SƏHİH HƏDİSLƏR SİLSİLƏSİ
916 subscribers
1.41K photos
11 videos
3 files
1.88K links
Download Telegram
*ƏRAFA GÜNÜ BARƏSİNDƏ HƏDİSLƏR*


Əbu Qatədə (Allah ondan razı olsun) rəvayət edir ki, *Peyğəmbərdənﷺ arafa orucu haqqında soruşulduqda, o belə cavab verdi:*
*«(Arafa orucu) bir il keçmiş, bir il də gələcək günahlara kəffarədir».*
📚 Muslim, 2747.

●■●■●■●■

*Ərafa günü oruc tutmağın fəziləti*

Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki,
*Allah Rəsuluﷺ belə buyurdu:*
*«Allaha ümid edirəm ki, Ərafa gününün orucu özündən bir il əvvəlki və bir il sonrakı günahlara kəffarə olsun».*
📚 (Muslim, 1162. Tirmizi, 749. İbn Macə 1416).

■■●■●■●■

*﷽ Səhih Qüdsi hədis*

*Arafa gününün fəziləti*

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisiﷺ demişdir:
*“Arafa günündə olduğu qədər Allahın atəşdən çox qul azad etdiyi başqa bir gün yoxdur.Həqiqətən, o gün Allah,(dünya səmasına) yaxınlaşır və mələklərin qarşısında (Ərafatda olanlarla) öyünərək buyurur: “Bunlar nə istəyirlər?”*
Muslim, 1348, 2402, 3354.

Qeyd:
Hədisin şərhində alimlər deyirlər ki, Allah yalnız əfv olunmuş qulları ilə öyünər. Ona görə də bu hədis arafa əhlinin hamısının bağışlanmasına dəlildir.

●■■●■●■●

*Ərafa günü Allah Adəmin törəmələrini özlərinin əleyhinə şahid tutduğu gündür:*

İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki,
*Rasulullahﷺ demişdir: “Allah Na’maanda (yəni Ərafada) Adəmin belindən özlərinin əleyhinə şahid tutmuşdu. O, Adəmin belindən onun törəmələrini çıxarmış və qarşısında hamısını yaymış və sonra“Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər.* *Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. Yaxud:* *“Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.”*
 (Əl-Əraf, 172-173
(Əhməd,Albani səhihləşdirib)

●■●■●■●■

*Allahın qullarını cəhənnəm atəşindən azad etməsi təkcə Arafatda duranlara aiddir?*

Peyğəmbərﷺdemişdir:
*«Allahın qullarını ən çox cəhənnəm atəşindən azad etdiyi gün arafa günüdür»*
(Muslim).

Hafiz İbn Rəcəb (rahiməhullah) demişdir:
*«Arafa günü cəhənnəmdən azad olma günüdür. Allah o günü, arafada duranları (həciləri) da, dünyanın müxtəlif yerlərində yaşayan və  arafada olmayan müsəlmanları da cəhənnəmdən azad edir. Arafada olanlar da, olmayanlar da, hamısı arafa günü cəhənnəm atəşindən xilas olub günahları bağışlanmaqda ortaq olduqları üçün, arafa günündən sonrakı gün yer üzündə olan bütün müsəlmanların bayram günü olur».*
📚 Lətaif Məarif, 276.

■■●■●■●■

_*Ərafa günü  edilən dua.*_

_*Ləə iləhə illallahu  vahdəhu  ləə şərikə ləhu,ləhul-mulku va ləhul- həmdu va Huva alə kulli şey'in qadir.*_

_Peyğəmbərﷺdemişdir:
*«Ən xeyirli dua,Ərafa günü edilən duadır. Mənim və məndən əvvəlki Peyğəmbərlərin söylədiklərinin ən xeyirlisi budur:«Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»*_
Tirmizi 3585.Albani, səhih tərğib 1536.həsən

●■●■●■●■

Peyğəmbərﷺbuyurmuşdur.
*«Allah Təalə Arafa günü mələklər qarşısında arafa əhli ilə öyünərək deyər:*
*"Qullarıma  baxın, onlar saçları dağınıq və toz-torpağa bulaşmış halda Mənim hüzuruma gəliblər"».*
Səhih Tərğib və Tərhib,1132

■●■●■●■●■

*Ərafa Allahın and içdiyi gündür. Əzəmətli Allah ancaq əzəmətli şeyə and içər.*

   *«And olsun vədə verilmiş günə! And olsun şahidlik edənə və edilənə!»*
Buruc 2-3

Əbu Hureyra (Allah ondan razı olsun)rəvayət edir ki, Peyğəmbərﷺdemişdir:
*“Vəd verilmiş gün Qiyamət günüdür. Şahidlik edən gün Ərafa,şahid olan gün isə Cümə günüdür.”*
 (Tirmizi.Albani səhihləşdirib)

■●■■●■●■■

*Ərafa orada olan insanların bayramıdır.*

Uqbə bin Amir (Allah ondan razı olsun) rəvayət edir:
*Allah Rəsuluﷺbuyurmuşdur:*
*«Ərafa günü, qurban kəsilən günü və təşriq günləri biz İslam əhlinin bayramıdır. Bu günlər yeyib içmək günləridir».*
Tirmizi (773),Əhməd (17379)Səhihdir.


https://chat.whatsapp.com/EEeJa5XJfOY91e25udMZUd

https://chat.whatsapp.com/Gtxl2H1MQhS5KOikMHJoGW

https://chat.whatsapp.com/KMvwIyytvvz7dGCFntSPZk
https://chat.whatsapp.com/KMvwIyytvvz7dGCFntSPZk

https://t.me/bukaru


*ƏRAFA GÜNÜNÜN FƏZİLƏTİ*

1- Ərafa-nemətlərin tamamlandığı və dinin kamilləşdiyi bir gündür. İbn Şihab rəvayət edir ki, *yəhudilər gəlib Ömər ibn Xəttaba (Allah ondan razı olsun) dedilər:*
*“Ey möminlərin əmiri! Sizin, Kitabda oxuduğunuz bir ayə var ki, əgər o ayə bizə nazil olsaydı, biz o günü bayram edərdik”*
*Ömər: “Hansı ayədir o?”– deyə soruşdu. Onlar dedilər:*
*“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”*
(Maidə, 3)
*Ömər dedi:*
*“Bu ayənin Peyğəmbərəﷺ nə zaman və harada nazil olduğu bizə bəllidir. Bu ayə cümə günü Peyğəmbərﷺ Ərəfatda ikən nazil olmuşdur.”*
 (Səhih əl-Buxari və Səhih Muslim)

*2- Ərafa orada olan insanların bayramıdır.*

Uqbə bin Amir (Allah ondan razı olsun) rəvayət edir: Allah Rəsuluﷺ buyurmuşdur:
*«Ərafa günü, qurban kəsilən günü və təşriq günləri biz İslam əhlinin bayramıdır. Bu günlər yeyib içmək günləridir».*
📚 Tirmizi (773), Nəsəi (3004), Əhməd (17379). Səhih İbn Hibban (3603). Səhihdir.

