İnsan yönümlü şəhərlər ️
3.15K subscribers
2.08K photos
251 videos
638 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🏘 Yaxşı yaşayış kompleksi- Minskdən nümunə.

🇧🇾 Bura Belarusun paytaxtındakı Pirs adlı kvartaldır. Əslində, yaxşı yaşayış mühiti məhs bu cür salınır.

20 mərtəbəli həyətsiz komplekslərdən fərqli olaraq, bu cür mühitdə yaxşı həyətlər təşkil etmək mümkündür, burada eyni zamanda qonşuluq siyasəti də yaranır.

Mən videobloqda bu məsələyə çox diqqət yetirirəm, sizə BerlindənStokholmdan belə yaşayış massivləri ətraflı göstərmişəm. Və eyni zamanda Bakıdakı Yeni YasamalMİDA ilə müqayisə etmişəm.

Bizim insanlar da bu cür mühitdə yaşamağa layiqdilər, ümid edirəm, bizim bina tikənlərdə bir gün bunu anlayacaq.

❗️ Vacib qeyd: Deyəcəksiniz ki, bizim tikinti şirkətləri acgözdür, onlar daha çox mərtəbə tikib kvadrat satmaq istəyirlər, amma sonuncu şəkildə illüstrativ formada göstərilir ki, eyni yaşayış sahəsini həm hündürmərtəbəli binada, həm də kvartal tipli şəhərsalmada elə eyni ərazidə təşkil etmək mümkündür.

#yaşayışmassivləri #Minsk
🚲 Bura Mərdəkan-Buzovna qəsəbələri arasında salınan velosiped yoludur.

Və bu velosiped yolu küçənin gah sağına, gah soluna keçir.

⬆️ Fotoda gördüyünüz isə həmin veloyolun ən “maraqlı” hissəsidir. Velosiped zolaqlarının avtomobil yolu ilə kəsişən hissələrini sadəcə bu cür “yola veriblər”.

Nəinki velosiped ya da piyada keçidi yoxdur, üstəlik sizi yolun ortasında baryer gözləyir.

🔸 Belə çıxır ki, siz velosipedinizi qucağa alıb yolu qaçaraq və qayda pozaraq keçməlisiniz. Maşın sizi vursa - öz probleminizdir.

#velosipedzolaqları
⚡️ Bu gündən etibarən "Bolt", "Uber", "Yango" taksi şirkətlərində minimal qiymət 2,50 ₼ təşkil edəcək.

Bu da o deməkdir ki, qısa məsafə gedişlərində minimal olaraq 2,50 ₼ ödəyəcəksiniz.

“Uklon” və 189-da hələ ki qiymətlər dəyişməyib.

#taksi
🇹🇷 İstanbulda 200 yeni metrobus xidmətə başladı.

Türkiyənin ən böyük şəhəri Bakı kimi tıxaclarda boğulsa da, burada başa düşürlər ki, əsas çıxış yolu insanlara yaxşı ictimai nəqliyyat təklif etməkdir.

Fiziki baryerlərlə ayrılmış zolaqlarda hərəkət edən yeni metrobuslar üç seksiyadan ibarətdir və belə bir avtobus 280 sərnişin daşıya bilir (bu göstəriş üzrə tramvaya yaxınlaşır).

💬 "Bütün iqtisadi çətinliklərə baxmayaraq, biz yenilikləri tətbiq etməyə davam edirik və investisiyalar yatırırıq." - Ekrem İmamoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı.

📍 Videosu burada.

#İstanbul #ictimainəqliyyat
🇦🇿 Lənkəranda ictimai nəqliyyatın vəziyyəti çox acınacaqlıdır.

Bu avtobusların ən azı 20-30 ili var. Təbii ki, heç bir komfortdan burada söz gedə bilməz. 2023-cü ildə Respublika tabeli bir şəhərdə ictimai nəqliyyat bu vəziyyətdə olmamalıdır. Belə şəraitdə insanlar imkan tapan kimi özlərinə gedib avtomobil olacaq. Avtomobil ətrafında qurulmuş şəhər isə heç vaxt insan yönümlü ola bilməz.

