Bakı Dövlət Universiteti
9.27K subscribers
4.65K photos
513 videos
3 files
1.16K links
Rəsmi Səhifə
Download Telegram
BDU-nun magistraturasına qəbul olan şəxslərin nəzərinə!

Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsinə qəbul olan bakalavrlar 9-18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçməlidirlər.

Ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I (birinci) ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

#BDU105 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Magistr
✨️✨️✨️ BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin 5 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin 5 şagirdi Respublika Fənn Olimpiadalarında (RFO) qalib olub. ✨️

Belə ki, liseyin IX sinif şagirdləri Elman Kərimli və Cabir Abbasov Kimya fənni üzrə qızıl🥇IX sinif şagirdləri Emiliya Ağayeva Azərbaycan dili və ədəbiyyatı, Yusif İbrahimzadə Fizika, VIII sinif şagirdi Cəsur Rəsulzadə İnformatika fənlərindən bürünc 🥉 medala layiq görülüblər.

ℹ️ Qeyd edək ki, bu il 8 fənn və 2 yaş qrupu üzrə keçirilən RFO-da 244 nəfər bürünc, 163 nəfər gümüş, 84 nəfər isə qızıl medal qazanıb. ✔️

Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik! 🎉🎉🎉

#BDU105 #BDU #GİL #RFO
BDU-da təkrar ali təhsil almaq istəyənlərin sənəd qəbulu prosesi davam edir ❗️

📑 Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesi davam edir.

Bakı Dövlət Universitetində (BDU) təkrar ali təhsil almaq istəyənlər 🔗 https://portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

ℹ️ Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Sənəd qəbulu prosesi 🗓 30 avqust 2024-cü il 🕕 saat 18:00-da bitəcək. ✔️

#BDU105 #BDU #ƏlavəTəhsil
🔷️ BDU-da Süni intellekt etikası kafedrası yaradılır

🔸️ Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası yaradılacaq. Bununla bağlı BDU Elmi Şurasının 2023/2024-cü tədris ilinin son iclasında qərar qəbul olunub. ✔️

ℹ️ Bildirilib ki, hazırda təhsil, elm, səhiyyə, iqtisadiyyat, media, incəsənət və s. kimi sahələrdə süni intellekt əsaslı tətbiqlər sürətlə genişlənir. Süni intellekt bu sahələrin inkişafına töhfə verməklə yanaşı, insan hüquqları və vətəndaş azadlıqları ilə bağlı məsələlərdə bəzən etik problemlərə də səbəb olur. Ona görə də insan hüquqlarına xələl gətirmədən, məsuliyyət və ədalət prinsiplərini qorumaqla süni intellekt tətbiqlərindən istifadə edilməsi, habelə insanlar və maşınlar arasında münasibətləri tənzimləyən etik sistemin hazırlanması üçün elmi və hüquqi vasitələr tələb olunur.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_sni_intellekt_etikas_kafedras_yaradlr

#BDU105 #BDU #Təhsil #Education #Azerbaijan
☘️☘️☘️ ️ BDU-da ECOLEAD Klinikası yaradılır

⏩️ Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2023/2024-cü tədris ilinin son iclasında ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün ECOLEAD Klinikasının yaradılması barədə qərar qəbul olunub.

✍️ 2024-cü il 24 iyun tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğun təşkilatçılığı ilə "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans çərçivəsində Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında ECOLEAD layihəsinə dair anlaşma memarondumu imzalanıb.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_ecolead_klinikas_yaradlr

#BDU105 #BDU #ECOLEAD #Təhsil #Education #Azerbaijan
💥💥💥 BDU “QS AVROPA 2025” və “QS QƏRBİ ASİYA 2025” reytinqlərində əhəmiyyətli irəliləyişə nail olub

📌 Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (“QS Europe 2025”) və “QS Qərbi Asiya 2025” (“QS Western Asia 2025”) reytinq nəticələrini elan edib. Avropanın 42 bölgəsindən müvafiq meyarlara cavab verən 685 ali təhsil müəssisəsi reytinq siyahısında yer ala bilib.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_qs_avropa_2025_v_qs_qrb_asya_2025_reytinqlrind_hmiyytli_irlilyi_nail_olub

#BDU105 #BDU #QSEurope2025 #QSWesternAsia2025
🌟🌟🌟 75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək milli elmi komandanın 10 üzvü BDU tələbəsidir.

