İnsan yönümlü şəhərlər ️
3.03K subscribers
2.02K photos
240 videos
619 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Forwarded from Anar Əliyevin bloqu
🎂 Bu da 40.

Deyirlər ki, bu yubileyi qeyd etmirlər. Lakin önəmli bir ildönümüdür.

🔹 Bu yaşda insanın bir nömrəli prioriteti sağlamlıq olmalıdır. Bu isə özünə qulluq ilə yanaş sağlam mühitlə bir sintezdə olmalıdır.

🌳 “İnsan yönümlü şəhər” piyada gəzmək və velosiped sürməkdən ibarət deyil. Belə şəhər özü özündə sağlam həyat tərzi üçün şərait yaradan, bütün qrup insanlar üçün rahat və yaşamalı bir məkan deməkdir.

✍️ Uzun müddətdir ölkəmizi belə bir məkama çevirmək üçün təbliğat aparıram, dövlət qurumları ilə ünsiyyət qurmağa çalışıram.

🔸 Hərdən bunu birmənalı qarşılamayan, fikirlərimi “radikal” adlandıran da olur. Bu normaldır, və bütün cəmiyyətlərdə rastlaşmaq olar. Hər sahədə olduğu kimi, qarşılıqlı hörmət saxlayaraq, konstruktiv dialoqlar quraraq və maarifləndirməklə işlərini davamlı apararaq hər kəs üçün xeyirli bir nəticəyə gəlmək mümkündür.

❗️ Bu vacib yaş həddinin keçməsinə baxmayaraq, çalışacam bundan sonra da urbanistik məzmunundan izləyiciləri əsirgəməyim.

Bu işdə dəstək olmaq istəsəniz, sevinərəm. 🙂
🚲 BNA-nın vaxtilə səkidə təşkil edilən velozolaqlar bir işə yaramır, amma hər yağışdan sonra qəşənq fotolar çəkmək olur. 🙂

#velosipedzolaqları
İyulun 1-dən Bakı taksilərində minimal qiymətinin qalxmasını deyirlər. Proqnozunuz?
Anonymous Poll
33%
3-3,5 AZN
39%
4-4,5 AZN
19%
5+ AZN
8%
2,5 AZN qalacaq
🚲 Velosiped zolaqları niyə ancaq şəhərin mərkəzində salınır?

"COP"-a qədər hansı küçələrdə velozolaq salınacaq, uzunluğu nə qədər təşkil edəcək? Bu zolaqlara daxil olan avtomobillərə cərimə yazılacaqmı? İnsanları bu zolaqlara necə cəlb edək?

💬 AYNA-nın təmsilçisi Tərlan Səfərov, velosipedçi və urbanist Arzu Süleymanovla Bakıda salınan yeni zolaqlarda velosipedlə gəzişdik, mövcud vəziyyət və bundan sonrakı planlar haqqında söhbət etdik.

➡️ https://youtu.be/0WCWXHxqLQI?si=fTGSoXr8bhE_j28p

💡 Bəyənsəniz, işimizə dəstək göstərə bilərsiniz. 🙏

#velosipedzolaqları #vloq
🌳 Ağaclar şəhərin kondisioneridir.

🌞 Bakı kimi yayı isti keçən şəhərlərdə yaşıllığın olması olduqca önəmlidir. Ağacların küçələrdə yaratdığı kölgələr və mikroiqlim şəhəri daha sərin və gəzməli məkana çevirir.

🔹 Biricni foto - Azadlıq prospekti.
🔸 İkinci foto - 8 noyabr prospekti.

#ağaclar
🌳 Və təbii ki, küçədəki ağaclar və yaratdıqları kölgələr tək piyada gəzmək deyil, velosiped sürmək üçün münbit şərait yaradır.

🇧🇬 Fotolarda Sofiya şəhəridir. 🚲 Burada velosiped sürərdiniz?

#velosipedzolaqları #ağaclar #Sofiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Velosiped zolaqları bu küçə və ərazilərdə olacaq.

💬 AYNA-nın təmsilçisi Tərlan Səfərovun son vloq üçün müsahibəsindən.

#velosipedzolaqları
⛽️⚡️ Yanacaq və gediş haqlarında artım dolasıyla ölkədə hər şeyin bahalaşmasına gətirib çıxaracaq.

İnsanların rifahı və gəlirləri mövzusu aktual olduqca urbanistikanın əhəmiyyəti də artır. Bu haqda ətraflı yazmışdım, kanala yeni qoşulanlar üçün link: https://t.me/city4people_az/905
🚍 50 qəpiklik nəqliyyatdan nə gözləyək?

🔸 Pessimistik səslənsə də, hələ ki heçnə. Qiyməti bu gün qalxan gediş haqqı yenə də sərnişindaşımanın maya dəyərini ödəməyəcək. Ən yaxşı halda, bu 10 qəpik qalxan dizelin qiymətini bir qədər kompensasiya edəcək.

