‼️ Avtobus cibləri nəinki lazımsız, hətta təhlükəlidir.
Bu qəza Bakıda baş verib. Vaxtına qənaət etmək istəyən avtobus sürücüsü cibə daxil olmadı, nəticədə sərnişini maşın vurdu.
Burada "qəribə" heç nə yoxdur. Bizdə 90% avtobus sürücüləri ciblərdən istifadə etmir (fotolarda baxa bilərsiniz), çünki bu əlavə vaxt itkisidir, onsuz da bu avtobuslar daima tıxaclarda ilişib qalır və qrafikdən gecikir.
🔹 Dünyanın inkişaf etmiş ölkələrində bu ciblərdən imtina edirlər, hətta dayanacağı çıxıntılı edirlər ki, avtobus dayanacaqda minimum vaxt itirsin. Dördüncü şəkildə bu aydın görsənir.
🔹 Azərbaycanda cəmi bir çıxıntılı dayanacaq var, o da Pirallahı qəsəbəsindədir. Onu da "rəhmətlik" BNA təşkil etmişdi.
#ictimainəqliyyat #təhlükəsizlik

Piyadalar üçün ən rahat şəhər nəhayət ki, tapıldı.
⠀
Bura Mingəçevirdir! 🇦🇿
⠀
Geniş (çox geniş) səkilər, səliqəli şəhərsalma və yaşıllıq ilə fərqlənən Azərbaycanın ən uğurlu şəhərlərin birinə yeni vloqda sizi tanış edəcəm.
⠀
https://youtu.be/SgQLjcfOrTM
⠀
🔹 İşimizə dəyər vermək üçün isə sizdən dəstək gözləyirik 🙏. Patronlar isə bütün vloqların daha geniş versiyaların və daha erkən izləyə bilirlər.
#vloq #Mingəçevir #regionlar

YouTube
Geniş səkilər, asfalt səhraları və "bakılaşma" - Mingəçevirdə bir gün
Azərbaycanın ən gənc şəhərlərdən biri olan Mingəçeviri urbanist-tətqiqatçı Bayram Axundov və vloqumun daimi qonağı Dilqəm İsmayılov ilə gəzişdik.
Ölkənin dördüncü ən iri şəhərində Azərbaycanın ən geniş səkilərinə rast gəlmək olar, amma eyni zamanda burada…

🇦🇿 Əziz Bakı, ümid edirəm səkiləri daraldan, piyadaların yollarını kəsən və şəhərə eybəcərlikdən başqa heçnə gətirməyən bu cür köşklərdən sən bir gün qurtulacaqsan.
⠀
Küçə ticarət olmalıdır, lakin insanlara naratlıq gətirəcək və şəhərin simasını pozan formada yox.
⠀
📍 Səməd Vurğun bağı.
#səkilər #köşklər

🚕🚍 Tıxacda dayanan taksini seçərsiniz yoxsa sizi metro kimi şəhərin istənilən yerinə tıxacsız avtobusa?
⠀
🔹 Bu gün nazir Rəşad Nəbiyevin danışdığını oxumuş olarsınız, güman ki. Əksər xəbər saytları və populist səhifələr danışığından yalnız "taksinin qiyməti artacaq" ifadəsini çıxarıblar.
⠀
🔹Lakin o daha bir vacib mesajı bəyan edib: Avtobus zolaqların sayı artacaq və polis həmin zolaqlada digər maşınları buraxmayacaq, ictimai nəqliyyata üstünlük verilməlidir küçələrdə.
⠀
🔸 Bu çox ciddi bir bəyanatdır, çünki indiyə qədər, misal üçün, keçmiş BNA polisə belə göstəriş verə bilməzdi.
⠀
Düzdür, bunun nə dərəcədə real olması hələ dumanlı görsənir, lakin üfüqdə artıq işıq görsənir. Deyəsən, Nəqliyyat Nazirliyində Dayanaqlı Şəhər Mobillik Planını müzakirə edirlər, problemi kökündən həll etmək istəyirlər.
⠀
🔹 Mən dəfələrlə qeyd etmişəm ki, bu cür islahatlar üçün lazım olan ən böyük amil cürət və cəsarətdir. İnsanlar indi açıq şəkildə taksilərdə qiymət artımına dair sosial şəbəkələrdə narazılığını bildirir. Urbanistik islahatlar davam etsə sabah bundan da ciddi etirazlar olacaq.
⠀
🔸 Bütün inkişaf etmiş ölkələr bundan keçib. Bəs biz hazırıqmı?!
⠀
🔹 Bakılılara isə ünvanlanıb demək istəyirəm ki, əgər şəhərin hər yerinə avtobus zolaqları çəkilsə və onlar hər zaman boş qalsa, inanın ki şəhər daxilində əksər yerlərə siz uzağı 20 dəqiqəyə çata biləcəksiniz. Bu cür hallarda siz artıq tıxacda 1 saat vaxt itiməyə heç özünüz istəmərsiniz.
#analitika

