SƏHİH HƏDİSLƏR SİLSİLƏSİ
945 subscribers
1.4K photos
12 videos
4 files
1.9K links
Download Telegram
(240) ........ Mustəvrid[3](radıyallahu anhu) rəvayət edir ki,Peyğəmbərﷺ demişdir:
*“Kim bir müsəlmana (etdiyi haqsızlıq) sayəsində bir qab yemək yesə, Allah ona Cəhənnəmdə onun bənzərini yedirdər. Kim bir müsəlma­na (etdiyi haqsız­lıq) sayəsində bir li­bas əldə edib gey­sə, Allah (Azzə və Cəllə) ona Cəhənnəm odundan paltar geyin­di­rər.[4] Kim bir müsəlma­na (etdiyi haqsız­lıq) sayəsində özünü başqasına gös­tərməyə və şan-şöhrət qazan­ma­­ğa can at­sa,[5] Allah onu Qiya­mət günü o riyaya və şan-şöhrətə çatdı­rar.”*
Bu hədisi Hakim (4/127) rəvayət etmiş və Mu­­həm­məd Nasi­rəd­din əl-Alba­ni “Səhih əl-Ədəbul-Mufrad” əsərində onun “səhih” ol­du­ğunu demiş­dir.

Mustəvrid ibn Şəddad ibn Amr əl-Qurəşi əl-Fəhri (radıyallahu anhu)Peyğəmbərinﷺ  səhabəsidir (İk­mal Təhzib əl-Kəmal, 4509-cu tərcümeyi-hal).

[4] Yəni hər kim öz müsəlman qardaşına zülm etməklə yaxud onun namusuna toxun­maqla və ya onun düşməninin yanına gedib qardaşının nöqsanı­nı ona danışmaqla bir qarın yemək və ya bir libas əldə edərsə, Allah onu Cəhənnəm oduna giriftar edər. Bu hədis dəlildir ki, müsəlmanın qanı da, malı da, namusu da digər müsəl­mana haramdır.

[5] Yəni özünü Allah üçün nəsihət edən bir adam kimi göstərib bir müsəlmanın eyibini camaata danışan, əslində isə niyyəti özünü göstərmək və ad-san qazanmaq olan hər kəsi Allah Qiyamət günü rüsvay edər. Buna kufəlilərdən bəzisinin Səd ibn Əbu Vəqqa­sa  (radıyallahu anhu) böhtan atmasını misal çəkmək olar. Bu xüsusda varid olmuş hədislərdə rəvayət edilir ki, kufəlilərdən bəzisi Ömərə (radıyallahu anhu) Səd ibn Əbu Vəq­qasdan (radıyallahu anhu) şikayət etdilər, hətta onun nama­zı lazımi qaydada qılmadığını be­lə iddia etdilər. Belə ol­duq­da, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi: “Ey Əbu İshaq, bun­lar iddia edirlər ki, sən namazı lazımi qaydada qılmırsan.” Əbu İshaq dedi: “Vallahi ki, mən onlara Peyğəmbərinﷺ  namazını qıldırmışam və bun­dan heç bir şey əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam.” Ömər: “Mən elə belə də bilirdim, ey Əbu İshaq!”– dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki adam gön­dər­di ki, gedib kufəlilərdən onun barəsində soruşsunlar. Kufədə elə bir məscid qalmadı ki, göndərilən adamorada Səd barəsində soruşmasın. Hamı onu tərifl
ədi. Axır­da həmin adam Abs oğul­larının məscidinə gəldi. Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə ibn Qətadə adlı birisi ayağa qalxıb dedi: “Madam ki, and verib bizdən soruşdun, onda bil ki, Səd heç vaxt döyüşə gedən dəstəyə qo­şulmayıb,  qənimətləri düzgün bölüşdürməyib və şəriət mə­sələlərində əda­lət­lə hökm verməyib.” Səd dedi: “İndi ki belə oldu, onda vallahi ki, mən də üç şey­lə bağlı Allaha dua edəcəyəm: “Allahım! Əgər sənin bu qulun yalan­çı­dır­sa, üstəlik, bunu özünü göstərmək və ad qazanmaq məq­sədi ilə edirsə, onda onun ömrünü uzat, yoxsulluğunu artır və onu bəlalara düçar et!” (Uca Allah Sə­din duasını qəbul etdi). Sonralar həmin adamdan onun halı barədə soru­şan­da deyərdi: “Mən başıbəlalı bir qocayam, məni Sədin bədduası tutub.” (Hədisin ravisi Abdul-Malik demişdir): “Sonralar mən o adamı gördüm, o qədər qocalmışdı ki, qaş­ları göz­lərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə əl atır­dı”
(Səhih əl-Buxari, 755).
Bu həmin Səddir (radıyallahu anhu) ki, Peyğəmbərﷺ  onun üçün ayrıca dua edib demişdir: *“Allahım, Səd nə vaxt Sənə dua etsə, onun duasını qəbul elə!”*
(Sunən ət-Tirmizi, 4117; Səhih ət-Tirmizi, 2950; Mişkatul-Məsabih, 6116)


https://chat.whatsapp.com/Au1PbZCW8zLJ6N4PS6I34I

https://chat.whatsapp.com/LVWt2LwxegD0ZVc9J2SrAR
*YAXŞI VƏ PİS DOSTUN MİSALI*
 

Əbu Musa əl-Əşari(رضي الله عنه) 
*Peyğəmbərinﷺ  belə buyurduğunu demişdir: “Yaxşı və pis dostun misalı, müşk daşıyanla körüyə üfürənə bənzəyir. Müşk daşıyan ya ondan sənə hədiyyə verər, ya sən ondan nə isə alarsan, ya da ondan gələn xoş qoxunu duyarsan. Körüyə üfürənə gəlincə, o, ya sənin paltarını yandırar, ya da ondan gələn pis qoxunu duyarsan.”*
Buxari: Kəsilən heyvanlar və ovlar № 5214. Müslim: Xeyirxahlıq, qohumluq əlaqələri və ədəblər № 2628. Əhməd: 4/405.

*ŞƏRH*

Bu hədis, pis dostlardan çəkinməyə, əvəzində əməlisaleh dostlar seçməyə ruhlandırır.
Peyğəmbərﷺ  yuxarıda çəkdiyi bu iki misalla açıqlamışdır ki, yaxşı dostla qurulan əlaqələr bütün hallarda sənə qazanc və xeyir gətirir. Necə ki, müşk daşıyan özündə olanlarla sənə ya onlardan hədiyyə etməklə, ya malından satmaqla fayda verir. Ən azı onun yanında oturduğun müddətcə ətrinin iyindən məmnun olursan.
İnsanın yaxşı dostundan əldə etdiyi xeyrə gəlincə, bu, əzfər müşkündən daha üstündür. O, ya sənə dini və dünyəvi işlərdən öyrədər, ya xeyirli nəsihət verər, ya da zərərinə olan şeydən çəkindirər. Səni, Allaha itaət etməyə və valideynlərə yaxşılıq etməyə, qohumluq əlaqələrini saxlamağa, eyiblərinə diqqət etməyə və gözəl əxlaqla davranmağa sövq edər. O, öz sözləri və əməlləri ilə sənə nümunə olar. İnsanın təbiəti belədir ki, o, özünü dostuna və ya oturub-durduğu adama oxşadır. İnsanın təbiəti və ruhu eyni qoşunun əsgəri kimidir. Onlar bir-birlərini xeyrə və ya şərə sövq edirlər.
Yaxşı dostun ən az faydası, dostluğunu nəzərə alıb, yaxud onunla xeyirli işlərdə yarışıb və ya şərdən qaçıb onun səbəbi ilə pis əməllərdən və asiliklərdən çəkinməkdir. Bu heç də dəyərsiz fayda deyil. Yaxşı dost, yanında olanda və olmayanda sənə təsiri toxunan, öz sevgisi və duası ilə sağlığında və ölümündən sonra sənə xeyir verən, sənə olan bağlılığı və istəyinə görə səni müdafiə edən kimsədir.
Qeyd olunan pisliklərdən sən təkbaşına müdafiə oluna bilməzsən. Yaxşı dostun sayəsində sən elə insanlarla ünsiyyət saxlayacaqsan ki, onlardan sənə fayda gələcək və sən xeyirli işlərlə məşğul olacaqsan.
Yaxşı dostların vasitəsilə əldə edilən faydalar saydıqca qurtarmaz. Buna görə də hər bir insan yadında saxlamalıdır ki, onun kimliyi, oturub-durduğu dostuna görə təyin edilir və o, sevdiyindən nümunə götürür.
Pis adamlarla dostluq edilməsinə gəlincə, bu yuxarıda qeyd olunanın tam əksidir. Onlar hər bir işdə dostluq etdiklərinə və ya onlarla ünsiyyətdə olana ziyan vururlar. Onların səbəbi ilə neçə-neçə insan toplumları həlak olmuşdur. Belələri nə qədər dostlarını bilərəkdən və bilməyərəkdən məhvə sürükləmişlər.
Nümunəvi şəxslərlə dostluq etmək, Allahın mömin quluna bəxş etdiyi ən böyük nemətlərdəndir. Pis dostlarla sınağa çəkilmək isə, insana verilən cəzalardandır.
Seçilmiş xeyirli dostlar insanı ən yüksək mərtəbələrə qaldırır. Pis dostlar isə, insanı ən aşağı təbəqələrə endirir.
Seçilmiş dostlarla insan faydalı elmlərə, gözəl əxlaqa və saleh əməllərə yiyələnir. Pis dostlarla isə, insan bütün bunlardan məhrum olur. Uca Allah buyurur: 
*“O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).”*
 (Furqan, 27-29).


 https://chat.whatsapp.com/Au1PbZCW8zLJ6N4PS6I34I

https://chat.whatsapp.com/LVWt2LwxegD0ZVc9J2SrAR
(370)Cərir(radiyallahu anhu) rəvayər edir ki, Peyğəmbərﷺ demişdir: *“İnsan­­la­ra rəhm etməyən kimsəyə Allah rəhm etməz.[1]”*
Bu hədisi Buxari (6941), Muslim (2319), Tirmizi (1922) və Əhməd (3/40) rəvayət et­mişdir.

