səhvini vurmamalıdı!

📌 Bütün bunlar səndə təkəbbürün olub-olmadığını göstərən əlamətlərdəndir. Əgər insan bunları etməkdə çətinlik çəkdiyini hiss edirsə, deməli, qəlbində bu xəstəlikdən bir pay var və onu müalicə etməlidir.

Bu xəstəliyin müalicə yollarından biri də nəfsini bunları etməyə məcbur etməkdir.

“Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girməz”


#sünnə #hədis #kibr

t.me/faydailim
“Bəzən Allah, qədərini həyata keçirmək üçün səndən bəsirətini alar.
Hadisə baş verdikdən sonra insanın ağlı başına gələr və özünü qınayaraq: “Ağlım harada idi?” deyə dönə-dönə soruşar.
Halbuki ağıl ehtiyatlı bir gözətçi deyil, əmrə tabe olan bir quldur. Allah Öz təqdirinin, sənin keçilməz hesab etdiyin tədbirləri aşa bilməsi üçün bəsirət nurunu qəsdən söndürər..
Nə vaxt ki, yazılmış qədər həyata keçər və yerini tapar, o zaman Allah sənə bəsirətini geri qaytarar. Sən də ilahi təqdirin heybəti qarşısında heyrət içində qalar və yenə: “Ağlım harada idi?” deyə soruşarsan.
Ağlın, qarşısını ala bilməyəcəyin bir qədərin hökmünü yerinə yetirmək üçün Yaradanının əlində idi…”

يا حيُّ يا قيُّومُ برحمتِكَ أستغيثُ أصلِح لي شأني كلَّهُ ولا تَكلني إلى نفسي طرفةَ عينٍ

t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Bir dəfə Peyğəmbər ﷺ  bizə: “Allahdan layiqincə həya edin!”– deyə buyurdu. Biz dedik: “Ya Rəsu­lul­lah! Allaha həmd olsun ki, biz Ondan həya edirik.” O, dedi: “Mən bunu qəsd etmirəm. Lakin Allahdan layiqincə həya etmək budur ki, başını və başında olanları qoruyasan, habelə, bətnini və onun ətra­fın­dakıları qoruyasan. Üstəlik, öləcəyini və qəbirdə çürüyəcəyini xatırla­yasan. Axirəti (qazanmaq) istəyən adam dünyanın bər-bə­zəyini tərk edər. Bunları edən kimsə Allahdan layiqincə həya et­miş olar”

*Başını və başında olanları (di­lini, gözünü, qulağını)

*Bətnini və onun ətra­fın­dakıları (əlini, ayağını, qəlbini, cinsiyyət üzv­lərini və s.)


t.me/faydailim
Bir çox kişi salehə, təqvalı və səbirli bir qadının arzusundadır.

Onlar arzulayırlar ki, belə bir qadın onların evlərində olsun, amma sahib olduqları qadının qədrini bilmirlər və onu heç bir əlaqəsi belə olmayan başqa qadınlarla müqayisə edirlər.

🔸 İbn əl-Cövzi demişdir. Bu böyük alimin sözlərinə diqqətlə qulaq asın:

“Bəzən kişi hansısa qadını görür və ona elə gəlməyə başlayır ki, həmin qadın öz həyat yoldaşından daha yaxşıdır.

O, həmin qadın haqqında düşünməyə, onun xəyalını qurmağa, onu təsəvvür etməyə başlayır. Onun gözəlliyinin qarşısında məftun olaraq yalnız yaxşı tərəflərini görür.

Sonra həmin qadınla evlənməyə çalışır və buna nail olduqda isə ondan bezir. O qadın da ona sıxıcı gəlir və artıq başqa bir qadın arzulayır. Halbuki arzuladığı şeyin içində bəla və imtahanların gizləndiyini dərk etmir.

Bəlkə də arzuladığı qadın nə dindarlığa, nə də ağla sahib olacaq; onun üçün nə müdrik həyat yoldaşı, nə də sevən bir həyat yoldaşı olacaq. Nəticədə isə qazandığından daha çoxunu itirəcək…”

Unutma ki, həqiqi gözəllik sənə satılan zahiri gözəllik deyil. Həqiqi gözəllik gözəl əxlaq və Allah qorxusudur.

Bir zamanlar seçdiyin və bir zamanlar sənə güvənən qadının qədrini bil.

