Eyvaz Taha | ایواز طاها
1.23K subscribers
144 photos
27 videos
9 files
209 links
Söz candır əgər bilərsə insan/ Sözdür ki, deyirlər özgədir can @etaha
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sevda Sonay özləmi | #EyvazTaha

Sevda Sonay gözəlsəsli müğənnidir. Nə yazıq ki, nadir hallarda oxuyur. Bunun dəqiq səbəblərini bilmirəm, amma hər halda doğma vətənindəki qadın səsinə qoyulmuş qadağa səbəblərin başlıcasıdır.

Hələlik əlimiz Sevda xanımın soprano səsindən üzülüb. Operalarda ən önəmli rolu öz üzərinə götürə biləcək bir səs. Bu səsi təbrizin ən böyük zalında dalğalanarkən dinləmək istərdim.

Pablo Nerudadan çevirdiyi bir şeirin misraları onun özünə yaraşır:
Mənim səsimdə
pırıl-pırıl bir güc var,
qaranlıqda boy atmağa,
səssizliyi aşmağa yarayan...

@eyvaztaha
28 May barədə
2018-ci ildə paylaşdığım bir material
#EyvazTaha

Azərbaycan Demokratik Respublilası yüz il öncə yarandı. Bu, İslam dünyasında çoxpartiyalı sistemə və azad seçkilərə əsaslanmış birinci cümhuriyyət idi.

Azərbaycanla bağlı hər bir kiçik mənfi hadisəni canfəşanlıqla işıqlandıran fars mediası belə bir nəhang tarixi olaydan yan keçir, fars ziyalılar isə aşırı millətçilik aspektinə sığınaraq unudurlar ki,

1.Vaxtiylə məmaliki məhrusə-yi Qacar ziyalılarının Bakı və İstanbuldan başqa sığınacaqları yox idi və Məhəmməd Əmin Rəsulzadənin də elə bir ortamın yaramasında böyük rolu olmuşdu.

2.Müsavatçılar ortaşərq üçün sosial demokrası qaranquşları idilər. Buna əsasən ADR başçılarının başlıca məqsədi qüdrət və sərvət qaynaqlarını ədalətli paylamaq idi.

3. Rəsulzadə məmaliki məhrusədə sosial demokrasinin öncüllərindən idi və belə bir məfkurənin vaxtiylə bütün irana yayılmasına dərin etki buraxmışdı. O, habelə ağırlıq nötsəsi Təbrizin üstünə düşmüş Məşrutə inqılabında yaxından iştirak etmişdi.

@eyvaztaha
Müharibə və sıradan çıxmış subyektlər
#EyvazTaha

Tovuz cəbhəsində yeddi şəhidimiz varkən yazarlar, şairlər, tənqidçilər, akademiklər və musiqiçilərin bir çoxu susub.

Bu bəlkə də avanqard illuziyasından gəlir.
Bu, Hegelin "gözəl can” adlandırdığı rola girməkdir.

"Gözəl can" cildinə girmiş figur, necə deyərlər ictimai gedişlərin çirkabına bulaşmır və özünə sisyasi məsuliyyətən qıraqda qalmış intelektüel alan təsəvvür edir. Başqa sözlə cəmiyyətin fövqündə dayandığını sanır.

Bu qəbil yaradıcılar öz pəssivliklərini harda axtarmalıdırlar?
Bilməyərək soxulduqları əlyəncə mədəniyyətində.

Müəyyən anlamda subyekt dünyanı tanıyıb dəyişdirən varlıqdır. Aristotelin nəzərincə insan SİYASƏTlə subyektləşir. Amma bu passivlik subyekti sıradan çıxararaq insanlığı qaranlığa sürükləyir.

#Tovuz
#Qarabağ
#şəhid

@eyvaztaha
Media is too big
VIEW IN TELEGRAM
Cavid Mürtəzaolunu itirdik
#EyvazTaha

Corona virusuna tutulan arif sənətçimiz Cavid Murtezaoğlu İstanbulda vəfat etdi.

Sənətçinin ölümündən sonra Türkiyənin bir çox sənətçi və musiqiçisi başsağlığı mesajları paylaşdılar.

