Müharibə ilə əlaqədar Ukraynanın hava məkanı mülki təyyarələr üçün bağlanıb. Ukraynaya/Ukraynadan olan bütün reyslər ləğv edilib. Eyni zamanda, Rusiyanın cənub regionunda olan Rostov (Platov), Krasnodar (Paşkovski), Anapa (Vityazevo), Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej, Həştərxan aeroportları da fəaliyyətini dayandırıb.
Buta Airways Bakı-Kiyev və Bakı-Həştərxan reyslərini ləğv edib.
Ukrayna Beynəlxalq Hava Yollarının Bakı-Kiyev reysi isə Kişinyova yönləndirilib.
Hazırda Moskva istiqamətində olan aviareyslər Qazaxstanın hava məkanına daxil olaraq davam edir.
#ukrainewar