Uca Allahın əmrini də unutma. Allah-Təala buyurur:

“Onlarla gözəl rəftar edin.”

Yəni onlarla ən gözəl şəkildə davranın.

Çünki qadına qarşı yaxşı münasibət göstərmək sənin mərdliyinin və gücünün sübutudur. Cəmiyyətin sənə təlqin etdiyi saxta kişilik, sərtlik və düşüncəsizlik isə əsil kişilik deyil..!

#faydailim_evlilik #faydailim_kişilər

t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Sual:
Xatirə üçün şəkilləri saxlamaq olar, yoxsa olmaz?

🟢 İbn Bəzin cavabı:
Müsəlmana — istər kişi olsun, istər qadın — xatirə məqsədilə şəkilləri saxlamaq qadağandır. Burada nəzərdə tutulan insanlar və digər canlı varlıqların təsvirləridir. Əksinə, müsəlman bu cür şəkilləri məhv etməlidir. Çünki Allahın Elçisi Əliyə (Allah ondan razı olsun) belə buyurmuşdur:

“Heç bir şəkli yox etmədən qoyma və yerdən hündür olan heç bir qəbri də yerlə bir etmədən buraxma.”

📕 Səhih Muslim, Kitab əl-Cənaiz (Cənazələr kitabı)


t.me/faydailim
⛈️ Şübhəsiz ki, yaxşı əməllər pis əməlləri silib aparır. Qulun günahları göylərə qədər yüksəlsə, sonra isə Allahdan bağışlanma diləsə, Allah onu bağışlayar.

Əgər qul Allaha şərik qoşmadan yer üzü qədər günahla Allahın hüzuruna çıxsa, Allah onu yer üzü qədər məğfirətlə qarşılayar.

Günahları nə qədər çoxalsa da, Allah Öz qulunu bağışlayar və ona məğfirət edər. Qulun etdiyi az miqdarda yaxşı əməl belə onun günahlarını və günahlarının izlərini silib yox edər.

Nəsuh tövbə isə insanın etdiyi günahlara görə səmimi şəkildə peşman olmasıdır..

📕 ابن قيم الفوائد

t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⁉️ ELMİ KİÇİKLƏRDƏN GÖTÜRMƏK

«إنَّ من أشراطِ الساعةِ أنْ يُلتمسَ العلمُ عند الأصاغرِ»

Allahın Elçisi ﷺ buyurmuşdur:

"Elmi kiçiklərin yanında axtarmaq Qiyamətin əlamətlərindəndir".

📕صحيح الجامع 2207

Günümüzdə gördüyümüz acınacaqlı vəziyyətlərdən biri də budur ki, müsəlmanlar alimləri və şeyxləri qoyub kiçiklərdən, elmi az olan və ya ümumiyyətlə elmi olmayan insanlardan elm alırlar.

Bu, həqiqətən ciddi məsələdir. Bəzi alimlər qeyd edirlər ki, insan uzun illər elm tələb etdikdən və alimlərin dizinin dibində oturduqdan sonra kitabları şərh etməyə və tədris etməyə başlaya bilərlər (təxmini 40 yaş). Əgər belə olmasaydı, alimlər özləri elə 20-25 yaşlarında kitab şərh edib dərs verərdilər.

Hətta alimlər qeyd edirlər ki, icazəsi və təzkiyəsi olmayan insan bir zikr məclisində dərs keçirsə, yalnız kitabı və alimin şərhini oxuya bilər, özündən şərh verə və ya suallara cavab verə bilməz! Çünki Allahın dini haqqında elmsiz danışmaq çox təhlükəlidir. Yəni bu, hansısa ailə, cəmiyyət məsələləri, məişət problemləri və s. deyil ki, hər kəs istədiyi kimi danışsın..

Tövhid, hədis, fiqh və digər dini məsələlər insanın öz anlayışına görə izah edəcəyi məsələlər deyil. Bir kitab oxumaq və ya bir neçə dərs dinləmək insanı dərs demək və şərh etmək səviyyəsinə gətirmir! Bir alimin sözünü paylaşdıqda belə, ona əlavə bir ifadə artırmağa, hətta ora bir nöqtə, vergül əlavə etməyə haqqımız yoxdur.

Cəmiyyətimizdə bu qədər ixtilafın səbəblərindən biri də budur: alimləri qoyub kiçiklərdən elm almaq. Buna görə də, hər kəs dini məsələləri öz bildiyi kimi anlayıb şərh edir və sonra ixtilaflar yaranır.