🚍 Yaxşı ictimai nəqliyyat tək avtobus və vaqonlar demək deyil.
⠀
Şəhər infrastrukturu da cəlbedici, rahat və əlçatan olmalıdır.
⠀
🇩🇪 Almaniyanın Vaysenfels şəhərindəki bu mübadilə mərkəzinə fikir verin. Bu cür səliqəli infrastrukturu görəndə adam özü avtobusdan istifadə etmək istəyir.
#ictimainəqliyyat #mübadiləmərkəzi

📍 Bu şəkil Bakını çox yaxşı təsvir edir.
- İnsan daşimalarını yaxşılaşdırmaq üçün tələb olunan avtobus zolağında ətlik heyvan daşıyan avtomobil durur. Bu da şəhərin prioritetləri.
- İcitimai məkanın zəbt edilməsi. Səkidə kartof satışı bir yana, amma səkidə iribuynuzlu heyvanın kəsilməsi artıq hər şeyi deyir.
Bu o deməkdir ki, şəhərdə heç bir formal qayda işləmir. Müəyyən şərtlərlə kim nə istəsə edə bilər. Deməli lazımi nəticə verən təsisatlar mövcud deyil.
*Prius da öz yerində :)
©️ Facebook / Transport for Baku
#səkilər #avtobuszolağı

🇦🇿 Bu gün sizi 8-ci mikrorayonuna dəvət edirəm.
⠀
Burada Bakının əksər yerlərində olduğu kimi piyadalar üçün pis və aqressiv bir mühit olsa da, buranın həyətlərində əsl həyat var.
⠀
Memar Dilqəm İsmayılovla mikrorayonlardakı binalara, meşə kimi yaşıl və insanların vaxt keçirmək istədiyi həyətlərə baxacağıq.
⠀
https://youtu.be/yTuShumYQvY
⠀
🔸 Patreon-da dəstək olanlarımız sırasına qoşularaq isə siz həm bütün videoların daha geniş versiyalarını izləyə biləcəksiniz, həm də yerli urbanistikaya dəstək etmiş olursunuz. 👍
⠀
Eyni zamanda, Patronlar üçün ayrıca bir müzakirə qrup açdıq, çəkiliş prosesindən maraqlı məqamları orada paylaşacağıq, birbaşa olaraq suallarınızı cavablandıracağıq: https://www.patreon.com/city4people
#vloq

Pis küçələr və yaxşı həyətlər - 8-ci mikrorayonuna baxırıq
Bu səfər memar Dilqəm İsmayılov ilə Bakı şəhərinin mikrorayonlarının birinə yollandıq.
Azadlıq Prospekti metrosunun yaxınlığında başlayan 8-ci mikrorayonunun küçələri, parkları, səkiləri, dayanacaqları heç də ürəkaçan olmasa da, buradakı köhnə "Leninqrad"…

🇬🇧 Dünyanın ən qədim metrostansiyası.
⠀
Şəhər tarixinə, ictimai məkanların tarixi identikliyinə hörmət nümunəsi.
⠀
Gördüyünüz kimi, müxtəlif rəngbərəng plastik panellərdən istifadə etməsək belə, metrostansiyalarımızı yaxşı vəziyyətdə qoruyub saxlaya bilərik.
⠀
©️ Bayram Axundov.
⠀
📍 Baker Street, London.
#metro #London #tarixifoto

