İnsan yönümlü şəhərlər ️
2.79K subscribers
1.65K photos
203 videos
530 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬 Tural Yusifov Hövsandakı əlverişsiz piyada keçidlərindən danışdı və çox yaxşı izah etdi.

Bu cür keçidlər narahatdır və əksinə təhlükəsizliyə ziddir.
Bura Çernobıl deyil, 🇦🇿 Bakının Zığ qəsəbəsidir.

Buranın səki problemini bir neçə dəfə kanalda paylaşmışdım, lakin vəziyyət lap məyusedici imiş. İstər küçələri, istər insanların yaşadığı şərait - pozitiv bir şey tapmaq çox çətindir.

💬 Zığda yaşayan və bloqun müəlliflərindən biri olan İlkin Babayevlə Zığda gəzişdik və Bakının ən unudulmuş qəsəbəsinin bugünkü vəziyyətini sizə göstərməyə hazırıq.

https://youtu.be/n4fVpI3cXE8

❗️Dostlar, bu cür vloqların davamlı olmasını istəyirsinizsə, sizin dəstəyiniz olduqca vacibdir. Patreon-da göstərdiyiniz hətta kiçik maliyyə dəstəyiniz bizə urbanistika həsr olunan videoları müntəzəm şəkildə buraxmaq üçün əlavə stimul verir.
Dünəndən bəzi elektroskuter icarə şirkətləri polis reydlərinə istinad olaraq fəaliyyətini dayandırıblar.

Təbii ki, bunun geci-tezi var idi. Güman ki, kimsə skuterlə ağır qəza törədib və polisə tapşırıq gəlib ki, "Yığışdırın bunları, bizə yaraşmır".

Bəs çıxış yolu qadağadırmı? Təbii ki, xeyr. Bu suala ətraflı cavab vermişdim və çıxış yollarından hələ keçən il video çəkmişdim.

Dövlət Yol Polisi və digər məsul qurumların əməkdaşlarına izləməyi tövsiyə edirəm.

https://youtu.be/lGtTJwxRLcQ
8-ci mikrorayonun kontrastları.

Maraqlıdır ki, Bakı mikrorayonların ətrafında küçələr, səkilər və nəqliyyat infrastrukturu heç də ürəkaçan olmasa da, burada yaşıl və həyat dolu həyətlərə rast gəlmək olar.

🔹 Buradan da vloq çəkdik. Patreon-da bizi dəstək göstərən izləycilər, daha tez izləyə bilər.
🆘 Bütün saytlar xəbər dərc edir ki, bəs sürücülər üçün cərimələr qaldırılır! Diqqət...

Birincisi, bu qanun layihəsidir, hələ ki heçnə təsdiq olunmayıb.

İkincisi də, hətta bu qanun layihəsində ciddi bir islahat görmədim. 41-60 km/s sürət aşmasına görə cərimə onsuzda az deyildi (150 AZN idi, təklif olunur 200). Lakin 20 km/s aşmasına görə cərimə elə gülməli 10 manat səviyyəsində qalır.

Yəni siz şəhərdə 80 km/s maşın idarə etsəniz adam öldürə bilərsiniz, amma buna görə sizə cəmi 9 AZN cərimə düşəcək (endirimi nəzərə alaraq).

Amma səkidə maşın saxlamasına görə, piyadaların hərəkətinə maneə törətmısində görə heç bir qanun dəyişikliyi nəyə görə sə heç kimin yadına düşmür.
🇪🇬 Misirdə güya tıxacları azaldmaq üçün şəhərin ən dəyərli məkanını - dəniz qırağını asfalta döşəyib 10 zolaqlı yol çəkiblər.

Təəsüf ki, belə bəsit düşüncəyə məxsus insanlar hələ də bizim qərarverən məmurlar arasında mövcuddur.

Daimi izləyicilər bikir ki, yolların genişləndirilməsi dünyanın heç vaxt tıxac problemini həll etmir. Təzə qoşulanlar isə bu haqda buradan oxuya bilər.
‼️ Avtobus cibləri nəinki lazımsız, hətta təhlükəlidir.

Bu qəza Bakıda baş verib. Vaxtına qənaət etmək istəyən avtobus sürücüsü cibə daxil olmadı, nəticədə sərnişini maşın vurdu.

