Dermatoloq Mehdi İSKƏNDƏRLİ
52 subscribers
49 photos
2 videos
3 links
Hər növ dəri, dırnaq, saç və ağız boşluğu xəstəlikləri haqqında maarifləndirici portal 📚📚📚

📞: +994514446644
Download Telegram
Əllərində qaşıntılı qabıqlı qızartıları olan pasientimiz şəfasına qovuşmuşdur 🤲Müalicələr davam edir. Belə əlamətlər verən dəri xəstəliyi çoxdur. Uğurlu müalicənin açarı dəqiqləşmiş diaqnozdur. Keçmiş olsun
– Ayağında 👣 ''ufu'' olan balaca pasientimizin şikayətləri 10 gün ərzində tamamiylə aradan qaldırımışdır 👍 Keçmiş olsun ‼️
Channel name was changed to «Dermatoloq Mehdi İSKƏNDƏRLİ»
Zəhmət olmasa sorğuda iştirak edin. TƏBİB-in pandemiya əleyhinə səmərəsiz fəaliyyətindən dolayı qurumun ləğv edilməsi haqqında fərziyələr irəli sürülür. Siz necə düşünürsüz ?
Anonymous Poll
53%
1. Ləğv edilsin
47%
2. Ləğv edilməsin
Bir yumurta əkizləri sadəcə eyni vücudu və genetikanı bölüşmürlər 👶👶 Əkizlər həm də eyni dəri xəstəliklərini də bölüşürlər. Bu əkizlərin hər ikisi eyni anda meydana gələn eyni növ dəri xəstəliklərindən əziyyət çəkirlər. Eyni yumurta əkizlərini görmək nadir haldır, onlarda eyni anda yaranan eyni növ dəri xəstəliyini görmək daha nadir hadisədir 🙂
Ağızda yara sadəcə böyüklərdə deyil uşaqlarda da yarana bilər. Ağız boşluğunun istənilən sahəsində o cümlədən dildə meydana çıxa bilər. Ağrılı olur. Səbəbi isə çoxdur. Mütləq belə xəstələr araşdırılmalı və müvafiq müalicələr verilməlidir. Səbəbi tapıldığı təqdirdə hətta periodik olaraq meydana gələn ağız yaralarından biryolluq qurtulmaq da mümkündür. Keçmiş olsun 😊
Dəri səpgiləri hər zaman qaşınıtılı olmur. Bəzi hallarda səpgilər şiddətli, dözülməz ağrılarla müşayət olunur. Bu pasientimizdə səpgilər su qovuqcuqları şəklində və ağrılı idi. Müvafiq müalicələrdən sonra şikayətləri tam aradan qaldırılmışdır. Keçmiş olsun 🖐‼️
Saç diblərində kəpəkli qızartılara səbəb ola biləcək o qədər xəstəlik var ki. Bunlardan ən qorxulusu pullu dəmrovdur (psoriaz). Psoriaz saçlarda başlayıb bədənə yayıla bilər. Odur ki, vaxtında üstünə düşmək lazımdır. Bu xəstəmizin də diaqnozu dəqiqləşdiriləndən sonra müvafiq müalicələrlə şikayətləri aradan qaldırıldı. İndi xəstə halından məmnundur. Keçmiş olsun ‼️
Əl baş barmağında qabıqlı, qaşıntılı qızartısı olan pasinetimiz müalicəsi 1 ay çəkdi. Lakin müsbət nəticələr ilk 10 gün ərzində əldə edilmişdi. Xəstə barmağından məmnundur. Biz də məmnunuq 🙂 Keçmiş olsun !!!
AYAQDA QABIQLANMA 👣👣
Dəridə su toplayan qovuqcuqlar şəklində özünü göstərən dəri xəstəliyi çoxdur. Bunlar bir qismi infeksioz, bir qismi isə avtoimmun xarakterlidir. Bir birinə çox bənzərlər. Odur ki, diaqnozu dəqiqləşdirmədən müalicə etmək olmur. Diaqnozu dəqiq olan xəstəmizin şikayətləri qısa müddətdən sonra aradan qaldırıldı. Keçmiş olsun!
