Bakı Dövlət Universiteti
9.29K subscribers
4.66K photos
514 videos
3 files
1.17K links
Rəsmi Səhifə
Download Telegram
Elan: "Əbədi müasirimiz - Nizami haqqında söz"
Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən 29 mart 2021-ci il saat 15:00-da
"Əbədi müasirimiz - Nizami haqqında söz" mövzusunda mühazirə keçiriləcəkdir.
“Microsoft Teams” platforması üzərindən təşkil olunacaq tədbirdə iştirak etmək istəyənlər 28 mart saat 12:00-dək shain@bsu.edu.az ünvanına müraciət edə bilərlər.
27 mart - Azərbaycanda Elm Günüdür
BDU-nun müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib. N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb. 1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 1980-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!
BDU-nun dosenti vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasın dosenti Azər Mehdi oğlu Şirinov vəfat edib.
84 yaşında dünyasını dəyişən A.Şirinov 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

Allah rəhmət eləsin!
BDU-nun dosenti vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev vəfat edib. 83 yaşında dünyasını dəyişən P.Əfəndiyev 1958-1963-cü illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. 1967-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.
Allah rəhmət eləsin!
Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib. Məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.
Media is too big
VIEW IN TELEGRAM
BDU-nun Gənc istedadlar liseyinin şagirdləri ABŞ-da ölkəmizi təmsil edəcəklər
31 Mart QAN YADDAŞIMIZ - MART SOYQIRIMI

Əsrlər boyu xalqımıza qarşı məkrli planlar quran, hər fürsətdə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərən bədnam qonşumız ötən əsrin əvvəllərində havadarlarının dəstəyi ilə Bakıda və digər şəhərlərimizdə qanlı cinayətlər törətdilər. Azərbaycan torpaqlarında və digər ərazilərdə “Böyük Ermənistan” qurmaq xülyası ilə yaşayan erməni cəlladları 1918-ci ilin mart ayından başlayaraq xalqımıza qarşı planlı şəkildə soyqırımı həyata keçirdilər.

Allahdan hər bir soydaşımıza rəhmət diləyirik
📣BDU-nun professoru İbrahim Zeynalov: Əldə edilmiş yeni faktlar 1918-ci il soyqırımının coğrafiyasının daha geniş olduğunu təsdiqləyir
❗️Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir.
‼️Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3 min 632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu.
Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8 min 27 azərbaycanlı qətlə yetirilib. Onlardan 4 min 190 nəfəri kişi, 2 min 560 nəfəri qadın, 1277-si isə uşaq olub.
‼️Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir.
BDU-da “Vətən müharibəsi dövründə medianın fəaliyyətini təhlil” layihəsi yekunlaşmaq üzrədir
Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətini təhlil edən, müvafiq analitik tədqiqatlar aparan layihə öz işini yekunlaşdırmaq üzrədir. Layihə çərçivəsində 44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi dövründə informasiya müharibəsi, yerli və xarici mediada haqq savaşımızın əksi təhlil olunub.
Layihənin İşçi qrupu 5 istiqamət üzrə fəaliyyət göstərərək, Azərbaycan Respublikasının Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası; Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışlarının təhlili aparılıb.
Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “1918-ci il mart soyqırımının tarixi, siyasi və hüquqi müstəvidə təhlili" mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin müxtəlif dövrlərdə həyata keçirildiyi, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. E.Babayev Azərbaycanlılara qarşı törədilmiş soyqırımına Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
23-24 noyabr 2021-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək.
Ətraflı: https://bit.ly/3rA7quI
Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq


Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündəki çıxışından
ətraflı: https://president.az/articles/50975
Nobel mükafatı laureatı, Bakı Dövlət Universitetinin tələbəsi olmuş,nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Lev Davidoviç Landaunun anım günüdür.
30 mart 2021-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev mart soyqırımının Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olduğunu qeyd edərək 1918-ci il mart hadisələrinin mahiyyəti və nəticələri haqqında danışıb.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov "1918-ci il mart soyqırımı Azərbaycan tarixşünaslığında" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan tarixşünaslığında 1918-ci il mart soyqırımı mövzusunun tədqiqi, hadisələrin Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında təhlili, mart soyqırımını doğuran səbəblər, faciəli hadisələrin gedişi və ağır nəticələri, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə ilə bütün soyqırım qurbanlarının qisasının alınması və digər aktual
Bakı Dövlət Universiteti (BDU) və İsrailin Holon Texnologiya İnstitutu arasında ikili diplom layihəsi uğurla tətbiq edilir. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompyuter elmləri ixtisası üzrə bakalavriat səviyyəsinin 3-cü kursunun 5 tələbəsi 2020/2021-ci tədris ilinin ikinci semestrindən etibarən təhsilə Holon Texnologiya İnstitutunda onlayn formatda davam edirlər.
Elçin Babayev: Gənclərimiz elm və təhsilin davamlı inkişafının hərəkətverici qüvvəsidir
Ətraflı: https://bit.ly/3dG9CvV
Bakı Dövlət Universitetinin (BDU) Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Fizika fakültələrində Tələbə Həmkarları İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə anım tədbirləri keçirilib.