[1] Bu hədisin əks anlamından belə nəticə çıxır ki, insanlara mərhəmət göstərən kimsə­yə Allah rəhm edər. İmam Buxarinin uşaqlara aid olan sonuncu fəslin axırında bu hədisi və bundan sonrakını varid etməsi, o deməkdir ki, əvvəlki hədislərdə qeyd olunanlar – uşağı öpmək, qucaqlamaq, gül­dürmək, dizin üstə oturtmaq, onun başını sı­ğallamaq,ona “oğ­lum”("qızım") deyə müraciət etmək mərhəmət əlamətlərindəndir. Yəni bun­ları etməklə Allahın mərhəmətinə yetişmək olar.

●●●●●●●●

*Yerdəkilərə rəhm et![4]*

(372)Qəbisə ibn Cabir demişdir:
 “Mən Ömərin (radiyallahu anhu) belə dedi­yini eşit­mişəm: *“Rəhm etməyən kimsəyə rəhm edilməz, bağışlamayan kim­­sə bağış­lan­maz,tövbə etməyən kimsənin tövbəsi qəbul olunmaz [5] və (özü­nü gü­nah­lar­dan) qorumayan kimsə qorunmaz.”*
Muhəm­məd Nasi­rəddin əl-Albani “Səhih əl-Ədəbul-Mufrad” əsə­rində bu hədisin isna­dının “həsən” ol­duğunu demiş­dir.

(4] Bu xüsusda varid olmuş hədisdə Peyğəmbərﷺbelə buyurmuşdur:
*“Rəhm edənlərə Mərhəmətli Allah rəhm edər.Yerdəkilərə rəhm edin ki,göydəki Allah si­zə rəhm etsin”*
(Su­nən Əbu Davud, 4941; Sunən ət-Tirmizi, 1/350; Musnəd İmam Əhməd, 2/160; Silsilə­tul-Əhadisis-Səhihə, 925).

Bu hədis Allahın göydə olduğuna dəlalət edir. Bu zatı-sifəti təs­diqləyən ayədə Uca Allah buyurur: *“Göydəki Allahın sizi yerə batırma­yacağına əmin­sinizmi?”*
(əl-Mulk, 16);
Allahın göydə olması barədə Quranda neçə-neçə ayələr vardır (Bax: əl-Əraf, 54;
Yunus, 3;
ər-Rəd, 2;
Ta ha, 5;
əl-Furqan, 59;
əs-Səcdə, 4-5;
Fatir, 10;
Ğafir, 2; əl-Hədid, 4;
əl-Məaric, 4; əl-Əla, 1).

[5] Bu xüsusda İbn Qeyyim(rahiməhullah) demişdir:
*“Görülən günaha görə dərhal tövbə etmək vacib­dir.Bu tövbəni sonraya saxlamaq olmaz.Belə ki,adamın işlətdiyi günaha görə edəcəyi tövbəni təxirə salması özü də bir günahdır. Belə olduğu təqdirdə,həmin adam öz gü­na­hı­na görə tövbə etməsindən əlavə,onu təxirə saldığına görə də tövbə etməlidir.Çoxları isə bu həqiqətdən qafildirlər.”*
(Mədaricus-Salikin, 1/272).
Tövbəni təxirə salmağın özü böyük təh­lükədir.Belə ki,ölüm insana hər an yetişə bilər.Ölüm yetişdiyi an ediləcək töv­bənin isə heç bir faydası yoxdur. Bu xüsusda, Peyğəmbərﷺ  demişdir:
*“Bəndənin canı bo­ğa­­zına yeti­şə­nə­dək Allah onun tövbəsini qəbul edər”*
(Sunən ət-Tirmizi, 3880; Musnəd İmam Əh­məd, 2/132; Səhih əl-Cami, 1903).
Yəni ölüm bihuşluğu gəldiyi zaman tövbə edən kim­sə­nin tövbəsi qəbul olunmur. Həmçinin, Qiyamət günü–günəş batdığı yerdən doğ­duğu zaman peş­man­çılıq fayda verməyəcək. Bu xüsusda, Uca Allah buyurur: 
*“Yoxsa onlar an­caq ya mə­lək­­lə­rin,yaxud Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəb­binin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qa­zan­mamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Göz­lə­yin, şüb­hə­siz ki, Biz də göz­ləyirik”*
 (əl-Ənam, 158).
Bu əlamət barədə Peyğəmbərﷺdemiş­dir:
*“Günəş batdığı yerdən doğmayın­ca Qiya­mət qopma­yacaq. Günəş məğribdən  doğ­duğu zaman insanlar onu görəcək, yəni hamısı bu hə­qiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq. Həmin vaxt:*
*“....əv­vəl­cə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazan­mamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cəkdir”*
 Buxari, 7121

Odur ki, vaxtında tövbə etmək gərək­dir.Habelə, tövbənin qəbul olunması üçün olan fürsəti də əldən verməməlidir.
Bu xüsusda, Peyğəmbərﷺdemişdir: *“Cəbrail yanıma gəlib: “Ra­mazana yeti­şib, gü­nahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt ol­sun!”– deyə dua etdi, mən də: “Amin!”– dedim”*
(əl-Ədəbul-Mufrad, 644); 
 di­gər rəvayətdə:
*“Rama­za­na yeti­şib, gü­nah­la­rı bağışlanmamış halda ondan ayrı­lan bəndə zə­lil ol­sun!”– demişdir*
(əl-Ədəbul-Mufrad, 644).


https://chat.whatsapp.com/Au1PbZCW8zLJ6N4PS6I34I

https://chat.whatsapp.com/LVWt2LwxegD0ZVc9J2SrAR
Ab­dullah ibn Busr  (radıyallahu anhu) demişdir:
*“Yeməyin qıt olduğu bir gündə Peyğəmbərəﷺ  bir qoç gətir­dilər. Peyğəmbərﷺ  əhli-əyalına: “Bu qoçu bişirin. Bu undan da çörək hazırlayın”– deyə bu­yurdu. Peyğəmbərinﷺ  Ğarra deyilən və dörd kişinin qaldıra biləcəyi böyük bir sinisi var idi. Nəha­yət, səhər açıldıqda bu si­ni­ni gətirib ye­məyi onun içinə qoydular. Camaat bu yeməyin ba­şına yığışdığı zaman Peyğəmbərﷺ  dizi üstə (yeməyə) oturdu. Onda bədəvilərdən biri on­dan: “Bu nə oturuşdur?”– deyə soruşdu.Peyğəmbərﷺ  buyurdu: “Allah məni inadkar və dik­baş yox, ehtirama layiq bir qul etmişdir.” Sonra davam edib dedi: “Yeməyin qıra­ğın­dan yeyin! Ortasını (axı­ra) saxlayın ki, bu yemək sizin üçün bərəkətli olsun. Götü­rün, yeyin! Muhəmmə­din canı Əlində olan Allaha and olsun ki, siz Fars və Rum diyar­larını fəth edəcəksiniz. İş o yerə gəlib çatacaq ki, yemək çoxalacaq, lakin üzərində Allahın adı çəkilməyəcəkdir (yəni, bə­ziləri o dərəcədə harınlayacaqlar ki, yemək yedikdə “bismilləh” deməyəcək­lər)”*
(Bax:Silsilətul-Əha­disis- Səhihə, 393-cü hədis).