Xüsusilə gənclərə tövsiyyə: icazəsi, təzkiyəsi olmayan insanlardan “ərəb dili çox yaxşı səviyyədədir”, “filan elm tələbəsinin zövcəsidir”, “Mədinədə halaqalara qatılıb” adıyla elm almayın. Alimlər peyğəmbərlərin varisləridir və elm onlardan götürülməlidir!

t.me/faydailim
İSA (əleyhissələm) İNSANLARI TÖVHİDƏ ÇAĞIRARDI

🔹 Uca Allah Qurani-Kərimdə buyurur:

﴿ قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا ۝ وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ ﴾

«O [İsa] öz qövmünə dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. ۝ Harada oluramsa olum, məni mübarək etdi…”» [Məryəm surəsi, 30–31-ci ayələr].

🔹 İbn Abbas (Allah ondan razı olsun) «O, harada olsam, məni mübarək etdi» ayəsinin təfsirində demişdir:

لأن أدعوا إلى الله وإلى توحيده وعبادته

«Çünki mən insanları Allaha, Onun tövhidinə və yalnız Ona ibadət etməyə çağırıram».

📕 Bax: Hafiz əl-Vahidinin “ət-Təfsirul-Bəsit” əsəri

#təfsir

t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
QURANI SÖZBƏSÖZ TƏRCÜMƏ ETMƏK CAİZDİRMİ?

Quranı və ya onun bəzi ayələrini tərcümə etmək və həmin ayələrdə nəzərdə tutulan bütün mənaları ifadə etmək mümkün deyil. Onu və ya onun bir hissəsini sözbəsöz tərcümə etmək isə caiz deyil. Çünki bu, mənaların dəyişdirilməsinə və təhrif olunmasına səbəb olur.

Lakin insanın bir və ya bir neçə ayədən başa düşdüyü mənanı tərcümə etməsi və Qurandan anladığı hökmləri və ədəbləri, məsələn, ingilis, fransız və ya fars dilində ifadə edərək, Qurandan anladığını insanlara çatdırması və onları buna dəvət etməsi caizdir. Necə ki, insan Qurandan və ya onun bəzi ayələrindən başa düşdüklərini ərəb dilində də izah edə bilər.

Bunun üçün şərt budur ki, həmin şəxs Quranı təfsir etmək üçün lazımi elmə və səriştəyə sahib olsun və anladığı hökmləri və ədəbləri dəqiq şəkildə, istər ərəb, istərsə də başqa dildə ifadə etmək qabiliyyətinə malik olsun.

Kim Quranı anlamağa kömək edən lazımi vasitələrə sahib deyilsə və ya anladığını ərəb və ya başqa bir dildə dəqiq ifadə etmək bacarığı yoxdursa, bu işə girişməsi caiz deyil. Çünki Allahın Kitabını öz mənalarından yayındırmaq qorxusu vardır. Beləliklə, onun məqsədi əks nəticə verə, yaxşı hesab etdiyi bir şeyi pisə, xeyir etmək istəyini isə zərərə çevirə bilər.

Müvəffəqiyyət yalnız Allahdandır. Allah Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə salavat və salam etsin.

📚 اللجنة الدائمة للبحوث العلمية والإفتاء(4/162- 163) عبد الله بن سليمان بن منيع ... عضو عبد الله بن عبد الرحمن بن غديان ... عضو عبد الرزاق عفيفي ... نائب رئيس اللجنة

📝 Şeyxlərdən biri dərsdə qeyd edir ki, bu “sözbəsöz tərcümə” insanları dəlalətə və azğınlığa sürükləyə, hətta bidətlərə yol aça bilər. Və bu, sələflərin yolu deyil. Bu, Quranı alçaltmaq belə ola bilər. Bu cür dərslər də caiz deyil. Ən doğrusunu Allah bilir. Allah hər birimizə haqqı göstərsin.

t.me/faydailim
🌙 Əmr ibn Dinar rəvayət edir:

«Bir kişinin Kəbənin ətrafında tavaf edərək ağladığını eşitdim. Bu, Tavus ibn Keysən (İbn Abbasın tələbəsi) idi. O mənə dedi:

“Ağlamağıma təəccüblənirsən?” Mən: “Bəli”, — dedim. O dedi: “Bu binanın (Kəbənin) Rəbbinə and olsun! Həqiqətən, bu ay belə Allah qorxusundan ağlayır. Halbuki onun heç bir günahı yoxdur”.

