İnsan yönümlü şəhərlər ️
2.89K subscribers
1.85K photos
214 videos
573 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
♿️ 🚫 "Bir təkərli əlil arabası üçün pandus?!".

Bu videonu izləyici göndərib və bu daha bir sübutdur ki, şəhərdə yeraltı-yerüstü piyada keçidləri nə dərəcədə əlverişsizdir.

❗️ Sona qədər izləyin və belə keçidləri müdafiə edən dostlarınız ilə paylaşın.

#piyadakeçidləri
🚨 Bakıda isə daha bir potensial qəza mənbəyini yaratdılar.

AAYDA Azadlıq prospektinin bir hissəsində daş örtüyünü söküb yerinə güzgü kimi asfalt salıb.

🚷 Buradakı əsas problem odur ki, Ş. Bədəlbəyli küçəsi ilə kəsişmədə piyada keçidi yox idi, amma daş örtüyü sayəsində sürücülər təbii şəkildə sürəti azaldırdı, qəza riski azalırdı.

🚗 İndi isə bunun üçün heç bir maneə yoxdur, burada maşınların sürəti artacaq, piyada vurulma halları da artsa təəccüblənməyin.

🚶‍♂️ Bura mütləq bir piyada keçidi lazımdır. Bu məsələ ilə bağlı BNA və Yol Polisinə müraciət göndərəcəm, çünki burada piyada axınını yaradan bir çox məkanlar var (Universitet, Vağzal meydanı, ticarət mərkəzi və s.)

❗️ Sizə kimsə desə ki, "50 metr qabaqda piyada keçidi var, əziyyət çəkib gedib oradan keçsinlər", bu səhv yanaşmadır. Piyada keçidlərini insanların axını olan yerlərə uyğun təşkil edilməlidir, əksinə olsa sizin şəhər heç vaxt təhlükəsiz olmayacaq. Sonucu fotoda Nyu-Yorkdan yaxşı nümunədir.

#piyadakeçidləri
❗️ Bura mütləq piyada keçidi lazımdır, bu da sizə sübut üçün bir foto.

Azadlıq prospektindəki bu məsələni işıqlandıranda hətta bu səhifənin şərhlərində oxudum ki, "yuxarıda keçid var da, tənbəl camaat getsin oradan keçsin". Əzizlərim, siz şəhəri elə insanların hərəkətinə uyğun təşkil etməlisiniz.

❗️ "Yüksək piyada axını var - deməli piyada keçidi lazımdır" - bu qızıl qaydaya riayət etmək lazımdır. Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi bunun bariz nümunəsidir.

Urbanistikanın qaydalarına zidd olan şəhər salsaq, günahı hər dəfə insanların üstündə atsaq, ancaq maşınların rahatlığını düşünsək, şəhərimiz heç vaxt təhlükəsiz və rahat olmayacaq.

✉️ Məsələ ilə bağlı BNA və Yol Polisinə müraciət artıq göndərilib, kimə maraqlıdısa, şərhlərdə müraciətin tam versiyasını əlavə edirəm.

#piyadakeçidləri
💬 Hər dəfə bəzi sürücülərdən şərhlər görəndə bilmirəm ağlamaq lazımdır ya gülmək?

Ən yaxın piyada keçidinə 260 metrdən çox məsafə qət etmək olan bir vəziyyətdə, mütləq kimsə gəlib şərhlərdə "10-15 metr yaxınlığında keçid var da" yazacaq. Ya da ki "canı çıxsın getsin dairə vursun".

❗️ Bu vəziyyətdə ən maraqlı isə odur ki, bu sürücülərin özlərinə desən get ayrılmış parkinqdə maşın saxla, piyada 50 metr mağazaya qədər gəziş, deyəcəklər "Yox e, mən maşınımı mütləq mağazanın ağzında saxlamalıyam, mənə parkinq yeri verin düz blokumun qabağında!".

Piyadalara qarşı bəzən o qədər aqressiya buraxırlar, təhqir edirlər, "qoyun" adlandırırlar, az qala "piyada p*x yeyir rahat yolu keçmək istəyir" tipli rəylər yazırlar.

Bir sualım var. Həmin sürücülər öz dəmir dördtəkərli qutulardan çıxanda avtomatik piyadaya çevrilmirlər? Həmin insanlar yaşadığı şəhərdə rahat gəzmək istəmirlər?

#piyadakeçidləri
Bura Bakı şəhəri, Dilarə Əliyeva küçəsidir.

İki piyada keçidi arasındakı məsafə cəmi 38 metr təşkil edir. Təklif edirəm, keçidin birini silsinlər. Hər 40 metrdən bir keçid olar?! Buna görə dəhşətli tıxaclar yaranır! Piyadalar tənbəl olmasın, getsinlər ən yaxın svetoforda keçsinlər.

P.S. İroniyadır, bəzi sürücülərin məntiqinə əsas olaraq. 🙂

#piyadakeçidləri