 ■●■●■●■●■

Səubən (Allah ondan razı olsun) rəvayət edir ki Peyğəmbərﷺ buyurmuşdur:
*- Qövmlərin sizin üzərinizə, yırtıcı heyvanların öz qurbanlarının üstünə tökülüşdükləri kimi, sizin üzərinizə tökülüşəcəyi zaman artıq yaxınlaşır.*
*Ondan soruşdular:*
*- Bu bizim az olduqumuza görə olacaq?*
*Peyğəmbərﷺ dedi:*
*- Xeyr! Əksinə siz çox olacaqsınız, lakin siz selin gətirdiyi çör-çöp kimi olacaqsınız (sizin çoxluqunuz bir fayda verməyəcək). Allahda sizin düşmənlərinizin­ qəlblərindən qorxunu qaldıracaq və sizin qəlblərinizə vəhn salacaqdır.*
*Ondan: «Vəhn nədir, yə Rasulullahﷺ?» deyə soruşdular. O:*
*- Dünyaya sevgi və ölümdən qorxmaqdır. - deyə cavab verdi.*
[ Əbu Dəvud, 4297. Hədis səhihdir.“Sahih­ əl-cəmi”, 8183

■●■●■●■●■

Ənəs ibn Məlik (Allah ondan razı olsun)
*Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir:* 
*“İnsanlara yaxşılıq etmək bunu edəni xoşagəlməz hallardan, həlaka uğramaqdan, müsibətlərə düçar olmaqdan qoruyar. Bu dünyada xeyirxah olanlar axirətdə də xeyirxah olacaqlar.”*
 (əl-Müstədrək)[10]
Səhihdir. Albani: Səhih əl-Cami, 3795

●■●■●■●■●

Allah Rəsulu ﷺ demişdir:
*"Həqiqətən sizdən sonra uzun səbr günləri gələcəkdir və bu şəraitdə olaraq, sizin yolunuzu tutan şəxslər, sizlərdən əlli nəfərin mükafatı ilə mükafatlandırılacaqdır". Səhabələr: "Bəlkə onlardan əlli nəfərin (mükafatı ilə) ?" – deyə soruşdular. Peyğəmbər ﷺ dedi: " Xeyr, məhz sizlərdən! "*
📃(İbn Nəsr "əs-Sunnə", 33; ət-Tabərani "əl-Kəbir" 289).
Albani, Sissilətu əs-səhihə, 494: sənədi səhihdir,

●■●■●■●■●

Peyğəmbər  demişdir:
*“Həqiqətən, Allahın Kitabında cəmi otuz ayəlik (əl-Mulk) surəsi bir kişini Cəhənnəmdən çıxarıb Cənnətə girməsinə şəfaət etdi”*
. (əl-Hakim, 3838).
Albani: səhihdir

■●■●■●■●■

Allah Elçisiﷺ demişdir: *"Uca Allah buyurur: "Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbir edərsə, yata­ğından anadan doğulduğu gündə olduğu kimi günahlardan təmizlə­nərək ayağa qalxar". Rəbb qoruyucu mə­lək­lərinə buyurur: "Həqiqə­tən, Mən bu qulumu əməl etmək­dən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən etdiyi əməllərə bərabər yazdığınız savab qədər onun üçün mükafat yazın!"*
Musnəd Əhməd, 17118, Albani: həsəndir.


https://chat.whatsapp.com/KR6UBCROcYE6pmqTNdEmvJ

https://chat.whatsapp.com/CqiaSt73al77czHK62Ftz0
https://chat.whatsapp.com/KR6UBCROcYE6pmqTNdEmvJ

https://chat.whatsapp.com/CqiaSt73al77czHK62Ftz0



(154) Zəhdəm əl-Cərmi demişdir:
*“Biz Əbu Musa əl-Əşarinin[4] yanın­da ikən ona toyuq əti gətirdilər. Bu vaxt məclisdəkilərdən biri kə­nara çəkildi. Əbu Musa (ondan):“Nə oldu sənə?”– deyə soruşdu. Adam: “Mən bu toyuğun murdar şey[5]  yediyini gördüm və buna görə də onu yeməyəcəyimə and içdim.[6]” Onda Əbu Musa (ona) dedi: “Yaxın gəl, (ye). Mən Rəsulullahınﷺ  to­yuq əti ye­diyini görmüşəm.”*
Bu hədisi Buxari (4124), Muslim (1649), Tirmizi (1827), Nəsai (4347) və Əhməd  (4/394) rəvayət et­mişdir.


[4] Əbu Musa Abdullah ibn Qeys ibn Suleym əl-Əşari ət-Tə­mi­mi (radıyallahu anhu) Peyğəmbərinﷺ  səhabə­sidir. İslam dinini Məkkədə qəbul et­mişdir, sonra Həbəşistana hicrət etmiş və nə­ha­yət, Xeybə­rin fət­hindən üç gün sonra Peyğəmbərinﷺ  yanına gəlmişdir. Peyğəmbərﷺ  onu Muaz ibn Cə­bəl ilə birgə Yəmənə dəvətə göndərmişdir. Ömərin (radıyallahu anhu)  dövründə Bəs­rə­nin, Osmanın  (radıyallahu anhu) döv­rün­də isə Kufənin valisi olmuşdur. Əbu Musa hicrətin 42-ci ilində vəfat etmişdir. (Siyər Əlam ən-Nu­bə­lə, 82-ci tərcü­meyi-hal). Əbu Musanın  (radıyallahu anhu) fəzilətinə dair neçə-neçə hədislər varid ol­muş­dur. Aşağıdakı hədis­lər də bu qəbildəndir:
Ənəs ibn Malik  (radıyallahu anhu)  rəvayət edir ki,
*(bir dəfə) Peyğəmbərﷺ (bizə): “Tezliklə sizin yanınıza elə adamlar gələcək ki, onlar İslam üçün (can yandıran) sizdən daha incə qəlbli insanlardır.” Nəha­yət, əşarilər bizim yanımıza gəldilər. Əbu Musa əl-Əşari də on­la­rın arasında idi. Onlar Mədinəyə yaxınlaşdıqları zaman bu sözləri deməyə başladılar: “Sabah biz çox sevdiyimiz insanlara: Muhəmmədəﷺ  və onun səhabələri­nə qovuşacağıq....”*
(Musnəd İmam Əhməd, 3/223; Şueyb əl-Arnavut bu hədisin “hə­sən” olduğunu de­mişdir).
Digər bir hədisdə *Peyğəmbərﷺ  ona belə demişdir: “Ey Əbu Mu­sa, sənə Davudun mə­lahətli səsi kimi məlahətli bir səs bəxş edilmiş­dir!”*
(Səhih əl-Buxari, 5048).
Başqa bir hədisdə rəvayət edilir ki, Əbu Musa  (radıyallahu anhu) demişdir: *“Peyğəmbərﷺ  Huneyn döyü­şünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun gön­dər­­di. Əbu Amir orada Dureyd ibn Simmə ilə qarşı-qarşıya gəldi. Bu döyüş­də Dureyd öl­dürüldü və Allah onun tərəfdarlarını məğlub etdi.” Peyğəmbərﷺ  məni də Əbu Amirlə birgə göndərmişdi.  Döyüşdə Cu­şəmi deyi­lən birisi ox­la Əbu Amiri dizindən yaraladı və ox onun dizində ilişib qaldı. Mən onun yanına gəlib dedim: “Əmi, kim vurdu səni?” O mənə hə­min ada­mı göstərib dedi: “Bu­dur məni vuran qatil.” Mən onun üstünə şı­ğıyıb ona çat­dım. O, mə­­ni görəndə dönüb qaçmağa baş­ladı. Mən də onun dalınca qaç­dım və ona de­­dim:* *“Utan­mır­san?! Cürətin çatmır dayana­san?” Bunu eşidəndə o da­yan­dı, biz qı­lıncla biri- birimizə zərbə endirdik və mən onu öl­dür­düm. Son­ra gəlib Əbu Ami­rə dedim: “Allah sənin düşmənini öldür­dü.” O de­di: “Bu oxu dart çıx­sın.” Mən oxu dartıb çıxartdıqda, yaradan çirkli qan axdı. O de­di: “Qardaş oğlu, mənim sala­mı­mı Peyğəmbərəﷺ  çatdı­rarsan və deyərsən ki, mənim üçün ba­ğışlanma di­lə­sin.” Sonra Əbu Amir məni camaata başçı tə­yin etdi və az müd­dət keçdikdən sonra vəfat etdi. Mən geri qayıt­dıq­da, gə­lib Peyğəmbərinﷺ  evinə daxil oldum.Peyğəmbərﷺ  üstü xur­ma liflə­rindən to­xun­muş və üstünə nazik örtük sərilmiş bir çarpayıda uzan­mışdı. İp­lər onun kürəyində və böy­rün­də iz bu­raxmışdı. Mən həm bi­zim, həm də Əbu Amirin başına gə­lənləri ona danışdım. (De­dim: “Ya Rəsulul­lah, Əbu Amir) de­di: “Peyğəmbərəﷺ  de­yərsən, mə­nim üçün bağışlanma di­lə­sin.” On­da Peyğəmbərﷺ  su gətizdirib dəstəmaz aldı, sonra əllərini göyə qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!”Peyğəmbərﷺ  əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun ağlığı­nı gördüm. O, davam edib dedi: “Alla­hım, Qiyamət günü onu yaratdığın insanların bir çoxun­dan üstün et!” Mən dedim: “Ya Rəsulul­lah, mənim üçün də bağışlanma dilə.” Peyğəmbərﷺ  dua edib de­di: “Allahım, Abdullah ibn Qeysin günahlarını bağışla və Qi­ya­mət günü onu ol­duq­ca şə­rəfli bir mə­qama çatdır!”*
(Səhih əl-Buxari, 4323).
[5] Burada “murdar” deyildikdə nəcasət yox, sadəcə xoşa­gəl­məz bir şey nəzərdə tu­tu­lur. Çünki İslam şəriətinə görə, nəcasət yemiş heyvanın yeyilməsinin caiz ol­ma­sı üçün həmin hey­van bir müddət ayrı bir yerdə saxlanılmalı və təmiz yemlə yem­lə­nil­mə­li­dir ki, əti nəcasət­dən təmiz­lənsin. İbn Abbas (radıyallahu anhumə) rəvayət edir ki, *Peyğəmbərﷺ  nə­cis yemiş hey­vanın ətini yeməyi və südünü iç­mə­yi qadağan etmişdir”*
(Sunən ət-Tirmizi, 1939; Səhih əl-Cami, 6855). Əbu Musa (radıyallahu anhu) da bu toyuq ətinin təmiz olduğunu bildi­yin­dən, ona bu ət­dən yeməyi məsləhət görmüşdür.

