"Bakı Metropoliteni" QSC
352 subscribers
1.28K photos
159 videos
42 files
493 links
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi Telegram səhifəsi.
Download Telegram
İctimai nəqliyyat iri şəhərləri necə xilas edir? 🏙️

Müasir şəhər planlamasında əsas hədəf insanları bir nöqtədən digərinə çatdırmaq deyil, bunu ən az yer tutmaqla ən sürətli şəkildə etməkdir.

🚇 Nəqliyyat sistemində metronun rolu:
Avtomobillərin yerin üstündə yaratdığı tıxac şəhəri hərəkətsiz qoyarkən, metro nəqliyyat yükünü yeraltına daşıyaraq yerüstü sahəni 100% sərbəst buraxır.

17 aprel - İctimai Nəqliyyat Günüdür.

Gələcəyin mobilliyi — minimum yer, maksimum səmərə!

#WorldPublicTransportDay
🚇Bakı metropoliteninin Qırmızı xəttinin 7-ci stansiyası olan “Ulduz” 1970-ci ilin bu günü ilk sərnişinlərini qəbul edib.

Stansiya o dövrün sənaye infrastrukturuna xidmət etmək məqsədilə inşa edilib və 56 ildir ki, sərnişinlərin istifadəsindədir.🏭
Metropolitenin sadə, eyni zamanda maraqlı və orijinal memarlığa sahib stansiyalarındandır.

Stansiyaya daxil olan qatarlarda görkəmli bəstəkar Tofiq Quliyevin “Tez gəl” mahnısından fraqment səsləndirilir.🎶
1
Bu dəfə vaqona daxil olanda
qulaqlıqlarını çıxarmağa ehtiyac qalmayacaq! 🎸🤘

Fotolarda olan ulduzlardan kimləri tanıdınız?⭐️

Bu gün bizim qatar "Rock-n-Roll" xətti ilə hərəkət edir! 🚀
5😁1
Media is too big
VIEW IN TELEGRAM
Bənövşəyi xətt 10 yaşında! 🟣

2016-cı ilin bu günü müstəqillik tarixinin ilk, Bakı metropoliteninin isə 3-cü xəttinin açılışı olub. İlk olaraq Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları, daha sonra "8 Noyabr", 2022-ci ildə isə metronun ikinci yerüstü stansiyası olan "Xocəsən" istismara verilib.🚇

Dövlət Proqramına uyğun olaraq 2030-cu ilədək bu xətt üzrə stansiya sayının 10-a çatdırılması planlaşdırılır. 📈

Keçən dövrdə bizə göstərdiyiniz etimad üçün təşəkkür edirik. Yeni stansiyalarda görüşənədək! 💜
8🙏1🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Metro Hackathon" infosessiyaları uğurla yekunlaşdı! 🏁

Son dayanacağımız Azərbaycan Texniki Universiteti (AzTU) oldu. 🛠️

📌İnfosessiya zamanı tələblərlə texnoloji innovasiyalar və hakatonun detalları barədə ətraflı məlumat paylaşdıq, onları maraqlandıran sualları cavablandırdıq, layihənin texniki şərtləri və gələcək perspektivlərini birgə müzakirə etdik. 🤖

Layihəyə maraq göstərən hər bir tələbəyə təşəkkür edirik!
İndi isə diqqətimizi "İçərişəhər" stansiyasında keçiriləcək əsas macəraya – “Metro Hackathon”a yönəldirik.💡

Bizi izləməyə davam edin!
👏21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təhlükəsizlik prioritetimizdir: metro xətləri diqqətlə yoxlanılır.🔎

🚇Bakı Metropoliteninin çoxfunksiyalı diaqnostika kompleksi ayda 2 dəfə olmaqla metro xətlərində yoxlamalar aparır. Diaqnostika zamanı tunellərdə istifadə olunan qurğu və avadanlıqların ümumilikdə 70-dən artıq parametrinə nəzarət olunur.

📌Aşkar edilən nasazlıqlar dərhal analiz olunaraq müvafiq komandalar tərəfindən aradan qaldırılır.

🎯 Nəticə? Daha təhlükəsiz metro, daha rahat hərəkət!
👍3🔥1
Sərnişinlərin nəzərinə! Yenilənmiş məlumat:

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Metro əməkdaşları və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.
😱3😐3😢2🙏2👍1
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.
👍5🙏3
Sərnişinlərin nəzərinə:

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
😁42🙏1
Sərnişinlərin nəzərinə!

Bakı metropoliteninin fəaliyyəti bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik.
👏72🤷‍♂1🙏1
Bakı metropolitenində baş vermiş texniki insidentlə bağlı media nümayəndələri üçün brifinq keçirilib və aşağıdakılar bildirilib:

🔹Hadisə nəticəsində xəsarət alan olmayıb.
🔹Sərnişinlərin təhlükəsizliyi hər zaman prioritetdir.
🔹Təxliyyə işləri operativ qaydada həyata keçirilib.
🔹Bakı Metropoliteni baş vermiş texniki insidenti ciddi şəkildə qiymətləndirir, müvafiq texniki və təşkilati təhlillərə başlanılıb. Məqsəd oxşar halların təkrarlanmaması üçün mövcud proseslərin daha da təkmilləşdirilməsidir.

Bakı Metropoliteni sərnişin təhlükəsizliyini və xidmətin dayanıqlığını əsas prioritet hesab edir və fəaliyyətində bu prinsiplərə ciddi yanaşır. Baş vermiş nasazlığın bir daha təkrarlanmaması üçün zəruri tədbirlər görüləcək, sistematik nəzarət gücləndiriləcək.
5🙏1
YENİLƏNDİ

“İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib.

***

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, sərnişin (kişi) qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

Allah rəhmət eləsin!
😢11
📢 SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

Aprelin 22-də qatarlar şənbə günü qrafiki ilə hərəkət edəcək.

Bakı metropolitenində aprelin 21-də baş vermiş texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir. Hadisənin ilkin qiymətləndirməsi həyata keçirilib, müvafiq texniki və təşkilati yoxlamalar aparılır.

📌Bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə əsasən təşkil oluncaq.

İntervallar:
🔹"Əhmədli–28 May" - 2 dəqiqə 30 saniyə
🔹"28 May–Dərnəgül" - 5 dəqiqə
🔹"28 May–İçərişəhər" - 5 dəqiqə

🔹Digər istiqamətlər üzrə hərəkət cədvəlləri: https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli

Təhlükəsizlik əsas prioritetimizdir!
👎2👍1😐1