Buta Travel
496 subscribers
7 photos
2 videos
18 links
Download Telegram
Reyslərimizdə qeydiyyata alınmış baqajın daşınması normaları haqqında infoqrafikanı təqdim edirik. 🛄
Məlumatı itirməmək üçün şəkli smartfonunuzda saxlaya bilərsiniz. 🤳
✈️
Предлагаем вашему вниманию инфографику о правилах провоза регистрируемого багажа на наших рейсах.
Чтобы не потерять информацию, можете сохранить картинку на смартфоне.
Buta Airways Rusiyanın Mineralnıe Vodı şəhərinə 6 fevraldan etibarən birbaşa reys açır. Qiymətlər 29 avrodan başlaylır.
Biletləri www.butaairways.az saytından ala bilərsiniz.

Rusiya və Ukraynanın digər şəhərlərinə də yenu uçuşların olacağı gözlənilir. Səhifəni izləyin
18 martdan Pegasus Gəncədən İstanbula reyslərə başlayır. 1 tərəfli biletin ilkin qiyməti 56€. Ən ucuz tarifə əl yükü daxildir. Uçuş həftədə 2 dəfə olacaq. Gəncəyə 18:00-da enəcək, Gəncədən 19:30-da uçacaq.
Eyni zamanda Avropa şəhərlərinə də indiki qiymətlərdən daha ucuz qiymətə uçmaq şansı yaranır.

Biletləri üçün www.flypgs.com saytına baxın.
5 mart tarixindən etibarən “Smartavia” aviaşirkəti Sankt-Peterburqdan Bakıya uçuşlara başlayır.

Aviatravel.az xəbər verir ki, uçuşlar həftədə 1 dəfə, şənbə günləri yerinə yetiriləcək.

Pulkovo hava limanından uçuş saat 16:30-da, Bakıya eniş yerli vaxt ilə saat 21:15-də.
Bakıdan saat 22:15-də yola düşəcək və Sankt-Peterburqa 01:15-də çatacaq. Bir tərəfə biletlər 83 avrodan başlayır. Biletləri flysmartavia.com saytından almaq olar.
Bakıdan İstanbula ən ucuz necə getmək olar?

Bakıdan İstanbul ən qısa yol hava yoludur. Belə ki, cəmi iki saat yarıma təyyarə ilə İstanbula çata bilərsiniz. Amma bu yalnız bir dəfə ucuz – yəni 29 avro olur, o da Buta Airways biletləri təzə satışa çıxaranda. Əksər hallarda isə bir tərəfə 150-200 manat olur. Eyni zamanda, elə insanlar var ki, onlar təyyarə ilə uçmaqdan çəkinirlər. Və ya macəranı sevən, özünə “prikluçeniya” axtaran dostlar da var.
Sizə quru yolla İstanbula çatmağın ən ucuz yolunu göstərəcəm. Cədvəldə ardıcıllıqla nəqliyyat növü, marşrut, qiymət və səfər müddətinə baxın. Biletləri avtovagzal.az, obilet.comtcddtasimacilik.gov.tr saytlarında ala bilərsiniz. Naxçıvan-Iğdır avtobusuna bilet onlayn satılmır. Qeyd olunan vaxtlar nəqliyyat vasitəsində keçirdiyiniz vaxtdır, gerçəkdə səfərin başlama və bitmə müddəti daha çox olacaq. O səbəbdən daha maraqlı və rahat olması üçün hər yeni getdiyiniz şəhərdə 1 gecə qalıb, həm dincələ, həm də kəşf edə bilərsiniz.
Hörmətli sərnişinlər,
Aviabilet alışı zamanı ad və soyad xarici pasportda olduğu kimi ingiliscə yazılmalıdır. Nəzərə almağınızı xahiş edirik.

✈️

Уважаемые пассажиры,
Просим принять во внимание, что при покупке авиабилета имя и фамилия должны быть написаны на английском, как в загранпаспорте.
Bu postu paylaşın, save edin🙋‍♂️

Qarşıdan Novruz bayramı gəlir, 9 gün tətil olacaq. Həmişəki kimi hamı bu gözəl fürsətdən yararlanıb ölkə xaricinə getmək istəyir. İki ən məşhur istiqamətə giriş qaydalarını yazacağam – Türkiyə və Gürcüstan.

