Dövlət Sosial Müdafiə Fondu
2.08K subscribers
8.47K photos
654 videos
2.54K links
Əmək və Əhalinin Sosial Müdafiə tabeliyində Dövlət Sosial Müdafiə Fondu
Download Telegram
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

ℹ️ Sosial sahədə aparılan islahatlar prosesində sosial tərəfdaşlıq müstəvisində Konfederasiya ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayan nazir Anar Əliyev əmək münasibətlərinin tənzimlənməsi, vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu qeyd edib.

Görüşdə əmək və məşğulluq sahəsində qarşılıqlı əməkdaşlığa, görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

🔗 https://sosial.gov.az/az/media/xeberler/emek-ve-mesgulluq-sahesinde-islahatlar-prosesinde-azerbaycan-hemkarlar-ittifaqlari-konfederasiyasi-ile-feal-emekdasliq-heyata-kecirilir-7960

#ƏƏSMN #AHİK
📢 Bu gündən sığortaolunanlar üçün xəstəlik vərəqələri tibb müəssisələrində elektron sənəd formasında hazırlanaraq, işəgötürənə və Dövlət Sosial Müdafiə Fonduna e-qaydada göndəriləcək. 📥

📝 Sənəd əsasında Fond işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlər təyin edəcək.

ℹ️ İşəgötürənlər elektron bülletenləri Nazirliyin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə bilərlər.

➡️ https://sosial.gov.az/az/media/xeberler/bu-gunden-xestelik-vereqeleri-e-sened-kimi-hazirlanacaq-ve-isciye-muvafiq-muavinetlerin-teyinati-ucun-esas-olacaq-7962

#ƏƏSMN #DSMF #DOSTRİM #RəqəmsalHəllər
Media is too big
VIEW IN TELEGRAM
ℹ️ Dövlət Sosial Müdafiə Fondunda Fondun Vətəndaş qəbulu departamentinin əməkdaşlarının iştirakı ilə "İlkin tibbi yardım: təcili tibbi yardıma qədər nə edə bilərik?" və Vətəndaş qəbulu və Layihələrin idarə edilməsi departamentlərinin əməkdaşları üçün ortaq “Stresin idarə edilməsi” mövzusunda təlimlər təşkil edilib.

↪️ https://dsmf.gov.az/post/dsmf-nin-emekdaslari-ucun-telim-teskil-olunub2

#DSMF #təlim #fond
Media is too big
VIEW IN TELEGRAM
BDU-nun professoru Yaqub Şərifov: "Bir gün səhər oyandım ki, telefonuma pensiyaya çıxdığıma dair SMS gəlib. Pensiyaçı olmaq gözəl hissdir".

#DSMF #Pensiyaçı #proaktiv
“Sosial saat”ın budəfəki qonağı Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılovdur.

ℹ️ 5 may saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə ünvanlı dövlət sosial yardımından bəhs olunacaq, həmçinin sizi maraqlandıran suallar cavablandırılacaq.

Kanala keçid linki: https://www.youtube.com/@dostmediatv

#ƏƏSMN #DostTV #DSMF #SosialSaat
📊 2025-ci ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 893 nəfər olub.

➡️ https://dsmf.gov.az/post/xususi-sertlerle-emek-pensiyasi-alanlarin-sayi-147-893-nefer-olub

#DSMF #Pensiya #sosial
Media is too big
VIEW IN TELEGRAM
Budəfəki qəhrəmanımız Lalə Səmədzadə işləməsə də müqəddəs vəzifəsi onu hər gün sübh tezdən oyanmağa məcbur edir.

Bu məcburiyyəti yaradan səbəblər isə onun həm də xoşbəxtliyidir. Çünki o, 6 uşaq anasıdır. ☀️ Çoxuşaqlı ana olmağın məsuliyyətini yüngülləşdirən isə Lalə xanımın ömür-gün yoldaşıdır.

Uşaqlarla bütün münasibətlərin 🫶 sevgi üzərində qurulmalı olduğunu deyən ailə başçısı - Dadaş Səmədzadə çoxuşaqlı ailələrdə böyüyən uşaqların hər şeyi bölüşməyi bacardığını və daha tez sosiallaşdığını vurğulayır:

☁️ "Bu ruhda böyüyən uşaqlar əliaçıq olurlar".

#ƏƏSMN #DSMF #UğurHekayəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik”.

#DSMF #KonstitusiyavəSuverenlikİli
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə 📍 Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Səfər çərçivəsində Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzi ziyarət olunub.

ℹ️ Leyla Əliyeva tərəfindən Uşaq Bərpa Mərkəzinə ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən “Robotic” reabilitasiya əlcəkləri, həmçinin miostimulyasiya və infraqırmızı terapiya cihazları hədiyyə edilib.

➡️ https://azertag.az/xeber/leyla_eliyeva_ve_arzu_eliyeva_naxchivana_sefer_edibler-3537775