Dövlət Dəniz və Liman Agentliyi
81 subscribers
43 photos
3 videos
7 links
Dövlət Dəniz və Liman Agentliyinə dair yeniliklər, imtahan tarixləri, xatırlatmalar, vakansiyalar və digər faydalı məlumatları əldə etmək üçün Agentliyin rəsmi Telegram kanalını izləyə bilərsiniz.
Download Telegram
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə təşkil olunan “Bakı Marafonu”nda iştirak edib.

Finişə çatanlar arasında Agentliyin əməkdaşları da olub.

#HeydərƏliyevFondu
#BakıMarafonu2026
#küləyəqalibgəl
#DDLA
3
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatınin (BDT) Londonda keçirilən Hüquq Komitəsinin 113-cü sessiyasında ölkəmizi təmsil edib.

Tədbirdə Agentliyin Hüquq departamentinin Qanunvericilik layihələri şöbəsinin müdiri Nişat Rəhimov iştirak edib.

Sessiyada 2010-cu il tarixli Zəhərli və zərərli maddələrə dair Protokolun qüvvəyə minməsinin asanlaşdırılması və uyğunlaşdırılmış şərhi, BDT-nin alətlərinin tətbiqi ilə bağlı qaydalar müzakirə olunub.

Həmçinin gəmi qeydiyyatının saxtalaşdırılması və saxta gəmi reyestrləri ilə bağlı qeyri-qanuni təcrübələrin qarşısının alınması üzrə tədbirlər, gəmilərin qeydiyyatı ilə bağlı beynəlxalq qaydalar və ən yaxşı təcrübələr nəzərdən keçirilib.

Ətraflı: https://tinyurl.com/3usarz89
#DDLA
👍21
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatının London şəhərində keçirilən Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin 84-cü sessiyasında ölkəmizi təmsil edib.

Tədbirdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak edib.

Sessiyada təşkilata üzv dövlətlərin, BMT-nin müvafiq proqramlarının, ixtisaslaşmış agentlik və qurumların nümayəndələri habelə, dövlətlərarası və qeyri-hökumət təşkilatlarından müşahidəçilər bir araya gəliblər.

Sessiya çərçivəsində havanın çirklənməsinin qarşısının alınması, gəmilərin enerji səmərəliliyi, istixana qazları emissiyalarının azaldılması, plastik tullantılarla mübarizə, gəmiçiliklə əlaqədar yaranan sualtı səs şüalanmasının azaldılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin işçi qrupların hesabatları və iş planları müzakirə olunub. Sonda müvafiq qərarlar qəbul edilib.

#DDLA
2
Dövlət Dəniz və Liman Agentliyində tanker tipli gəmilərdə idarəetmə səviyyəsində çalışan dənizçilərlə növbəti görüş keçirilib.

Görüşdə onları maraqlandıran suallara cavab verilib və bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Görüşün əsas məqsədi beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyətlərinin bütövlükdə Azərbaycan dənizçiləri ilə komplektləşdirilməsi istiqamətində mövcud imkanların və perspektivlərin müzakirəsi olub.

Tədbirdə dəniz nəqliyyatı sahəsində milli kadr potensialının gücləndirilməsi, Azərbaycan dənizçilərinin beynəlxalq tələblərə uyğun peşə hazırlığının artırılması, eləcə də onların yerli və beynəlxalq gəmiçilik sektorunda məşğulluq imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı: https://tinyurl.com/2mu4bsja

#DDLA
#denizçi
3
Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anırıq.

#DDLA #HeydərƏliyev103 #HeydarAliyev103
👍1
Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib

Müasir, müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Bununla əlaqədar Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib. Ümummilli liderin xatirəsi ehtiramla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.

Görkəmli dövlət xadimi ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr edib.

Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan zəngin dövlətçilik məktəbi müstəqilliyimizin qorunması, Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət, eləcə də bu amal uğrunda canını belə əsirgəməmək kimi ali dəyərlərə əsaslanır.

#DDLA
👍2
Dövlət Dəniz və Liman Agentliyinin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsi mütəxəssis vakansiyası elan edir.
Ətraflı: https://ddla.gov.az/karyera
#DDLA
#vakansiya
👍2
18 may – Beynəlxalq Dənizçi Qadınlar Günüdür.

Bu münasibətilə bütün xanım dənizçiləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Arzu edirik ki, səfərləriniz uğurlu, yolunuz açıq, üfüqləriniz isə işıqlı olsun.

#DDLA #DənizçiQadınlarGünü
Media is too big
VIEW IN TELEGRAM
⚓️⛴️18 may tarixi dünyada Beynəlxalq Dənizçi Qadınlar Günü kimi qeyd olunur.
🎙️Bunu nəzərə alaraq, “Maritime Talks”un növbəti buraxılışı “Dənizdə zərif güc” mövzusuna həsr olunub.
👤Dövlət Dəniz və Liman Agentliyinin baş mütəxəssisi Ayşən Şükürova mövzu ilə bağlı fikirlərini bölüşüb, qadınların dənizçilik sahəsinə marağından danışıb.
#DDLA #SMPA #MaritimeTalks
3
Dövlət Dəniz və Liman Agentliyində dənizçilərlə növbəti görüş keçirilib

Ətraflı: https://tinyurl.com/3u9kttjr

#DDLA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qurban bayramı münasibətilə xalqımızı təbrik edir və bol ruzi-bərəkət arzulayırıq!

#DDLA #QurbanBayramı
👍5
28 may Müstəqillik Günüdür.🇦🇿

Müstəqilliyimiz əbədi və sarsılmazdır!

#DDLA #MüstəqillikGünü
👍1
Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumatı.

Dövlət #Dəniz#Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Xəbərdarlığa əsasən, mayın 29-u axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi mayın 30-u gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m. sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır.

#DDLA
#Dəniz
#Liman
#hava
#külək