Ömər (Allah ondan razı olsun) demişdir: 
«Bu gün dininizi kamil etdim» ayəsi Ərafa günü cümə günü nazil olmuşdur. Allaha həmd olsun ki, onların hər ikisi bizim bayramımızdır.

*3- Ərafa Allahın and içdiyi gündür.*

Əzəmətli Allah ancaq əzəmətli şeyə and içər.

*«And olsun vədə verilmiş günə! And olsun şahidlik edənə və edilənə!»*
 (Buruc 2-3)

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərﷺ demişdir:
*“Vəd verilmiş gün Qiyamət günüdür. Şahidlik edən gün Ərafa, şahid olan gün isə Cümə günüdür.”*
 Tirmizi 3339. Albani, sahihul cami 8201.

*4- Ərafa günü tutulan oruc iki ilin günahlarını silir.*

Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsuluﷺ belə buyurdu:
*«Allaha ümid edirəm ki, Ərafa gününün orucu özündən bir il əvvəlki və bir il sonrakı günahlara kəffarə olsun».*
(Muslim,1162.Tirmizi,749. İbn Macə 1416).

*Bu orucu həcc etməyənlər tuta bilər.*

Çünki Peyğəmbərﷺ həcc edərkən o gün oruc tutmamışdır. Hətta həcc edənə Ərafa günü oruc tutmağı qadağan etdiyi də rəvayət olunur.

*5- Bu gün, Allah Adəmin törəmələrini özlərinin əleyhinə şahid tutduğu gündür:*

İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki,
*Rasulullahﷺ demişdir: “Allah Na’maanda (yəni Ərafada) Adəmin belindən özlərinin əleyhinə şahid tutmuşdu. O, Adəmin belindən onun törəmələrini çıxarmış və qarşısında hamısını yaymış və sonra“Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər.* *Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. Yaxud:* *“Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.”*
 Əraf, 172-173
(Əhməd,Albani səhihləşdirib)

*Bu gündən böyük gün və bu razılaşmadan böyük razılaşma yoxdur.*

*6- O gün günahlardan bağışlanma, atəşdən qurtuluş və orada duran insanlarla Uca Allahın fəxr etdiyi bir gündür.*

Muslimin səhih əsərində Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbərﷺbuyurmuşdur:
*«Elə bir gün yoxdur ki, Ərafa günü kimi çoxlu insanlar Cəhənnəm əzabından azad olsunlar. Həmin gün Allah insanlara yaxınlaşır, onların çoxluğu ilə mələklər qarşısında fəxr edərək (hər şeyi bildiyi halda) deyir: “Onlar nə istəyirlər (nə üçün bura toplaşıblar)?”*
Yəni ən çox Ərafa günü insanlar Cəhənnəmdən azad olurlar

Peyğəmbərﷺdemişdir
*Ən xeyirli dua, arafa günü edilən duadır. Mən və məndən öncəki peyğəmbərlərin etdiyi ən xeyirli zikr isə:*
*"Ləə iləəhə illallah, vahdəhu ləə şərikə ləh, ləhul mulk vələhul həmd. Və huva alə kulli şeyin qadir" zikridir.»*
(📜Sahihul Cami, 3274).

İbn Abdul Bərr (rahiməhullah) demişdir:
*«Arafa günü edilən duanın başqalarından üstün olması, arafa gününün başqa günlərdən üstün olmasına dəlalət edir. Həmçinin bu hədisdə olan faydalardan biri də odur ki, arafa günü edilən duaların hamısı qəbuldur».*
(Təmhid, 6/41).

*İki bayrama və ərafa gününə görə qüsl almaq:*
Beyhəqi, Şafiinin (Allah onlara rəhmət etsin) sənədi ilə Zazandan rəvayət edir ki, *«bir nəfər Əlidən (Allah ondan razı olsun) qüsl almaq barədə soruşur və Əli deyir: İstəyirsən hər gün qüsl et.*
*Həmin adam deyir: Xeyr, mən lazımlı qüsl haqqında soruşuram.*
*Əli deyir: Onda, Cümə və Ərafa günləridə, Qurban və Ramazan bayramlarında qüsl et»*
Beyhəqi, Sünənul Kubra: 3/ 278.

*Arafa günü hicri təqvimlə, Zilhiccə ayının doqquzuncu gününə düşür. Bu günü həcc ziyarətini yerinə yetirən zəvvarlar Arafatda dururlar. Arafatda durmaq həccin rüknlarındandır. Həcc ziyarətində olanlar, Arafa orucunu tutmurlar. Bunun əvəzində isə onlar, Arafatda durub, gün batana kimi çoxlu dua edirlər.*

*Nə üçün Aşura orucu bir ilin günahlarını silir, Arafa orucu isə iki ilin günahlarını silir?*

İbnul Qeyyim (rahiməhullah) belə buyurur:
"Birinci:
*Arafa günü haram aydadır. Ondan öncə və sonra da haram aydır. Aşurada isə, belə deyil.*

İkinci:
*Arafa günün orucu, bizim şəriətə xas olan işlərdəndir. Həmçinin buna, Allah Elçisininﷺ bərəkəti əlavə olunub. Aşura isə belə deyil.*
📝 Bədəiul Fəvəid 2\211

*Həccdə olmayan biri üçün, Arafa günü oruc tutmağın hökmü nədir?*

İbn Bəzz(rahiməhullah)belə buyurur:
*Arafa orucu, müstəqil orucdur. Onun böyük əcri var. Allah onunla bir il keçmiş və bir il gələcək günahları bağışlayır.*
📝 Fətvalar Toplusu 15\ 405

İbn Useymin ( rahiməhullah) belə buyurur:
*"Həccdə olmayan biri üçün, Arafa orucunu tutmaq, sünnə muəkkədədir."*
📝 Fətvalar Toplusu 20\46

*Əgər Arafa orucu cümə gününə düşərsə, tək cümə gününü oruc tutmaq olar?*

*"Əgər Arafa günü cümə gününə düşərsə, cümə günü oruc tutmaq olar, hətta ondan əvvəlki günü tutmasan da."*
📝 Ləcnətud Dəiməh 10\395

*Arafanın Aşuradan fəzilətli olmasında hikmət nədir?*

İbn Həcər (rahiməhullah) belə buyurur:
*"Arafa gününün orucu, Aşura gününün orucundan daha fəzilətlidir. Deyirlər ki, bunun hikməti, Aşura gününün Musaya (əleyhissalam) nisbət olunması, Arafa gününün isə, Muhəmmədəﷺ nisbət olunmasına görədir.*
📝 Fəthul Bəri 4\249

*Arafa günü qəza orucu tutmaq, icazəlidirmi?*

*" Arafa günü, Ramazandan qalan qəza orucunu niyyət edib oruc tutmaq, icazəlidir"*
Ləcnətud Dəiməh 10\347

*Üzərində Ramazandan qəza orucu olan bir kəsin, Arafa günü nafilə niyyəti ilə oruc tutmasının hökmü nədir?*

*Kim Ramazandan qəzası olduğu halda, Arafa günü nafilə niyyəti ilə oruc tutarsa, onun orucu doğrudur. Qəzanı isə gecikdirməməsi şəriətə daha uyğundur."*
Ləcnətud Dəiməh 10\399

