Azərbaycan iqtisadiyyatı
3.6K subscribers
5.53K photos
1.91K videos
4.18K links
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı.

Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.
Download Telegram
Baş nazir Əli Əsədov “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” və "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq edən qərarlar imzalayıb.
Bu ilin I yarısında Bakı Limanında 666 min yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin məlumatına görə, liman vasitəsilə daşınan quru yükün əsas hissəsini Mərkəzi Asiya ölkələrindən Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə göndərilən gübrə məhsulları təşkil edir.

Eyni zamanda, hazırda Bakı Limanında illik yükaşırma gücü 2,5 milyon ton Gübrə terminalının da tikintisi həyata keçirilir ki, bu terminalın da fəaliyyətə başlaması ilə ölkəmizdən tranzit keçməklə daşınan gübrə məhsullarının həcmində əhəmiyyətli dərəcədə artımın olacağı proqnozlaşdırılır.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,9% çoxdur.

Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon dolları ixracın, 7 milyard 494 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 98%, idxal isə 19% artıb.

Son nəticədə xarici ticarətdə 15 milyard 71 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Neftin rənginin dəyişməsinə təsir edən əsas faktor nədir?
“Yaşıl iqtisadiyyatın təşviqi” mövzusunda təlim keçiriləcək

Avqustun 23-də KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Yaşıl iqtisadiyyatın təşviqi” mövzusunda təlim keçiriləcək.

Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Ruslan Qədirov aşağıdakı mövzulardan danışacaq:

- Dayanıqlı inkişaf və “Yaşıl iqtisadiyyat” nədir;

- “Yaşıl iqtisadiyyatın” əsas sektorları;

- “Eko-biznes” üçün potensial istiqamətlər;

- “Eko-biznes"in alətləri: eko-innovasiya, enerji səmərəliliyi, orqanik kənd təsərrüfatı, eko-sistem üzrə xidmətlər və s.

Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Təlim ödənişsizdir.
🇦🇿🇧🇾 Bu ilin yanvar-iyul aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin həcmi 160 milyon ABŞ dollarını ötüb.

Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 78,9 milyon dollar, idxalın həcmi isə 81,3 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib. (AZƏRTAC)
📈 2022-ci ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat təşkil edib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri nominal ifadədə 20,0 faiz artaraq 38,8 milyard manat təşkil edib.
📊 2022-ci ilin yanvar-iyul aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,5 faiz artaraq 49,3 milyard manat təşkil edib. Neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 10,7 faiz artıb.

Sənaye məhsulunun 75,6 faizi mədənçıxarma, 20,5 faizi emal, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 88,3 faiz olub. Ümumi istehsalın 94,4 faizi sənaye məhsullarının istehsalı, 5,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
📈 Tikinti materiallarının istehsalı sahəsində 2022-ci ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 620,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artıb. Dövr ərzində tikinti gipsinin istehsalı 36,6 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 34,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 23,1 faiz, tikinti əhənginin istehsalı 12,7 faiz, asfaltın istehsalı isə 0,2 faiz artıb.
Azərbaycan İnvestisiya Şirkəti və İsrailin “OurCrowd” şirkəti arasında Strateji əməkdaşlıq sazişi imzalanıb

Dəyəri 15 mln. ABŞ dolları olan Saziş AİŞ-in “OurCrowd” şirkətinin startap investisiyalarına birbaşa çıxışına və Azərbaycanda startap şirkətlərinin inkişafına dəstək və mentorluğu təmin etməyə imkan yaradacaq.
16 avqust hərracında 17 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliliyi isə alıcıya seçim imkanı verir.

Avqustun 16-da keçirilən növbəti hərracda özəlləşdirilən 17 müxtəlif markalı və təyinatlı nəqliyyat vasitəsinə ümumilikdə 76 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KcwByx)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 23 və 30 avqust tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 72 nəqliyyat vasitəsi çıxarılıb.
Sentyabr ayında Azərbaycanda ixtisaslaşmış payız ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürəcək. Ənənəvi olaraq sərgilər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir. “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərin təşkilatçılığı ilə bu mövsüm çərçivəsində 8 sərgi keçiriləcək.

