https://chat.whatsapp.com/FgE7N3BdByVGOPgDm51FfJ
https://t.me/bukaru
*ƏLLİ YEDDİNCİ HƏDİS*
Cabir ibn Abdulla (رضي الله عنه) demişdir:
*“Peyğəmbərﷺ Xeybər (döyüşü) günü ev eşşəyinin və qatırın ətini, köpək dişli heyvanı və caynaqlı quşu haram etdi.”*
Tirmizi rəvayət etmişdir.[1]
*ŞƏRH*
Bütün yeməklər əsli baxımdan icazəlidir. Allah yerdə bitən müxtəlif növ bitkiləri və meyvələri, bütün dəniz heyvanlarını, onların ölü və diri olanını bəndələrinə halal buyurmuşdur.
Quruda yaşayanlara gəlincə, onlardan insanlara xeyirli olanları halal etmişdir. Məsələn, səkkiz növ ev heyvanlarını və başqalarını, həmçinin vəhşi ov heyvanlarını və quşlarını bura aid etmək olar. Bu növdən olub pislik daşıyanlar isə haram edilmişdir. Bunlara hədd qoyulmuş və açıqlama verilmişdir. Bəzi hallarda haramlar xüsusi olaraq qeyd olunmuşdur. Necə ki, bu hədisdə ev eşşəyi və qatır xüsusiləşdirilmiş və haram buyurulmuşdur. *Peyğəmbərﷺ buyurmuşdur: “O pislikdir.”[2]*
Vəhşi eşşəklərə gəlincə, onlar halaldırlar. Köpək dişli heyvanların məsələn, canavarın, şirin, pələngin, tülkünün, itin və digərlərinin, həmçinin caynağı ilə ovunu tutan quşların hamısının məsələn, şahinin, qırğının və başqalarının ətləri haram sayılır.
Bununla yanaşı öldürülməsi qadağan edilənlərin məsələn, sağsağanların və ya öldürülməsi əmr edilənlərin məsələn, qarğaların əti haram hesab edilir. Eyni zamanda pislik daşıyan ilanlar, əqrəblər, siçanlar, həşərat növləri, öz əcəli ilə ölən və şəriətə zidd şəkildə öldürülən icazəli heyvanlar da haram sayılırlar. Allah daha doğrusunu bilir.
[1] Buxari: Döyüşlər № 3982. Müslim: Ov, kəsilən qurbanlar və əti yeyilən heyvanlar № 1941. Tirmizi: Yeməklər № 1478. Nəsai: Ov və kəsilən heyvanlar № 4329. Əbu Davud: Yeməklər № 3789. Əhməd: 3/356. Darimi: Qurbanlıq heyvanlar № 1993.
[2] Buxari: Döyüşlər № 3962. Nəsai: Ov və kəsilən heyvanlar № 4340. Əhməd: 3/115.

*ƏLLİ SƏKKİZİNCİ HƏDİS*
İbn Abbas (رضي الله عنه) demişdir:
*“Peyğəmbərﷺ özünü qadına bənzədən kişilərə və kişiyə bənzədən qadınlara lənət etmişdir”.*
Buxari rəvayət etmişdir.[1]
*ŞƏRH*
Bütün adi işlərin əsli icazəlidir. Yalnız Allah və Onun Peyğəmbərininﷺ haram etdikləri qadağan olunur. Bu qadağa həmin işin özünə görə ola bilər. Misal olaraq qəsbkarlıqla ələ keçirilən, yaxud pis yolla əldə olunan qazancı qeyd etmək olar. Yaxud qadağa iki cinsdən birinə məxsus ola bilər. Məsələn, şəriət qızıl gümüş zinətlərini və ipək geyinməyi qadınlara halal, kişilərə isə haram etmişdir.
Şəriətin kişilərin özlərini qadınlara və qadınların da özlərini kişilərə bənzətməsini qadağan etməsinə gəlincə, bu ümumi şəkildə ifadə olunduğu üçün həm geyimdə, həm danışıqda, ümumiyyətlə bütün hallarda özünü digər cinsə oxşatmağa aiddir.
Belə halları üç yerə bölmək olar:
1) Kişilərlə qadınların geyim və digər işlərdə müştərək olduqları hal. Bu hər iki sinif üçün icazəlidir. Çünki əslən bu icazəlidir və burada oxşatma yoxdur.
2) Kişilərə aid olan hal. Bu işlər qadınlara halal deyildir.
3) Qadınlara aid olan hal. Bu da kişilərə halal sayılmır.
Oxşatmanı qadağan etməyin hikməti, Allahın kişiləri fiziki baxımdan qadınlardan üstün etməsidir. O, kişiləri fiziki işlərdə və dini məsələlərdə fərqləndirmişdir. Bu fərqlənməyə riayət edilməsi və kişilərin qadın üzərindəki üstünlüyünün sabit saxlanılması həm dini, həm də əqli tələblərə uyğundur. Kişilərin özlərini qadınlara oxşatması onları bu yüksək dərəcədən məhrum edir. Qadınların özlərini kişilərə bənzətməsi isə, bu fərqlənməni puç edir.
Həmçinin kişilərin danışıqlarında, geyimlərində və digər işlərində özlərini qadınlara bənzətmələri onların qadınlaşmasına, əxlaq normalarının pozulmasına və ya qadınlara qarışmaq istəyinin meydana gəlməsinə səbəbdir. Bu, qadağan olunan işlər üçün qapıdır. Bunun əks halı da belədir.
Şəriətin dedikləri bunlardır. Kişilərin və qadınların dərəcələrini qorumaq, hər birini Allahın buyurduğu mərtəbəyə yerləşdirmək, nəinki şəriətə, hətta ağıla görə də bəyənilən əməldir.
Əgər bənzəmənin böyük zərərini və insanların nəyə görə öz mərtəbələrindən imtina etməsini bilmək istəyirsənsə, bu əsrdə baş verən kişi və qadının bir-birinə qarışmasına bax. Bu, dini təəssübkeşliyin, insani dəyərlərin və gözəl əxlaqın itməsinə, əvəzində isə pis əxlaqi “keyfiyyətlərin” baş qaldırmasına yol açmışdır.
Buna oxşar hərəkət və ya bundan da pisi, müsəlmanların, kafirlərə məxsus olan işlərdə özlərini onlara bənzətmələridir. Peyğəmbərﷺ buyurmuşdur:
*“Kim özünü bir qövmə(camaata) bənzədərsə, onlardan sayılar.”[2]*
Məsələ ondadır ki, zahiri bənzətmə, daxili bənzətməyə çağırır. Şəriətin məqsədi pisliklərə aparan bütün vəsilələrin və səbəblərin qarşısını hər vəchlə almaqdır.
[1] Buxari: Libas № 5546. Tirmizi: Ədəb № 2784. Əbu Davud: Libas № 4097. İbn Macə: Nikah № 1904. Əhməd: 1/251.
[2] Əbu Davud: Libas № 4031. Əlbani hədisin səhih dərəcəsində olduğunu bildirmişdir. Bax: İrva № 1269.