🔹 Lakin ictimai nəqliyyat stateji sahə olduğundan, buna bazar yanaşması qətiyyən tətbiq olunası deyil. Subsidiyalar burada mütləqdir.

🔹 Deyirlər ki, yaxın zamanda brutto müqaviləyə keçid gözlənilir. Bu halda, daha çevik qiymət siyasəti mümkün olacaq, daşıyıcılar da ziyanda qalmayacaq. Ən əsası isə, aylıq/illik tariflər və digər güzəştləri tətbiq etmək olar ki, daha çox insanı ictimai nəqliyyata cəlb etmək olsun.

🔹 Bu işlər parallel olaraq, avtobus parkının yenilənməsi, onların qrafik üzrə hərəkət edilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi isə parallel aparılmalıdır. Bunlar olmayana qədər, hər kəs uduzmuş olacaq.

💬 Səmimi deyin, son 6 ay ərzində şəxsi avtomobil və taksidən imtina edib avtobus və metroya keçən ətrafınızda neçə nəfər tanıyırsınız?

#ictimainəqliyyat #analitika
🚍 Bakıda və bizə yaxın olan qonşu paytaxtlarda ictimai nəqliyyat.

Bizə yaxın digər şəhərlərdə gediş haqqı fərqli olsa da, sərnişinlər üçün bir sıra üstünlüklər təqdim olunur. Misal üçün, bank kartı ilə ödəniş və müxtəlif kateqoriyalar güzəştlər.

⬆️ Ətraflı cədvəldə.

❗️ Çox gecikirik bu sahədə islahatlarla.

#ictimainəqliyyat
🚍 İctimai nəqliyyatının istifadəsinin stimullaşdırılmasından danışanda çox vaxt insanları məcburi şəkildə avtomobil komfortundan məhrum etmək kimi qəbul edirlər.

🔹 Çox sadə prinsip var, bunu dostlar və tanışlarınıza da başa sala bilərsiniz. Avtomobil istifadəsini heç kimi qadağan etmək fikrində deyil, sadəcə torpaq sahəsi məhdud resursdur, onu düzgün istifadə etmək lazımdır ki, küçələrdə sıxlığın azaldılmasına nail olmaq mümkün olsun.

🔹 İctimai nəqliyyatın əsas üstünlüyü də odur ki, kütləvi şəkildə şəhərə mobillik gətirə bilir. Əgər o daha effektivdirsə, deməli prioritet də ona verilməlidir.

🔹 Təbii ki, parallel olaraq ictimai nəqliyyat inkişaf etdirilməlidir ki, insanları özünə cəlb edə bilsin.

#urbanistika #ictimainəqliyyat
💬 İzləyicilərdən.
🇨🇿 Praqa şəhərinin əsas meydanlarından biri - Vatslav meydanı tamamilə piyadayönümlü olacaq.

🔹 İlin əvvəlində Praqanı gəzib sizə bu şəhərin təcrübəsini ətraflı göstərmişdim, o vaxt meydanın bir hissəsi maşınlar üçün artıq bağlanmışdır. İndi buraya tramvaylar da qayıdacaq.

🔹 Çexiyanın paytaxtı Avropanın ən insanyönümlü şəhərlərindən biridir.

#Praqa
🚧 Avtobus zolağı salındı, amma səki yerinə qayıtmadı.

🔸 Dünən Ə. Haqverdiyev küçəsində növbəti avtobus zolağı salındı, təbii ki, bunu yaxşı addım kimi qarşılamaq lazımdır. Bir küçədə ki günün hər hansı bir saatında tıxac ya sıxlıq müşahidə olunursa, ora mütləq avtobus zolağı lazımdır. Başqa cür avtobusların qrafik üzrə hərəkətini təmin etmək mümkün deyil.

🔸 Amma başqa bir məsələ ki, bu küçədə vaxtilə səki kəsilərək parkinqə çevrilmişdir. Bu məsələ sosial şəbəkələrdə işıqlandırıldıqdan sonra səkini yerinə qaytarmağa çalışdılar, amma alınmadı.

❗️ İndi isə, həmin parkinq cibinə daxil olmaq üçün, sürücülər mütləq avtobus zolağına daxil olmalıdır, hansının cəriməsi olub 100 AZN və 2 bal. Deməli, bu cibin heç bir mənası qalmadı. İzləyicinin göndərdiyi şəkildə gördüyünüz vəziyyət isə birmənalı olaraq qayda pozuntusudur.

🔹 Bu yaxınlarda AYNA Sahil metrosunun qabağındakı səkini bərpa edə bildi. İndi bu ərazi ilə bağlı da müraciət göndərərəm, baxaq görək səkilərin piyadalara qaytarılmasını məsələsi şəhərdə aktual etmək nə dərəcədə mümkündür.

#avtobuszolağı #səkilər
🚍 Ayrılmış avtobus zolaqlarına etiraz edən sürücülərə həsr olunur.

Nədənsə sükan arxasına oturan insanların bir çoxunda eqoizm digər hissləri üstələyir.

#avtobuszolaqları #karikatura