İnsan yönümlü şəhərlər ️
3.14K subscribers
2.08K photos
250 videos
638 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Axşam vaxtı avtomobil yolunda piyada gəzmək xüsusilə təhlükəlidir.

Amma bu insanlar nə etsin? Onlar üçün bu şəhərdə piyada infrastrukturu normal düşünülməyib.

Siz hələ də piyadaları günahlandırırsınız?

#səkilər
Aşbaz Fərhad Aşurbəyli piyadaları ayaq ilə təpikləməyə çağırır.

Deyir ki, “yolu keçmək qaydalarını uşaqlara və “idiot” valideynlərə keçmək lazımdır”.

Bir şəhərdə ki, piyadalar üçün nəyinki yolu keçmək, heç səkidə gəzmək üçün şərait yoxdur, məşhur insanların belə statusların yazılması yolverilməzdir.

Maraqlıdır ki, Fərhad bəy urbanist İlya Varlamovu hər dəfə Bakıda qarşılayır və gəzdirir, piyadalar üçün saysız-hesabsız problemləri bilir, amma yenə də piyadaları günahlandırmağa çalışır.
📍 Heydər Əliyev prospekti, Koroğlu metrosunun yanı.

Prospektin bu hissəsində vaxtilə çoxlu piyada qəzaları baş verirdi, insanlar metroya düşməmək üçün daha qısa yol seçib yolu qaçaraq keçməyə üstünlük verirdi. Çoxlu qəzalardan sonra bura uzun məhəccər quraşdırıldı ki, piyadaları qaçmağa sövq etməsinlər.

🔹 İndi biz qırağa qoyaq bu məsələni ki, şəhər daxilində sürətli maqistral olmamalıdır, piyada keçidləri isə eynisəviyyəli və nizamlanan olmalıdır. Bu haqda mütəmadi olaraq səhifədə danışıram.

Söhbət ondan gedir ki, artıq 2 aydan çoxdur ki, prospektin bu hissəsində məhəccərlərin bir hissəsi çatışmır, məhz "Koroğlu" metrosu tərəfdə, insanların daha çox qaçdığı yerdə. Və keçən ay artıq burada gecə vaxtı qəza baş verib.

❗️ Qəzadan 1 aydan çox vaxt keçsə də, hələ də məhəccərin çatışmayan hissəsi bərpa olunmayıb. Ümid edirəm, növbəti qəzanı gözləmədən məhəccər yerinə quraşdırılar.

#təhlükəsizlik
🇵🇱 Polşanın Olsztyn şəhərində yeni tramvay xətti çəkilir.

Şəhərin əhalisi cəmi 173 min nəfər təşkil edir.

🚋 Bu gün tramvay ən dayanıqlı ictimai nəqliyyat növlərindən biridir.
Küçə nəqliyyatı sayılır (minib-düşmə rahatdır)
Ayrılmış yol ilə hərəkət edir
Avtobusdan 3-4 dəfə daha iritutumludur
Ekoloji təmizdir
Müasir tramvay çox sakitdir
Bonus kimi: şəhər küçələrini bəzəyir.

Bu şəhərdə hərəkət edən tramvaylar Türkiyə istehsalıdır.

#tramvay
Növbə mədəniyyəti ana südü ilə gəlmir.

Bunun üçün maarifləndirməni tək uşaqlar deyil, daima insanlar arasında aparmaq lazımdır.

🇭🇺 Budapeşt avtovağzalında məlumat xarakterli bir lövhə.

#Budapeşt
🇷🇸 Serbiyanın paytaxtı Belqrad.

Burada metro yoxdur, lakin 1894-cü ildən fəaliyyət göstərən tramvay var.

🚌🚎 İctimai nəqliyyat həmçinin avtobus və trolleybuslar ilə təmsil olunub.

Avtobuslar da elə bil BakuBus qarajından birbaşa çıxıb gəlib bura 🙂

#Belqrad #ictimainəqliyyat
🇦🇿 Bakının mərkəzindən tarixi küçələr necə dəyişə bilər və niyə bu vacibdir?

Memar Dilqəm İsmayılov ilə “Tarqovı”nın qonşuluğunda olan əraziləri gəzişdik, mövcud vəziyyəti və yeni vizyon haqqında danışdıq.

https://youtu.be/L4Gr-D1zlkA?si=_-zhvO2RSZNCHSff

🔸 Bu cür reportajların davamlı çəkilişini önəmli sayırsınız, bizə Patreon-da dəstək göstərənlərin sırasına qoşula bilərsiniz.

#vloq #mərkəziküçələr
Hər il dövlət büdcəsinin planı müzakirə olunanda mütləq metronun dotasiyalarından söhbət açılır, sosial şəbəkədə bunun üzərində "hayp" tutmaq, insanları qıcıqlandırmağa başlayırlar.

Dünyanın bütün inkişaf etmiş ölkələrində, hətta varlı Almaniyada ictimai nəqliyyat sərnişinlərdən gələn ödənişlərdən özünü qarşılamır. Türkiyədə də ictimai nəqliyyata çoxlu pul ayrılır. Almaniya ümumiyyətlə möhtəşəm eksperiment keçirmişdir keçən il, aylıq abunə haqqını 9 avroya endirmişdir. Bunun üçün dövlət büdcəsindən 2,5 milyard avro subsidiya ayrılmışdır.

🔹 Bakı metrosuna gələndə isə, vəziyyət ümumiyyətlə çox üzücüdür. 3 milyonluq şəhərə cəmi 27 metrostansiyası var, bu gülməlidir. Stokholm şəhəri Bakıdan 3 dəfə kiçikdir, amma orada 100 stansiya var. Bakıda metrosunun yükünü bir qədər azaltmaq üçün, qırmızı və yaxşı xətləri ayırmaq üçün təxmini 2,5 milyard manat ayrılmasına ehtiyac var. Bu məbləği heç olmasa 5 ilə bölüb hissə-hissə ayrılsalar, metrodakı mövcud (və günü-gündən artan) sıxlığın qarşısını qismən ala biləcəyik.

#metro #gedişhaqqı #ictimainəqliyyat
🔸 Səkidə parkinq problemi Bakı üçün unikal deyil.

İnkişaf etməkdə olan ölkələr (developing countries), hansına ki Azərbaycan da daxildir, kəskin kütləvi avtomobilləşmə baş verib, lakin şəhərlər parklanmanı düzgün idarə etməsini çatdırmayıb.

Serbiyanın paytaxtı Belqradda oxşar problemlər yaşanır. Düzdür, urbanistik transformasiyalar burada başlasa da, bir sıra səkilər bax bu cür avtodayanacağa (hətta bəzən rəsmi şəkildə) çevrilib.

🇷🇸 Belqraddan daha çox foto stories-də.

#Belqrad #səkilər
Artıq bu köşklər şəhərin düz göbəyində, tarixi mərkəz küçələrində də quraşdırılır.

Şəhərin heç bir dizayn kodu olmadığına görə, xarici görünüşə, yerləşmısinə də fikir verən yoxdur.

📍 Nizami (“tarqovu”) küçəsi, Xəqani bağının yanı.

Fotoları izləyici göndərib.

#köşklər