*ƏLLİ DOQQUZUNCU HƏDİS*
*Allah, endirdiyi hər dərdin əlacını da nazil etmişdir.*
Əbu Hüreyrə (رضي الله عنه) Peyğəmbərinﷺ belə buyurduğunu demişdir:
*“Allah, endirdiyi hər dərdin əlacını da nazil etmişdir.”*
Buxari.[1]
*ŞƏRH*
Burada nazil etmək, təqdir etmək mənasında işlənmişdir.
Bu hədisdə qəza və qədərin təsdiqi və səbəblərin isbatı vardır.
İrəlidə qeyd olunduğu kimi bu böyük əsas Quranda və Sünnədə öz təsdiqini tapmışdır. Bunu ağıl və fitrət də təsdiq edir. Bütün dini və dünyəvi xeyir və şər işlər Allahın qəza-qədəri ilə baş verir. O, bunların hamısını Öz elmi ilə əhatə etmiş, qələmi ilə yazmış və istəyi ilə həyata keçirmişdir. Allah xeyrə və zərərə aparan səbəbləri insanlar üçün müyəssər etmişdir. Hər kəs yaradıldığı qayə üçün müyəssər edilmişdir; hamı ya dini və dünyəvi xeyrə, ya da zərərə yetişəcəkdir. Xoşbəxt, Allahın onu asan işlərə, Cənnətə, dini və dünyəvi islaha yönəltdiyi şəxsdir. Bədbəxt isə, işləri tərsinə gedəndir.
Bu hədisin ümumi məfhumuna görə batini və zahiri xəstəliklərin hamısının müalicəsi üçün dərmanlar vardır. Bu əlaclar ya baş verməyən xəstəliyin qarşısını alır, ya da mövcud xəstəliyi qismən, yaxud bütünlüklə aradan qaldırır.
Hədis qəlbin müalicəsinin öyrənildiyi kimi, bədənin də müalicəsinin öyrənilməsinə təşviq edir və bunun faydalı səbəblərdən olduğunu önə çəkir. Tibbin bütün əsas və təfsilatlı məsələləri bu hədisi açıqlayır. Çünki şəriət bizə xəbər vermişdir ki, hər bir dərdin dərmanı var. Bu səbəbdən biz tibb elminin öyrənilməsinə və həyata keçirilməsinə çalışmalıyıq.
Əvvəllər bəzi insanlar elə güman edirdilər ki, müəyyən xəstəliklərin məsələn, vərəmin çarəsi yoxdur. Lakin tibbin yüksəlişi və insanların yeni elmi uğurlar qazanması nəticəsində onlar bu hədisdə söylənilənin həqiqət olduğunu və ümumi məna daşıdığını başa düşdülər.
Tibbin əsaslarından biri də düzgün qidalanmadır. Belə ki, insan, iştahası olana və əvvəl yediyi tam həzm olunana qədər yemək yeməməli, daha faydalı qida növünü seçməlidir. Qida seçimi ölkəyə, fərdə və xüsusi hallara uyğun seçilir. Bundan əlavə mədəni həzm edə bilməyəcəyi səviyyədə doldurmaq da lazım deyil. Bu işdə tərəzi uca Allahın bu ayəsi olmalıdır. O buyurur:
*“...yeyin-için, lakin israf etməyin...”*
(Əraf, 31).
Müəyyən qida növlərinin orqanizmə pis təsir etdiyi bəlli olduqdan sonra onlar miqdarından, özündən və vaxtından asılı olaraq, ya birdəfəlik, ya da müvəqqəti tərk edilməlidir. Əgər dərman içmədən təbii üsullarla xəstəlik aradan qaldırıla bilirsə, bu daha yaxşı və xeyirlidir. Yox əgər dərmanın qəbulu zəruridirsə, o, lazımi miqdarda istifadə edilməlidir. Dərmanı yalnız bu sahəni bilən və ya təcrübəsi olan həkim təyin etməlidir.
Bil ki, təmiz havada olmaq, bədəni və paltarı təmiz saxlamaq və pis qoxulardan uzaq dayanmaq sağlamlığı möhkəmlədir. Həmçinin orta dərəcəli idman hərəkətləri (yəni, bədəni çox yormayan məşqlər) əzaları, əzələləri və vətərləri bərkidir. Bununla da bütün artıq maddələr bədəndən çıxmış olur və ağır qidalar həzm olunur. Tibbə aid təfsilatlar həkimlərə bəllidir. Lakin bizim qeyd etdiyimiz bu əsasa hər kəsin ehtiyacı vardır. Peyğəmbərdənﷺ səhih yolla nəql edilir ki, O buyurmuşdur:
*“Şəfa üç şeydədir: Qan aldırmaq və ya bal içmək, yaxud da odla dağlamaqda. Qara zirə isə, hər dərdin şəfasıdır.”[2]*
Başqa bir hədisdə buyurulmuşdur:
*“Hind qustunda[3] yeddi xəstəliyin şəfası vardır. Onun məlhəmindən boğazı xəstə olanın burnuna, plevritə[4] tutulanın ağzına damızdırın.”[5]*
Peyğəmbərﷺ buyurmuşdur
*“Qızdırma Cəhənnəmin istisindəndir. Onu su ilə soyudun.”[6]*
*O həmçinin gözdəyməyə, (əqrəb və s. tərəfindən) zəhərli sancmaya və bədəndəki yara-xoraya qarşı ovsun (ruqyə) oxunmasına icazə vermişdir.[7]*
Digər hədisində buyurmuşdur:
*“Əgər gözdəyməyə görə qüsl almanızı tələb etsələr, qüsl alın.”[8]*
*“Peyğəmbərﷺ pislik daşıyan dərmanlarla müalicə olunmağı da qadağan etmişdir.”[9]*
*“O , ayaq ağrısına qarşı xına qoymağı əmr etmişdir”.*
[1] Buxari: Tibb № 5354. İbn Macə: Tibb № 3439.
[2] Buxari: Tibb № 5357. İbn Macə: Tibb № 3491. Əhməd: 1/246.
[3] Qust

: dərman bitkisidir. Hindistan qustu qara, dəniz qustu isə ağ rəngdə olur.
[4] Ağ ciyər pərdəsinin iltihabı.
[5] Buxari: Tibb № 5383. Müslim: Salam № 2214. Əbu Davud: Tibb № 3877. İbn Macə: Tibb № 3462.
[6] Buxari: Xəlqin başlanması № 3088. Əhməd: 1/291.
[7] Müslim: Salam № 2196. İbn Macə: Tibb № 3516. Əhməd: 3/118.
[8] Müslim: Salam № 2188. Tirmizi: Tibb № 2062.
[9] Tirmizi: Tibb № 2045. Əbu Davud: Tibb № 3870. İbn Macə: Tibb № 3459. Əhməd: 2/446. Əlbani səhih olduğunu söyləmişdir.
[4] Ağ ciyər pərdəsinin iltihabı.
[5] Buxari: Tibb № 5383. Müslim: Salam № 2214. Əbu Davud: Tibb № 3877. İbn Macə: Tibb № 3462.
[6] Buxari: Xəlqin başlanması № 3088. Əhməd: 1/291.
[7] Müslim: Salam № 2196. İbn Macə: Tibb № 3516. Əhməd: 3/118.
[8] Müslim: Salam № 2188. Tirmizi: Tibb № 2062.
[9] Tirmizi: Tibb № 2045. Əbu Davud: Tibb № 3870. İbn Macə: Tibb № 3459. Əhməd: 2/446. Əlbani səhih olduğunu söyləmişdir.
https://chat.whatsapp.com/FgE7N3BdByVGOPgDm51FfJ
https://t.me/bukaru
*ALTMIŞINCI HƏDİS*
*Yaxşı yuxu Allahdandır, pis yuxu isə şeytandandır*
Əbu Qatadə (رضي الله عنه)
*Peyğəmbərinﷺ belə buyurduğunu söyləmişdir: “Yaxşı yuxu Allahdandır. Kim xoşuna gələn bir yuxu görərsə, ona yalnız xoşladığı adama danışsın. Əgər pis yuxu görərsə, onun və şeytanın şərindən Allaha sığınsın və üç dəfə dilucu tüpürsün. Bu yuxusunu heç kəsə danışmasın. Bu halda ona zərər verə bilməz.”*
Buxari: Yuxu yozumu № 6594. Müslim: Yuxu № 2261. Tirmizi: Yuxu № 2277. Əbu Davud: Ədəb № 5021. İbn Macə: Yuxu yozumu № 3909. Əhməd: 5/303. Malik: əl-Cəmi № 1784. Darimi: Yuxu № 2142.
*ŞƏRH*
Peyğəmbərﷺ bu hədisdə xəbər vermişdir ki, yaxşı
yuxu yəni, şeytanın müdaxiləsi və təşvişi olmayan yuxu Allahdandır. Çünki insan yatarkən ruhu onun bədənindən çıxır və müəyyən mənada onu ətrafdan təcrid edir. Yuxu insanı yeni bilgi və məlumat əldə etməyə hazırlayır. O, Allahın ona mələk vasitəsi ilə ilham etdiklərini daha yaxşı qəbul edə bilir. İnsan yatıb durduqdan sonra qaranlıq qalmış məsələlərin həllini tapır, unutduqlarını xatırlayır, öz xeyrinə xidmət edən məlumatları əldə edib müvafiq əməl edir. Ola bilər ki, yuxusu vasitəsilə dindarlığına və dünyəvi işlərinə dəyəcək zərərdən qorunsun. Yuxu ibrətamiz, təşviqedici, xəbərdarlıq və aydınlıq xarakterli ola bilər.
Bütün bunlar peyğəmbərliyin qırx altı hissəsindən biri hesab olunan yaxşı yuxunun əlamətləridir. Peyğəmbərlikdən sayılan bir şey yalan ola bilməz.
Uca Allahın kəlamında zikr edilən Peyğəmbərinﷺ yuxusuna diqqət yetir:
*“O zaman Allah röyanda sənə onları (düşmənləri) az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi(düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!”*
(Ənfal, 43).
Yuxunun elə olması çox xeyir gətirdi və zərərin qarşısını aldı.
Uca Allah həmçinin buyurur:
*“And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla,(bəziniz)başınızı qırxdırmış,(bəziniz saçınızı) qısaltmış halda və(müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbədə(Xeybərin fəthini) bəxş edəcəkdir.”*
(Fəth, 27).
Bu röya ilə nə qədər insanın imanı artdı, yəqinliyi kamilliyə çatdı. Bu, Allahın böyük qüdrət nişanələrindən biri idi.
Misir hökmdarının yuxusuna və doğru danışdığı təsdiqlənən Yusufun yuxunu necə yozmasına bax. O, bu yuxunu yozduqdan sonra Allah ona bu yuxunun gerçəkləşməsi üçün fürsət verdi. Bununla çoxlu xeyirlər və bol nemətlər əldə edildi. Həmçinin onunla insanların ehtiyacları ödəndi. Allah bu yuxu vasitəsi ilə Yusufu digər qulları üzərində ucaltdı.
Abdulla ibn Zeydin və Ömər ibn əl-Xəttabın azan və iqamə ilə bağlı yuxuları barədə düşün. Yuxu, bu əzəmətli dini ayinlərin şəriətdən sayılmasına və əzəmətli bir şüara çevrilməsinə səbəb olmuşdur.
Peyğəmbərlərin, övliyaların, əməlisaleh insanların, bütün möminlərin və qeyrilərinin yuxularının insanlara saysız xeyir gətirməsi və xoş töhfələr verməsi hamıya məlumdur. Belə yuxular, Allahın qullarına bəxş etdiyi nemətlərdir. Onlar möminlərə göndərilmiş xoş müjdələr, qafillərə edilən tənbehlər, üz çevirənlərə verilən öyüd-nəsihət və inadkarlara qarşı sübutlardır.
Pis yuxulara gəlincə, onlar şeytandandır. Məqsədləri isə insanın ruhunu təşvişə salmaq, qorxutmaq, qəm-qüssəyə qərq etmək, onda təkəbbürlük əmələ gətirmək və ya onu şər işlərə, fitnə fəsada və zərər vurmağa yönəltməkdir.
Peyğəmbərﷺ bu halda insana şeytanın şərini dəf edən səbəbləri götürməyi əmr etmişdir. Səbəblər bunlardır:
· Pis yuxunu heç kəsə danışmamaq. Bu, həmin yuxunu puç edən səbəbdir.
· Üç dəfə sol tərəfinə dilucu tüpürmək.
· Pis yuxunun səbəbkarı olan qovulmuş şeytandan Allaha sığınmaq. Bunu edərkən yuxunun ona zərər verməyəcəyi barədə qəlbi tam arxayın olmalıdır. Bu, Peyğəmbərinﷺ kəlamının təsdiqlənməsi və götürdüyü səbəblərin uğur qazanacağına əmin olmaqdır.
Yaxşı yuxu görən şəxs Allaha həmd etməli və onun