📍 Lənkəranda çəkilən vloqda həmçinin bazarda təşkil olunan avtobus dayancağındakı xaosu da göstərdim.

Foto: "Cənublu.az" səhifəsindən.

#ictimainəqliyyat #regionlar #Lənkəran
İnsan yönümlü şəhərlər ️
🅿️ Bakıda ödənişli parklanmanın xəritəsi. ⠀ Nazirlər Kabinetinin dərc etdiyi küçələrin siyahısına əsaslanaraq, zonalar üzrə bölünmə təxmini bu cür olacaq. ☝️ ⠀ Heç bir zonaya düşməyən küçələrdə parklanma ödənişsizdir. #parklanma
🅿️ Bu gün rəsmi olaraq küçə parklanması üzrə tariflər qüvvəyə mindi.

Telekanallar və saytlar reportajlar artıq hazırlayıblar ki, bəs heçnə dəyişməyib, parkovşiklər yerindədir...filan. Bunun bir gündə dəyişməsinə inanmaq sadəlövhlük olar.

İllərdir Bakıda parkinq üçün qanunsuz pul toplayan güclü mafiya formalaşıb. Bu mafiyanın dağılması hələ bir müddət davam edəcək.

🔸 Sarı jiletli daydaylara, yolu bağlayan konuslara və dəmirlərə hələ də küçələrdə rast gələcəyik (xüsusilə mərkəzdən kənar küçələrdə). Hazırda bu məsələ tam olaraq AYNA agentliyinə həvalə olunub. Vaxtilə BNA rastlaşdığı çətinliklərlə indi onlar da üzləşməli olacaqlar. Bu cəhətdən onlara səbr arzu edirəm. 🙂

🔹 Yaxşı xəbər isə odur ki, Bakıda bu sistem real işlək olsa, bu şəhərin xilasedilməsinin bir bəndi olacaq. Təbii ki, digər islahatların uğurlu olması olduqca vacibdir.

#parklanma
Piyadaların hərəkətini daha rahat etmək əvəzinə onları cərimələyirik. 🤦‍♂️

Dövlət Yol Polisi piyadalara növbəti sürpriz hazırlayıb. İzləyicimiz yazır ki, Azadlıq prospekti və Füzuli küçəsinin kəsişməsindəki piyada keçidi məntiqsiz olaraq yolayrıcında deyil ondan 30 metr aralığında təşkil olunub. Nəticədə siz prospektin düz hərəkət etmək üçün gedib 60 metr dairə vurmalısınız. ❗️

Təbii ki, bunun heç bir məntiqi yoxdur və piyadalar bütün normal insanlar kimi yolu düzünə keçməyə üstünlük verir. Və bu piyadaları polis 18 AZN cərimələyir...

❗️ BİR DAHA! İNSANLARIN RAHATLIĞINI DÜŞÜNMƏK ƏVƏZİNƏ, BİZ ONLARI CƏRİMƏLƏYİRİK!

2023-cü ildə... Bütün dünya insan yönümlü şəhər qurmaq istəyir, biz isə yol infrastrukturun qüsurlarından istəfadə edərək insanlara cərimə yazırıq.

Siz Allah bəsdirin, ayıbdır! 🤦‍♂️

#piyadakeçidləri
☀️ Mərdəkanın urbanistik icmalı.

Bu gün sizə Mərdəkanın nümunəsində yayda çoxlarının axışdığı bağ evləri və şəhərətrafı qəsəbələrin quruluşu haqqında danışacam.

Memar Dilqəm İsmayılov ilə “Mərdlərin məkanı”nda gəzişdik, həmçinin Xəzər sahilinə də baş çəkdik. Burada əfsuslar olsun ki, ekoloji fəlakətə rast gəlmək olar.

🔹 Buranın indiki vəziyyəti necədir və müasir təcrübə nə deyir?

Yaxın yarım saat ərzində biləcəksiniz:

https://youtu.be/hfaNNg6tgRI

🔸 Bu cür videoları faydalı hesab edirsinizsə, sizdən dəstək gözləyirəm. Hətta kiçik ianələriniz böyük motivasiya və növbəti videoların daha keyfiyyətli etmək üçün yatırım imkanlarını yaradır.