[6] Əslində bu adamın yeməkdə eyib tutması sünnəyə ziddir. Belə ki,Peyğəmbərinﷺ  ye­mək xoşuna gəlmədikdə, o sadəcə “iş­taham yoxdur” və ya “nəfsim çəkmir” və s. deyər və heç vaxt ye­­məyi pisləməzdi. Çünki yeməyi pisləyib, başqalarında da bu ye­məyə ikrah hissi oyat­maq İslam ədəbinə ziddir. Rəvayət edilir ki, Əbu Hu­reyrə (radıyallahu anhu) demişdir: *“Peyğəmbərﷺ  heç vaxt heç bir ye­məyi pisləməzdi. Yemək xo­şu­na gəldikdə, onu yeyər,əks halda isə onu tərk edərdi”*
(Səhih əl-Buxari, 3563).
Çox güman ki, bu adamın and içməsi vərdişdən dolayı dilucu ol­muşdur. Çünki Əbu Musa əl-Əşari (radıyallahu anhu) onun and içməsinə irad tutmamışdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, qəsdən and içdikdə, bunun kəffarə­sini ödəmək vacibdir. Abdur-Rəh­man ibn Səmura (radıyallahu anhu) rəvayət etmişdir ki, 
*bir dəfə Peyğəmbərﷺ  ona belə buyurmuşdur: “Ey Ab­dur-Rəh­man ibn Səmura! Əgər and iç­dikdən sonra, başqa bir işin ondan daha xeyirli oldu­ğu­nu görsən, daha xe­yir­li olanı yerinə yetir və andını pozduğuna görə kəffarə ver”*
(Sə­hih əl-Bu­xa­ri, 6622).
https://chat.whatsapp.com/LVWt2LwxegD0ZVc9J2SrAR
Teleqram
https://t.me/bukaru


(4) Əta ibn Yəsar rəvayət edir ki, bir nəfər İbn Abbasın[1] (radıyallahu anhu) yanına gə­lib de­di:
*“Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən im­ti­na et­di. Lakin başqa birisi ona elçi göndərdi və o, həmin adama ərə get­mə­yə razılıq ver­di. Mən də qısqanclıq[2] üzündən o qadını öldürdüm. Hər­gah tövbə etsəm, qə­bul olarmı?”[3]İbn Abbas soruşdu: “Anan sağ­dır­mı?”[4] O: “Xeyr!”– deyə cavab verdi. İbn Abbas dedi: “Allaha (Azzə və Cəllə) tövbə et və ba­cardığın qədər Ona yaxınlaş![5]”*

(Əta ibn Yəsar demişdir): *“Mən gedib[6] İbn Abbasdan soruşdum: “Nə üçün sən ondan anasının sağ olub-olmadığını soruşdun?” İbn Abbas dedi: “Çün­ki mən Allah(Azzə və Cəllə)*
*yanında ana qayğısını çəkməkdən daha yaxın bir əməl bilmirəm.”*
 Şeyx Albani bu hədisin “səhih” olduğunu demişdir.
(Bax: Səhih əl-Ədəbul-Mufrad, 4; Silsilətul-Əhadisis-Səhihə, 2799)

[1] Əbul-Abbas Abdullah ibn Abbas ibn Abdul-Muttəlib əl-Ha­şimi (radıyallahu anhu)hicrətdən az əv­­vəl dünyaya gəlmiş və nəhayət, Mək­kə­nin fəthindən sonra ata-anası ilə birgə Mədi­nəyə hicrət etmişdir. Təqribən otuz ay Peyğəmbərinﷺ  səhabəsi olmuşdur. Hicrətin 68-ci ilində yetmiş bir yaşında vəfat etmişdir. O, müfəssirlərin imamı və ən çox hədis rəvayət etmiş yeddi səhabədən biridir. Peyğəmbərdənﷺ 1660 hədis rə­va­yət etmişdir.
(Siyər Əlam ən-Nu­bə­lə, 51-ci tərcü­meyi-hal). *Peyğəmbərﷺ onu bağ­rına basıb: “Allahım, ona hikmət öyrət!”, di­gər rəvayətdə “Allahım, ona Quranı öyrət!”– demişdir*
(Səhih əl-Buxari, 3756).
Bir başqa rə­vayətdə İbn Abbas (radıyallahu anhu) demişdir:
*“Peyğəmbərﷺ  ayaqyoluna girdi və mən onun üçün su qoy­dum. Ayaqyolundan çıxdıqdan sonra Peyğəmbərﷺ: “Bunu kim qoydu?”– deyə soruşdu. Ona bu haqda xəbər verildikdə o, dedi: “Allahım, dini başa düşməyi ona mü­yəs­sər et!”*
(Səhih əl-Buxari, 143).

[2] Belə qısqanclıq şəriətə zidd olan əməllərdən hesab edilir. Haqsız yerə kimsənin canına qıymaq isə haram buyurulmuşdur.

[3] Bu, dəlildir ki, günahın böyüklüyündən asılı olmayaraq, hər bir insan Allahın mər­həmətindən ümidini üzməməlidir. Bu xüsusda, Uca Allah belə buyurur: 
*“Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın mərhəmətin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün gü­nahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!”*
 (əz-Zumər, 53).
Həmçinin, bu rəvayətdən açıq-aydın görünür ki, Uca Allah bu adamı İbn Abbas kimi alimdən tövbə barədə soruşmağa müvəffəq etmişdir. Belə günaha görə tövbə etmək hər adama nəsib olmur. Yer üzündə neçə-neçə insanlar var ki, haqsız yerə başqa­larının canına qəsd edir, sonra səmimi-qəlbdən tövbə etmək ona nəsib olmur. Halbuki, əgər tövbə etsələr, Allahın Başığlayan və Rəhmli olduğunu görərlər. Bu xüsusda rəvayət edilmiş hədisdə Peyğəmbərﷺ  demişdir:
*“İsrail oğullarından birisi doxsan doqquz adam öldürmüşdü. Bundan sonra o, bir rahibin yanına gəlib gü­nahını etiraf etdi və ondan: “Töv­bə etsəm, qəbul olarmı?”- deyə so­ruş­du. Rahib: “Xeyr!”- dedikdə bu adam onu da öl­dür­dü. Sonra o, sualına ca­vab tapmaq üçün soruşmağına davam etdi. Axırda elmli bir adam ona: “(Tövbə et, sonra) filan kəndə get!”– dedi. Yolda ölüm onu haqladı və o, ölərkən sinəsini hə­min kəndə doğru çevirdi. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona gö­rə öz aralarında çəkiş­məyə başladılar. Allah yerin bu tərəfinə: “Yaxınlaş!”, o tərə­finə isə: “Uzaqlaş”– deyə vəhy etdi. Sonra da mələk­lərə: “Bunların arasın­dakı məsafəni ölçün!”– deyə buyurdu. Məsafə ölçüldükdən sonra bu ada­mın o kəndə bir qarış daha yaxın olduğu bəlli oldu və Allah onu ba­ğış­la­dı”*
(Səhih əl-Buxari, 3470). Odur ki, bilmədiklərinizi bi­lənlərdən soruşun.