gerçəkləşməsi üçün yalvarmalıdır. O, yuxusunu sevdiyi və qarşı tərəfin də onu sevdiyini bildiyi adama danışmalıdır ki, həmin adam da onun üçün sevinsin və Allaha dua etsin. İnsan yaxşı yuxusunu sevmədiyi kəsə danışmamalıdır. Çünki o, öz istəyinə uyğun yozum etməklə təşviş sala bilər və ya həsəd edərək ondan bu nemətin getməsinə çalışar.
Buna görə də Yusuf (əleyhissəlam) yuxusunda günəşin, ayın və on bir ulduzun ona səcdə etdiyini görəndən sonra onu atasına danışdı. Atası isə ona belə cavab verdi:
*“(Atası Yaqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.”*
(Yusuf, 5).
Bu səbəbdən də nemətlər mümkün qədər düşməndən gizli saxlanılmalıdır. Yalnız məsləhət bilinən hallar müstəsna edilə bilər.
Bil ki, bəzən insanın gördüyü yaxşı yuxu olduğu kimi baş verir. Necə azan və başqa yuxularda belə olmuşdur. Bəzən isə, ona əyani misallar göstərilir. Bununla o, gördüyü yuxunu dərk olunan və ya hiss edilən oxşar hadisələrlə əlaqələndirərək nəticə çıxardır. Necə ki, Misirin hökmdarının gördüyü yuxu və oxşarları bura aid edilə bilər. Belə yuxular onu görənə, zamana, adətə və müxtəlif hallara görə dəyişilir.

*ALTMIŞ BİRİNCİ HƏDİS*
*İnsanın ona aid olmayan işləri tərk etməsi, İslamının gözəlliyindəndir*
Əli ibn Hüseyn (رضي الله عنه)
*Peyğəmbərin (صلى الله عليه وسلم) belə buyurduğunu demişdir: “İnsanın aid olmadığı işləri tərk etməsi, onun İslamının gözəlliyindəndir.”*
Malik və Əhməd rəvayət etmişlər. İbn Macə Əbu Hureyrədən (رضي الله عنه), Tirmizi isə Əli ibn Hüseyn və Əbu Hureyrədən rəvayət etmişdir.[1]
*ŞƏRH*
İslam sözü tək işlənəndə iman və ihsan da onun tərkibinə daxil olur. İslam dedikdə, insanın aşkarda və gizlidə riayət etməli olduğu dini qayda qanunlar nəzərdə tutulur. Bu hədisin məfhumuna görə müsəlmanlar İslamda iki yerə ayrılırlar. Onlardan biri gözəl, digəri isə pis şəkildə İslamını yaşayandır.
Aşkarda və gizlidə İslama riayət edən yaxşı əməl sahibidir (muhsindir). Uca Allah buyurur:
*“Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!”*
(Nisə, 125).
Bu yaxşı əməl sahibi, özünə aid olan işlərlə məşğul olur. O, tərk etməsi vacib sayılan işlərdən məsələn, asiliklərdən və pis əməllərdən əl çəkir. Həmçinin tərk edilməsi bəyənilən işlərdən (məkruhlardan) və məsləhət bilinməyən icazəli məsələlərdən kənar dayanır. Çünki onları etməklə xeyri əldən vermiş olar.
Peyğəmbərinﷺ “İnsanın aid olmadığı işləri tərk etməsi, onun İslamının gözəlliyindəndir.” hədisi bizim qeyd etdiklərimizi əhatə edir.
Hədisin mənasına görə, kim özünə aid olmayan işdən əl çəkməsə, o, İslamını pis şəkildə yaşayar. Bu, haram və ya məkruh hökmü ilə qadağan olunmuş sözləri və əməlləri şamil edir.
Bu hədis, ümumi məna daşıyan hədislərdən sayılır. Çünki onun sözləri, müsəlmanlar arasında bu cür məhdud bölgü aparmış və İslamın gözəlliyini tamamlayan səbəbi açıqlamışdır. Bu səbəb, müsəlmanın özünə aid olan işlərlə məşğul olması və ona aid olmayan söz və əməlləri tərk etməsidir. İnsanın İslamını pis şəkildə yaşamasının səbəbləri isə, bunların əksidir... Allah daha doğrusunu bilir.
[1] Tirmizi: Zahidlik № 2317. İbn Macə: Fitnələr № 3976. Əlbani hədisin səhih olduğunu bildirmişdir.

