İnsan yönümlü şəhərlər ️
3.06K subscribers
2.04K photos
245 videos
625 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌙 Bu gün 10 ildən çox (!) inşası davam edən “Crescent” layihəsinin bir hissəsi açılıb.

Layihədə biznes-mərkəzi, hotel və ticarət mərkəzi nəzərdə tutulub, hələ ki “Crescent Mall” açılıb.

🔸 Amma diqqətinizi başqa məsələlərə yönəltmək istəyirəm. Bu mol Dənizkənarı Bulvarının əsas hissəsi ilə çox zəif əlaqələndirilib.

🔸 Buraya bulvardan gəlmək üçün ən rahat yolu Dəniz Vağzalının qabağında olan meydandır. Amma o da parkinq funksiyasını yerinə yetirir. Ətrafı da məhəccərələnib. Yalnız parkinqin özündən kiçik bir pilləkən qoyulub (işarələdim 2-ci fotoda).

Vağzalın arxa tərəfində məhəccər qoyulub ki, oradan keçmək hələ ki olmur.

🔸 Güman ki, daha çox avtomobil ilə gələn müştəriləri nəzərdə tutublar, amma burada da risk görürəm - molun parkinqinə girmək və çıxmaq istəyən maşınlar Neftçilər prospektinim bu hissəsində əlavə konflikt nöqtələr yaradacaq.

🔹 Həll yolu çətun deyil. Dəniz Vağzalı meydanın parkinqdən azad edilməlidir (yalnız yola salmaq və qarşılamaq üçün 1 avtomobil zolağı olmalıdır), həmin ərazini əksər hissəsini bulvara orqanik şəkildə qatmaq lazımdır və konflikt yaratmadan Crescent-in parkinqinə girmək üçün ayrıca zolaq etmək lazımdır. Ərazini “Port Baku” ilə əlaqələndirmək üçün də mütləq eynisəviyyəli piyada keçidi təşkil edilməlidir (svetoforla). Bu həmçinin parkinqdən daha rahat çıxışını təmin edəcək.

📸 Ərazidən çəkdiyim fotoları əlavə edirəm.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬 Metroların çıxışlarındakı aqressiv mühit birbaşa olaraq həyatımıza təsir edir.

Dilqəm İsmayılov “HAQQ Talk” podkastında insan yönümlü şəhərlərdən danışıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 28 May 1918-ci il tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin parlament binası Bakıda deyil, məhz Gəncədə yerləşmişdi.

Gəncə vloqumuzda bu bina haqqında ayrıca olaraq danışdıq.

#Gəncə #memarlıq
🇨🇳 Çinin daha bir şəhərində tramvay sistemi salındı.

🚊 292 sərnişin daşıya bilən bu Alstom tramayları Dujiangyan şəhərində hərəkət edəcək. Şəhərin əhalisi 710 min nəfər təşkil edir.

Keçən il isə Çinin Uhan şəhərində yeni tramvay sistemi işə salınmışdır.

#tramvay #Çin
☑️ OK, Cavanşir körpüsü söküldü. Bəs bu ərazinin aqibəti necə olacaq?

Hazırda vəziyyət necədir və niyə bura məhz insan yönümlü layihə vermək lazımdır?

🚧 Sökülən körpünün ətrafında gəzişdim, fikirlərimi paylaşdım və hətta bura üçün zamanında təklif edilən layihəni də göstərdim.

➡️ https://youtu.be/eiyZ2PEic48?si=H5L1V1qkrxxCnGPD

🔹 Kanalın fəaliyyətinə dəstək göstərmək üçün ➡️ bu link
🔹 Özəl Telegram-kanalına qoşulmaq üçün ➡️
bu link

#vloq #cavanşirkörpüsü
🚨 Neftçilər prospektində yeni təhlükə mənbəyi yaranıb.

Burada yeni mol açıldandan sonra giriş-çıxışlarına hərəkət ləngiyir, bu fürsətdən istifadə edərək piyadalar yeni salınan mərkəzə yolu birbaşa prospektin üzərindən keçirlər. Uşaqla keçənlərin sayı da az deyil.

🔸 Kimsə deyə bilər ki, “insanları yerin altına göndərin, 200 metr digər tərəfdə yeraltı keçid var, amma bu kəsişmədə svetoforla nizamlanan keçid təşkil edilsə, bu həm də K.Səfərəliyeva küçəsi ilə də daimi konflikti də yox edər.


#təhlükəsizlik #neftçilərprospekti
Media is too big
VIEW IN TELEGRAM
⬆️ 8 noyabr prospektinin bir hissəsində artıq zolaqları nişanladılar.

🔸 Hətta səki və velozolaq salınandan sonra yenə də görün 4 geniş zolaq saxlamaq mümkün oldu. Bu cür işləri Bakının demək olar ki bütün küçələrdə etmək mümkündür.