Murtezaoğlunun yaxınlarına səbr diləyən Servet Kocakaya, "Musiqi dünyasında bir çox solist dostlarımıza müğənnilik dərsləri verən çox dəyərli musiqi insanı idi. Qəbri nurla dolsun. Yaxınlarına səbr diləyirəm" dedi.

1962-də bir Əhli-Haqq ailəsində Təbriz yaxınlıqlarında anadan olan Cavid musiqi təhsilini Azərbaycan cümhuriyyətində aldı. Sonra Türkiyədə bir çox konsert verdi. Onun musiqisini Caz-Muğamat adlandırmaq olar.

20 illik təhsil təcrübəsini İstanbulda öz metodu ilə vokal təhsili verdiyi "Səs Atölyesi"ndə cəmləşdirdi və beş kitabdan ibarət şərlər yadigar qoydu.

Cavid musiqi ilə yanaşı fəlsəfə və irfan vurğunu idi. Bir neçə dəfə görüşümuzdə, özəlliklə bir dəfə birgə Bakı-Təbiriz səfərimizdə, bu sahədə geniş diyaloq aparmışdıq.

Yolu Davamlı olsun.
‏قاراباغ و اویانیش
#ایوازطاها

۱. "جاهان" درگیسی‌نین بیرینجی ساییسی ایشیق اۆزو گؤردوکدن سونرا "شلاله" وئرلیشینه دعوت اولوندوم. شلاله خانیم دره‌دن-تپه‌دن سوردو، قاراباغدان باشقا. من ده بوروق وئریب گئنیش بیر قاراباغ‌نامه اوخودوم. قاراباغ مسئله‌سی‌نین باریش یولویلا چؤزولمه‌یه‌جه‌یینی وورغولادیم.

‏سؤزومو کسمه‌دیلر، آمما ندنسه کامئرا آرخاسینداکی‌لار منه أیری باخیردیلار.

۲. وئرلیش جانلی دئییلدی، بو موصاحیبه ائرته‌سی گۆن ائفیره بوراخیلاجاقدی.

یازارلار اوتاغیندا اوتوروب وئرلیشه باخیردیق. قاراباغ حاققیندا دانیشدیقلاریمین هامیسی چیخاریلمیشدی. «بو نه اویون‌دور»، دئیه گیلئیلندیم.

‏چاشقین باخیش‌لاری منه زیللنمیش أمکداشلارین بیری دیله گلدی: «ایواز بی! دۆز ائله‌ییبلر ده. موحاریبه‌نی قیزیشدیرماغین نه معناسی وار؟»

«تجاووزه قارشی دیرَنمک هامیمیزین بورجوموزدور» دئدیم. بو سؤز سانکی بیر بومبا کیمی اورتالیغی قاریشدیردی. أمکداش‌لارین بیری گرگینلیک ایچینده دئدی:

‏«ایواز بی سیزدن بونو گؤزله‌مزدیم. بیزیم وظیفه‌میز یازماق‌دیر، عسکرین ده وظیفه‌سی دؤیوشمک.»

۴. دوخسانینجی ایل‌لرین سونوندا دوروم بئله ایدی. بایرام‌لارداکی تبریک‌لریمده قاراباغ قاچقین‌لارینی دا آنیردیم. بو ایسه هر اون نفردن بئشی‌نین منفی تپکیسینه سبب اولوردور:

‏«عیشیمیزی پوز ما دا، قاچقین‌لار باکینی محو ائدیب»!

بئله بیر شاشیردیجی پسیولیک [انفعال] ، قاراباغین گئری آلیناجاغینا دایر بۆتون اومودلاری پوچا چیخاریردی. حاکیمیت ایسه اؤز اۆزرینده هئچ بیر باسقی گؤرموردو.

آمما ایندی دوروم دییشیب. کۆتله "قاراباغ- قاراباغ" دئیه تام آیاغا قالخیب.

۵. آذربایجان بؤیوک گۆج‌لرین، اؤزللیک‌له روسیانین، تحقیرلرینه آرتیق دؤزمک ایسته‌میر.