*İki ilin günahlarnın bağışlanması, böyük günahlara aiddir, yoxsa kiçik günahlara?*

İbn Useymin (rahiməhullah)belə buyurur:
*"Arafa orucu ancaq özündən öncəki və sonrakı ildə olan, kiçik günahlara kəffarədir. Böyük günahlara gəldikdə isə, bunun üçün müstəqil tövbə lazımdır."*
📝 Fətəvə, Nurun aləd Dərb

İmam Nəvəvi (rahiməhullah) Ərafa günü haqqında demişdir:
*Bu gün dua üçün ilin ən fəzilətli günüdür. İnsana da yaraşan odur ki, bu gün zikr etmək, dua etmək, Quran oxumaqla əlindən gələni etsin. Özünə, valideynlərinə, yaxınlarına, şeyxlərinə, dostlarına, sevdiklərinə və.s ona yaxşılıq edənlərə və bütün müsəlmanlara dua etsin.*
*Bütün bunlarda səhlənkar olmaqdan çəkinsin. Çünki bu düzəldilməsi mümkün olmayan bir gündür.*
📕 Kitəbul Əzkər səh.333
Forwarded from GÖZƏL QİRAƏTLƏR
*ƏRAFA GÜNÜ SƏDƏQƏ VERİN*

*Əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu.*

*Əziz müsəlmanlar!*
*Körpə uşaqları olan çox imkansız bir bacımızın vəziyyəti olduqca ağırdır.*
*Ailənin ərzağa görə və başqalarına 6-7 nəfərə ümumilikdə 3000 manata yaxın borcu var.*
*Borc sahiblər demək olar ki,hər gün pullarını tələb edərək bu imkansız ailəni çox çıxılmaz vəziyyətə salıblar.*
*Demək olar ki, hər gün ərzaqları nisyə götürürlər. Bir borcu ödəmək üçün başqa yerdən borc almağa məcbur qalırlar.*
*Artıq borc alacaq kimsələri də qalmayıb. Borclar ödənilməsə borc sahibləri tərəfindən çox ciddi problemlərlə qarşılaşa bilərlər.*
*Uca Allahın dünya səmasına gündüz vaxtı nazil olub duaları qəbul etdiyi,insanları ən çox Cəhənnəm əzabından azad etdiyi dəyərli Ərafa günündə gəlin fürsətdən yararlanıb əlbir olaq, az çox kimin əlindən nə gəlirsə dəstək olaraq bu ailənin ağır sıxıntıdan qurtarmış halda çıxmasına səbəb olaq, qoy yenə illərlə borc sıxıntısı içində qalmasınlar.*
*Az da olsa edilən hər kömək yığılıb onların ağır yükünü birdəfəlik yüngülləşdirə bilər inşəallah.*
*Etdiyimiz yaxşılıqlarla Uca Allah mükafatınızı dünya və axirətdə qat qat artırar və sizi bağışlayar inşəallah.*
Uca Allah buyurur:
*“Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.”*
(Təğabun surəsi, 17)
Rasulullahﷺ buyurmuşdur:
*"İnsanlardan Allaha ən sevimli olanı, insanlara ən faydalı olanıdır.*
*Əməllərdən Allaha ən sevimli olan bir müsəlmanı sevindirmək və ya onun bir sıxıntısını qaldırmaq və ya borcunu ödəmək və ya aclığını aradan qaldırmaqdır.*
*Şübhəsiz müsəlman qardaşımla bərabər bir ehtiyacı üçün yeriməyim mənim üçün məsciddə bir ay etikaf etməkdən xeyirlidir....*
Səhihu’l-Cami № 176

Əbu Zərr (Allah ondan razı olsun) demişdir: *“PeyğəmbərﷺBəqi qəbristanlığına tərəf getdi. Mən də onun dalınca getdim. O, arxaya dönüb məni gördükdə dedi: “Ey Əbu Zərr!” Mən dedim: “Canım sənə fəda olsun, (ey Allahın Elçisi!) Buyur əmrinə müntəzirəm!” O dedi: “(Bu dünyada var-dövlətini) çoxaldanlar Qiyamət günü (savabı) azaldanlardır. Yalnız, “buna bu qədər, ona bu qədər xərcləyin” deyənlər müstəsnadır”...*
Buxari “Ədəbul-Mufrad” 803. əl-Albani səhih demişdir

*Allah yolunda edilən heç bir yaxşılıq itməz. Uca Allah köməklik edən hər kəsi dünya və axirətdə ən gözəl şəkildə mükafatlandırsın. Amin.*

4127 2044 4186 8039
Beynəlxalq bank
Forwarded from GÖZƏL QİRAƏTLƏR
4127 2044 4186 8039
Beynəlxalq bank
Forwarded from GÖZƏL QİRAƏTLƏR
*Əziz müsəlmanlar...!*

*Bu gün paylaşdığımız elandakı ağır ehtiyac içində yaşayan kasıb ailəyə indiyə qədər təxminən 250 manat köməklik olunub. Dəstək olan hər kəsdən Uca Allah razı olsun.*
*Amma ailənin sıxıntıları hələ də davam edir...* *Borclar, evin ehtiyacları və çarəsizlik onların üzərindən qalxmayıb.*
*İldə cəmi bir dəfə bizə qismət olan Ərafa gününün son saatlarını yaşayırıq...* *Elə bir gün ki, duaların qəbul olunduğu, edilən yaxşılıqların qat-qat savabla yazıldığı ümid edilən gündür.*
*Bu elanı minlərlə müsəlmanın arasında paylaşırıq... Əgər hər kəs əlindən gələn qədər biganə qalmayıb dəstək olsa, Vallahi bu ailənin sıxıntısına son qoymaq olar.*
*Unutmayaq...Bəzən Allah bir insanın duasını başqa bir insanın əli ilə qəbul edir.*
*Bəzən bir insan üçün kiçik görünən bir məbləğ, başqa bir ailənin gecəlırini rahat keçirməsinə səbəb olur...* *Bəlkə də bu gün edilən bir kömək, sabah qarşımıza rəhmət olaraq çıxacaq.*

Uca Allah buyurur.
*Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Siz nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.*
Ali-İmran surəsi 92

716.Rəvayət edilir ki,Əbu Hureyra  (radıyallahu anhu) demişdir:
*“Bir nəfər Peyğəmbərinﷺ  yanı­na gəlib dedi: “Ya Rəsulullah, savabı ən böyük olan sədəqə hansıdır?” Peyğəmbərﷺ  buyurdu: “Bu, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varla­nacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxta, özün də “filankəsə bu qədər, filankəsə də bu qədər (verin)” (deyə vəsiyyət edəcəyin günə) saxlama. (Çünki) həmin vaxt (mal-dövlətin) baş­qalarına (miras) qala­caq.”*
(əl-Buxari, 1419)