[4] İbn Abbasın
 (radıyallahu anhu) bu sözü o deməkdir ki, ananın qayğısına qalmaq kimi xeyirxah əməllər böyük günahların silinməsi üçün kəffarə hesab olunur. İbn Abbasın bu cür hökm verməsi tam sünnəyə uyğundur.
İbn Ömər (radıyallahu anhu) rəvayət edir ki,
*bir nəfər Peyğəmbərinﷺ  yanına gəlib dedi:*
*“Mən böyük bir günaha batmışam. Əgər tövbə etsəm, qə­bul olarmı?” Peyğəmbərﷺ  ondan:“Anan varmı?”– deyə soruşdu. Adam: “Xeyr!”– deyə cavab verdi. Peyğəmbərﷺ  ondan: “Xalan varmı?”– deyə soruşdu. O: “Bəli”– deyə cavab verdikdə, Peyğəmbərﷺ  ona: “Onun qeydinə qal”– deyə buyurdu.*
(Sunən ət-Tirmizi, 2027; Səhih Tərğib vət-Tərhib, 2504). Demək, xala, ananı əvəz edir. Hədislərin birində Peyğəmbərﷺ demişdir:
*“Xala, ana yerin­dədir!”*
(Səhih əl-Buxari, 2699).

[5] Tövbə etdikdən sonra yaxşı işlər görmək günahların silinməsi üçün kəffarə sayılır. Bu xüsusda, Uca Allah buyurur: 
*“Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır”*
(Hud, 114); başqa bir ayədə Allah buyurur: 
*“Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər.”*
 (əl-Furqan, 70).
Həmçinin, Peyğəmbərﷺ  belə buyurmuşdur: *“Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq həmin pisliyi silib aparsın”*
(Sunən ət-Tirmizi, 1987).

[6] Əta ibn Yəsarın bu hərəkəti, onun necə əxlaq sahibi olduğundan xəbər verir. Diqqət edin, adam İbn Abbasın (radıyallahu anhu) sözünü yarımçıq kəsib həmin vaxt ona sual vermir, əksinə, bir müddət keçdikdən sonra ona yaxınlaşıb məsələyə aydınlıq gətirməsini xahiş edir
Əsma bint Yəzid (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu ﷺbelə dediyini eşitmişdir:
*“Sizə ən xeyirli olanlarınızı bildirimmi?* *Dedilər:*
*“Bəli, ey Allahın Rəsulu.”*
*O belə buyurdu:*
*“Sizin ən xeyirliləriniz o kimsələrdir ki, görüldükləri zaman İzzət və Cəlal sahibi Allah xatırlanır.”*
📚Əhməd 27601. İbn Macə 4119. Albani səhih liğeyrihi demişdir.

●■●■■●■●

Əbu Hureyra Allah ondan razı olsun rəvayət edir ki, Allah Elçisi ﷺdemişdir:
*"Namaz əmr olunanların ən xeyirlisidir. Kim çox qılmağı bacarırsa, çox qılsın!"*
ət-Tabərani "Mucəmul-Əvsat" 243.əl-Albani "Sahihul-Cəmius-Sağir"də (No 3870) həsən olduğunu bildirmişdir.

■■●■■●■●■

Ənəs (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər  ﷺ buyurdu:
*“Rahim və Kərim sahibi olan Allah əllərini Ona tərəf qaldırmış qulunun əllərinə xeyir qoymadan geri qaytarmaz” .*
📚əl-Albani “Səhih Tərğib” 1636.

■●■●■●■■●

Peyğəmbər ﷺ buyurdu:
*«Gecə qaranlığı kimi öldürücü fitnələrdən çəkinin.*
*(Xeyirli əməllər etməyə çalışın!) Çünki səhəri mömin olan axşama kafir  olacaqdır, axşamı* *mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını (dinlərini) dünya malına satacaqlar»*
İmam Nəvəvi “Şərh Müslim” 2/133.

■●■●■●●■

 Aişə (Allah ondan razı olsun)rəvayət edir ki, Peyğəmbərﷺbuyurdu:
*“(İnsanlar arasında)*
*Allahın ən nifrət etdiyi adam, ən qatı mübahisə edəndir.”*
(Buxari 2457,
Muslim 6951, 2668/5)

■●■■●■●■■

İbn Ömər(radiyallahu anhumə )   rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu:
*“Sizdən birinizin yeməyi (süfrəyə) qoyulduğu və namaz üçün iqamə verildiyi zaman yeməyə başlasın. Yeməkdən doyana qədər tələsməsin”.*
(Buxari 673,
Muslim 559/66,
1272)

■■■■■■■■■

Əbu Musa(radıyallahu anhu )  rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: *“(Camaatla birlikdə) namaz qıldıqlarına görə ən böyük mükafatı o kəslər qazanırlar ki, onlar (məscidə gələndə) ən uzaq məsafəni qət edirlər. İmamla birgə namaz qılmaq üçün namazı gözləyənin mükafatı isə namazı qılan kimi yıxılıb-yatan kimsənin mükafatından daha böyükdür.”*
(Buxari 651,
Muslim 662/277, 1545)

■■■■■■■■

Əbu Hureyra(radıyallahu anhu ) rəvayət edir ki, Peyğəmbərﷺ buyurdu: *“Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?” Əshabələr: “Onun (bədənindəki) çirkabdan heç nə qalmazdı” deyə cavab ver- dikdə Peyğəmbərﷺ buyurdu: “Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!”*
(Buxari 528, Muslim 667/283,
1554)


https://chat.whatsapp.com/BkEmQQRwHqlAuya6C9fBfB

https://chat.whatsapp.com/KR6UBCROcYE6pmqTNdEmvJ
İrbəd ibn Səriyə Peyğəmbərdənﷺ belə rəvayət edir:
*"Sizi heç bir şübhə qəbul etməyən saf bir din üzərində tərk etdim, gecəsi də gündüz kimidir. Ondan yalnız həlak olmuş birisi azar".*
İbn Əbi Asim "Kitəbus- Sünnədə", Əhməd, ibn Məcə və Həkim gətirmişlər.
"Səhih tərğib və tərhib" 1/132 hədis 59.

■●■●■■●■

Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) deyir ki,
*Peyğəmbərﷺ əshabələrini bir iş dalınca göndərdikdə onlara belə deyərdi:*
*“İnsanları müjdələyin, qaçırtmayın. Asanlaşdırın, çətinləşdirməyin.”*
(Səhihdir. Silsilətus Səhihə: 992).

●■●■●■●■

Peyğəmbərﷺ deyir:
*"Qul hər dəfə fərz namazlarını qılmağa qalxdıqda bütün günahları onun çiyinləri üstünə gətirilər, hər dəfə o, səcdə və rüku etdikdə günahları tökülər".*
Şeyx Əlbəninin "Səhih hədislər silsiləsi" 1398.

■●■●■●■■●

Muaz bin Cəbəl (Allah ondan razı olsun)Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“İstədiyinizə nail olmaq  üçün onu başqalarından gizli saxlayın. Həqiqətən hər bir nemət sahibi həsəd olunur.”*
(Səhihdir. Silsilətus Sahihə: 1453).

■●■●■●■■●

İmran ibn Huseyn Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*"Ehtiyacsız insanın (başqalarından nəsə) istəməsi qiyamət günü onun üzündə bir ayıb olar".*
İmam Əhməd və Tabarani rəvayət edib, şeyx Əlbəni "sahih liğeyrihi" deyib.
Səhih tərğib və tərhib 798.

■■●●■●■●■

İbn Ömər Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*"Kim hətta Allahla görüşənə qədər insanlardan (nələrsə) istəməyə davam edərsə, qiyamət günü üzündə bir tikə ət belə olmayacaqdır".*
İmam Buxari, Muslim və Nəsəi rəvayət etmiş və şeyx Əlbəni "sahih" demişdir.
Səhih tərğib və tərhib 791.

■●●■■■●■

İyad bin Himar (Allah ondan razı olsun) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“Həqiqətən Allah mənə vəhy edib ki, təvazökar olun, heç kəs heç kimsəyə qarşı təkəbbürlük etməsin (özünü dartmasın, başqasına yuxarıdan aşağı baxmasın).”*
(Səhihdir. Silsilətus Sahihə: 570).

■●■●■●■●■

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullahﷺ buyurdu:
*«Şübhəsiz ki, adil olanlar (Qiyamət günü) Rahmənin sağında nurdan minbərlər üzərində olacaqlar. Rahmənin hər iki əli də sağdır. Onlar hökümlərində, ailə haqlarında və əlləri altında olanlarla adil davrananlardır»*
əl-Albani «Səhihul Cəmius Səğir» 1953

●■■●■●■●■

Ənəs (Allah ondan razı olsun) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*"Müsəlman əkdiyi hər bir ağacdan, səpdiyi hər bir toxumdan, quş və ya insan yaxud da heyvan ondan yeyərsə, o onunçün sədəqə sayılar."*
Buxari, Muslim və Əhməd rəvayət etmiş və Albani öz "Silsilə sahihə" kitabında
7№li hədisdə gətirmişdir.



https://chat.whatsapp.com/FSe3bLESet417cvGJDnvoh

https://chat.whatsapp.com/I3JjB98lfPO5HVApN09WZS
Əbu Zərr (radıyəllahu ənhu) demişdir :
"(Bir dəfə) mən (Peyğəmbərəﷺ)dedim :
*"Ya Rasulullah! Adam bir toplumu sevir, lakin onların əməllərinin dərəcəsinə çata bilmir? "(1). O,ﷺ  dedi :*
*"Ey Əbu Zərr, sən sevdiyin kimsənin yanında olacaqsan."(2) Dedim :*
*"Mən Allahı və Onun Rəsulunu sevirəm." Yenə Peyğəmbərﷺ buyurdu :*
*"Ey Əbu Zərr, sən sevdiyin kimsənin yanında olacaqsan."*
Əbu Davud (5126) , Əhməd (5/156) əl-Albani "Səhih əl-Ədəbul-Mufrad" əsərində bu əsərin "səhih" olduğunu demişdir.

