AR Elm və Təhsil Nazirliyi
19K subscribers
1.33K photos
122 videos
2.57K links
Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb.

Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir.

Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik.
📢Avqustun 9-da 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatacaq.

Ətrafll: 👉https://bit.ly/3A4O0p7
Növbəti “Bələdçi”miz Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmovdur.

Bu buraxılışda "Milli prioritetlər: peşə təhsili" barədə danışılacaq.

"Bələdçi"ni 8 avqust saat 20.00-da "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbulla bağlı elektron qeydiyyatın son günü❗️

Avqustun 9-da 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatır. Müsabiqədə iştirak etmək istəyən namizədlər saat 11:00-dək 🌐www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
2022-2023-cü tədris ilində peşə təhsili üzrə Dual Təhsil Proqramının əhatə dairəsinin genişləndirilərək 9 regionda, 15 peşə təhsil müəssisəsində, ümumilikdə 46 qrupda tətbiqi nəzərdə tutulur.

Ətraflı: 👉https://bit.ly/3SBzLzu
📢“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub.


Ətraflı: 👉https://bit.ly/3p6tMF9
📢Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

📥2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Nəticələr namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.
🗓4-8 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5234 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!👏
🎓2022-2023-cü tədris ilində SABAH qruplarının müvafiq ixtisasları üzrə vakant yerlər üçün müsabiqə davam edir.

Ətraflı: 👉https://bit.ly/3vSFYgH
📢“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğu nəzərə alınaraq yenidən sənəd qəbulu elan edilib.

Ətraflı: 👉https://bit.ly/3QxbSHl
🗓Avqust 11-də saat 11:00-da şagird sayı 500 nəfərdən çox olan və direktor vəzifəsi vakant olan 🏫ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir.


Ətraflı:👉 https://bit.ly/3C1AjJ0
📢 Yataqxana infrastrukturuna malik Peşə təhsil müəssisələrinin siyahısını diqqətinizə çatdırırıq.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
Quba Peşə Liseyi
Bərdə Peşə Liseyi
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi
📍Avqustun 12-də internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatır.

Vakansiya seçimi bu gün saat 17:00-da yekunlaşacaq.

📌Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLScZS_5ZYuECQF1aC72nI035No69vJb6-aZ_VT7fOdRqdxSApg/viewform?usp=pp_url

Qeyd edək ki, təhsil müəssisələri üzrə mövcud vakansiyalar yuxarıdakı cədvəldə təqdim olunur.
📍Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu davam edir

2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi davam edir. Uşaqların qəbulu elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

📢Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
📌Müsahibə mərhələsi ilə bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat artıq göndərilib.

‼️Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Bütün namizədlərə uğurlar arzulayırıq!👩‍🏫🧑‍🏫
Məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi davam edir.

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.
✔️X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb
15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

🗓Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

📃Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
📢7-15 avqust 2022-ci il tarixlərində İndoneziya Respublikasının Cokyakarta şəhərində 34-cü Beynəlxalq İnformatika Olimpiadası (IOI 2022) keçirilib.
88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər.

🥉Olimpiadada iştirak edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.

📌Qeyd edək ki, məktəblilərin Beynəlxalq İnformatika olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.

Məktəblimizi təbrik edir və yeni uğurlar arzulayırıq!🎉