https://chat.whatsapp.com/KzXJ8zBNgPUIq1wt03Zw1X
https://chat.whatsapp.com/FgE7N3BdByVGOPgDm51FfJ
*Allahın ən çox nifrət etdiyi adlar[1]*
(817) ........ Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki,
*Rəsulullahﷺ demişdir: “Allah yanında[2] adların ən çirkini, adama hökmdarlar hökmdarı[3] adının verilməsidir.*
Bu hədisi Buxari (6205), Muslim (2143), Əbu Davud (4961) və Əhməd (2/244) rəvayət etmişdir
[1] Necə ki, Allahın qulu mənasını ifadə edən adlar Allahın ən çox sevdiyi adlar sayılır, eləcə də, bunun əksi, özündə təkəbbürlüyü əks etdirən adlar Allahın ən çox nifrət etdiyi adlar hesab edilir.
[1] Buxarinin “Səhih”ində bura “Qiyamət günü” ləfzi də əlavə edilmişdir.
[2] Bundan aydın olur ki, bir adama hökmdarlar hökmdarı və ya buna bənzər adlar vermək, məsələn, padşahlar padşahı, şahənşah, şahlar şahı, əmirlər əmiri, seyidlər seyidi, qazılar qazısı, hakimlər hakimi və s. demək haramdır
(Tohfətul-Əhvəzi).
Başqa isnadla rəvayət edilmiş bu hədisin tamamında Peyğəmbərﷺ demişdir:
*“Allahdan başqa (haqq) hökmdar yoxdur”*
(Səhih Muslim, 2143).
●■●■●■●■●■
*Asıyə[3] adını dəyişdirmək*
(820) İbn Ömər(radiyallahu anhu) rəvayət edir ki, *Peyğəmbərﷺ Asiyanın adını dəyişdirib[4] demişdir: “(Bu gündən) sən Cəmiləsən.[5)*
Bu hədisi Muslim (6/173), Əbu Davud (4952), Tirmizi (2/137) və Əhməd (2/18) rəvayət etmişdir
(3] Asıyə: asi qadın.
Qeyd etmək lazımdır ki, ərəbcə ( عَاصِيَة ) və Asiyə ( آسِيَة ) adları arasında fərq vardır. Birincisi, “asi qadın”, ikincisi isə “dərdli qadın” deməkdir. Onu da qeyd edək ki, “dərdli qadın” mənasında olan ad, Cənnətlə müjdələnmiş qadının adıdır. Bu xüsusda, Peyğəmbərﷺ demişdir: *“Cənnətdəki qadınların ən hörmətlisi dörd qadındır: Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, Müzahimin qızı və Fironun həyat yoldaşı Asiyə və bir də İmranın qızı Məryəm”* (Musnəd Əhməd, 1/293; Mustədrək, 2/594; Silsilətul-Əhadisis-Səhihə, 1508).
[4] Bundan aydın olur ki, belə adları dəyişdirmək gərəkdir. Buna həmçinin Xatiə (xəta edən), Fasiqə (fasiqlik edən), Facirə (günah işlər görən), Tukəzziban (yalan sayan) və s. bu mənada olan adları misal göstərmək olar. Şəriət bizə qız uşaqlarına belə adlar qoymağı qadağan etmiş, habelə belə adı olan qadınların adlarını dəyişməyi buyurmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, Peyğəmbərﷺ pis adı gözəl adla dəyişdirdiyi zaman əksər hallarda həmin adı ləfzini dəyişdirəcəyi adın ləfzi ilə uyğunlaşdırardı və bu iki kəlmənin quruluş baxımından eyni olmasını saxlayardı.
[5] Cəmilə: gözəl qadın .
■●■●■●■●■●
(821) ........ Muhəmməd ibn İshaq demişdir:
*“(Bir gün) Muhəmməd ibn Amr ibn Əta Zeynəb bint Əbu Sələmənin yanına gəldi. Zeynəb Muhəmməddən onun himayəsində olan bacısının adını soruşdu. Muhəmməd: “(Onun) adı Bərradır[6]”– deyə cavab verdi. Zeynəb dedi: “Onun adını dəyiş. Çünki Peyğəmbərﷺ Zeynəb bint Cəhş ilə evləndikdə onun adı Bərra idi.Peyğəmbərﷺ onun adını dəyişdirib Zeynəb qoydu. Həmçinin, o, Ummu Sələmə ilə nikah kəsdikdən sonra onun yanına daxil olduqda mənim adım Bərra idi. Ummu Sələmənin məni Bərra çağırdığını eşidib dedi: “Özünüzü təmizə çıxartmayın![7] Allah sizin aranızdakı kimsələrdən xeyirxahlıq edənləri də yaxşı tanıyır, günahkarları da. Onun adını Zeynəb qoy.” Onda Ummu Sələmə dedi: “(Bu gündən) o Zeynəbdir.[8]”*
*(Muhəmməd dedi:) Mən dedim: “Bacıma nə ad verim?” Zeynəb dedi: “Rəsulullahﷺ nə ad vermişsə, sən də o adı ver. Adını Zeynəb qoy.”*
Bu hədisi Muslim (6/173-174) və Əbu Davud (4953) rəvayət etmişdir
[6] Bərra: zahid, dindar, xeyirxah qadın.
[7] Bu xüsusda, Uca Allah buyurur:
*“Özünüzü təmizə çıxartmayın! Çünki Allah kimin Allahdan qorxduğunu yaxşı bilir”*
(ən-Nəcm, 32). Peyğəmbərﷺ demək istəyir ki, adama, əsl mənada “bərra” yəni zahid, dindar, mömin olması üçün, Allahın və Onun Rəsulununﷺ buyuruqlarını yerinə yetirməsi gərəkdir. Bu mənaya dəlalət edən Quran ayəsində belə buyurulur:
*“Xeyirxah əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin xeyirxah əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevd

iyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda, əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır”*
(əl-Bəqərə, 177).
[8] Bu, dəlildir ki, səhabələr Peyğəmbərinﷺ əmrini dərhal yerinə yetirərdilər.
(əl-Bəqərə, 177).
[8] Bu, dəlildir ki, səhabələr Peyğəmbərinﷺ əmrini dərhal yerinə yetirərdilər.
https://chat.whatsapp.com/KzXJ8zBNgPUIq1wt03Zw1X
https://chat.whatsapp.com/FgE7N3BdByVGOPgDm51FfJ
Rəvayət edilir ki, Aişə (radiyallahu anhə) demişdir: *“Peyğəmbərﷺ qəbih adı dəyişərdi”*
(Sunən ət-Tirmizi, 2/137; Silsilətul-Əhadisis-Səhihə, 207).
Yəni bir adamın adının qəbih olduğunu gördükdə, onu gözəl adla əvəz edərdi.
■●■●■●■●
(814) ........ Əbu Vəhb (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ demişdir:
*“Özünüzə peyğəmbərlərin adlarını qoyun.[1] Allahın ən çox sevdiyi adlar Abdullah[2] və Abdur-Rəhmandır.[3] Adların ən doğrusu Haris[4] və Həmmamdır.[5] Ən pisi isə Hərb[6] və Murradır.[7]”*
Bu hədisi Əbu Davud (4950) rəvayət etmiş və Muhəmməd Nasirəddin əl-Albani “Səhih əl-Ədəbul-Mufrad” əsərində onun “səhih” olduğunu demişdir
[1] Quranda adları zikr olunan peyğəmbərlər bunlardır:
Adəm (əl-Bəqərə, 31), İdris (Məryəm, 56), Nuh (əl-Ənam, 84), Hud (Hud, 50), Saleh (ən-Nəml, 45), İbrahim (əl-Ənam, 83), İsmail (əl-Ənam, 86), İshaq (əl-Ənam, 84), Lut (əl-Ənam, 86), Şueyb (əl-Əraf, 85), Yəqub (əl-Ənam, 84), Yusuf (əl-Ənam, 84), Zulkifl (əl-Ənbiya, 85), Əyyub (əl-Ənam, 84), Yunus (əl-Ənam, 86), Musa (əl-Ənam, 84), Harun (əl-Ənam, 84), İlyas (əl-Ənam, 85), Əlyəsə (əl-Ənam, 86), Davud (əl-Ənam, 84), Suleyman (əl-Ənam, 84), Zəkəriyya (əl-Ənam, 85), Yəhya (əl-Ənam, 85), İsa (əl-Ənam, 85) və Muhəmmədﷺ (Ali-İmran, 144).
Peyğəmbər olub-olmadığında ixtilaf edilmiş əməlisaleh möminlər isə bunlardır:
Zulqərneyn (əl-Kəhf, 83), Uzeyr (ət-Tovbə, 30) və əl-Xədir (əl-Kəhf, 67; Səhih əl-Buxari, 122).
Hədislərdə adları varid olmuş peyğəmbərlər də bunlardır:
Yuşə ibn Nun (Fəthul-Qədir, 4/406; Səhih əl-Buxari, 122; Fəthul Bari, 6/221), Daniyal (Fadailuş-Şam, 1/18).
[2] Abdullah: Allahın qulu.
[3] Abdur-Rəhman: ər-Rəhmanın qulu.
[4] Haris: qoruyan, gözətçi.
[5] Həmmam: çalışqan, fəal, yorulmaz, yorulmaq bilməyən.
[6] Hərb: müharibə.
[7] Murra: acı.
●■■●■●■●■
(815) ........ Cabir(radiyallahu anhu) demişdir:
*“Bizlərdən birinin oğlu oldu və o, uşağa Qasim adını verdi. Biz də (ona): “Sənə Əbul-Qasim kunyəsini verməyəcəyik, üstəlik, (buna görə sənə) hörmət göstərilməyəcək”– dedik. Sonra bu haqda Peyğəmbərəﷺ xəbər verildikdə o, (bu adama): “Oğluna Abdur-Rəhman adını ver[8]”– deyə buyurdu*
Bu hədisi Buxari (6186) və Muslim (5718) rəvayət etmişdir.
●■●■■●■●■●
816) .... Səhl[9] demişdir:
*“Munzir ibn Əbu Useyd doğulduqda onu Peyğəmbərinﷺ yanına gətirdilər*
*[10]Peyğəmbərﷺ körpəni ayağının üstündə qoydu. Əbu Useyd də onların yanında oturmuşdu. (Həmin vaxt) Peyğəmbərinﷺ başı başqa bir işə qarışdığından körpəyə diqqət yetirmədi. Onda Əbu Useyd uşağın sakitcə onun qucağından götürülməsini xahiş etdi*
*[11] Çox keçmədən Peyğəmbərﷺ işdən asudə oldu və soruşdu: “Uşaq haradadır?” Əbu Useyd dedi: “Biz onu evə apardıq, ya Rəsulullah!” Rəsulullahﷺ “Onun adı nədir?”– deyə soruşdu. Əbu Useyd dedi: “Filankəsdir.[12]” Onda, Rəsulullahﷺ buyurdu: “Yox, onun adı Munzirdir.[13]” Beləliklə, həmin gün Rəsulullahﷺ ona Munzir adını verdi.*
Bu hədisi Buxari (6191) və Muslim (5745) rəvayət etmişdir
[9] Əbul-Abbas Səhl ibn Səd əl-Ənsari əl-Xəzrəci (radiyallahu anhu).
[10] Səhabələrdən birisinin övladı olduqda, onu Peyğəmbərinﷺ yanına gətirərdilər ki, Peyğəmbərﷺ onun üçün Allahdan xeyir-bərəkət diləsin. Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr O demişdir:
*“Mən hamiləliyimin son ayında Mədinəyə hicrət etdim və gəlib Qubada qonaq qaldım. Elə orada da Abdullahı dünyaya gətirdim. Sonra uşağı Peyğəmbərinﷺ yanına gətirdim və onu Peyğəmbərinﷺ qucağına qoydum.Peyğəmbərﷺ bir xurma gətizdirdi, sonra onu ağzında əzdi və bu əzməni uşağın ağzına qoydu. Beləliklə də, bu körpənin mədəsinə gedən ilk şey, Peyğəmbərinﷺ ağız suyu oldu. Sonra Peyğəmbərﷺ xurma əziyini körpənin damağına sürt

WhatsApp.com
WhatsApp Group Invite
dü və onun üçün dua edib Allahdan xeyir-bərəkət dilədi. Beləcə, o, İslamda doğulmuş ilk körpə (Mədinədə doğulmuş ilk müsəlman uşağı) oldu”*
(Səhih əl-Buxari, 3909)
. Yeri gəlmişkən, qeyd edək ki, Rəsulullahınﷺ ağız suyu ilə təbərruk etmək – bunun sayəsində Allahdan bərəkət diləmək yalnız Rəsulullahaﷺ xasdır və ondan başqa, kimliyindən asılı olmayaraq, heç bir kimsənin vasitəsilə təbərruk etmək olmaz. Odur ki, Rəsulullahınﷺ vəfatından sonra səhabələrdən və tabiinlərdən heç biri öz övladını təbərruk etmək məqsədilə nə Əbu Bəkrin , nə Ömərin , nə Osmanın , nə Əlinin (radiyallahu anhumə) , nə də başqa birisinin yanına aparmışlar.
[11] Səhabə belə edir ki, uşaq Peyğəmbəriﷺ narahat etməsin.
[12] Olsun ki, bu hədisi nəql etmiş ravilərdən biri bu adı unutmuş, ya da bu ad qəbih olduğundan onu hədisin mətnində zikr etmək istəməmişlər. Rəsulullahınﷺ bu adı dəyişdirməsi onun xoşagəlməz bir ad olduğuna dəlalət edir (Fəthul-Bari).
[13] Munzir: xəbərdarlıq edən, pis işlərdən çəkindirən. Uca Allah Quranda Öz peyğəmbərlərini bu vəsf ilə vəsf edib buyurur:
*“Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk”*
(əl-Ənam, 48);
O, həmçinin, buyurur:
*“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi”*
(əl-Bəqərə 213).

Forwarded from NİCAT FİRQƏSİ
Sədəqənin fəziləti
Osman sələfi
Osman sələfi
https://chat.whatsapp.com/FgE7N3BdByVGOPgDm51FfJ
https://t.me/bukaru
*ALTMIŞ ALTINCI HƏDİS*
*Möminin uğuru*
*Abdulla ibn Amr (رضي الله عنه) Peyğəmbərinﷺ belə buyurduğunu söyləmişdir: “İslamı qəbul edən, lazımınca ruzi verilən və Allahın bəxş etdiyinə qane olan şəxs uğur qazanmışdır.*
Müslim: Zəkat № 1054. Tirmizi: Zahidlik № 2348. İbn Macə: Zahidlik № 4138. Əhməd: 2/173.
*ŞƏRH*
Peyğəmbərﷺ bu üç sifəti özündə cəm edənin uğur qazanmasını bildirmişdir.
“Uğur” sevimli mətləbi əldə etmək və bütün qorxulu işlərdən salamat qalmaqdır.
Hədisdə deyilən üç vəsf dini və dünyəvi xeyirləri özündə cəm etmişdir. Əgər insan Allah dərgahında yeganə qəbul edilən və cəhənnəmdən xilas edən İslama hidayət olunarsa, ona başqalarına möhtac olmayacaq qədər yetərli ruzi verilərsə, sonra Allah ona bəxş etdiyi nemətlə onu qane edərsə, o, artıq dünya və axirət xoşbəxtliyini əldə etmişdir.
Bu üç vəsfin hamısının və ya birinin itirilməsi naqislik deməkdir. İslama hidayət olunmayan insan əldə etdiyi digər nemətlərə rəğmən əbədi bədbəxtliyə məhkumdur. İslama hidayət olunub, amma kasıbçılıq və ya varlılıqla sınağa çəkilibsə, bu, zərər və naqislikdir. Allahdan kifayət qədər geniş və bol ruzi alıb, amma bununla qane olmayan və qəlbində narahatlıq hissi keçirən şəxs, qəlbən və nəfsən möhtacdır. Varlı şəxs mal-dövləti çox olan yox, qəlbi zəngin olandır. Qəlbi kasıb, özü isə qəm-qüssə içində boğulan sərvət sahibi çoxdur. Amma elə kasıb var ki, həm əliaçıq, həm də qəlbən zəngin və razıdır. O, Allahın verdiyi ruziyə qane olandır.
Uzaqgörən adam dünyadakı sıxıntıya görə, özünü sıxıntıya və kasıbçılığa, qəlbi möhtaclığa, kədərə və həsrətə məhkum etməz. O, ruzi əldə etməyə çalışdığı kimi, qəlbi rahatlığı əldə etməyə də can atmalıdır. Allah daha doğrusunu bilir.
Şeyx Abdurrahmən əs-Sədi (rahiməhullah)
*Möminlərə müjdə kitabı*