*Allah Ərafa günündə edilən bütün xeyirləri qəbul etsin və darda olan müsəlmanlara yardımçı olsun.*
1047)Əsma[1]  (radıyallahu anhə) rəvayət edir ki,
*(bir dəfə) Peyğəmbərﷺ  məscid­dən keç­dikdə bir dəstə qadın orada oturmuşdu. Peyğəmbərﷺəli ilə işarə edib onlara salam verdi.Sonra dedi:“Nemət verənlərə[2] qarşı nan­kor­luq et­məkdən çəkinin.Nemət verənlərə qarşı nankorluq etmək­dən çəkinin!”On­lardan biri dedi:“Biz Allahın nemətlərinə qarşı nankor olmaqdan Allaha sığınırıq,ey Allahın peyğəmbəri!” Peyğəmbərﷺdedi: “Birini­zin dul qal­ması uzanar,(sonra Allah ona həyat yoldaşı nəsib edər,)sonra da (ərinə)qəzəbləndikdə (onun barəsində): “Vallahi ki,mən heç vaxt ondan xeyir gör­məmişəm”–deyər.” Bu,Allahın nemətlərinə küfr etmək­dir.Bu da ne­mət ve­rənlərə qarşı nankorluq etmək deməkdir.[3]”*
Əhməd (6/452, 453, 457,və 458),
Əbu Davud (5204), Tirmizi (2/117), İbn Ma­cə (7701) və əd-Darimi (2/277) rəvayət etmişdir. əl-Alba­ni “Səhih əl-Ədəbul-Mufrad” əsərində bu hədisin, – mətnindəki “əli ilə işarə edib”sözü müs­­təsna olmaqla, –“səhih” olduğunu demişdir. Hərçənd, bu rəvayətdə “əli ilə işarə edib” sö­zü “zəif”dir, lakin ümumiyyətlə,salam verərkən əl ilə işarə etmək caizdir 

(1] Əsma bint Yezid əl-Ənsariyyə(radiyallahu anhə)Peyğəmbərinﷺ  səhabəsidir.

[2] Burada“nemət verən” deyildikdə, həyat yoldaşı nəzərdə tutulur.

[3]Başqa bir hədisdə Abdullah ibn Ömər  (radiyallahu anhumə)  rəvayət etmişdir ki, 
*bayram günü  Peyğəmbərﷺ  qadınların yanından keçərkən belə bu­yurdu:“Ey qadınlar, sə­dəqə verin və Allahdan çoxlu-çoxlu bağışlanma diləyin! Çünki mən Cəhən­nəm əhlinin əksəriy­yə­tinin siz qa­dınlar olduğunu gördüm.”Onlardan dərra­kəli olan bir qadın soruşdu ki:“Nəyə görə Cə­hənnəm əhlinin əksəriyyəti biz olacağıq,ya Rəsulul­lah?Peyğəmbərﷺbuyurdu: “Çünki siz insan­ları  tez-tez lənət­lə­yir və ərinizə qarşı nankor­luq edirsiniz.Mən ağıllı və ehtiyatlı bir ada­mın si­zin qədər həm ağıl, həm də din baxımından naqis olduğunu gör­mə­dim.” Qa­dın:“Ya Rəsulul­lah, ağlımızda və dinimizdə olan naqislik nə­dir?”– deyə soruşdu. Peyğəmbərﷺbu­yurdu: “Ağıl naqisliyinə gəlincə,iki qa­dı­nın şahidliyi bir kişinin şahid­li­yi­nə bərabər­dir. Bu,qadın ağlının na­qis­li­yi­­dir.Qadın heyz vaxtı bir neçə gecə gözləyib namaz qıl­mır, habelə, Ramazanda pak  oluncayadək oruc tutmur. Bu da,dininin naqisliyidir”*
(Səhih əl-Buxari, 1052; Səhih Muslim, 241).

●■■●■●■●

Əbu Hüreyrə (radiyallahu anhu) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“Zinakar zina etdiyi vaxt mömin olmaz (yəni imanı tam olmaz),və oğru oğurluq etdiyi vaxt mömin olmaz.Araq içən araq içdiyi vaxt mömin olmaz.”*

*Əbu Hüreyrə (radiyallahu anhu ) bunlara belə əlavə edərdi:*
*“Qəsibkar insanların gözü onündə şərəfli və qiymətli bir şeyi qəsb etdiyi vaxt mömin olmaz.”*
Həmamın hədisində belə deyilir:
*“qəsibkar möminlərin gözü onündə qəsb etdiyi vaxt mömin olmaz.”*
Və belə əlavə etdi: *“Sizdən biriniz Qənimətə xəyanət (bölüşdürülmədən qənimətdən nəsə götürmək)etdiyi vaxt mömin olmaz.Diqqət edin,diqqət edin!”*
(Buxari \ 2475, Müslim 57).

■●■●■●■●

229.Cabir(Radiyallahu anhu)rəvayət edir ki, Allah Elçisiﷺ belə buyurdu:
*“Ən fəzilətli namaz qiyamı uzun olandır”.*
Muslim, 756, 1257, 1804, 1805.

■●■●■●■■

248. Suheyb rəvayət edir ki, Allah Elçisiﷺ demişdir:
*“Fərz namazı nafilə namazından üstün oldüğü kimi,kişinin evində qıldığı nafilə namazı da insanların yanında qıldığı (nafilə) namazdan üstündür”. Digər rəvayətdə deyilir: “Bir kişinin təklikdə qıldığı nafilə namaz, insanların gözü önündə qıldığı iyirmi beş (nafilə) namaza bərabərdir”.*
əl-Albani “Sahihul- Cəmius-Sağir”də (№ 3821) səhih olduğunu bildirmişdir. 

■●■●■●■■

264.Abdullah ibn Amr ibn əl-As(radiyallahu anhumə)rəvayət edir ki, Allah Elçisiﷺ demişdir:
*“Kim Cümə günü qüsl edib,zövcəsinin olsa belə ətrindən vuraraq gözəl libas geyinsə, sonra(məscidə gəlib) insanların çiyinləri üzərindən keçməsə, xütbə verilərkən danışmasa,(bu, onun üçün)iki Cümə arasındakı günahlara kəffarə olar.Kim də xütbə verilərkən danışsa və insanların çiyinləri üzərindən keçsə,(qıldığı namaz) onun üçün Zöhr namazı olar”.*
Əbu Davud, 347. əl-Albani səhih olduğunu bildirmişdir.
1047)Əsma[1]  (radıyallahu anhə) rəvayət edir ki,
*(bir dəfə) Peyğəmbərﷺ  məscid­dən keç­dikdə bir dəstə qadın orada oturmuşdu. Peyğəmbərﷺəli ilə işarə edib onlara salam verdi.Sonra dedi:“Nemət verənlərə[2] qarşı nan­kor­luq et­məkdən çəkinin.Nemət verənlərə qarşı nankorluq etmək­dən çəkinin!”On­lardan biri dedi:“Biz Allahın nemətlərinə qarşı nankor olmaqdan Allaha sığınırıq,ey Allahın peyğəmbəri!” Peyğəmbərﷺdedi: “Birini­zin dul qal­ması uzanar,(sonra Allah ona həyat yoldaşı nəsib edər,)sonra da (ərinə)qəzəbləndikdə (onun barəsində): “Vallahi ki,mən heç vaxt ondan xeyir gör­məmişəm”–deyər.” Bu,Allahın nemətlərinə küfr etmək­dir.Bu da ne­mət ve­rənlərə qarşı nankorluq etmək deməkdir.[3]”*
Əhməd (6/452, 453, 457,və 458),
Əbu Davud (5204), Tirmizi (2/117), İbn Ma­cə (7701) və əd-Darimi (2/277) rəvayət etmişdir. əl-Alba­ni “Səhih əl-Ədəbul-Mufrad” əsərində bu hədisin, – mətnindəki “əli ilə işarə edib”sözü müs­­təsna olmaqla, –“səhih” olduğunu demişdir. Hərçənd, bu rəvayətdə “əli ilə işarə edib” sö­zü “zəif”dir, lakin ümumiyyətlə,salam verərkən əl ilə işarə etmək caizdir 

(1] Əsma bint Yezid əl-Ənsariyyə(radiyallahu anhə)Peyğəmbərinﷺ  səhabəsidir.

