Bakı Dövlət Universiteti
8.35K subscribers
7.17K photos
662 videos
3 files
1.69K links
Rəsmi Səhifə
Download Telegram
📌 BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

ℹ️ Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universiteti (BDU) və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə ilk dəfə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

🔹 Bununla da Azərbaycanda mədəniyyət hüququ sahəsində yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması istiqamətində mühüm mərhələnin əsası qoyulub.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_v_mdniyyt_nazirliyinin_birg_tbbs_il_yaradlan_mdniyyt_hququ_ixtisaslamasnn_ilk_buraxl_olub

#BDU #MədəniyyətNazirliyi #BakıDövlətUniversiteti #BakuStateUniversity #MilliKitabxana
5
🎓 Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

ℹ️ 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarını bakalavriat səviyyəsində 16 qrup, 11 ixtisas ("Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", “Biologiya müəllimliyi”, "Biotexnologiya",“Coğrafiya müəllimliyi”, “Fizika müəllimliyi”, “Hüquqşünaslıq”, “Kimya müəllimliyi”, “Psixologiya”, “Kompüter elmləri”, “Riyaziyyat müəllimliyi”, “Tarix müəllimliyi”) üzrə 398, magistratura səviyyəsində isə 8 qrup, 8 ixtisaslaşma (“Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Jurnalistika”, “Kimyəvi kinetika və kataliz”, “Kompüter elmləri və texnologiyaları”, “Molekulyar biologiya”, “Nanohissəciklər fizikası”, “Optimallaşdırma və optimal idarəetmə”) üzrə 94 məzun bitirir.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bu_il_bdunun_sabah_qruplarn_493_mzun_bitirir

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #SABAH #Məzun
5
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 8 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, diplomatik rütbə verilənlərin hamısı Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

Sərəncama əsasən, diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:

fövqəladə və səlahiyyətli səfir

Rəfiyev Yalçın İlqar oğlu
Şərifov Samir Ənvər oğlu

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Hacıyev Sultan Ağami oğlu
Nəsibov Ruslan Rafael oğlu

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Becanov Samir Arif oğlu
Nəcəfli Anar Cəfər oğlu

9 iyul - Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə ölkəmizin xarici siyasətinin keşiyində dayanan diplomatlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
6
📌 BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Dövlət siyasəti və idarəçilik” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_dvlt_siyasti_v_idarilik_adl_yeni_ixtisaslama_alr

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BMİ #ixtisaslaşma
3👍1
📌 Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

ℹ️ “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə tədris olunan fənlərin əsas məqsədi neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı proseslərində tətbiq olunan geofiziki üsulların nəzəri əsaslarını və praktik tətbiqini dərindən mənimsəyən, müasir texnologiyalarla işləmə bacarığına malik yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_neftqaz_mdn_geofizikas_ixtisaslamas_zr_kadrlar_hazrlayacaq

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Geologiya #İxtisaslaşma
4
📌 BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

ℹ️ Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaşma və innovasiyalar üzrə müşaviri Güman Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kembric Universiteti tərəfindən təşkil olunacaq tədqiqat səfərində iştirak edəcək.

🔹 15 iyul – 15 avqust tarixlərini əhatə edəcək səfərin əsas məqsədi dünya səviyyəli elmi-tədqiqat müəssisəsində elmi araşdırmaların təşkili və idarə edilməsi sahəsində təcrübə qazanmaq, struktur biologiyasının aktual hesablama məsələləri üzərində birbaşa iş aparmaqdır. Bu səfər çərçivəsində aşağı ayırdetmə qabiliyyətinə malik krio-elektron mikroskopiya (krio-EM) xəritələrinə atom struktur modellərinin uyğunlaşdırılması problemi tədqiq olunacaq.

🔸 Tədqiqatın nəticəsində idarəetmə təcrübəsinin əldə edilməsi və hesablama metodlarının praktiki proqram təminatına çevrilməsi nəzərdə tutulur.

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #tədqiqat
5👎1
📌 BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Strateji menecment” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

🔹 “Strateji menecment” ixtisaslaşması təşkilatların uzunmüddətli inkişaf strategiyalarının hazırlanması, rəqabət üstünlüklərinin formalaşdırılması, innovativ idarəetmə yanaşmalarının tətbiqi və bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_strateji_menecment_ixtisaslamas_alr

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BMİ #ixtisaslaşma
3
📌 BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq

ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Zərifə Nəzirli ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun birgə həyata keçirdiyi “Fulbright” Proqramının 2026-cı il üçün qalibi olub.

🔹 Proqram çərçivəsində Zərifə Nəzirli 2026-cı il 17 avqust – 2027-ci il 5 yanvar tarixlərində ABŞ-nin Nyu-York Universitetinin Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər istiqamətində elmi tədqiqatlar aparmaq, eləcə də qabaqcıl akademik təcrübə əldə etmək imkanı qazanıb.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_mllimi_fulbright_proqram_rivsind_abnin_nyuyork_universitetind_tdqiqatlar_aparacaq

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Fulbright #tədqiqat
5
📌 BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

🔹 “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması siyasi proseslərin elmi təhlili, strateji proqnozlaşdırma, qərarvermə mexanizmlərinin araşdırılması və siyasət sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_siyasi_analitika_v_strateji_aradrmalar_ixtisaslamas_zr_kadr_hazrlna_balayr

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BMİ #ixtisaslaşma
3👍2
Təhsilin İnkişafı Fondunun kollektivini 5 illik yubileyləri münasibəti ilə təbrik edir, ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsindəki çoxşaxəli fəaliyyətlərində uğurlar arzulayırıq!

#BDU #TİF #TİF5il #BakıDövlətUniversiteti #TəhsilinİnkişafıFondu
5
BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

“Geosiyasət” ixtisaslaşması beynəlxalq münasibətlər sistemində coğrafi, siyasi, iqtisadi və strateji amillərin rolunun öyrənilməsi, qlobal güc mərkəzləri arasında münasibətlərin təhlili və müasir geosiyasi proseslər üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib.

Ətraflı: bsu.edu.az/az/news/bdu_geosiyast_ixtisaslamas_zr_pekar_kadrlar_hazrlayacaq
5
Bakı Dövlət Universiteti (BDU) 29 - 31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq.
Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, "Abituriyent" jurnalı redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edəcək.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.
https://portal.dim.gov.az/sergi/
3