1. Burada Əbu Zərr möminlərin imanda və əməldə dərəcə baxımından birinin digərindən üstün olduğunu bildirir. Bu da dəlildir ki, iman artır və azalır.

2. Bu xüsusda varid olmuş digər hədisdə Aişədən (radıyəllahu ənhə) rəvayət etmişdir ki,
*(bir gün) səhabələrdən biri Peyğəmbərinﷺ yanına gəlib dedi :*
*"Ya Rasulullah! Həqiqətən, sən mənim üçün həm özümdən, həm ailəmdən, həm övladlarımdan sevimlisən. Mən evimdə olarkən səni xatırlayıram və səni görməyənə qədər qəlbim rahatlıq tapmır. Hər ikimizin öləcəyini xatırlayanda isə düşünürəm ki, sən Cənnətə girəcək və Peyğəmbərlərə xas olan ən yüksək mərtəbədə olacaqsan. Mən isə ora düşə bilsəm qorxuram bir daha səni görməyim.". Peyğəmbərﷺ ona cavab vermədi. Nəhayət, Cəbrayıl (əleyhissələm) bu ayəni nazil etdi :*
*"Allaha və Onun Rəsuluna İTAƏT EDƏNLƏR, Allahın özlərinə nemət bəxş etdiyi PEYĞƏMBƏRLƏRLƏ, SİDQ ÜRƏKDƏN İNANANLARLA, ŞƏHİDLƏRLƏ VƏ ƏMƏLİSALEHLƏRLƏ birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır."*
(Ən Nisa surəsi, 69).
"Mocəmus-Səğir, 1/12; Silsilətul-Əhadisis- Səhihə, 2933.)

Ənəs (radıyəllahu ənhu) rəvayət edir ki,
*bir kişi Peyğəmbərdənﷺ soruşdu :*
*"Ey Allahın peyğəmbəri! Qiyamət nə zaman qopacaq?" Peyğəmbərﷺ soruşdu:*
*"Sən o gün üçün nə hazırlamısan?" (1) Adam dedi :*
*"Elə böyük bir şey hazırlamamışam. (2) Mən, sadəcə, Allahı və Onun Rəsulunu sevirəm! " Peyğəmbərﷺ buyurdu:*
*"Adam sevdiyi kimsənin yanında olacaq."*
*Ənəs dedi :*
*"Mən müsəlmanların İslam dinini qəbul etdikdən sonra, həmin gün sevindikləri qədər daha çox sevindiklərini görmədim. "* (3)
Buxari (3688), Muslim (6883), Tirmizi (2560), Əhməd ( 3/255).

1. Alimlər belə cavaba : "Müdrik adamın cavabı"-deyirlər. Yəni verilən suala daha geniş cavab vermək və sual verən adama daha çox fayda vermək üçün sualı başqa cür qoymaq, sonra da buna cavab vermək. Burada Peyğəmbərﷺ həmin adama Qiyamətin qopacağı vaxta yox, Qiyamət gününə hazırladığı əməllərə diqqət yetirməyi buyurur.

2. İmam Buxari və Muslimin "Səhih"lərində : "Mən elə də çox namaz, oruc və sədəqə tədarük görməmişəm."-deyilir.

3. İmam Buxarinin nəql etdiyi bu hədisin sonunda Ənəs ibn Məlik (radıyəllahu ənhu) demişdir:"
*Mən Peyğəmbəriﷺ Əbu Bəkri, Öməri sevirəm və ümid edirəm ki, onlar qədər yaxşılıq etmiş olmasam da, bu sevgimə görə onlarla bir yerdə olacağam."*

●●●●●●●●

Abu İnəbə əl-Xovlani (radiyallahu anhu) Allah Rəsulununﷺ belə dediyini eşitdim:
*"Allah daima bu dinin {içərisindən} özünə itaət edən* {dinini yaşadan dəvətçilər, Alimlər} *çıxarar."*
İbn Macə 8. Albani, həsən deyib.

■■ ● ■ ● ■ ●

Abdullah İbn Busr el-Muzəni (radiyallahu anhu) demisdir:
*"Iki bədəvi Allah Elcisinin ﷺ yanina gəldi və onlardan biri sorusdu: Ey Allahin Elcisi, hansi insan ən xeyirlidir? O buyurdu: " *Ömru uzun və əməli gozəl olana Tuba olsun!*
*Digəri dedi: "Hansi əməl en xeyirlidir?" Peygəmberﷺ*
" *Dilin Allahin zikrindən qurumadigi halda dunyadan ayril!*  "
Menbe:Ebu Nueym "Hilyetul-Euliye" 355, el-Albani "Sahih Cemi"  3282

~ ~ ~ ~ ~ ~ ~ ~

Abu Hureyra (radiyallahu anhu) Peyğəmbərﷺ belə buyurdu:
*"Üç dua vardır ki, onların qəbul olmasına heç bir şəkk-şübhə yoxdur. Valideynin {Atanın övladına} duası, müsafirin duası və məzlumun duası."*
Abu Davud 1536.
Albani,silsilə sahiha 596.

■● ■ ● ■ ● ■

Abu Hureyra (radiyallahu anhu) Allah Rəsuluﷺ belə buyurdu:
*"Allaha itaət etməkdə savabı ən tez çatan qohumluq əlaqəsini saxlamaqdır. Cəzası ən tez çatan isə qohumluq əlaqəsini kəsmək, zülm etmək və yalandan and içməkdir."*
Beyhəqi 10/35. Albani, sahihul cami 5391.


https://chat.whatsapp.com/FSe3bLESet417cvGJDnvoh

https://chat.whatsapp.com/I3JjB98lfPO5HVApN09WZS
Əbu Hureyrə  (Radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ belə buyurdu:
*“Kim oturduğu yerdə Allahı zikr etməzsə, Allah onu peşmançılığa məruz qoyar. Kim uzandığı yataqda Allahı zikr etməzsə, Allah onu peşmançılığa məruz qoyar.”*
📚Əbu Davud 4856. Nəsai, sünənul kubra 10237. Albani, sahihul cami 6477. ((səhih)).

■●■●■●■

Ənəs رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu:
*“Cinlərin gözlərinin (baxışı) ilə Adəm övladının övrətini arasını pərdə ilə örtün (gizlədin). Sizdən biri libasını soyunduqda desin:*
*«Bismilləh (Allahın adı ilə)»*
_əl-Albani “Səhih Cəmi” 3610._

●●●●●●●●

Cabir (Allah ondan razı olsun) belə rəvayət edir: " Peyğəmbərﷺ belə buyurmuşdur:
*" Hər bir xəstəliyin bir dərmanı var. Əgər dərman xəstəliyə toxunarsa , Allahın izni ilə şəfa tapar."*
(Müslim /2204).

●●●●●●●

Peyğəmbərﷺ buyurdu:
*“Kim səhər-səhər Mədinənin ən yaxşı xurma növündən yeddi ədəd (Başqa rəvayətdə: Mədinənin iki dağı arasındakı acva xuma növündən) yesə,həmin gün ona nə zəhər, nə də cadu zərər verə bilməz”.*
{Buxari 10/247, Muslim 3/1618.}

●●●●●●●●

Əbu Hureyra (radıyəllahu ənhu) rəvayət edir ki,
Peyğəmbərﷺ demişdir:
*"Külək Allahın mərhəmətindəndir. O, həm rəhmətlə, həm də əzabla gəlir. Elə isə, onu söyməyin. Sadəcə onun xeyrini Allahdan diləyin və onun şərindən Allaha sığının."*
📚(Şeyx Albani "Sahih əl-Ədəb əl-Mufrad" əsərində bu hədisin "səhih" olduğunu demişdir)

●●●●●●●

_Ubeyy (radıyallahu anhu) – rəvayət edir ki,
*Peyğəmbərﷺ buyurdu:*_ *_“Adəm (əleyhissəlam)- öldüyü zaman mələklər onun cəsədini tək sayda su ilə yudular və onu dəfn etdilər._*
_*Bu da Adəmin - (əleyhissəlam) övladlarına olan sünnətidir”*_
Təbərani “Mucəmul Vasit”, əl-Albani “Səhihul Cəmi” 5207.