*ALTMIŞ YEDDİNCİ HƏDİS*
Əbu Əyyub əl-Ənsari (رضي الله عنه) demişdir:
*“Bir kişi Peyğəmbərinﷺ yanına gələrək dedi: “Ey Allahın elçisi, mənə qısa sözlərlə nəsihət ver.” Peyğəmbərﷺ buyurdu: “Əgər namaza qalxdınsa, (dünya ilə) vidalaşanın namazını qıl. Elə bir sözü danışma ki, sabah ona görə üzr istəyəsən. İnsanların əllərində olanlara göz dikmə*
İbn Macə: Zahidlik № 4171. Əhməd: 5/412. Əlbani (rahiməhullah) hədisin səhih olduğunu demişdir.
Səhih hədislər silsiləsi 401
*ŞƏRH*
Bu, üç tövsiyə necə də gözəldir. Əgər hər bir bəndə onlara riayət edərsə, işləri tamamlanar və uğur qazanar.
Birinci tövsiyə, namazın kamilliyini və onun ən gözəl şəkildə yerinə yetirilməsini ehtiva edir. İnsan qıldığı hər bir namaza görə özünü sorğu sual etməlidir. O, namaza aid olan bütün vacibləri, fərzləri, sünnələri tamamlamalı və ən yüksək məqam sayılan ihsanı gerçəkləşdirməlidir. İhsanı gerçəkləşdirmək üçün insan namaz qılarkən Rəbbinin qarşısında dayandığını və oxuduğu Quran, zikr və dualar vasitəsilə Allahla gizli söhbət etdiyini dərk etməlidir. O, namaz zamanı ayaq üstə dayandıqda, rüku və səcdə etdikdə, əyilib qalxdıqda Allaha tam təslimçilik göstərməlidir.
Bu ali məqama yetişmək üçün insan qəlbən tərəddüd etmədən və tənbəllik göstərmədən namaza qalxmalı, hər namazını həyatının sonuncu, vida namazı kimi qılmalıdır.
Məlumdur ki, vidalaşan şəxs həmişə var gücünü sərf edərək çalışır. Əgər insan hər zaman bu güclü səbəblərə əsaslanarsa, nəticədə iş onun üçün asanlaşar və o, öyrəncəli olar.
Bu cür qılınan namaz onu icra edəni bütün rəzil əməllərdən saxlayır və onda yaxşı işlərə həvəs oyadır. O, daxilində imanın artdığını, qəlbinin nurlanıb sevindiyini və tam rəğbətlə xeyrə yönəldiyini hiss edir.
İkinci tövsiyə, insanın dilini qorumasından və ona hakim olmasından ibarətdir. Dilin qorunması insan həyatında əsas amildir. Dilinə yiyəlik edən insan, bütün əzalarına sahib çıxar. Kimin dili ona ağalıq edərsə, onu zərərli sözlər söyləməyə vadar edər, dini və dünyəvi işlərinə xələl gələr. Buna görə də dini və dünyəvi faydası məlum olmayan sözləri danışmaq olmaz. Sonda qınanmağa və kimdənsə üzr istəməyə səbəb olan hər bir söz tərk edilməlidir. Əgər belə sözlər dilə gətirilərsə, onlar insana sahiblik edər və onu öz əsirinə çevirər. Hətta bəzi hallarda insana qarşısıalınmaz zərər vura bilər.
Üçüncü tövsiyəyə gəlincə, o, insanın dünya və axirət işlərində özünü tək Allaha bağlanmağa öyrəşdirməsidir. Belə ki, o yalnız Allahdan istəyər, təkcə Onun lütfünü diləyər və özünü insanların əllərindəkinə göz dikməməyə vərdiş etdirər. Çünki göz dikməmək özünü qorumaqdır. Kim bir şeyə göz dikməzsə, ona ehtiyac da duymaz. İnsan dili ilə yalnız Allahdan istədiyi kimi, qəlbini də ancaq Allaha bağlamalıdır. Beləliklə o, özünü məxluqata qul olmaqdan qoruyub Allahın həqiqi qulu olar. Bununla da o, izzət və şərəf əldə edər. İnsanlardan asılı qalan kimsə, asılılığının dərəcəsinə görə alçalar və zəlil olar. Allah daha doğrusunu bilir.

*ALTMIŞ SƏKKİZİNCİ HƏDİS*
*Sizə zəiflərinizə görə kömək edilir*
Musab ibn Səd (رضي الله عنه) Peyğəmbərinﷺ belə buyurduğunu söyləmişdir:
*“Sizə zəiflərinizə görə qəlbə və ruzi verilir.”*
Buxari rəvayət etmişdir.[1]
*ŞƏRH*
Bu hədisə əsasən, güclü və bacarıqlı olanlar, zəif və aciz olanları istər cihad və qələbə, istərsə də ruzi və onunla bağlı işlərdə yol verdikləri acizliklərinə görə alçaltmamalıdırlar. Peyğəmbərﷺ bildirmişdir ki, bəzən zəiflər düşmənlərin üzərində qələbəyə və ruzinin çoxalmasına səbəb olurlar. Bu, onların Allaha üz tutaraq səmimi dua etmələri, kömək və ruzi istəmələri ilə hasil olur.
Məqsədlərə yetişmək üçün səbəblər iki hissəyə ayrılır:
Birincisi, maddi və hissi səbəblərdir. Söz və əməldə göstərilən şücaət, zənginlik və qazanmaq bacarığı buna misaldır. Əksər insanların qəlbində məhz bu növ özünə yer tapmışdır. Onlar qələbəni və ruzini bununla əlaqələndirirlər. Hətta Cahiliyyət dövründə iş o yerə gəlib çatmışdı ki, əksər insanlar kasıbçılıqdan qorxaraq öz uşaqlarını öldürürdülər. Başqaları isə, qazanc gətirmək iqtidarında olmayan ailə üzvlərinə əziyyət verərdilər. Bütün bunlar həmin adamın uzaqgörən olmadığına, imanının zəifliyinə, Allahın vədinə az etibar etdiyinə və işlərə gerçək şəkildə yanaşmadığına dəlalət edir.
İkincisi, mənəvi səbəblərdir. Burada dini və dünyəvi mətləblərin hasil olması üçün Allaha təvəkkül etməyin, mükəmməl etibarın, Ona yönəlmənin və Ondan istəmənin nə qədər güclü olması nəzərdə tutulur.
Bu işləri zəiflər və aciz olanlar daha güclü şəkildə yerinə yetirirlər. Çünki məcburiyyət qarşısında qalan bu şəxslər yəqin bir elmlə bilirlər ki, onların ruziləri də, qələbələri də yalnız Allahın əlindədir, özləri isə tamamilə acizdirlər. Nəticədə qəlbləri sınmış və Rəblərinə yönəlmişdir. Allah da güclülərin nail ola bilmədikləri köməyini və ruzisini onlara nazil etmişdir. Zəiflərin səbəbi ilə güclülərin nəzərdə tutmadığı ruzini onlara bəxş edir. Həqiqətən də Allah hər kəsə təqdir olunmuş ruzi verir.
Allah bu acizlərin ruzisini güclülərin vasitəsilə çatdırır. O, bu işdə güclülərə, xüsusən də Ona etibarı daha çox olanlara və Onun verdiyi savablara qəlbən arxayın şəxslərə köməklik göstərir, onlara ağıllarına belə gətirmədikləri yerdən qələbə və ruzi qapıları açır.
Nə qədər insan var ki, ruzisi məhdud bir miqdarda idi. Lakin ailə üzvlərinin və onlara bağlı insanların çoxalması ilə Allah ona öz qədəri vasitəsilə şəriətin məqbul saydığı səbəblər və cəhətlərlə geniş ruzi bəxş etmişdir.
Bunun üçün bir tərəfdən Allahın dəyişməz vədi vardır. O, buyurur:
*“...(Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”*
(Səba, 39).
Digər tərəfdən isə mələklərin hər səhər belə duası vardır:
*“Allahım xərcləyənə əvəzini, xərcləməyənə isə tələfini ver.” [2]*
Başqa tərəfdən, zəiflərin ruziləri onlara qayğı göstərənlərə verilibdir.
Bir yandan, verən əl hər cəhətdən yüksək sayılır.
Başqa cəhətdən, Allahın köməyi insanın ehtiyacı qədər olur. Allah üçün edilən və Onun savabı güdülən hər bir işə bərəkət verilir. Buna görə də deyirik:
“Qulun Allaha olan ixlasını və Ona qəlbi, dili və əlləri ilə yaxınlığını nəzərə alsaq, o nə qədər xərcləyərsə, Allaha daha çox yönələr və yaxın olar. Allah üçün edilən iş isə, mübarək sayılar.”
Xərcləyənin güclü təvəkkülü, inamı, Allahın lütfünü və xeyrini istəməsinə gəlincə, istək və ümid mətləbin hasil olunması üçün ən böyük səbəbdir.
Zəiflərin xərcləyən şəxsə dua etməsinə gəlincə, onlar hər dəfə oturub-durduqda onlara əl tutan şəxs üçün Allaha dua edərlər. Dua isə çox güclü səbəbdir. Uca Allah buyurur:
*“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!...”*
(Mömin, 60).
Bütün bunlar təcrübədən keçmiş və müşahidə olunmuş hallardır. Məhrum olanlar nə pis haldadırlar! Müvəffəq olanlar isə, nə gözəl qazanc əldə etmişlər! Allah daha doğrusunu bilir.
[1] Buxari: Cihad və sira № 2739. Nəsai: Cihad № 3178. Əhməd: 1/173.
[2] Səhih hədislər silsiləsi № 920.