#vloq #Mərdəkan
🌳 Metrodan ayaqla gəziləsi məsafədə (500 metr) yerləşən Baksell arena üçün stadionun özü boyda parkovka tikiblər.

Şəkildə göründüyü kimi ərazidə böyük miqdarda ağac var idi. Yəni sağlam həyat tərzi haqda olan oyun üçün bu qədər ağac məhv etməyə nə gərək var idi 🤦‍♂️

©️ Facebook / EcoKönüllü.

#ağaclar #əvvəlsonra
Salamzadə küçəsində səkilərin vəziyyətini izləyici çəkib göndərib.

Hər hansı bir avtomobil yolu bu vəziyyətdə olsaydı bu mövzu gündəm olardı. Amma piyadaları taleyi heç kimi maraqlandırmır.

#səkilər #izləyicilərdən
🅿️ 7 avqust tarixindən etibarən rəsmi ödənişli parklanma tətbiq edilməyə başlayacaq.

AYNA-nın keçirtidi press konfransdan əsas məqamlar:
🔹 Ödəniş mobil tətbiq üzərindən (AppStore və GooglePlay) və SMS vasitəsilə mümkün olacaq.
🔹 Parklanma zonasına 100 metr ətrafında yaşayan vətəndaşlar pulsuz parkinq üçün müraciət edə bilər.
🔹 Bu qaydalara nəzarət qanunda BNA-dadır, deməli AYNA ilə birləşəndən sonra həmin qurumda olacaq.

Buradan irəli gələn vacib məsələlər isə bunlardır:
🔸 Bakıda bir çox küçələrdə parkinq yerləri normal işarələnməyib. Sadəcə hərəkət zolaqları çəkilib. Bu, sürücüləri çaşdıracaq.
🔸 Hələ də bir çox ərazilərdə parklanmaya icazə verilsə də yolların qıraqları sarı boya ilə rənglənib (xüsusilə regionlarda bu problem var). Əslində, parklanmaya icazə varsa xətt ağ olmalıdır.
🔸 Hər bir küçənin ətrafında yüzlərlə avtomobil sahibi yaşayır. Heç bir halda parklanma yerləri hər sakin üçün çata bilməyəcək, qaldı ki kənardan gələn maşınlar. Düşünürəm ki, sakinlər üçün ən azı pulsuz deyil, hansısa ödəniş müqabiləndə bu yerlər verilsin. Şəhər ərazisi məhdud resursdur
🔸 22:00-dan sonra parklanma rəsmi ödənişsiz olacaq (qanuna görə), amma hiss edirəm ki axşamlar bu küçələrə parkovşiklər geri qayıdacaq. Necə deyərlər "şəhər yatır, mafiya oyanır".

Ümid edirəm, səlahiyyəti götürən AYNA agentliyi hər bir məsələyə çıxış yolu tapacaq.

#parklanma
Tıxaclarla mübarizədə bir nömrəli qayda budur. ⬆️

📍Bakı-Sumqayıt yolu bunun ideal nümunəsidir.

#tıxac #urbanistika
Yol genişləndirilməsinin qurbanı. Bu səfər Avropadan bir misal.

🇩🇪 1884-cü ildə Hamburqda Elba çayının üzərindən gotika stilində körpü inşa edilmişdir.

Lakin 1959-cu ildə bu körpünü genişləndirərkən onu memarlıq tarixinə əlvida dedilər.

Bu gün inkişaf etmiş ölkələrdə bilirlər ki, tıxaclarla mübarizədə yolun genişləndirilməsi effektiv üsul deyil, lakin səhvlər mərhələsini bir çoxları keçib.

#əvvəlsonra
🅿️ Xəqani küçəsində parallel parkinq nişanlanmasını aparıblar. Əvvəllər yox idi.

♿️ Hətta fiziki məhdudiyyətli insanlar üçün yerlər də ayrılıb, amma bəzi sürücülərə heç bir qayda vecinə deyil.

🔹 Gələn həftədən bu küçədə rəsmi ödənişli parklanma qüvvəyə minir. Bu qaydalara nəzarət mexanizminin tətbiqi mənə çox maraqlıdır.

🔹 Ətraflı vloq da çəkdim, YouTube-da yayımlanacaq.

#parklanma