[2] Burada“nemət verən” deyildikdə, həyat yoldaşı nəzərdə tutulur.

[3]Başqa bir hədisdə Abdullah ibn Ömər  (radiyallahu anhumə)  rəvayət etmişdir ki, 
*bayram günü  Peyğəmbərﷺ  qadınların yanından keçərkən belə bu­yurdu:“Ey qadınlar, sə­dəqə verin və Allahdan çoxlu-çoxlu bağışlanma diləyin! Çünki mən Cəhən­nəm əhlinin əksəriy­yə­tinin siz qa­dınlar olduğunu gördüm.”Onlardan dərra­kəli olan bir qadın soruşdu ki:“Nəyə görə Cə­hənnəm əhlinin əksəriyyəti biz olacağıq,ya Rəsulul­lah?Peyğəmbərﷺbuyurdu: “Çünki siz insan­ları  tez-tez lənət­lə­yir və ərinizə qarşı nankor­luq edirsiniz.Mən ağıllı və ehtiyatlı bir ada­mın si­zin qədər həm ağıl, həm də din baxımından naqis olduğunu gör­mə­dim.” Qa­dın:“Ya Rəsulul­lah, ağlımızda və dinimizdə olan naqislik nə­dir?”– deyə soruşdu. Peyğəmbərﷺbu­yurdu: “Ağıl naqisliyinə gəlincə,iki qa­dı­nın şahidliyi bir kişinin şahid­li­yi­nə bərabər­dir. Bu,qadın ağlının na­qis­li­yi­­dir.Qadın heyz vaxtı bir neçə gecə gözləyib namaz qıl­mır, habelə, Ramazanda pak  oluncayadək oruc tutmur. Bu da,dininin naqisliyidir”*
(Səhih əl-Buxari, 1052; Səhih Muslim, 241).

●■■●■●■●

Əbu Hüreyrə (radiyallahu anhu) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“Zinakar zina etdiyi vaxt mömin olmaz (yəni imanı tam olmaz),və oğru oğurluq etdiyi vaxt mömin olmaz.Araq içən araq içdiyi vaxt mömin olmaz.”*

*Əbu Hüreyrə (radiyallahu anhu ) bunlara belə əlavə edərdi:*
*“Qəsibkar insanların gözü onündə şərəfli və qiymətli bir şeyi qəsb etdiyi vaxt mömin olmaz.”*
Həmamın hədisində belə deyilir:
*“qəsibkar möminlərin gözü onündə qəsb etdiyi vaxt mömin olmaz.”*
Və belə əlavə etdi: *“Sizdən biriniz Qənimətə xəyanət (bölüşdürülmədən qənimətdən nəsə götürmək)etdiyi vaxt mömin olmaz.Diqqət edin,diqqət edin!”*
(Buxari \ 2475, Müslim 57).

■●■●■●■●

229.Cabir(Radiyallahu anhu)rəvayət edir ki, Allah Elçisiﷺ belə buyurdu:
*“Ən fəzilətli namaz qiyamı uzun olandır”.*
Muslim, 756, 1257, 1804, 1805.

■●■●■●■■

248. Suheyb rəvayət edir ki, Allah Elçisiﷺ demişdir:
*“Fərz namazı nafilə namazından üstün oldüğü kimi,kişinin evində qıldığı nafilə namazı da insanların yanında qıldığı (nafilə) namazdan üstündür”. Digər rəvayətdə deyilir: “Bir kişinin təklikdə qıldığı nafilə namaz, insanların gözü önündə qıldığı iyirmi beş (nafilə) namaza bərabərdir”.*
əl-Albani “Sahihul- Cəmius-Sağir”də (№ 3821) səhih olduğunu bildirmişdir. 

■●■●■●■■

264.Abdullah ibn Amr ibn əl-As(radiyallahu anhumə)rəvayət edir ki, Allah Elçisiﷺ demişdir:
*“Kim Cümə günü qüsl edib,zövcəsinin olsa belə ətrindən vuraraq gözəl libas geyinsə, sonra(məscidə gəlib) insanların çiyinləri üzərindən keçməsə, xütbə verilərkən danışmasa,(bu, onun üçün)iki Cümə arasındakı günahlara kəffarə olar.Kim də xütbə verilərkən danışsa və insanların çiyinləri üzərindən keçsə,(qıldığı namaz) onun üçün Zöhr namazı olar”.*
Əbu Davud, 347. əl-Albani səhih olduğunu bildirmişdir.
*CƏNNƏT NEMƏTLƏRİ.*


[465]-312-(189)..Abdul-Malik ibn Səid və Mütərrif və ibn Əbcər – hər ikisi Şəbidən eşitmişlər ki, o belə rəvayət etmişdir:
*“Muğirə ibn Şobə minbər­də ikən camaata xəbər vermişdir ki, (Peyğəmbərﷺbelə dedi): “(Bir dəfə)Musa Uca Rəbbindən: “Cənnət əhlinin ən aşağı təbəqəsində olacaq cən­nətlik kimdir?”–deyə soruşdu.Allah buyur­du: “Bu o kimsədir ki,Cənnət əhli Cənnətə daxil olduqdan sonra gələcək və ona:“Cənnətə gir!”–deyiləcək. O isə:“Ya Rəbb! Hər kəs öz yerinə yerləşdikdən, alaca­ğını da aldıqdan sonra (bu) nə cür (ola bilər)?”–deyəcək. Onda ona belə buyurula­caq:“Dünya pad­şah­la­rın­dan bir padşahın mülkü qədər mülkün sahibi olmağa ra­zısanmı?”O de­yəcək: “Razıyam, ya Rəbb!” Allah buyuracaq:“Bu qədər mülk, üstəlik bir o qədəri də, bir o qədəri də, bir o qədəri də, bir o qədəri də,bir o qədəri də sənindir.Be­şin­cisində o:“Razı qaldım,ya Rəbb!”–deyəcək. Allah buyuracaq: “Bu (mülk) və onun on misli sənindir. Üstəlik nəfsinin istədiyi, gözlərinin zövq aldığı hər şey sənindir”. O: “Razıyam, ya Rəbb!”–deyəcək.*
*(Bundan sonra) Musa: “Ya Rəbb! Bəs Cənnət əhlinin ən yüksək təbəqəsin­də olanlar kimlərdir?” Allah buyuracaq: “Bunlar Mənim seçib üstünlük ver­diyim qullarımdır. Mən onların kəramətini Öz Əlimlə bərkidib möhürləmi­şəm.[3] (Bunu isə) nə bir göz görmüş, nə bir qu­laq eşitm­­iş, nə də ki insanlardan bir kimsə qəlbindən keçirmişdir”.*

*(Ravi dedi): “Buna dəlil olaraq Allahın bu ayəsini göstərmək olar:  “Etdik­lə­­­ri əməllərin mü­kafatı ki­mi onlar üçün gözlə­rinə sevinc gəti­rə­cək nələr sax­landı­ğını heç kəs bilmir”.*
əs-Səcdə” surəsi, 17.