Peyğəmbərﷺ demişdir: *“Mənim (bir çox) adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm. Mən Haşirəm, o Haşir ki, insanlar onun arxasınca gedib məhşərə toplanacaqlar. Və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək”*
(Səhih əl-Buxari, 3339, Səhih Muslim, 2354, Sunən ət-Tirmizi, 3842 və Musnəd Əhməd, 4/80).
■●■■●■■●■■
(838) ........ Yəhya ibn Əbul-Heysəm əl-Qattan rəvayət edir ki, *Yusuf ibn Abdullah ibn Səlam[1] demişdir: Peyğəmbərﷺ mənə Yusuf[2] adını vermiş, məni qucağında otuzdurmuş və mənim başımı sığallamışdır.[3]*
Bu hədisi Əhməd (4/35) rəvayət etmiş və Muhəmməd Nasirəddin əl-Albani “Səhih əl-Ədəbul-Mufrad” əsərində onun “səhih” olduğunu demişdir
(1] Əbu Yəqub Yusuf ibn Abdullah ibn Səlam ibn Yusuf ibn Haris əl-İbrahimi əl-İsraili əl-Mədəni (radiyallahu anhumə)
(Siyər Əlam ən-Nubələ, 119).
[2] Yusuf aleyhissəlam Quranda adı keçən iyirmi beş peyğəmbərdən biridir. Bu Peyğəmbərinﷺ adı ilə bağlı Quranda ayrıca bir surə nazilş olmuşdur. Bu da, dəlildir ki, uşağa peyğəmbər adı vermək mübah sayılan əməllərdəndir.
[3] Peyğəmbərinﷺ uşaqla bu tərzdə rəftar etməsi onun təvazökar insan olduğunu bir daha sübuta yetirir.
●■■●●■●■●■
(839) ........ Cabir ibn Abdullah (radiyallahu anhu) demişdir:
*“Bizlərdən – ənsardan bir nəfərin oğlu oldu və o bu uşağa Muhəmməd adını vermək istədi.*
(Hədisin ravilərindən olan) *Şöbə demişdir: “Mənsurun rəvayət etdiyi hədisdə deyilir ki, ənsardan olan bu adam dedi: “Mən uşağı boynuma alıb Peyğəmbərinﷺ yanına gətirdim.”*
*Suleymanın rəvayət etdiyi hədisdə isə deyilir: “Onun oğlu oldu və ona Muhəmməd adını vermək istədi.* *Onda,Peyğəmbərﷺ belə buyurdu: “Özünüzə mənim adımı qoya bilərsiniz, amma kunyəmi qoymayın. Çünki mən sizin aranızda (qənimətləri ədalətlə) bölmək üçün qasim[4] təyin edildim.”*
Husaynın rəvayətində isə deyilir:
*“Çünki mən sizin aranızda (qənimətləri ədalətlə) bölmək üçün qasim göndərildim.*
Bu hədisi Buxari (3114) və Muslim (5714) rəvayət etmişdir
(4] Ərəbcə “Qasim” əslində, bölən və bölüşdürən deməkdir. Peyğəmbərﷺ demək istəmişdir ki, o, nə isə verdikdə və ya imtina etdikdə bunu ancaq Allahın izni və istəyi ilə edir.
■●■●■●■●■
(840) ........ Əbu Musa (radiyallahu anhu) demişdir:[5]
*“Mənim oğlum oldu və mən onu Peyğəmbərinﷺ yanına gətirdim.[5)Peyğəmbərﷺ uşağa İbrahim adını verdi.[6] Sonra öz ağzında bir xurma əzib, onu körpənin ağzına qoydu, onun üçün (Allahdan) xeyir-bərəkət dilədi[7] və onu mənə qaytardı.”*
(Ravilərindən biri) demişdir: *“Bu, Əbu Musanın böyük oğlu idi.[8]”*
Bu hədisi Buxari öz “Səhih”ində (5467) rəvayət etmişdir.
[4] Bu hədis yeni doğulmuş körpəyə aid olan neçə-neçə əhkamları özündə cəm edir. Hədisdən aydın olur ki, dünyaya gəlmiş körpəyə ad vermək və s. şəriətə aid olan əhkamlar xüsusunda elm əhli ilə məşvərət etmək, onlardan məsləhət almaq gərəkdir. Belə ki, bir çox hallarda adam məsləhətsiz iş görür, sonra etdiyi bu işin şəriətə – Allahın və Onun Peyğəmbərininﷺ buyruğuna müxalif olduğunu öyrənir və beləliklə də, tutduğu işdən peşman olur. Bu peşmançılıqdan və bu cür günaha batmaqdan qaçmaq istəyən kimsə gərək bilmədiyini bilənlərdən soruşsun. Yeri gəlmişkən, qeyd edək ki, doğulan körpəyə aid olan əhkamlar xüsusunda yazılmış ən gözəl kitablardan biri İbn Qeyyimin “Tohfətul-Movdud bi Əhkamil-Movlud” kitabıdır.
[6] Bu, dəlildir ki, uşağa elə doğulan günü ad qoymaq olar. İbn Qeyyim öz kitabında bu mövzu barədə danışarkən demişdir: “Digər hədislərdə uşağa üçüncü və ya yeddinci günündə ad qoymağın caiz olduğuna dair hədislər varid olmuşdur. Bundan da belə nəticə çıxır ki, uşağa istər doğuldu gün, istər üçüncü, yaxud yeddinci günündə, istərsə də bundan əvvəl, yaxud bundan sonra ad qoymaq caizdir”
(Tohfətul-Movdud bi Əhkamil-Movlud, 1/102).
[7] Həsən əl-Bəsri yeni doğulan körpə üçün dua edib deyərmiş:
(( بَارَكَ اللهُ لَكَ فِي الْمَوْهُوبِ لَكَ، وَشَكَرْتَ الْوَاهِبَ، وَبَلَغَ أَشُدَّهُ، وَرُزِقْتَ بِرَّهُ ))

Transkripsiyası: Bərakəllahu ləkə fil-məuhubi lək, və şəkərtəl-vahibə və bələğa əşuddəhu və ruziqtə birrah.
Tərcüməsi: Allah sənə bəxş etdiyi bu uşağı sənin üçün mübarək etsin, onu sənə verən Allaha şükür edəsən, övladın gəncliyin ən yetkin çağına çatsın və sən onun qayğısını dadasan!
Təbrik edilən adam da onu təbrik edən kimsəyə belə cavab verir:
(( بَارَكَ اللهُ لَكَ وَبَارَكَ عَلَيْكَ، وَجَزَاكَ اللهُ خَيْرًا، وَرَزَقَكَ اللهُ مِثْلَهُ، وَأَجْزَلَ ثَوَابَكَ ))
Transkripsiyası: Barakəllahu lək, və barakə aleyk, və cəzakəllahu xayran və razəqakəllahu misləh, və əczələ səvabək.
Tərcüməsi: Allah mübarək eləsin, sənin üçün bərəkətli etsin! Allah səni xeyirlə mükafatlandırsın! Allah sənə də beləsini bəxş etsin və savabını da artırsın! (əl-Əzkar, ən-Nəvəvi, səh: 349).
[8] Bundan aydın olur ki, yaşca böyük olan övladın adı ilə kunyə götürmək vacib deyil. Belə ki, Əbu Musanın kunyəsi onun böyük oğlu İbrahimin adı ilə bağlı olmamış və Peyğəmbərﷺ buna görə ona irad tutmamışdır. Yeri gəlmişkən, qeyd edək ki, adam özünə başqa bir adla da kunyə götürə bilər. Məsələn, nə Əbu Bəkr əs-Siddiqin Bəkr adlı, nə Əbu Həfs Ömər ibn Xattabın Həfs adlı, nə Əbu Zərrin Zərr adlı, nə Əbu Suleyman Xalid ibn Vəlidin Suleyman adlı, nə də möminlərin anası Ummu Abdullah Aişənin (radiyallahu anhə) Abdullah adlı bir övladı olmamışdır.