ℹ️ Bu ilin 14-18 oktyabr tarixlərində İtaliyanın Milan şəhərində 75-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2024) keçiriləcək. Konqresdə Azərbaycanı təmsil edəcək tələbə və gənc alimlərdən ibarət milli elmi komandasında BDU-nun 10 tələbəsi yer alıb.

🔹 Qeyd edək ki, BDU Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında rəsmi üzv seçilib. Bu seçki 2-6 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) çərçivəsində baş tutub.

#BDU105 #BDU #Education #Azerbaijan
Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb. Azərbaycanın 9 universiteti “Avropanın ən yaxşı universitetlərinin reytinqi"ndə mövqeyini gücləndirib.

Ətraflı: https://bit.ly/3LiqjPa
BDU-da 2024/2025-cü tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir

Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ili üçün müvafiq ixtisaslar üzrə əcnəbi tələbələrin qəbulu davam edir. Qəbul prosesi üçün son müraciət tarixi 31 avqust 2024-cü ilə qədərdir.

🔗 Ətraflı: https://bsu.edu.az/az/news/bduda_20242025c_tdris_ili_n_cnbi_tlblrin_qbulu_davam_edir

#BDU105 #BDU #Təhsil #Education #Azerbaijan
BDU-nun həmtəşkilatçılığı ilə Beynəlxalq elmi konfrans keçiriləcək: “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda”

Bakı Dövlət Universiteti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə 2024-cü il 24-25 oktyabr tarixlərində professor Qüdrət İsmayılzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın məqsədi Qarabağ və Zəngəzur bölgəsinin tarixin müxtəlif inkişaf mərhələlərində obyektiv mənzərəsini bərpa etməyə imkan verən arxeoloji tədqiqatlar və qeyri-maddi mədəni irsinin tədqiqi üzrə əldə olunmuş nəticələr ətrafında tanınmış mütəxəssislər, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə beynəlxalq müstəvidə müzakirələrin aparılması, elmi əməkdaşlığın genişləndirilməsidir.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_hmtkilatl_il_qaraba_v_zngzurun_mdni_irsi_arxeoloji_v_etnoqrafik_tdqiqatlarda_adl_beynlxalq_elmi_konfrans_keirilck

#BDU105 #BDU #Education #Azerbaijan
📌 BDU “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” tədbirində təmsil olunur

⏩️ Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti dünyada nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” (QS) agentliyi tərəfindən İspaniya Krallığının Barselona şəhərində təşkil olunan “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” (“QS Higher Ed Summit: Europe 2024”) tədbirində iştirak edir.

ℹ️ Dünyanın ən nüfuzlu universitetlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə əsas məqsəd Avropanın qabaqcıl ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsinə və təcrübə mübadiləsinə töhfə vermək, eyni zamanda perspektiv əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi üçün platforma yaratmaqdır.

#BDU105 #BDU #QS #Təhsil #Education #Azerbaijan
💥💥💥 BDU QS reytinq təşkilatı tərəfindən “Performansın Yüksəlməsi Mükafatı” ilə təltif olunub

⏩️ Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” (QS) agentliyi tərəfindən tərtib olunan bir sıra reytinqlərdə son illərdə əldə etdiyi uğurlara görə “Performansın Yüksəlməsi Mükafatı” (“Performance Improvement Award”) ilə təltif olunub. Mükafat BDU-nun rektoru Elçin Babayevə QS-in baş vitse-prezidenti Ben Sowter tərəfindən təqdim olunub. İspaniya Krallığının Barselona şəhərində keçirilən “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” (“QS Higher Ed Summit: Europe 2024”) tədbirində baş tutan təltifolunma mərasimində QS-in baş vitse-prezidenti BDU-nun son illərdə reyinqlərdə əhəmiyyətli irəliləyişi ilə bağlı uğurunu vurğulayıb.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_qs_reytinq_tkilat_trfindn_performansn_ykslmsi_mkafat_il_tltif_olunub

#BDU105 #BDU #Təhsil #Education #Azerbaijan