Səhih Müslim və onun şərhi kitabı

*Şərhi*
[3] Yəni “onları seçilmiş və hörmətli bəndələrdən (kəramət sahiblərindən) etdim. Onların kəra­mətini (etdikləri xariqüladə işləri, göstərdikləri möcüzələri) heç kəs və heç nə dəyişdirə bil­məz”.
(“Tohfətul-Əhvəzi”, 9/42).

###########

Əbu Hureyrə (radiyallahu anhu) *Peyğəmbərinﷺbelə dediyini rəvayət edir:*
*“Bir dəfə yatarkən özümü Cənnətdə gördüm. Bir qadın qəsrin yanında dəstəmaz aldı. Mən: “Bu kimindir?” deyə soruşdum. Mənə: “Bu Ömər ibn əl-Xattabındır”deyə cavab verdikləri zaman, onun qısqanclığını xatırladım və çevrilib getdim.”*
*Əbu Hureyrə demişdir: “Ömər ağladı və biz də o məclisdə Peyğəmbərləﷺbirgə ağladıq. Sonra Ömər (radıyallahu anhu)dedi: “Atam, anam sənə fəda olsun, ey Allahın Elçisi, sənimi qısqanacağam?!"*
Muslim

##########

Peyğəmbərﷺdemişdir.
*“Cənnətdə yüz dərəcə vardır. Hər iki dərəcənin arası göylə yerin arası qədərdir. Ən yüksək dərəcə Firdovsdur.*
*Cənnətin dörd çayı oradan qaynaqlanır. Ərş onun üstündə olur.Allahdan istəyəndə Firdovs istəyin”.*
"Sahih Ət-Tirmizi"2531

#########

Allah Rəsuluﷺdemişdir:
*“Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən bir adam gətiriləcək və bir dəfə Oda salınıb çıxarılacaq.Sonra ona deyiləcək: "Ey Adəm oğlu! Bir xeyir gördünmü?Sənə bir nemət gəldimi?"O da:"Xeyr!Vallahi, ya Rəbb!" -deyəcək. Sonra Cənnət əh­lindən olan, dünyada insanlar arasında ən çox müsibət görən bir adam gətiriləcək və bir dəfə Cənnətə salınıb çıxarılacaq. Ona deyi­ləcək: "Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?" O da: "Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəl­mədi və bir sıxıntı da görmədim" - deyəcək.*
Muslim,2807

##########

*CƏNNƏT QAPILARININ ADLARI.*

1-Namaz qapısı
2-Cihad qapısı
3-Sədəqə qapısı
4-Rəyyan qapısı
5-Sağ tərəf qapısı
6-Valideyn qapısı
7-Ləə həvlə va ləə quvvətə illəə billəh qapısı
8-Tövbə qapısı

Bu qapıların adları hədislərlə sabitdir. Bu baradə daha geniş məlumat almaq istəyənlər "Tənbih zəvii əl-himmət əl-aaliyə iləə əbvab əl-Cənnət əs'-s'əməniyə" kitabına müraciət edə bilərlər.

##########

Əbu Hureyra (radiyallahu ənhu) rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu:
*«Sənə Cənnət xəzinəsindən və Ərşin altından gələn bir kəlimə öyrədimmi?  Ləə Quvvətə İllə Billəh - Qüdrət və güc yalnız Allahdadır!». (Qul bu kəliməni dedikdə) Allah buyurur: «Qulum boyun əydi və tabe oldu»*
Əhməd 7953,7966,8166, Albani«Səhih Tərğib»1580


https://chat.whatsapp.com/Gtxl2H1MQhS5KOikMHJoGW
https://chat.whatsapp.com/KMvwIyytvvz7dGCFntSPZk