🇹🇷Türkiyəyə gedərkən aşağıdakı hallardan biri varsa, PCR test vermək lazım deyil:
Ən azı iki doza peyvənd olunmusunuzsa və ikinci dozadan 14 gün keçibsə,
Koronavirusa yoluxub sağalmısınızsa və sonunucu pozitiv nəticədən 28 gün keçib, 180 gün keçməyibsə,
Sərnişinin yaşı 12-dən aşağıdırsa,
Naxçıvandan quru yolla gedirsinizsə.

⚠️ Sadalanan hallardan hansısa sizə aid deyilsə, uçuşa 72 saat qalmışdan etibarən verilmiş PCR testin neqativ nəticəsi ilə Türkiyəyə uça bilərsiniz. Eyni zamanda Türkiyəyə səfərdən öncə https://register.health.gov.tr saytında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatın sonunda sizə HES kod təqdim olunacaq. O kod Türkiyədə AVM, kafe, restoran və s. obyektlərə gedərkən tələb olunur.

Rəsmi mənbə: https://bit.ly/3H8rdZZ

🇬🇪Təyyarə ilə Gürcüstana gedərkən aşağıdakı hallardan biri varsa, PCR test vermək lazım deyil:
Ən azı iki doza peyvənd olunmusunuzsa,
Son 100 gündə koronavirusa yoluxub sağalmısınızsa və bir doza peyvənd vurdurmusunuzsa (peyvənddən 14 gün keməlidir),
Sərnişinin yaşı 10-dan aşağıdırsa,

⚠️ Sadalanan hallardan hansısa sizə aid deyilsə, uçuşa 72 saat qalmışdan etibarən verilmiş PCR testin neqativ nəticəsi ilə Gürcüstana uça bilərsiniz, çatdıqdan 3 gün sonra yenidən öz hesabınıza PCR test verməlisiniz. Həmçinin bu kateqoriya turistlər səfərdən öncə https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/ linkində qeydiyyatdan keçməlidirlər.

Rəsmi mənbə: https://bit.ly/3IctZ1t
Müharibə ilə əlaqədar Ukraynanın hava məkanı mülki təyyarələr üçün bağlanıb. Ukraynaya/Ukraynadan olan bütün reyslər ləğv edilib. Eyni zamanda, Rusiyanın cənub regionunda olan Rostov (Platov), Krasnodar (Paşkovski), Anapa (Vityazevo), Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej, Həştərxan aeroportları da fəaliyyətini dayandırıb.

Buta Airways Bakı-Kiyev və Bakı-Həştərxan reyslərini ləğv edib.
Ukrayna Beynəlxalq Hava Yollarının Bakı-Kiyev reysi isə Kişinyova yönləndirilib.

Hazırda Moskva istiqamətində olan aviareyslər Qazaxstanın hava məkanına daxil olaraq davam edir.

#ukrainewar
Rusiyanın S7 aviaşirkəti Azərbaycana olan bütün uçuşlarını ləğv etdi. Ləğv edilən uçuşlar aşağıdakılardır:

Mineralnıe Vodı — Bakı
Novosibirsk — Bakı
Samara — Bakı
Həştərxan — Bakı
Volqoqrad — Bakı
Krasnodar — Bakı
Maxaçqala — Bakı
Moskva-Bakı

Sərnişinlər aviabiletləri geri qaytara və yaxud onların tarixlərini dəyişə bilərlər.

Ehtimal olunur ki, lizinq şirkətləri icazə vermir uçuşa.

Mənbə: https://www.s7.ru/ru/info/notification/flight-cancellations/#spisok-otmenennykh-mezhdunarodnykh-reysov

Beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, sabahdan başlayaraq Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldı.
Bayramla əlaqədar Bakı-Naxçıvan-Bakı reysinə tələbat artıb. Həm Naxçıvana gedənlər, həm də Naxçıvandan keçərək Türkiyədə istirahət etmək istəyənlər bu reysə üz tutub. Hesablamalarıma görə dünən, yəni 19 martda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 21 reys yerinə yetirilib. Bu reyslərdə 3 mindən çox insan uçub.

Bayramınız mübarək🤗
📣 "Buta Airways" Azərbaycandan Qazaxıstana uçuşlar yerinə yetirməyə başlayır.

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayır.

☝️ Uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz. Biletlərin dəyəri 29 avrodan başlayır.

✈️

Buta Airways начинает полеты из Азербайджана в Казахстан

С 5 апреля низкобюджетная авиакомпания Buta Airways начинает выполнять регулярные полеты по маршруту Баку – Актау – Баку.

Полеты будут выполняться три раза в неделю - по вторникам, пятницам и воскресеньям.