⚠️ Uşaqların həyatlarını xilas edən etirazlar.
⠀
🇳🇱 Bu gün Sizə Niderland tarixindəki bir dönüş nöqtəsi haqqında danışmaq istəyirəm.
⠀
Keçən əsrin ortalarında burada, digər Avropa ölkələrində olduğu kimi, avtomobillərin sayı kəskin artmağa başladı. Küçələrdən tramvayları yığışdırıb, onların yerində geniş və sürətli yollar salınırdı (tanışdırmı?).
⠀
Təbii ki, avtomobilləşmə qəzaların sayına da təsir etdi. Belə ki, 1971-ci ildə Niderland yollarında 3300 nəfər həyatını itirmişdi, onların 400-dən çoxu uşaq idi.
⠀
Qəzəblənən ictimaiyyət "Uşaqları öldürməyi dayandırın" (Stop de Kindermoord) kampaniyasına start verdi. Minlərlə insan etirazlara çıxdı.
⠀
Dövlət məcbur olub tədbirlərə keçdi. Şəhərlər yeni, daha təhlükəsiz konsepsiya haqqında düşünməyə başladı. Məhs bu addımlar nəticədə İsveçdə qəbul olunan "Vision Zero" proqramının əsasında durdu.
⠀
Son 40 il ərzində Niderlanda yol qurbanların sayı 5 dəfədən çox azalaraq, 3300-dən təxmini 600-ə düşüb. Bu gün bu ölkənin küçələri dünyanın ən təhlükəsiz sırasındadır.
⠀
🔸 Xatırladım ki, Niderland əhalisi təxmini 18 milyon təşkil edir. Azərbaycanda isə 10 milyon əhaliyə hər il 800-dən çox yol qurbanı düşür. Avtomobil sayına görə götürsək, fərq daha çox nəzərə çırpır.
#təhlükəsizlik #qəzalar #visionzero

🚍 İctimai nəqliyyatda yavaş-yavaş yeniliklərə əl atmağa başladılar.
⠀
Bu gün Yerüstü Nəqliyyat Agentliyi (AYNA) elan etdi ki, "BakıKart" üçün mobil tətbiq hazırlanıb və artıq kartın balansını artırmaq və hətta QR-kod vasitəsilə gedişi ödəmək mümkündür.
⠀
Yaxşı bir yenilikdir, ödəniş terminallardan asılılıq daha da azalacaq.
⠀
Gediş haqqına dair digər vacib yenilikləri də gözləyirəm:
🔹 Təmassız bank kartları ilə birbaşa ödəniş
🔹 Aylıq və illik abunə kartları
🔹 Ödənişsiz transfer (müvafiq vaxt çərçivəsində)
🔹 Metro və qatar ilə daha sıx inteqrasiya
🔹 Müvafiq əhali qruplarına endirimlər (tələbələr, misal üçün)
⠀
Avtobus nəqliyyatına dair yaxın günlərdə geniş vloq da efirə çıxacaq.
#ictimainəqliyyat

Sabah üçün qızğın iş gedir: trol dəstələri üçün şərhlər yazılır, xəbər saytları üçün müsbət tonlarda xəbərlər hazırlanır, günahkarlar axtarılır, erməni təxribatının olduğu ortaya çıxır, kənddə silahlı, radikal dini qruplaşmalar tapılır, "jurnalistlər" yerli sakinlərdən müsahibə götürür və onlardan yaradılmış şəraitlə bağlı razılıqlarını göstərən müsahibələr alırlar. Sonda kəndə asfalt yol çəkilir və kamera uzaqlaşarkən kənd sakinləri əl nifrət dolu süni gülüşlərlə əl sallayırlar.
Qara pərdələr bağlanır. Hamı heç nə olmamış kimi çıxıb gedir evinə.
©️ Rəsul Həsən.