📸 Road Safety səhifəsindən.
🔸 Kimsə narahat idi ki, "8 noyabr"dakı 3,10 metrliq zolaqlar çox dar olacaq.

Amma bu şəkilə baxın, görün zolaqda hələ nə qədər yer qalır. Xatırladım ki, ən böyük minik avtomobilin eni heç 2,5 metr təşkil etmir. Avropa şəhərlərində 2,75 metrlik zolaqlara da rast gəlinir.

🔸 Əvvəllər deyirdilər ki, çox geniş zolaqlar operativ nəqliyyat vasitələri üçün yer vermək üçün edilir, amma burada buna da ehtiyac qalmır, çünki ayrılmış avtobus zolağı var. ONV-lər ondan istifadə edə bilirlər.

Geniş zolaqların isə N qədər mənfi cəhəti var, ətraflı bloqda yazmışdıq.

#8noyabrprospekti
👶 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Uşaqların təhlükəsizliyi elə evdən çıxan kimi başlamalıdır. Təhlükəsiz şəhərin qurulması üçün mütləq uşaqların davranışını nəzərə almalıyıq. Şəhərdə təhlükəsiz piyada keçidləri olmalıdır, piyada svetoforları mütləq olmalıdır, şəhər daxilində sürətli yollar olmamalıdır.

Bununla yanaşı valideynlərin də üzərində məsuliyyət düşür.

🔸 Piyada keçidlərində uşaqların əlindən tutun, 5 yaşınadək uşaqları qucağınızda tutun.
🔸 Uşaq arabası ilə svetoforu gözləyəndə arabanı əlinizlə tutun.
🔸 Uşaqlara öyrədin ki, yolu keçəndə əvvəl sola, sonra, sonra bir daha sola baxıb yolu keçmək olar.
🔸 Avtomobildə uşaqları avtokresloda otuzdurun.
🔸 Parkinqlərdə ikiqat diqqətli olun. Parkinq yerindən arxa-arxaya çıxan sürücülər uşaqları görməyə bilər.

🔹 Amerika Pediatriya Akademiyasının araşdırmalarına əsasən, 10 yaşınadək uşaqlar yaxınlaşan avtomobillərin sürətini və məsafəsini düzgün hesablaya bilmir. Sürücülər də mütləq bu məqamı nəzərə almalıdır.

#təhlükəsizlik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Gəlin bu istirahət günündə Qusarda orijinal vəziyyətdə qalmış gözəl yaşayış evinə baxaq.

Şimal bölgələrimizdə belə evlərin say çoxdur, onları niyə qorumalıyıq - bu haqda Dilqəm İsmayılov Qusar vloqumuzda danışdı.

#Qusar #regionlar
🚍 Neftçilər prospektində avtobus zolağı salındı! 🔥

Düzdür, hələ ki cəmi 100 metrlik ərazini əhatə edir, daha sonra "8 noyabr"da yeni salınan zolağa birləşir. Amma Neftçilər prospekti boyu mütləq ayrılmış avtobus zolağı olmalıdır (tramvayı ümid get-gedə yox olur).

🔸 Ümumiyyətlə, AYNA söz verib ki, bu ilin sonuna qədər şəhərdə 100 km-dən çox yeni avtobus zolaqları salınır. Bu zolağa daxil olub qayda pozan sürücüləri isə daha sərt cərimələr gözləyir.

#avtobuszolaqları
Media is too big
VIEW IN TELEGRAM
🚷 Piyadalar yenə də yerin altı ilə getməlidir…

🔸 “8 noyabr”da yaxşı yenilikləri tətbiq etsələr də, buradakı NİZAMLANAN kəsişmədə, bütün şərait olmasına baxmayaraq, piyada keçidini yeraltı olaraq saxlayırlar.

Niyə belə oldu və düşüncəni necə dəyişək - bu kiçik vloqda danışdım.

#minivloq #8noyabrprospekti
🇦🇿 Neftçilər prospekti, keçən əsrin ortaları.

Vaxtilə şəhərin iki ən vacib turistik məkanını - İçərişəhəri və Dənizkənarı Bulvarını eynisəviyyəli geniş piyada keçidi birləşdirirdi.

🔸 2000-ci illərin sonlarında Neftçilər prospektində bütün eynisəviyyəli piyada keçidləri ləğv olundu, bu prospekti maqistrala çevirdilər.

🔹 Məhz bu keçidin Bakıya qaytarılması onun daha insan yönümlü tərəfə transformasiyasına siqnalı ola bilər.

#neftçilərprospekti #tarixifoto
🛫 Əhməd Rəcəbli küçəsi təmirdən sonra uçuş-enmə zolağına çevrilib.

Səkilərdə təşkil olunan parkinq ayrıca bir gözəllikdir.