Saç diblərində kəpəkli qızartılara səbəb ola biləcək o qədər xəstəlik var ki. Bunlardan ən qorxulusu pullu dəmrovdur (psoriaz). Psoriaz saçlarda başlayıb bədənə yayıla bilər. Odur ki, vaxtında üstünə düşmək lazımdır. Bu xəstəmizin də diaqnozu dəqiqləşdiriləndən sonra müvafiq müalicələrlə şikayətləri aradan qaldırıldı. İndi xəstə halından məmnundur. Keçmiş olsun ‼️
Üzündə qızartı, yanma və batma şikayətləri olan pasiyentimizin getmədiyi həkim, vurmadığı krem, atmadığı həb qalmamışdı. Fəqət diaqnozu dəqiq olmadığı üçün bu dərmanlardan da fayda görməmişdir. Bizə müraciət etdi, diaqnozu dəqiqləşdirdik və müvafiq müalicələrlə xəstənin problemlərini aradan qaldırdıq ✌️👌 Xəstə şükran içində bizdən ayrıldı və iki aydan sonra təkrar kontrola gələcəyinə söz verdi. Keçmiş olsun ‼️
Üzün demək olar ki tamamı qızartı və irinli qabarcıqlarla əhatə olunmuş pasiyentimizin müalicəsi qısa müddətdə öz effektini verdi. Üzdə qızartılara, yanma, batma, qaşıntı kimi əlamətlərə səbəb olan dəri xəstəlikləri çoxdur. Əyani müayinə və xüsusi testlərdən sonra diaqnozu dəqiqləşdirməklə xəstəni şəfasına qovuşdurmaq mümkündür. Keçmiş olsun ‼️
Uzun müddətdir əllərində qaşıntılı, qızartılı və qabıqlı səpgiləri olan pasiyentimizin şikayətləri aradan qaldırılmışdır ✌️✌️ Əllərdə bu cür əlamətlərə səbəb olan “1001” dəri xəstəliyi vardır. Onladan biri psoriaz və ya pullu dəmrov xəstəliyidir. Əl psoriazı ekzemalara və göbələk xəstəliklərinə çox bənzəyir. Belə olan halda müalicələrdən əvvəl diaqnoz dəqiqləşdirilməlidir. Bu xəstədə də diaqnoz dəqiqləşdirildiyi üçün verilən müalicələr qısa müddətdə effektini verdi 👌 Keçmiş olsun ‼️
Vitiliqo xəstəliyi müalicə olunmursa o zaman buna nə ad vermək volar ? 😊 Möcüzə ? 😉 Vitiliqodan əziyyət cəkən pediatrik pasiyentimiz düzgün diaqnoz və müalicələrdən sonra şəfasına qovuşdu. Gözlər bağlı olsa da güldüyünü gizlədə bilmir 😉 Keçmiş olsun ‼️
Günəşli sezonlarda üzdə qızarıqlıq probleminin insidenti artır ☀️☀️☀️ Üzdə qızartı verən dəri xəstəliyi çoxdur. Sadəcə günəşə bağlı deyil digər səbəblərdən də yaranan üz qızartıları vardır. Odur ki, dəqiq diaqnoz və müalicə üçün zamanında dermatoveneroloqa müraciət edin. Keçmiş olsun
– ÜZDƏ QƏHVƏYİ LƏKƏLƏR 🍀🍁🌺

Üzündə qəhvəyi ləkəsi olan xanım pasientimizin şikayətləri ilk 10 gün ərzində 90% azalmışdır. Müalicələr davam edir və ləkələrin 100% aradan qalxacağını gözləyirik. Keçmiş olsun ‼️