İnsan yönümlü şəhərlər ️
3.14K subscribers
2.08K photos
250 videos
638 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇬🇧 Dünyanın ən qədim metrostansiyası.

Şəhər tarixinə, ictimai məkanların tarixi identikliyinə hörmət nümunəsi.

Gördüyünüz kimi, müxtəlif rəngbərəng plastik panellərdən istifadə etməsək belə, metrostansiyalarımızı yaxşı vəziyyətdə qoruyub saxlaya bilərik.

©️ Bayram Axundov.

📍 Baker Street, London.

#metro #London #tarixifoto
🇺🇸 Nyu-York şəhəri keçən əsrin əvvəlində.

Avtomobilləşmə gəlməyənə qədər bu şəhərin küçələrində tramvaya rast gəlmək olardı.

#tarixifoto
🇦🇿 Neftçilər prospekti, keçən əsrin ortaları.

Vaxtilə şəhərin iki ən vacib turistik məkanını - İçərişəhəri və Dənizkənarı Bulvarını eynisəviyyəli geniş piyada keçidi birləşdirirdi.

🔸 2000-ci illərin sonlarında Neftçilər prospektində bütün eynisəviyyəli piyada keçidləri ləğv olundu, bu prospekti maqistrala çevirdilər.

🔹 Məhz bu keçidin Bakıya qaytarılması onun daha insan yönümlü tərəfə transformasiyasına siqnalı ola bilər.

#neftçilərprospekti #tarixifoto