https://chat.whatsapp.com/K7hIKBDbTR0Kd0QWtW8KYp


_Suheybdən ( Allah ondan razı olsun) rəvayət olunur ki, *Peyğəmbərﷺ demişdir:*
*"Sizdən öncə yaşayanların arasında bir padşah var idi. Onun qulluqçularının arasında bir sehrbaz var idi. Bir gün, sehrbaz qocalaraq dedi:"Mən artıq qocalmışam. Mənim yanıma gələcək gənc oğlan tap ki, ona sehri öyrədim.".Padşah onun yanına gedəcək bir gənc oğlan tapdı.Bir gün, gənc oğlan sehrbazın evinə gedərkən bir rahibə rast gəldi. O, onun yanında oturaraq onun danışdıqlarını dinlədi. Rahibin danışdığı sözlər gəncin xoşuna gəldi. Bundan sonra hər sehrbazın yanına gedəndə ilk öncə rahibin yanına gedər və onu dinləyərdi. Buna görədə sehrbazın yanına getdiyində gecikərdi və sehrbaz buna görə onu döyərdi.Gənc bunu rahibə dediyində, rahib dedi:"Əgər sən sehrbazın səni döyməsindən qorxsan de ki, " Məni evdə gecikdirdilər",əgər sən evdəkilərdən qorxsan de ki, " Məni sehrbaz gecikdirdi."*
*Bir gün, gənc oğlan insanlara yolu keçməyə qoymayan bir heyvana rast gəldi.O dedi:Mən bugün biləcəyəm kim daha üstündür. Rahibmi yoxsa sehrbüzmı."Bundan sonra, o, bir daşı götürdü və dedi:_" Ey,Allah əgər rahibin əməlləri sənin üçün sehrbazın əməllərindən daha sevimlidirsə, bu heyvanı öldür ki, insanlar yolu rahat keçə bilsinlər." _O, daşı atdı və heyvan öldü. İnsanlar isə, bundan sonra yolu rahatlıqla keçə bildilər.Sonra, o, rahibin yanına gələrək bu hadisəni ona danışdı. Rahib dedi:"Ey, oğlum bugün sən məndən daha üstün oldun. Mən sənin nəyə çatdığını görürəm. Həqiqətən,də sən sınağa çəkiləcəksən.Amma, sənə sınaq gəldiyində mənim adımı çəkmə."Bundan sonra cavan oğlan korları və digər xəstələri sağaltmağa başladı.Bunu padşahın yaxın adamlarından biri eşitdi. O, onun yanına çoxsaylı hədiyyələrlə gələrək dedi: Məni sağaltsan bunların hamısı sənin olacaqdır."Gənc dedi:_ " Həqiqətən, də mən heç kimi sağaltmıram. Sağaldan yalnız Allahdır. Sən Ona iman gətirsən mən dua edərəm və Allah sınə şəfa verər."O, Allaha iman gətirdi və Allah onu sağaltdı. Sonra o, hər zaman olduğu kimi padşahın yanına gəldi. Padşah ondan soruşdu:_" Səni kim sağaltdı?"_O dedi:_ " Mənim Rəbbim"Şah dedi:Məgər sənin məndən başqa Rəbbinmi var?"_O dedi:Mənim də, sənin də Rəbbin Alahdır." Bundan sonra şah həmin kişinin tutulmasını əmr etdi. Ona işgəncə verildikdən sonra o, gənc oğlana işarə etdi.Gənci şahın yanına gətirdilər.Şah dedi:Ey,oğlum mənə xəbər çatıb ki, sən sehrdə yüksək mərtəbəyə çatmısan. Korları və digər xəstələri sağaldırsan."Gənc oğlan dedi:"Həqiqətən, də mən heç kimi sağaltmıram. Şəfanı verən Alahdır."Bundan sonra padşah gənc oğlanı tutdu və o, rahibin adın verməyincə ona işgəncə edildi.*
*Rahib şahın yanına gətirildi. Şah dedi: Dininən geri dön!"rahib imtina etdiyində padşah bir mişar gətirilməsini əmr etdi. Rahibin başını mişarla elə kəsdilər ki, onun başının bir hissəsi yerə düşdü. Ondan sonra padşah dedi:Bu gənci filan dağın başına çıxardın. Dinindən dönsə onu buraxın, dönməzsə onu dağdan aşağı atın."Beləliklə gənc oğlanı bir dağın başına çıxardılar. Bu zaman gənc oğlan dedi:_" Ey, Rəbbim məni onlardan dilədiyin kimi qutar!"Beləliklə dağ silkələndi və şahın əsgərləri düşərək öldülər. Gənc şahın yanına döndükdə şah soruşdu: Yanındakılara nə oldu?"Gənc dedi: Allah məni onlardan qorudu."Onda şah dedi:Onu dənizin ortasına aparın dinindən dönsə azad edin, dönməzsə onu dənizə atın."Gənci dənizin ortasına gətirdilər və gənc dedi: Ey, Rəbbim məni onlardan dilədiyin kimi xilas et."Bu zaman gəmi çevrildi gənc oğlandan başqa bütün əsgərlər suya düşdü. Gənc oğlan yenə şahın qayıtdı. Şah dedi:Yanındakılarına nə oldu?"O dedi: Allah məni onlardan qorudu."Sonra isə dedi: Həqiqətən, də sən mənim dediyimi etmədikcə məni öldürə bilməyəcəksən."Şah dedi:_ "Mən nə etməliyəm?"Gənc dedi:Hündür bir yerə insanları topla və məni ağacın gövdəsinə bağla. Sonra, mənim oxumu götür və yayın ortasına qoyarar de:Bu gəncin Rəbbinin adı ilə". Bunu etsən məni öldürə biləcəksən."*
*Şah gəncin dediyi kimi etdi. İnsanları topladı və gənci bağladı. Sonra, onun oxunu götürdü yayın ortasına qoyaraq dedi:_ Bu gəncin Rəbbinin adı ilə."Oxu atdığında, ox gəncin gicgahını dəldi. Gənc oxdan tutaraq yıxılıb öldü. Onda insanlar dedi:Bu gəncin Rəbbinə iman gətirdik"*.
*Bu hadisədən sonra, şahın yaxınları onun yanına gələrək dedilər:_ Sənin qorxduğun şey haqqında nə deyə bilərsən? And olsun Allaha qorxduğun başına gəldi insanlar iman gətirdi."Onda padşah şəhər qapısının yanında xəndək qazdırdı. Xəndəklərin içində ocaq qalandı. Şah dedi:_ Dinindən dönməyəni bu xəndəyə atın!Şahın əsgərləri belədə etdi. Hər dinindən dönməyən odun içinə atıldı. Sıra yanında körpə oğlu olan qadına çatdı. Qadın oda atılmaq istəmədi və tərəddüd etdi. Bu zaman onun yanındakı körpə dil açaraq dedi:_" Ey, anam səbr et! Həqiqətən, də sənin dinin haqqdır!"*.
Muslim 3005

_Şeyx Useymin (rahiməhullah ) demişdir:_
" İmam Nəvəvi bu hədisi səbr haqqında olan bölümdə qeyd etmişdir. Hədis də rəvayət olunur ki, bir padşahın yanında ona yaxın kəslər içində bir rahib var idi. Padşah rahibdən öz istəkləri üçün istifadə edirdi. Hətta bu, şəriətə zidd və müxalif bir şey olsa belə. Bu şahı maraqlandıran yalnız öz mənafeyi idi. Hədisin sonunda deyildiyi kimi o, insanları özünə ibadət etməyə çağıran zalım biri idi.
Padşahın yanında olan sehrbaz qocaldığında dedi: Həqiqətən də, mən artıq qocalmışam. Mənim yanıma bir gənc oğlan göndər ki, ona sehri öyrəndim."* - _və o, ona sehri öyrətməsi üçün bir cavan oğlan taparaq göndərdi. Tələbə olaraq gənc oğlan lazım idi. Çünki gənc vaxtı insana öyrənmək daha asanddır. Gənc vaxtı insanın öyrəndiyi həmişəlik yadında qalır və unudulmur. Gəncin çox üstünlükləri vardır.
Bunlardan:

*Birincisi - gənc yaşlıdan daha tez yadda saxlayır. Gəncin onu dərsindən ayıracaq ev işləri olmur.*

*İkincisi- gənc vaxtı öyrənilən həmişəlik yadda qalır. Buna görədə deyirlər: " Gənc vaxtı öyrənilən daşın üzərində yazılana bənzəyir."*

*Üçüncüsü əgər, insan elm almağa gəncliyinə başlasa yaşlandığı zaman belə bu, ona adi gələr.*

Sehrbaz qocalmışdı və həyati təcrübəsi var idi. Buna görədə tələbə olaraq gənc bir oğlanın olmasını istəyirdi. Ona belə bir gənc tapdılar. Lakin Allah bu gənc üçün xeyir dilədi!

Günlərin birində gənc rahibin evinin yanından keçdikcə onun sözlərini eşitdi və bu, onun xoşuna gəldi. Rahib Allaha ibadət edən və yalnız xeyir söz danışan bir şəxs idi. O zamanlar vaxtının çoxunu Allaha həsr edənə rahib deyirdilər.
Gənc hər sehrbazın yanında getdikdə ilk öncə rahibin yanına gedərdi. Buna görədə sehrbazın yanına getdiyindən gecikərdi və sehrbaz buna görə onu döyərdi. Gənc rahibə şikayət etdiyində rahib ona dedi:Əgər sən sehrbazdan qorxsan de: " Məni evdən gecikdirdilər" yox, əgər sən evdəkilərdən qorxsan de: " Məni sehrbaz gecikdirdi".

_Gənc belədə etməyə başladı. O, öncə rahibin yanına gələr sonra isə sehrbazın yanına gedərdi. Gecikdiyində isə rahibin ona öyrətdiyi kimi deyərdi.