*ALTMIŞ DOQQUZUNCU HƏDİS*
*Allah iki nəfərin halına gülür*
Əbu Hureyrə (رضي الله عنه) Peyğəmbərinﷺ belə buyurduğunu söyləmişdir:
*“Allah iki kişinin halına gülür. Onlardan biri digərini öldürür və ikisi də Cənnətə girir. Demək biri Allah yolunda döyüşür və öldürülür. Sonra Allah, öldürən tərəfə tövbə nəsib edir və o, müsəlman olur. Daha sonra o da şəhid edilir.”*
Buxari və Müslim rəvayət etmişlər.[1]
*ŞƏRH*
Bu hədis Allahın səxavətinin və lütfünün müxtəlifliyinə, tükənməzliyinə və ağlasığmazlığına dəlalət edir.
Allah Öz lütfü və səxavəti ilə biri digərini öldürmüş bu iki nəfərin hər birinə Cənnətə girmələri üçün səbəblər müyəssər etmişdir.
Onlardan birincisi Allah yolunda döyüşürdü. Allah səxavət göstərərək hələ İslamı qəbul etməmiş digər kişinin vasitəsilə ona siddiqlərin mərtəbəsindən sonra gələn ən yüksək mərtəbəni, şəhidliyi nəsib etdi. Onun döyüşməkdə məqsədi Allahın adını yüksəltmək və bununla Rəbbinə yaxın olmaq idi. Həmin adamın mükafatını Allah Özü verəcəkdir. Onun qatili üzərində heç bir haqqı yoxdur. Çünki savabının Allah tərəfindən verilməsi sübuta yetmişdir.
İkinci şəxsə gəlincə, uca Allah tövbə qapısını İslamı qəbul etmək və ya günahlardan təmizlənmək istəyən hər bir kəsin üzünə açıq qoymuşdur. Tövbə ilə bağışlanmayan heç bir günah yoxdur. Uca Allah tövbə edənlər barədə buyurur:
*“(Ey Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”*
(Zümər, 53).
İkinci şəxs İslamı qəbul edib tövbə etdikdən sonra, Allah ondan küfrü və onun izlərini sildi, sonra isə ona şəhidliyi nəsib etdi. Həmin adam öz əlləri ilə öldürdüyü qardaşı kimi Cənnətə daxil oldu. O, kafir olarkən bunu etdiyi üçün qınanmaz.
Yoxdan yaradanın bu gülüşü Onun sonsuz lütf və səxavətinə, yaxşılıqlarının müxtəlifliyinə dəlalət edir. Bu və digər hədislərdə deyilən gülüş, Allahın başqa sifətləri kimidir. Mömin bunu etiraf etməli və iman gətirməlidir. Bilməlidir ki, bu gerçək bir həqiqətdir. Allahın sifətləri kamildirlər. Allahın Özünün bənzəri olmadığı kimi, sifətlərinin də misli, bənzəri və tayı yoxdur.
Uca Allahın heç bir zata bənzəməyən bir zatı olduğu kimi, heç bir sifətə oxşamayan uca sifətləri vardır. Allahın bütün sifətləri tərif, əzəmət, ucalıq, böyüklük, gözəllik və kamillikdir. Biz uca Rəbbimizin Quran və Sünnədə söylədiyi bütün sifətlərinə iman gətiririk. Biz bilirik ki, bu sifətlər Allahın əzəmətinə, böyüklüyünə və şanına layiq şəkildə təsdiq edilmədikcə, insanın imanı və tövhidi tam sayılmaz.
Bu hədis İslama daxil olmağa rəğbətləndirən və bütün vasitələrlə tövbə qapısını açan hədislərdən sayılır. İslam özündən əvvəl baş verənləri, insanın küfr içində olduğu zaman etdiyi pis əməllərini bağışlayır. Çünki o, keçmişdə etdiklərindən sonra tövbə edib islamı qəbul etmişdir. Özünün batil inancına kömək olaraq törətdiyi qətllər, zorla ələ keçirdiyi mal-dövlətlər İslamı qəbul etməklə bağışlanır. Müsəlmanlarla kafirlər arasında olan müamilələrdə tələb olunan haqlar isə islamı qəbul etdikdən sonra dəyişməz qalır. Əgər İslamı qəbul edən kafirin boynunda kiminsə haqqı, borcu və ya əmanəti varsa, İslam bunları onun üzərindən götürmür. Çünki bunlar yaxşı, pis, müsəlman və ya kafir olmasından asılı olmayaraq insanların qarşılıqlı əlaqələridir. Bu, birinci qismin hökmündən fərqlidir. Müsəlmanla kafirin döyüş nəticəsində bir-birini öldürməsi, yaxud mal-dövlətini mənimsəməsi halları birinci qismə aiddir. Bu yolla əldə olunan haqlar yalnız könüllü şəkildə yaxşılıq etmək prinsipi əsasında qaytarıla bilər. Allah daha doğrusunu bilir.
Bu bir tərəfdən azmış tayfanın adil tayfa ilə döyüşünə bənzəyir. Alimlər onların döyüş əsnasında öldürdükləri insanlara və vurduqları maddi ziyanlara görə təzminat ödəmədiklərini demişlər. Çünki səbəb onların yozum etmələri olmuşdur. Əshabələr də fitnə düşdüyü zaman bu cür qərar verilməsini yekdilliklə dəstəkləmişlər. Onlar hamılıqla bildirmişlər ki, tərəflər

arasında heç kəs ölənlərə və tələf olan mallara görə zamin deyil.
Peyğəmbərinﷺ “Sonra Allah, öldürən tərəfə tövbə nəsib edir və o, müsəlman olur.” kəlamı dəlildir ki, İslamı qəbul edən və ya günahlarına görə tövbə edən şəxs üçün Allahın təqdir etdiyi tövbə, qulun tövbəsindən öncə olur. Deməli, nəsib etdiyi tövbə, yazdığı qədər və qula olan lütfü sayəsində Allah ona, tövbə etməsi üçün lazımi səbəblər qoyar və o da, tövbə edər. Bundan sonra Allah onun tövbəsini qəbul edər, keçmiş günahlarını, küfrünü və s. silər. Qulun tövbəsi iki tövbə mərhələsindən keçir. Bunlar Rəbbinin ona lütfüdür. Birinci mərhələdə Allah izn verərək onun tövbə etməsini qədərinə yazmış və tövbəni asanlaşdırmış, o da nəticədə tövbə etmişdir. İkinci mərhələdə tövbəsini qəbul etmiş və günahlarını silmişdir. Allah tövbələri qəbul edən və mərhəmətli olandır.
Tövbə ən böyük itaətlərdən sayılır. Bu iki mərhələ bütün itaət formalarının dəyişməz qaydasıdır. Allah ilk olaraq qulunu itaətə müvəffəq edir, səbəbləri və yolları asanlaşdırır. Sonra qul itaəti yerinə yetirdikdə Allah onun əməlini qəbul edir, ona Öz razılığını və savabını çatdırır. Onun lütfü necə də geniş və boldur. Allah daha doğrusunu bilir.
[1] Buxari: Cihad və sira № 2671. Müslim: Əmirlik № 1890. Nəsai: Cihad № 3166. İbn Macə: Müqəddimə № 191. Əhməd: 2/464. Malik: Cihad № 1000.