Билеты доступны на официальном сайте перевозчика (тарифы «Бюджет», «Стандарт» и «Супер»), а также в аккредитованных агентствах авиакомпании (только тариф «Супер»). Стоимость билетов начинается от 29 евро.
Polşanın LOT aviaşirkəti 28 maydan etibarən Varşava-Bakı-Varşava reysinə başlayır. Uçuşlar həftədə 4 dəfə, Boeing 737 təyyarəsi ilə olacaq. Uçuş müddəti təxmini 4 saat gözlənilir. Gediş-gəliş aviabiletlərinin qiyməti 175 avrodan başlayır. Biletləri www.lot.com saytından ala bilərsiniz.
Rusiyanın İraero (İkar) aviaşirkəti 11 apreldən etibarən Moskva-Bakı-Moskva reysinə başlayacaq. Hələ ki, yalnız bir həftənin satışı sayta çıxarılıb. Uçuşlar Sukhoi Superjet 100 təyyarəsi ilə olacaq. Bir tərəfə biletin qiyməti 367€-dur.
Biletləri iraero.ru saytından almaq olar.
2022-ci il aprelin 15-dən etibarən Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir.

Peyvəndi olmayan Azərbaycan vətəndaşları Azərbaycana PCR-sız gələ bilər.

Xarici ölkə vətəndaşlarından da PCR tələb olunmur, amma Azərbaycana gəlməyinə icazə verilən xarici ölkə vətəndaşlarının ən azı 2 doza peyvənd vurmağı haqqında peyvənd pasportu olmalıdır.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir

Ətraflı : https://www.butaairways.az/az/article/news-210622
Bu gündən etibarən Buta Airways əlavə 23 kq baqajın qiymətini qaldırıb. İndiyə kimi 20 avro idisə ( uçuşa 3 saat qalmışa kimi), indən sonra 35 avro olacaq.
1 maydan etibarən Wizz Air Roma-Bakı-Roma aviareysini açmağı planlaşdırır. Uçuşlar Airbus təyyarələri ilə, həftədə iki dəfə, bazar ertəsi və cümə günləri olacaq.

Roma (FCO)-Bakı W6-8381 yerli vaxtla saat 06:20-də Romadan qalxacaq, saat 12:55-də Bakıya enəcək.

Bakı-Roma W6-8382 yerli vaxtla saat 13:35-də Bakıdan qalxacaq, 16:25-də Romaya enəcək.

Aviabiletin qiyməti bir tərəfə 69.99 avrodan başlayır. Qiymətə kiçik əl yükü daxildir.

Biletiləri onlayn
wizzair.com saytından ala bilərsiniz.
Buta Airways 10 000 aviabiletin 29 avroya satışını elan edir.

Buta 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-dək) 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışını elan edir. Belə ki, “Buta Airways” aviaşirkəti bu gün saat 16:00-dan bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə 29 avroya 10 000 biletin onlayn satışına başlayıb.

Bu təklif aviaşirkətin aşağıdakı 9 istiqaməti üzrə keçərlidir:
Ankara
İzmir
İstanbul (Sabiha Gökçen Hava Limanı),
Tbilisi,
Aktau,
Həştərxan,
Mineralnıye Vodı,
Kazan və Ufa.

Aviaşirkətin
www.butaairways.az rəsmi saytında uçuş cədvəli ilə daha ətraflı tanış olmaq və aviabiletləri əldə etmək mümkündür. "Büdcə" tarifi ilə əldə olunan biletlərə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil, lakin təyyarənin göyərtəsinə ölçüləri 30x35x10 sm-ə qədər bel çantası, qadın əl çantası və ya kişi portfeli götürə bilərsiniz. Əlavə 23 kq baqajı uçuşa 3 saat qalmışa kimi onlayn və ya zəng mərkəzi ilə 35 avroya, hava limanında isə 40 avroya almaq olar.
2023-cü ilin yazından etibarən Bakıya yeni aviaşirkətlər uçacaq. Bunlar aşağıdakılardır:

Kişinyov-Bakı-Kişinyov, Air Moldova, mart 2023

Riqa-Bakı-Riqa, Air Baltic, may 2023

Afina-Bakı-Afina, Aegean Airlines, may 2023

Roma-Bakı-Roma, Wizz Air, may 2023

Biletlər aviaşirkətlərin rəsmi saytında satışdadır.
Butadan 29€ bilet ala bildiniz?
Final Results
10%
Bəli
79%
Xeyr
10%
Yoxlamadım