Dermatoloq Mehdi İSKƏNDƏRLİ
52 subscribers
49 photos
2 videos
3 links
Hər növ dəri, dırnaq, saç və ağız boşluğu xəstəlikləri haqqında maarifləndirici portal 📚📚📚

📞: +994514446644
Download Telegram
– AKNE XƏSTƏLİYİ 🌺🌼🌺

Sızanaq xəstəliyindən əziyyət çəkən pasientimizin şikayətləri 99% azalmışdır 🍃🌺🍂 dərisi daha şumal və təmiz olmuşdur. Çivzələrin verdiyi komplekslərdən qurtulmuşdur. Keçmiş olsun
– BALDIRDA AĞRI 🍀🌻🌺

Baldırda ağrılı qızartıları və şişkinliyi olan pasientimiz düzgün diaqnoz və müalicələrdən sonra şəfasına qovuşmuşdur 🍀🌻🍀Baldırlarda qızarıqlıq və şişkinlik verən dəri xəstəliyi çoxdur. Hamısı da bir birinə çox bənzəyir. Ona görə mənşəyini təyin etmək mütləq dermatoloq müayinəs lazımdır. Keçmiş olsun ‼️
– AŞAĞI ƏTRAFLARDA QAŞINTI 🌼🌺🌼

Aşağı ətraflarında qaşıntılı qızartıları olan pasientimizin şikayətləri on gün ərzində tamamiylə aradan qaldırılmışdır 🍀🌺🍃 Aşağı ətraflarda qaşınıtlı qızartılara səbəb olan xəstəliklər çoxdur. Bunlardan ən sıx görüləni allergik dəri xəstəlikləridir. Pasientimizdə allergik dəri xəstəliyinin səbəbi aşkarlandı və müvafiq müalicələrlə müalicə edildi. Keçmiş olsun
– AYAQ ŞİŞMƏSİ 🍀🌺🍃

Ayağında infeksiyaya bağlı ağrı, qızartı, şişkinlik yaranan pasientimiz 15 günlük müalicələrdən sonra şəfasına qovuşmuşdur 🤗 Yaşlı insanlarda və yanaşı xəstəliyi olanlarda aşağı ətrafların infeksioz xəstəliklərinə tez-tez rast gəlinir. Bu cür hallar baş verdiyi təqdirdə özfaəliyyət etmədən zamanında dermatoloqa müraciət etmək tövsiyyə olunur. Keçmiş olsun ‼️
– ÇƏHRAYİ DƏMROV 🌺🦚🌼

On üç yaşlı pediatrik pasientimizin bədənində yaranmış qaşıntılı qabıqlı qızartılar müvafiq müalicələrdən sonra ləğv edildi. Dəridə qabıqlı qızartılar hər zaman psoriaz xəstəliyinə işarə deyildir. Dəmrovların bəzilər müvəqqəti xarakter daşıyır və qısa müddətdən sonra tam şəkildə müalicə edilir. Bu pasientimizdə olduğu kimi 🌼🦚🌺 Keçmiş olsun
– Təəssüf ki, bir qism soydaşlarımız dəri, saç, dırnaq və ağız boşluğu problemləri zamanı hansı həkimə müraciət etməli olduqlarını hələm də özləri üçün yəqin edə bilməyiblər. Bu pasientimiz əlindəki 2-3 ədəd qaşıntılı qalınlaşmadan dolayı demək olar dermatoloqdan başqa bütün ixtisas həkimlərinə getmiş, müxtəlif testlərdən keçirtmişlər lakin sonda heç bir müalicə təyin etmədən göndərmişlər ki, bəs bizlik deyilsən. Müayinə zamanı isə əldəki bu cür qalınlaşmanın sadə bir dəri xəstəliyi olduğu və əsasında da psixoloji sadə tiklərin dayandığı məlum oldu. Tək bir krem, təlqin və maarifləndirmə ilə xəstəyə yardım edildi. Əlavə müayinələrə belə ehtiyac olmadı cünki, problemin nə olduğu aydın idi. Bir şeyi bilmək lazımdır ki, məsələn, böyrək daşına görə uroloqa yox dermatoloqa müraciət etmək necə bir axmaqlıqdırsa, dəridəki səpgilərə görə də dermatoloqa yox uroloqa müraciət etmək o cür bir axmaqlıqdır. Məqsədimiz sadəcə maarifləndirmək idi. Hər zaman sağlam olun
– ÜZDƏ QIZARIQLIQ 🌿🍁🌺

Üzündə qaşıntılı qızartıları olan pasientimiz uzun çəkən müalicələrdən sonra şəfasına qovuşmuşdur 👍 Üzdə qızartılara səbəb olan çoxlu sayda dəri xəstəliyi vardır. Əksəriyyəti də bir birinə bənzəyir. Odur ki, diaqnozu dəqiqləşdirmədən özbaşına hər hansı bir krem istifadəsini tövsiyyə etmirik. Keçmiş olsun
– DƏRİ XƏRÇƏNGİ 🌿🌺🍁

Dəridə yaranan 👆 törəmələrə biganə qalmamaq lazımdır və onları vaxtında dermatoloqa göstərmək lazımdır. Əks təqdirdə belə bir aqibət hər birimizi gözləyə bilər. Burunda gördüyünüz yanığabənzər deformasiya və yara gecikmiş dəri xərçənginin nəticəsidir. Bu cür yayılmış dəri xərçənginin müalicəsi də çətindir. Törəmlərinizi bu vəziyyətə gəlməsinə imkan verməyin. Keçmiş olsun
– PULLU DƏMROV 💊💊💊

Növbəti pullu dəmrov (psoriaz) pasiyentimiz. Artıq doqquz aydan çoxdur ki, xəstənin səpgiləru yoxdur. Xəstə həyatından məmnundur 🤗 Pasiyent hal-hazırda nəzarətimizdədir. Deməyin pullu dəmrov müalicə olunmur. Biz bu xəstəliyin əlacını bilirik. Allah hər birimizi bu mərəzdən qorusun, xəstələrə isə şəfa versin ‼️
❤️❤️❤️
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 29 days, that account will self-destruct and this channel may no longer have an owner.
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 18 days, that account will self-destruct and this channel may no longer have an owner.
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 10 days, that account will self-destruct and this channel may no longer have an owner.