■●■●■●■●

📖 Allah Rəsuluﷺ bir hədisində demişdir:
*İŞA NAMAZININ VAXTI GECƏ YARISINA QƏDƏRDİR. SÜBH NAMAZININ VAXTI İSƏ GÜNƏŞ ÇIXANA QƏDƏRDİR.*
📚 Səhih Müslim, 612.

●●■●●■■■

*PEYĞƏMBƏRİN ﷺ ƏMRİNƏ MÜXALİF OLMAĞIN DÜNYADAKI AQİBƏTİ.*


Səid ibn əl-Museyyib (Allah ona rəhmət etsin) atasından, O da atasından rəvayət edir ki,
*bir gün O, Peyğəmbərin ﷺ yanına gəldi və Peyğəmbər ﷺ ona dedi: "Sənin adın nədir?"*
*O dedi: "Hüzün (kədər)"*
*Peyğəmbər ﷺ dedi: "Sən Səhlsən (Yəni sənin adın Səhl (rahat) olsun)"*
*O dedi: "Mən atamın məni adlandırdığı adı dəyişmərəm."*
*İbn əl-Museyyib deyir ki; "O gündən sonra bizim nəslimizdə hüzün (kədər) hələ də davam etməkdədir."*
📚 Səhih əl-Buxari (kitəbul-ədəb)

■●■●■■●■

Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, *Peyğəmbər ﷺ namazı qılırdı, O səcdə etdiyi zaman Həsən və Hüseyn (Allah onlardan razı olsun) qaçaraq onun belinə çıxdı. Səhabələr onlara mane olmaq istədikdə Peyğəmbər ﷺ onlara işarə etdi ki, onları tərk etsinlər (mane olmasınlar). Peyğəmbər ﷺ namazını bitirdikdən sonra onları qucağına götürdü və dedi: "KİM MƏNİ SEVİRSƏ QOY O, BUNLARIN İKİSİNİ DƏ SEVSİN!"*
📚 Əs-silsilətus-sahihə 312


https://chat.whatsapp.com/FSe3bLESet417cvGJDnvoh

https://chat.whatsapp.com/I3JjB98lfPO5HVApN09WZS
https://chat.whatsapp.com/Hv4FopBTsJL9xPFx6KjjhV

https://chat.whatsapp.com/GlX8GYgSUhp2QyN7Vk7U9a

https://t.me/bukaru


*Rəsulullahınﷺ  libası[1] barədə varid olanlar*

(54) ........ Ummu Sələmə[2] (radıyallahu anhə) demişdir: *“Rəsulullahınﷺ  ən çox sev­diyi pal­tar köynək[3] idi.*

hədisi Əbu Davud (4025, 4026), Tir­mi­zi (1762, 1763, 1764), Nəsai (9668), İbn Macə (3575) və Əhməd (6/317) rəvayət et­mişdir. Muhəm­məd Nasi­rəd­din əl-Albani də “Muxtəsər əş-Şəmail” və “Səhih ət-Tərğib vət-Tərhib” (2028) əsə­­rində bu hədisin “səhih” oldu­ğunu demiş­dir. 

[1] İmam Əbu İsa ət-Tirmizi bu fəsildə Peyğəmbərinﷺ  libasının nə cür olduğunu, onun növ­lərini, hansı libası və nə rəngdə olan geyimi sevdiyini xəbər ve­rən hədis­lə­ri varid etmişdir. Li­basa gə­lincə, qeyd etmək lazımdır ki, bunun da hökmü saç dü­zü­münün hökmü kimidir. Yəni, adam istədiyi paltarı geyinə bilər. De­mək, libasın əsli halaldır. Bu xüsusda Rəsulullahﷺ  belə bu­yurmuşdur: “İsrafa yol vermədən (həddi aşmadan) və təkəbbürlük gös­tər­mə­dən yeyin, için, sə­dəqə verin və (istə­di­yi­niz geyimi) geyinin” (Su­nən İbn Macə, 23; Səhih əl-Cami, 8634; hədis “hə­sən”dir). Hər bir məmləkətin özünə­məxsus, adət-ənənəsinə uyğun geyimi vardır ki, o yer­lər­də ya­şayanlara oradakılar kimi ge­yinmək daha məqsə­də­uyğundur. Onu da qeyd edək ki, yad bir ölkənin geyimini ge­yib: “bu sünnə­dir”– demək, İslam şəriətinə müvafiq rəy deyildir. Yalnız İs­lam şəriətinin qa­dağan etdi­yi geyimlərdən başqa. Bun­lara da aşağıdakı­ları misal gös­tərmək olar:
– Libasının ətəyini topuq­dan aşağı uza­tmaq; Əbu Zərr (radıyallahu anhu) rə­vayət etmişdir ki, Peyğəmbərﷺ  belə buyurmuşdur: “Üç qisim in­san vardır ki, Qiyamət günü Allah on­ları danışdırma­yacaq, onla­rın üzü­nə baxma­ya­caq­ və onları təmizə çı­xar­mayacaq­dır. Üstəlik, onları üzücü bir əzab gözləyir.” Əbu Zərr dedi: “Peyğəmbərﷺ  (buna də­lalət edən) ayəni ("Ali-İmran" surəsi­nin 77-ci ayəsini) üç dəfə oxudu. Mən dedim: “Onların ­ü­midləri boşa çıxdı, özləri də ziyana uğ­­radılar. Kimlər­dir onlar, ya Rəsulullah?” Peyğəmbərﷺ  buyurdu: “Libasının ətəyini topuq­dan aşa­ğı uza­dan, ver­di­yini ba­şa qaxan və yalandan and içməklə malını satan kimsələrdir” (Səhih Muslim, 293); başqa bir hədisdə isə o de­mişdir: “Paltarın to­puq­dan aşa­ğı düşən hissəsinə görə bu topuqlar Cəhən­nəm odunda ya­nacaqdır” (Səhih əl-Buxari, 5787).
– İpək, zərxara, ipək qatışığı olan libas və atlas parça; Bəra ibn Azib (radıyallahu anhu) demiş­dir: “Peyğəmbərﷺ  bizə yeddi şeyi əmr etdi və yeddi şeyi qadağan etdi. O, bizə cənazənin ardınca get­məyi, xəs­təni zi­ya­rət etməyi, məclisə dəvət edənin dəvətini qəbul etməyi, məzluma yardım et­məyi, andı yerinə yetirməyi, verilən salamı al­mağı və asqırıb (“Əlhəmdulilləh”– deyən) adama rəhmət dilə­mə­yi (“Yərhəmukəllah”– deməyi) əmr etdi. Və bizə gümüş qabda (yemək-içməyi), qızıl üzük, ipək, zərxara, ipək qatışığı olan libas və atlas parça geyməyi qadağan etdi” (Səhih əl-Buxari, 1239); Hə­disdə olan qadağalardan yalnız altısı sadalanmışdır. Lakin imam Buxari­nin “Li­bas” kitabın­da rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbərﷺ  ipəkdən olan yəhəri də on­lara qadağan etmişdir. Qeyd etmək lazımdır ki, hədisdə qadağan olunmuş yeddi şey bu ümmətin kişilərinə aiddir. Qızıl və gümüş qablardan istifa­də et­mək isə həm kişilərə, həm də qadınlara aiddir. Yeri gəlmişkən qeyd edək ki, ipək gey­mə­yi halal saymaq Qiyamətin əlamət­lə­rin­dəndir. Əbu Amir əl-Əşari (radıyallahu anhu) rəvayət edir ki, Rəsulullahﷺ  demiş­dir: “Ümmətimdən elə adamlar meydana çıxacaq ki, onlar zina et­məyi, kişilərə ipək geyməyi, şərab içməyi və musi­qi alətlərindən is­tifadə etməyi halal sa­ya­caqlar. Bəzi­ləri də dağa yaxın yerlərdə ya­şayacaqlar. Çobanlar bu adam­ların sürülərini sürüb onların yanına gətirəcək, sonra fağır-füqəra gəlib on­lar­­dan yardım istəyəcək və onlar: “Sabah gələrsən”– deyəcəklər. Gecə ikən Allah dağı onlar­dan bəzilərinin başına uçurdacaq,
bəzilərini də meymunlara və donuzlara döndərəcək və on­lar Qiyamət gününə qədər bu gör­kəmdə qa­la­caqlar” (Səhih əl-Buxari, 5590).
– Kişilərə qadın paltarı, qadınlara da kişi paltarı və bir də kafirlərə məxsus olan geyimi geymək. 31-ci hədisin izahına bax.
– Həcc və ya ümrə niyyətini edib ihrama girdikdən sonra izar və ridadan başqa bir şey: alt pal­tarı, şalvar, corab və s. gey­mək.
– Övrət yerini bildirən dar şalvar geymək.  Qadınlara isə, ümumiyyətlə, ancaq şalvar ge­yib naməhrəm qarşısına çıxması ha­ramdır.
– Ölmüş heyvanın aşılanmamış dərisindən tikilmiş libas geymək.
– Qəsb edilmiş və ya oğurlanmış paltarı geymək.
– Üzərində hər hansı bir canlının rəsmi, yaxud batil bir dini təbliğ edən şəkillər, yaxud da batil mənalar ifadə edən yazılar olan paltarı geymək.  