Burada "qəribə" heç nə yoxdur. Bizdə 90% avtobus sürücüləri ciblərdən istifadə etmir (fotolarda baxa bilərsiniz), çünki bu əlavə vaxt itkisidir, onsuz da bu avtobuslar daima tıxaclarda ilişib qalır və qrafikdən gecikir.

🔹 Dünyanın inkişaf etmiş ölkələrində bu ciblərdən imtina edirlər, hətta dayanacağı çıxıntılı edirlər ki, avtobus dayanacaqda minimum vaxt itirsin. Dördüncü şəkildə bu aydın görsənir.

🔹 Azərbaycanda cəmi bir çıxıntılı dayanacaq var, o da Pirallahı qəsəbəsindədir. Onu da "rəhmətlik" BNA təşkil etmişdi.
Piyadalar üçün ən rahat şəhər nəhayət ki, tapıldı.

Bura Mingəçevirdir! 🇦🇿

Geniş (çox geniş) səkilər, səliqəli şəhərsalma və yaşıllıq ilə fərqlənən Azərbaycanın ən uğurlu şəhərlərin birinə yeni vloqda sizi tanış edəcəm.

https://youtu.be/SgQLjcfOrTM

🔹 İşimizə dəyər vermək üçün isə sizdən dəstək gözləyirik 🙏. Patronlar isə bütün vloqların daha geniş versiyaların və daha erkən izləyə bilirlər.
🇦🇿 Əziz Bakı, ümid edirəm səkiləri daraldan, piyadaların yollarını kəsən və şəhərə eybəcərlikdən başqa heçnə gətirməyən bu cür köşklərdən sən bir gün qurtulacaqsan.

Küçə ticarət olmalıdır, lakin insanlara naratlıq gətirəcək və şəhərin simasını pozan formada yox.

📍 Səməd Vurğun bağı.
​​🚕🚍 Tıxacda dayanan taksini seçərsiniz yoxsa sizi metro kimi şəhərin istənilən yerinə tıxacsız avtobusa?

🔹 Bu gün nazir Rəşad Nəbiyevin danışdığını oxumuş olarsınız, güman ki. Əksər xəbər saytları və populist səhifələr danışığından yalnız "taksinin qiyməti artacaq" ifadəsini çıxarıblar.

🔹Lakin o daha bir vacib mesajı bəyan edib: Avtobus zolaqların sayı artacaq və polis həmin zolaqlada digər maşınları buraxmayacaq, ictimai nəqliyyata üstünlük verilməlidir küçələrdə.

🔸 Bu çox ciddi bir bəyanatdır, çünki indiyə qədər, misal üçün, keçmiş BNA polisə belə göstəriş verə bilməzdi.

Düzdür, bunun nə dərəcədə real olması hələ dumanlı görsənir, lakin üfüqdə artıq işıq görsənir. Deyəsən, Nəqliyyat Nazirliyində Dayanaqlı Şəhər Mobillik Planını müzakirə edirlər, problemi kökündən həll etmək istəyirlər.

🔹 Mən dəfələrlə qeyd etmişəm ki, bu cür islahatlar üçün lazım olan ən böyük amil cürət və cəsarətdir. İnsanlar indi açıq şəkildə taksilərdə qiymət artımına dair sosial şəbəkələrdə narazılığını bildirir. Urbanistik islahatlar davam etsə sabah bundan da ciddi etirazlar olacaq.

🔸 Bütün inkişaf etmiş ölkələr bundan keçib. Bəs biz hazırıqmı?!

🔹 Bakılılara isə ünvanlanıb demək istəyirəm ki, əgər şəhərin hər yerinə avtobus zolaqları çəkilsə və onlar hər zaman boş qalsa, inanın ki şəhər daxilində əksər yerlərə siz uzağı 20 dəqiqəyə çata biləcəksiniz. Bu cür hallarda siz artıq tıxacda 1 saat vaxt itiməyə heç özünüz istəmərsiniz.
🚍 Yaxşı ictimai nəqliyyat tək avtobus və vaqonlar demək deyil.

Şəhər infrastrukturu da cəlbedici, rahat və əlçatan olmalıdır.

🇩🇪 Almaniyanın Vaysenfels şəhərindəki bu mübadilə mərkəzinə fikir verin. Bu cür səliqəli infrastrukturu görəndə adam özü avtobusdan istifadə etmək istəyir.