📕 Bu rəvayəti imam İbn Əbu Hatim rəvayət etmişdir. «Məvsuətut-Təfsir», 10/435.

t.me/faydailim
Necə ki, insan bədəni xəstələndikdə yemək-içmək ona fayda vermədiyi kimi, eyni şəkildə, insan şəhvətlərlə xəstələndikdə nəsihətlər də onun qəlbinə təsir etmir.

Hər kim qəlbinin saf olmasını istəyirsə, Allah üçün şəhvətini cilovlasın. Şəhvətlərinə bağlı olan qəlblər, şəhvətlərə olan bağlılıqları qədər Uca Allahdan uzaqdırlar…

Qəlblər yer üzündə Allahın qablarıdır. Bu qablardan Allaha ən sevimli olanı ən incə, ən arınmış və ən saf olanıdır.💧

📕ابن قيم الفوائد

t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
UCA ALLAH BU MƏKANLARI SEVMİR

Şeyx Suleyman ər-Ruheyli (Allah onu qorusun) demişdir:

«Alimlər deyiblər ki, bazara ehtiyac olmadan getmək - məkruhdur (yəni bəyənilməyən əməldir). Çünkü Allah qatında ən sevilməyən yerlər – bazarlardır. Bu səbəblə, Allahın sevmədiyi bir yerə heç bir zərurət olmadan getmək – məkruh sayılır. Bu, bu gün müsəlmanların imtahan olunduğu məsələlərdəndir: elə olur ki, kişi evdə darıxan həyat yoldaşını görüb deyir: "Gəl bir az bazarda gəzək." Ehtiyac olmadan bazarı ziyarət etmək və orada gəzib-dolaşmaq – məkruhdur.»

📚ət-Təliqat ən-Nəfiə, 1/39

❗️ Bəli, bu əsas da qadınların adətidir (mollar, mağazalar gəzmək) və bundan zərurət olmadıqca çəkinmək lazımdır. İnsan heç sevdiyi birisinin sevmədiyi yerlərə gedər? Allahın məsəli isə daha Ucadır.

#faydailim_qadınlar

t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Quran satışı ilə məşğul olanlar.

İbn Abbas (Allah ondan razı olsun) Quranı satmağı qadağan edirdi. Yəni insanın Quranın bir nüsxəsini (mushafı) alıb, daha sonra onu baha qiymətə sataraq bundan qazanc əldə etməsini qadağan edirdi. Bu, ən pis ticarət və qazanc növlərindən biridir!

İbn Abbas (Allah ondan razı olsun) deyirdi:

لا أرى للرجل أن يجعل المصحف متجرا، ولكن إذا عمل بيديه فلا بأس

“Bir insanın (Quran) mushafını ticarətə çevirməsini caiz görmürəm. Lakin onu öz əlləri ilə hazırlayıbsa (mushafı öz əli ilə yazıbsa), bunda heç bir problem yoxdur.” [1]

❗️Beləliklə, müqəddəs Quranı ticarətə çevirmək qadağandır. Ondan qazanc əldə etmək olmaz! Quranı insanlar arasında pulsuz yaymaq lazımdır ki, Allahın Kitabı onu oxuyacaq insanlara çatsın.

Lakin insanın öz əli ilə yazdığı və böyük zəhmət sərf etdiyi əl işi Quran nüsxəsini satmasına icazə verilir.

📖 Quranın təfsiri, hədislərin şərhi və digər dini elmlər sahəsində insan tərəfindən yazılmış və hazırlanmış kitabların satılması isə caizdir. Belə əsərlərin satışına və onlardan qazanc əldə etməyə icazə verilir. Bir çox saleh sələflər də belə etmişlər və bu, ən gözəl qazanc növlərindən biridir.

📚 [1] Bu rəvayəti İmam Əbdurrazzaq, 8/112; İbn Əbi Şeybə, 1/274; Hafiz Beyhəqi “əs-Sünən” əsərində, 6/16 və başqaları rəvayət etmişlər. Bax: “Məvsuətul-fiqh İbn Abbas”, cild 2, səh. 303.

t.me/faydailim
This media is not supported in your browser
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yetmiş dəfə və bundan daha çox istiğfar etməyin əhəmiyyəti — 🎙️ Şeyx Sad Xaslan حفظه الله

🔗 t.me/faydailim