Bir gün,gənc böyük bir heyvana rast gəldi. Yalnız, hədisdə bu heyvanın nə olması haqqında deyilmir.Hədisdə yalnız bu heyvanın böyük olması və insanlara yolu keçməyə qoymaması haqqında deyilir.Bu zaman gənc, rahib yoxsa sehrbazın haqq yolda olduğunu yoxlamaq istədi. O, yerdən bir daş götürərək dedi:Ey, Allah əgər rahibin əməlləri sənə sehrbazın əməllərindən daha sevimlidirsə, bu heyvanı öldür ki, insanlar yolu rahat keçə bilsinlər."* _O, daşı atdı və heyvan öldü. Bu hadisə gəncə rahibin əməllərinin doğru olmasını sübut etdi. Bunda da, heç bir şübhə yoxdur. Çünki sehrbaz ya haqqsız cinayətkar, ya da müşrik kafirdir. Əgər sehrbaz kömək üçün şeytana ibadət edir, şeytana yaxınlaşmaq üçün əməllər edirsə o, müşrik kafir, əgər, sehrdə şeytanlardan istifadə etmirsə haqqsız cinayətkardır. Rahibə gəlincə isə əgər o, Allaha elm əsasında ibadət edirsə o, haqq yolda sayılır.
Gənc rahibin yanına döndükdə bu hadisəni ona danışdı. Rahib dedi:_ *"Həqiqətən də, sən bu gün məndən daha üstün oldun. Mən sənin sınaqlarla imtahan olunacağını görürəm. Bu, baş verdikdə mənə işarə etmə"
Sonra isə, bu gəncə Allahın bəxş etdiyi möcüzə verildi. Gənc xəstələri, korları sağaldırdı. Gənc Allaha dua edər və insanlar sağalardı. Bu, Allahın ona bəxş etdiyi möcüzə idi._

_Qeyd etmək lazımdır ki, gəncin əməli Məryəm oğlu İsadan fərqli idi. İsa insanlara əli ilə toxunduğunda onlar sağalardı. Gəncə gəldikdə isə, o, sadəcə dua edər və Allah onun duasına cavab verərdi_ ._Sonra gənc haqqında şahın kor olan yaxınlarından biri eşitdi. O, gəncin yanına qənimətlərlə gəldi və dedi: Məni sağaltsan bunlar hamısı sənin olacaq"_Gənc dedi:" Həqiqətən də, mən sağaltmıram. Şəfanı verən Allahdır. Ona iman gətirsən mən Allaha dua edərəm və O, səni sağaldar!"._Bu gəncin imkanına baxın! O, özündən razı deyildi və insanları sağaltdığını demirdi. O deyirdi:_" Həqiqətən də, mən heç kimi sağaltmıram. Şəfanı verən Allahdır!".

_Bu hadisə İbn Teymiyyənin (rahiməhullah )başına gələn hadisəyə oxşayır. Bir gün şeyxin yanına cin musallat olmuş şəxsi gətirdilər. Şeyx xəstəyə Quran oxudu. Yalnız, cin insanın bədənini tərk etmək istəmədi.Onda şeyx xəstənin boynuna vurmağa başladı. O qədər vurdu ki, hətta əli ağrıdı. Bu zaman cin insanın dili ilə danışaraq dedi:_ Şeyxə olan hörmətimdən çıxıram"Yalnız Şeyx dedi:Mənə olan hörmətindən deyil, Allaha və Onun rəsuluna itaət edərək çıx!"Şeyx hər şeyin sahibinin Allah olduğuna işarə etdi. Elm sahibləri bilirlər ki, onlara verilən hər bir şey Allahın Rəhmətidir._
Beləliklə də,şahın yaxın məsləhətçisi də, iman gətirdi. O, şahın yanına gəldikdə şah onun sağaldığını görərək" Səni kim sağaltdı?"- deyə soruşdu. Bu zaman o kişi dedi:" Mənim və sənin Rəbbin"şah dedi:_ "Məgər sənin məndən başqa Rəbbinmi var?" _Kişi dedi:_ Mənim də, sənin də Rəbbin Allahdır"._Bu sözü eşidən şah qəzəblənir və həmin kişini tutmağı əmr edir. Ona o, gənc oğlana işarə etməyincə işgəncə verildi. Gənc oğlan gələndə şah ona dedi:_ Ey, oğlum mənə çatıb ki, sən sehrdə elə bir dərəcəyə çatmısan ki, xəstələri və korları sağaldırsan".Gənc dedi: Həqiqətən də, mən heç kimi sağaltmıram. Sağaldan yalnız Allahdır."Gəncin bu sözlərindən sonra şah onun tutulmasını əmr etdi. Ona o, rahibə işarə etməyincə işgəncə verildi._

_Bu şah tiran idi.Allah bizi bundan qorusun! Rahib gətirildiyində ona deyildi_ Dinindən dön!"Amma, o, imtina etdi.Onda rahibi mişar ilə iki hissəyə kəsdilər. Sonra şahın məsləhətçisinin çağırdılar eyni şey ona da, deyildi. O, imtina etdikdə rahibə qarşı edilən ona da, edildi. Bu, ona işarədir ki, insan səbr etməlidir._
Yalnız burada sual yaranır ki, insan üçün ölüm qorxusu olduqda o, səbr etməlidir yoxsa ki, dili ilə küfr sözlərini deyib qəlbi ilə iman gətirməlidir?

_Bu sual araşdırılmalıdır. Əgər bu, yalnız insanın özünə aiddirsə onun seçimi vardır.Əgər o, istəyirsə məcburi halda küfr sözlərini deyə bilər.Yalnız onun ürəyi bu zaman iman gətirməlidir. Bu, yalnız insanın özünə aid olduğu məsələyə aiddir._

_Əgər məsələ din ilə bağlıdırsa və insan toplum içində küfr sözlərini deməlidirlər, bu, icazəli deyil. Misal olaraq imam Əhməd Hənbəlini (rahiməhullah ) gətirmək olar. Onu Quranın məxluq olduğuna və Allahın sözü olmadığını deməyə məcbur edirdilər.O, imtina etdikdə dəhşətli işgəncələrə məruz qalmışdı. Hətta onu bir eşşəyə mindirərək insanların içinə çıxararaq qamçı ilə döyürdülər. Artıq o həddə çatmışdı ki, onun ağrıdan ürəyi gedirdi. Yalnız, hər özünə gəldikdə o deyirdi: Quran məxluq deyil, Quran Allahın sözüdür!"

_O, küfr sözləri demədi. Əgər, o, bunu desəydi bütün insanlar bunu deyəcək və dindən dönəcəklərdi. Yalnız o canını din uğrunda fəda etdi. İmam Əhmədə zülm edən hökmdar öldü. Ondan sonra gələn başqa hökmdar da öldü. Nəhayət sonra gələn hökmdar ədalətli və saleh biri oldu.O,İmam Əhmədə böyük hörmət göstərdi. İmam Əhməd Allah ona toplum içində haqqı demək sevincini yaşatmayınca dünyasını dəyişmədi. Bu, ona işarədir ki, gözəl sonluq səbr edənlərdir.