“Caspian Event Organisers”dən “APA-Economics”ə verilən məlumata görə, mövsüm sentyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX”-dən başlayır. Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” xüsusi əhəmiyyət kəsb edir. Bu il sərgidə ilk dəfə İordaniya şirkətləri iştirak edəcək. Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr öz milli stendləri ilə iştirak edəcəklər.
KOBİA ABŞ - Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ABŞ - Azərbaycan Ticarət Palatasına (USACC) üzv olub.

Bu əməkdaşlıq KOBİA və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, eləcə də Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, birgə tədbirlərin və layihələrin icrasına xidmət edəcəkdir.

Qeyd edək ki, KOBİA və USACC 2019-cu ildən əməkdaşlıq edir. Bu müddət ərzində KOBİA və USACC-ın birgə təşkilatçılığı ilə Azərbaycan KOB-ları üçün bir sıra tədbirlər və təlimlər təşkil edilib.

Məlumat üçün bildirək ki, KOBİA KOB-lara dəstək və xidmət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, KOB-lar arasında əlaqələrin genişləndirilməsi, KOB-ların şəbəkələşməsinin dəstəklənməsi, birgə təşəbbüslərin reallaşdırılması üçün bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaqdır.
Dövlət büdcəsinin xərcləri 15,3 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat, xərcləri 15 milyard 334,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, büdcənin icrasında 2 milyard 564,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 3,5 faizi qədər profisit yaranıb.

Yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 14 milyard 289,2 milyon manat, xərcləri isə 12 milyard 936,6 milyon manat təşkil edib. Daxilolmaların 23,6 faizi əlavə dəyər vergisi, 20,8 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5 faizi fiziki şəxslərin gəlir vergisi, 4,2 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 2,1 faizi vergilərin digər növləri, 37,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.

Büdcə vəsaitlərinin 21,39 faizi təhsil və səhiyyənin, 18,81 faizi iqtisadi fəaliyyətin, 14,77 faizi ümumi dövlət xidmətlərinin, 14,65 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,83 faizi sosial müdafiə və sosial təminatın, 17,55 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Bakıda südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarının inkişafına həsr olunmuş forum keçirilib

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, aqropark, südçülük müəssisələrinin əməkdaşları, fermerlər və sahibkarlar iştirak ediblər.
Avqustun 19-da Zaqatalada "Kənd Boğçası" fermer yarmarkası baş tutacaq

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildirilib.

Məlumata görə, Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə "Kənd Boğçası" fermer yarmarkasında qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış ola, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola bilərlər. ("APA-Economics")
Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirməyi hədəfləyir

Bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, hazırda Orta dəhliz adlandırılan marşrut üzrə yükdaşımalarda tədricən artım müşahidə olunur.

"Özbəkistanın yükdaşıyıcıları Xəzər dənizi ilə yüklərin daşınmasını artırır. Bu baxımdan biz bu dəhlizin keçdiyi dövlətlərin nəqliyyat orqanları ilə birlikdə ən əlverişli şərait yaratmağı planlaşdırırıq", - deyə Nazirlikdən bildiriblər.

Öz növbəsində, Azərbaycan, Qırğızıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Türkmənistanın dəmir yolu təşkilatları artıq konteyner bloklu qatarların daşınmasına 70%-ə qədər endirimlər edib.

Qeyd edilib ki, bu yaxınlarda imzalanmış üçtərəfli bəyannaməyə əsasən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları çərçivəsində Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialı mövcud problemlərin öyrənilməsi və yüklərin daşınması prosesinin daha da sadələşdirilməsi üçün birgə əlaqələndirilmiş tədbirlər görülməklə inkişaf etdiriləcək. ("Trend")