بۆتون مۆحاریبه‌لرده کۆتله ووروشمالارین دایاندیریلماسینی گؤزله‌ییر، آمما آتش‌کس گئجه‌سی آذربایجان خالقی یاتمیردی کی، مۆحاریبه بیردن دایانار.

۶. ‏آذربایجان میللتی‌نین بو ایراده‌سی آرتیق بۆتون طرف‌لره گؤرونمزین باسقی آراجینا چئوریلیب. روسیا، ایران، مینسک گروپو داها کئچمیشده‌کی اعتیناسیزلیق‌لارینی سۆردوره بیلمه‌یه‌جک‌لر.

بوندان اؤنجه قاراباغ مسئله‌سینده کۆتله فاکتورو یوخ درجه‌سینده‌ ایدی، ایندی ایسه تام آپاریجی عامیل‌دیر.

۷. ‏بیر زامان‌لار ظارافات‌لا دئییردیم: «ساواش خیردالانا یاییلمایینجا، باکی اؤزونو ساوونماغا قالخیشمایاجاق.» ایندی ایسه بونلار قاراباغا یوللانماغا جان آتیرلار. بو، کۆتله پسیخولوگییاسیندا بؤیوک دییشیم‌دیر.

میللتین اؤز آلین‌یازیسینا بئله‌جه‌ یاناشماسی گله‌جه‌یین آخارینی دییشه‌جک.

#Qarabağ
#Azerbaycan
#Azərbaycan
#Karabakh



#eyvaztaha
Şuşa yolunda gözlərimin izi titrəyir
#EyvazTaha

Müharəbənin ilkin günlərindəki iztirabım, həyrətim, çaşqınlığım artıq keçib gedib. Böyük güclərin oyunlarının pozulduğuna sevinirəm. İndi savaşın hansı şiddətlə haralarda cərəyan etdiyini bilirəm. İndi bilirəm Azərbaycan ordusu hansı yüksəklikləri ələ keçirib, hansı yolları nzarət altına alıb. İndi bu sualın cavabını tam dəqiq olmasa da qismən bilirəm: ordu niyə Ağdərə və Ağdamdan yan keçib Zəngilan və Qubadlını azad etdi. İndi bilirəm PUA-lar ermənistan əsgərləri və hərbi sursatıni nə günə saldılar.

Bütün bu bilgilərə rəğmən, üç gündür hər bir şayiə məni sevindirir. Şuşanın düşmən caynağından qurtarılması barədə her bir yalan xəbərə bələ inanmaq istəyirəm. Gecə saat ikidə prezidentin tvit atmayacağını bilirəm. Lakin yənə də onun hesabına dəfələrlə baş çəkirəm.

Şuşa təkcə hansısa coğrafiyanın adı deyil, bir mədəniyyət ocağıdır; Musiqi mərkəzi, qısqanılacaq ədəbi dərnəklərin beşiyi, bəlli memarlıq məktəbinin simgəsi, tarixin bir parçası, əzəli xatirələrin canlı abidəsi, Pənahəli xan, İbrahimxəlil xan, Mehdiquluxanın mirası, Xorşidbanu Natəvanın diyarı, Molla Pənah Vaqifin məzarı və əlbəttə Erməni Daşnaklarının cinayəti nəticəsində öz yurd-yuvalarından sürgün düşmüş insanların vətəni.

Şuşanın qurtaılması ilə Ortaşərqin coğrafiyası da dəyişəcək, gələcək taleyi də.

@eyvaztaha
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SAĞLAM DİL: CANLI MÜBAHİSƏ

Rasim Qaraca, Toğrul Atabay və Eyvaz Taha

13 İyul, İkinci gün,
Təbriz vaxtilə saat 23:00
Bakı vaxtilə saat 22:30

instagram.com/eyvaztaha

امشب ساعت بیست‌وسه به اتفاق راسیم قاراجا و طغرل آتابای درباره‌ی ترکی رایج در جمهوری آذربایجان بحث خواهیم کرد. این مباحثه زنده را در اکانت زیر تماشا کنید:
instagram.com/eyvaztaha

سه‌شنبه، ۲۲ تیر
ساعت ۲۳

#RasimQaraca
#ToğrulAtabay
#EyvazTaha
#SağlamDil