[2] Ummu Sələmə Hind bint Əbu Umeyyə əl-Məxzumiyyə (radıyallahu anhə)  Peyğəmbərinﷺ  zövcəsi, möminlərin anası, Həbəşistana hicrət et­miş səhabələrin birincilərindən olmuş, həm də, Allahın qılıncı lə­qəbi ilə tanınmış Xalid ibn Vəlidin  (radıyallahu anhu) əmisi qızıdır. Ummu Sələmə  (radıyallahu anhə)  qadın səha­bə­lər arasında fəqih, yəni, dini yaxşı bilən ən sa­vadlı qadınlardan hesab olunur. O, Peyğəmbərdənﷺ  378 hədis rəvayət etmişdir. Buxari və Muslim – birlikdə on­dan on üç hədis, ayrı-ayrı­lıq­da Buxari üç, Muslim isə on üç hədis rəvayət etmişdir. Peyğəmbərəﷺ  ərə getməmişdən əvvəl Əbu Sələmə ibn Abdul-Əsəd əl-Məxzuminin (radıyallahu anhu) zövcəsi olmuş və ondan dünyaya üç öv­lad gə­tirmiş­dir. Onların üçü də: Ömər, Sələmə və Zeynəb səhabə olmuşlar. Peyğəmbərﷺ  isə onun­la hicrətin dördüncü ilində ev­lənmişdir. Ummu Sələmə (radıyallahu anhumə) təqribən doxsan yaşına kimi ya­şa­mışdır. Möminlərin anaları arasında bu dünyadan ən son köçmüş qadındır. Hüseyn ibn Əli ibn Əbu Talibin (radıyallahu anhumə) şəhid olduğu vaxta qədər yaşamış, onun qətlə yetirildiyini eşitdikdə olduqca çox kədərlənmiş, hətta özündən getmiş və o, şəhid olduqdan az bir müddət sonra Ummu Sələmə də vəfat etmişdir (Siyər Əlam ən-Nubələ, 20-ci tərcümeyi-hal).

[3] Burada “köynək” deyildikdə, baş və ayaqlar istisna olmaqla, bədənin hər yerini ör­tən, iki qoldan və yaxalıqdan ibarət, pambıqdan və ya buna bənzər bədəni narahat et­mə­yən parçadan hazırlanmış geyim nəzərdə tutulur. Başqa cür desək, hazırda ərəblərin ək­sə­riyyətinin gey­diyi geyim. Alim­lər Peyğəmbərinﷺ  köynək geyinməyi daha çox sev­di­yi­ni belə izah etmişlər ki, digər geyimlər­dən fərqli olaraq bu köynəyi həm geyinmək, həm soyunmaq, həm də onun­la hərəkət etmək daha rahat və daha asandır
Cabir (radiyallahu anhu) demişdir:
*“Peyğəmbərﷺ su qablarımızın ağzını bağlamağı və qab-qacaqlarımızın üstünü örtməyi bizə əmr etmişdir.”*
📚İbn Macə 360. Albani səhih demişdir

●■■●■●■■

Cabir ibn Abdullah (Allah ondan razı olsun) *Peyğəmbərdən ﷺ belə eşitdiyini rəvayət edir: “Qabların üstünü örtün və tuluqların ağzını bağlayın. Çünki ildə bir gecə var ki, o gecədə vəba (yoluxucu xəstəlik) dolaşır və üstü açıq elə bir qab, ağzı bağlanmamış elə bir tuluq olmur ki, bu yoluxucu xəstəlikdən ona toxunmasın.”*
 (Müslim: 2014)
   
●■■●■●■

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“Əgər bir qövm məclisdən Allahı zikr etməmiş qalxarlarsa, uzunqulaq leşinin üstündən durmuş kimi olarlar. Həmin məclis onlar üçün ancaq peşimançılıq olar.”*
(Səhihdir. Əbu Davud: 4857).

■●■●■●■●

Huzeyfə (Allah ondan razı olsun) deyir ki,
*bir gün Peyğəmbərﷺ sinəmə söykənmiş halda dedi:*
*“Kimin sonuncu sözü “Ləə iləəhə illəllah” kəlməsi olarsa, cənnətə daxil olar.*
*Kim Allahın üzünü diləyərək bir gün oruc tutar və bu halda ölərsə, cənnətə daxil olar.*
*Kim Allahın üzünü diləyərək sədəqə verər və bu halda ölərsə, cənnətə daxil olar.”*
(Səhihdir. Səhih ət-Tərğib vət-Tərhib: 985)

●■●■■●■

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“Ən üstün sədəqə kasıb adamın verdiyidir. Sədəqə verən əvvəlcə ona yaxın möhtaclılara versin.”*
(Səhihdir. Əbu Davud: 1428)

●■■●■■■

Cabir bin Abdullah (Allah ondan razı olsun) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“Hər iftar zamanı Allahın cəhənnəmdən xilas etdiyi kimsələr olur və bu hal hər gecə təkrarlanır.”*
(Səhihdir. İbn Macə: 1340).

■●■●■●■■

*Üzrsüz halda orucu pozanların günahı*

Əbu Uməmə (radiyallahu anhu) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*"Mən yuxuda ikən iki kişi gəldi, çiynimdən tutub məni çıxmaq mümkün olmayan bir dağa apardılar və mənə dedilər ki, çıx. Dedim ki, bacarmaram. Dedilər: sən çıx, biz sənə yardım edəcəyik. Dağın axırınadək çıxdım və birdən şiddətli səslər eşitdim. Dedim ki, bu nə səslərdir? Cavab verdilər ki, bu Cəhənnəm əhlinin ulaşmasıdır.*
*Sonra məni apardılar, bir dəstə insanların yanından keçdikdə gördüm ki, ağızları cırılmış halda ayaqlarından başı aşağı asılıblar və ağızlarından da qan tökülür. Dedim ki, bunlar kimdir? Dedilər ki, bunlar vaxtından əvvəl iftar edənlərdir.*
Hədisi ibn Xuzeymə və ibn Hibbən öz "Səhihlərində", Nəsəi "Sunən Kubrada" və Həkim rəvayət etmiş, sonuncu hədisə səhih demiş və Zəhəbi də onunla razılaşmışdır.
Şeyx Albani də "Səhih tərğib və tərhibdə" hədisə səhih demişdir.
Şeyx Albani deyir:
*"vaxtından tez yəni azan verilməmiş yox, əksinə azanın vaxtı girməmiş mənasındadır"._*

Yəni şəri səbəb olmadan gün ərzində orucu pozmaq və həmçinin də şəri səbəb olmadan oruc tutmamaq da bura daxildir.

■●■●■●■●

*Bir çox insanların Quran oxuduqdan sonra xəbərsiz olduqları sünnə*

*Aişə anamız (radiyallahu anhu) belə deyir:*
*Peyğəmbərﷺ oturduğu hər bir məclisdən, oxuduğu hər bir Qurandan, qıldığı hər bir namazdan sonra bu kəlmələrlə xətm edərdi:*
*"Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən ləə iləəhə illə əntə, əstəğfirukə və ətubu ileykə"*
*Dedim ki, ey Allahın Elçisi! Görürəm ki, olduğun hər bir məclisdən, oxuduğun hər bir Qurandan, qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən*
*Dedi ki, bəli. Kim xeyir deyərsə, ona xeyirlə son vurular, kim şər söyləyərsə, onun üçün kəffarə olar.*
İmam Nəsəi bu hədisin üzərində fəslin adını belə qoymuşdur ki,
[Quran tilavətinə xətm etdikdə deyilən söz]

Hədisin isnadı səhihdir. Nəsəi "Sunən Kubrada" rəvayət etmişdir. Hafiz ibn Həcər "Nukət" kitabında 2/733 isnadı səhihdir demişdir.

Alləmə Albani "Sahihədə" 7/495 demişdir ki, isnadı Muslimin şərtlərinə uyğun olaraq səhihdir

■■●●■●■●

Əbu Umamə əl-Bahili (Allah ondan razı olsun) Peyğəmbərinﷺ belə dediyini rəvayət edir:
*“Həqiqətən Allah və mələkləri, hətta yuvada olan qarışqa, dənizdə olan balıq da insanlara xeyiri öyrədən üçün dua edirlər.”*
(Səhihdir. Səhihul Cami: 1838).


https://chat.whatsapp.com/FSe3bLESet417cvGJDnvoh

https://chat.whatsapp.com/I3JjB98lfPO5HVApN09WZS