ecogovaz
794 subscribers
26.2K photos
1.15K videos
5 files
816 links
Təbiəti dəyişmə, özünü dəyiş!
Download Telegram
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti yanvarın 13-ü gündüzdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
🍃 Təbiət israf etmir, biz də etməyək!

Təbiət bizə yenilənmənin necə baş verdiyini hər gün səssizcə xatırladır. Bu proses təbii və ardıcıl bir dövranla həyata keçir. Payızda tökülən yarpaqlar torpağın üzərini örtür, zamanla parçalanaraq onu münbitləşdirir. Quruyan bitkilər, çürüyən meyvələr və ağac qalıqları yox olmur, onlar yeni həyat üçün qida mənbəyinə çevrilir.

Heyvanların üzvi qalıqları torpağı zənginləşdirir, həşəratlar və mikroorqanizmlər bu maddələri parçalayaraq təbiətin daxili tarazlığını qoruyur. Qurdlar torpağı havalandırır, göbələklər və bakteriyalar maddələr dövranını davam etdirir. Beləliklə, təbiətdə hər son yeni bir başlanğıca çevrilir.

Təbiət bizə açıq şəkildə göstərir ki, yenilənmə israfla deyil, dövranla mümkündür. Burada tullantı anlayışı yoxdur, hər şey öz yerini tapır və dəyər qazanır. Biz də bu nümunədən ilham alaraq, gələcək üçün sağlam və dayanıqlı bir dünya qura bilərik.

Təbiətin bu səssiz müdrikliyini anlayaraq, daha məsuliyyətli, daha düşüncəli və ətraf mühitlə ahəng içində yaşamaq öz əlimizdədir.

#ekolojimədəniyyət #ekolojiməsuliyyət