Azərbaycan iqtisadiyyatı
2.19K subscribers
1.48K photos
887 videos
410 links
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı.

Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru ünvanında tanış olmaq mümkündür.
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi (Zəngəzur dəhlizi)
📈 Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı bu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,4 faiz, real ifadədə 12,4 faiz artaraq 1457,6 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (29,4 faiz), Rusiyaya (26,2 faiz), Gürcüstana (6,1 faiz), İsveçrəyə (5,8 faiz), ABŞ-a (3,9 faiz), İtaliyaya (2,6 faiz), Niderlanda (2,1 faiz), Hindistana (2 faiz), Qazaxıstana (1,6 faiz), Özbəkistana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Braziliyaya (1,3 faiz), Belarusa (1,2 faiz), İsveçə (1,1 faiz) və Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Sahibkarlar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud dövlət dəstək mexanizmləri barədə məlumatlandırılıb

Avqustun 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların maariflənməsi məqsədilə “Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud dövlət dəstək mexanizmləri" mövzusunda görüş təşkil olunub.
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb.

Sənədə bu gün Bakıda üç ölkənin hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imza atılıb.

Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında, səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. Mallar haqqında ilkin məlumatın elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq. Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün logistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq. ("Report")
Rıza Tuna Turagay: BTQ ilə daşımaların artırılması ilə bağlı pilot layihə 3 ay ərzində icra ediləcək

Bunu Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay deyib.

"Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit yükdaşımaları ilə bağlı pilot layihənin üç ay ərzində icrasına başlanılacaq. İnfrastrukturla bağlı bəzi çatışmazlıqlar var. Onlar aradan qaldırıldıqdan sonra həm yük daşımaları artacaq, həm də BTQ dəmiryolu xəttinin fəaliyyət intensivliyi artacaq", - deyə R.T.Turagay əlavə edib. ( "APA-Economics")
Azərbaycan və Belarus işgüzar dairələrinin görüşü keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan və Belarus işgüzar dairələrinin ikitərəfli görüşü keçirilib. Tədbirdə hər iki ölkənin meşə təsərrüfatı, tikinti materialları və mebel istehsalı ilə məşğul olan 20-dən çox şirkətin nümayəndələri iştirak edib.
MDB dövlətləri Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib

Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurasının (KSONR) XXI iclası keçirilib.

İclasda Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan, Özbəkistanın vergi və maliyyə tədqiqat orqanlarının nümayəndələri iştirak ediblər. Tədbirə MDB İcraiyyə Komitəsinin sədr müavini Beketcan Jumaxanov rəhbərlik edib.
Pakistanlı iş adamları ilə əməkdaşlıq əlaqələri müzakirə edilib

Avqustun 17-də Pakistandan olan bir neçə şirkətin nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında olublar.
"Hədəf iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır:" Hazırda ticarət dövriyyəmiz 5 milyard dollar civarındadır. 2021-ci ildə 2,3 milyard dollar həcmində idxalımız, 2,7 milard dollar ixracımız var. Bu ticarət həcmini artırmaq üçün çalışırıq".

Bunu Türkiyənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay deyib.

O bildirib ki, ticari əlaqələrin genişləndirilməsi üçün hazırda ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. "Bu dəhlizin açılması bizim Azərbaycana, oradan isə Orta Asiya ölkələrinə çıxış imkanları əldə etmək, ticarət həcmini artırmaq baxımından avantaj yaradacaq. Hazırda Rusiya ilə üst səviyyədə bu məsələ ilə bağlı danışıqlar davam edir. Dəhlizini ən qısa zamanda açılmasını gözləyirik",- deyə Türkiyəli nazir müavini əlavə edib. ("APA-Economics")
SOCAR prezidenti Rövşən Nəcəf “Fortescue Metals Group”un sədri və təsisçisi Endrü Forestlə görüşüb

Görüşdə Endrü Forest “Fortescue Metals Group”un törəmə müəssisəsi olan “Fortescue Future Industries” (FFI) şirkətinin bərpaolunan enerji, yaşıl hidrogen, ammonyak və sintetik metan kimi dayanıqlı yanacaq sahələrindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edib, sözügedən şirkətin Azərbaycanda da bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib.
Türkiyə hökuməti Azərbaycanla imzalanmış Preferensial Ticarət Sazişində güzəşt tətbiq edilən məhsulların sayının artırılması istiqamətində iş aparır.

Bunu Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turagay bildirib.

"Azərbaycan tərifinə təqdim edilmiş bir sıra təkliflər var və cavab gözləyirik. Bu istiqamətdə görüşlərimiz davam edir. Ümid edirik ki, müsbət nəticələrə nail olacağıq. Məqsədimiz budur ki, bu il sazişdə yer almış məhsulların sayının artırılmasına nail olaq”, - deyə o, qeyd edib.

Nazir müavini əlavə edib ki, bu gün əsas məqsəd Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin illik dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır: “Bu gün bu hədəfə çatmaya bilərik, amma hədəflər hər zaman insanlar, iş adamlarını, dövlətləri dinamik edək. Yaxın əməkdaşlığımız sayəsində tezliklə bu hədəflərimizə çatmağımıza ümid edirik. Hazırda ticarət dövriyyəsinin dəyəri 5 milyard ABŞ dolları ətrafındadır. Türkiyənin Azərbaycana ixracının dəyəri 2,3 milyard ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 2,7 milyard ABŞ dollarıdır. İdxalın önəmli hissəsini neft və qaz tutur, ticarətdə çeşidlilik olmalıdır. Odur ki, imzaladığımız Preferensial Ticarət Sazişi daha əhatəli olmalıdır ki, rəqabət qabiliyyətimizi qoruya bilsin". ("Report")
İri un və çörək istehsalçıları birgə məlumat yayıblar

COVID-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir.
Taxıl bazarına qiymət təzyiqləri artır

Son iki il ərzində dünyada davamlı olaraq bahalaşan taxıl məhsullarının qiymətləri tarixi rekordlarını yeniləməkdə davam edir. Təkcə son bir həftə ərzində dünyanın əsas ixracatçı ölkələrindən olan Rusiyada təklif edilən buğdanın bir tonunun qiyməti (4-cü dərəcəli, FOB Novorossiysk) 0,3% yüksələrək 341 ABŞ dollarına, fransız buğdasının qiyməti 0,9% artaraq 355 dollara, ABŞ buğdasının qiyməti isə 3,9 faiz bahalaşaraq 344 dollara çatıb.
2022-ci ilin yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə ümumilikdə 46,3 milyon manata yaxın vəsait daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.

Cari ilin yanvar-iyul ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib.
Lizinq şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır

Hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.
Azərbaycan ŞƏT-in II İqtisadi Forumunda iştirak edib

Daşkənd şəhərində Özbəkistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu keçirilib. ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kənd təsərrüfatı mallarının topdansatışından ƏDV-nin hesablanması