Bacarıq İqtisadiyyatı
88 subscribers
25 photos
4 links
Diplom dövrü bitir. Bacarıq dövrü başlayır.
Bu kanal oxumaq üçün deyil — qurmaq üçündür.
Burada hazır cavab yoxdur. Bu mühiti birlikdə qururuq.
Download Telegram
🧼 1. Elektrik təmizləyici (vanna/kafel üçün)

Bu məhsulu niyə seçdim:
• İnsanlar təmizliyə vaxt sərf etmək istəmir
• “Before / After” effekti çox güclüdür
• Reklamda vizual çox yaxşı işləyir

💡 Niyə satıla bilər:
Təmizlik — hər evin problemidir. Bu məhsul isə “vaxt + enerji qənaəti” satır.



🐾 2. Tük təmizləyən cihaz (divan/paltar üçün)

Niyə seçdim:
• Ev heyvanı olanların böyük problemi
• Problemi dərhal göstərmək olur (tüklər)
• Effekt — 5 saniyədə görünür

💡Niyə satıla bilər:
İnsan problemi görür və dərhal həllini istəyir. Bu məhsul məhz bunu verir.



🌈 3. RGB atmosfer lampası

Niyə seçdim:
• “Wow effekt” yaradır
• TikTok / Reels üçün ideal kontent
• Emosiya satır, sadəcə məhsul yox

💡 Niyə satıla bilər:
İnsanlar artıq funksiyanı yox, hissləri alır. Bu isə otağın atmosferini dəyişir.



📊 Bu məhsulları necə tapdım?

• TikTok-da trend videolara baxdım
• Dropshipping platformalarında bestsellerlərə baxdım
• “Problem → həll” prinsipi ilə seçdim



İndi isə ən vacib hissə 👇

Dostlar, bu mağazanı birlikdə qururuq.
Ona görə sizin fikriniz burada həqiqətən önəmlidir.

Fikirləriniz mənimlə üst-üstə düşməsə belə — yazın.
Əksinə, bu daha maraqlıdır.

❗️Bir şeyi də xatırladım:
Bu kanal “milyon qazanmaq kursu” deyil.
Bu — real eksperimentdir.

Və bu eksperiment:
ya uğurlu olacaq…
ya da biz birlikdə səhvlərdən öyrənəcəyik.

Hər iki halda — dəyərli olacaq.



Sizcə hansı məhsulun testindən başlayaq? 🤔
Şərhlərdə yazın.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍32
Dostlar, bu artıq kiçik update deyil — real addım atdıq 👇

Bu gün nəhayət mağazanı qeydiyyatdan keçirdik və domen aldıq

Açığı, proses düşündüyümdən çətin oldu.
Mən Azərbaycanda yaşamıram, ona görə mağaza faktiki olaraq başqa ölkədə qeydiyyatdan keçdi, amma satışları Azərbaycana edəcəyik 🇦🇿

Bu praktikada necə işləyəcək — hələ tam bilmirəm.
Amma məqsəd də budur: birlikdə test edib görmək 🙂

———

Shopify ilə bağlı maraqlı məqam:
3 gün tam pulsuzdur, sonra isə ilk 3 ay cəmi ~2 AZN/ay (1€).

➡️Bu bizim üçün ideal startdır.

———

Ad məsələsində isə ChatGPT kömək etdi —
lokal bazara uyğun, asan oxunan və brend kimi səslənən bir ad seçdik:
Evimly ❤️

Domen üçün $16 (~25 AZN) ödəniş etdim 💰

———

İndi əsas hissə 👇

Məhsul istiqaməti olaraq RGB lampaları seçdik 🐤

Mağazada ümumi olaraq 3–5 məhsul olacaq,
amma əsas fokus yalnız 1 məhsul üzərində olacaq
➡️bütün trafiki ona yönləndirib test edəcəyik

Sabah məhsulları əlavə edəcəyəm və hər şeyi detallı şəkildə izah edəcəyəm:
niyə məhz bu məhsul
— necə seçdim
və nə gözləyirəm

———

Sizdən də bir xahişim var 👇

Bu sadəcə mənim layihəm deyil —
biz bunu birlikdə qururuq.

Ona görə fikirlərinizi yazın,
hətta mənimlə razılaşmasanız belə — yazın.

😊 Əksinə, bu daha maraqlıdır.

———

Və kiçik motivasiya 🤩

Əgər bu mağaza işləsə və satışlar başlasa —
ən aktiv iştirakçılardan birinə mağazanı tam şəkildə təhvil vermək fikrim var.

———

İndi isə — bizə uğur arzulayın 🤞 Sabah ən maraqlı hissə başlayır 🚀
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5👍42
Dostlar, kiçik update ℹ️

Bu 2 gün aktiv yaza bilmədim.
Səbəb sadədir — hər şeyi özüm edirəm və paralel olaraq işləyirəm.

Ona görə bir az temp düşdü.

Amma proses dayanmayıb — əksinə, hər şey yavaş-yavaş yığılır.

Sabahdan yenidən aktiv davam edirik.
Ən maraqlı hissə hələ qabaqdadır 👀
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍41
Qısacası, başladım 🧤

Kanalda yazmışdım ki mağaza yığacam və göstərəcəm.
Bir az gecikdim, amma səbəb “çox çətin oldu” deyil.

Sadəcə əsas işim var və vaxtımı + enerjimi çox alır.
Bunu isə boş vaxtda yığmışam.



Ümumiyyətlə, bu dropshipping mövzusu mənim üçün sıfır deyil.

Bir dəfə artıq cəhd etmişdim — amma alınmadı.
Onda tez bezdim, uğurlu məhsulu tapa bilmədim, yarımçıq qoydum, bəzi şeyləri də tam başa düşmürdüm və s.

Bu dəfə isə qərar verdim ki,
nə olur-olsun, axıra qədər aparacam.
Və prosesi də burada paylaşacam.



Son 1-2 gündə boş vaxt tapdıqca mağaza ilə məşğul olurdum.

Shopify-da mağaza açdım,
məhsul seçdim (RGB künc lampası),
bir neçə məhsul əlavə etdim,
çatdırmanı qoşdum,
saytı Azərbaycan dilinə çevirdim,
dizaynı bacardığım qədər yığdım.




Düzünü desəm, bunu görən başa düşər ki,
“bu 2 saata yığılıb” 😄

Və haqlıdır.

Amma məsələ ondadır ki,
o 2 saatı tapmaq bəzən daha çətindir.



Bu prosesdə ChatGPT-dən də istifadə etdim.

Bəzi şeyləri izah etdi,
bəzilərində istiqamət verdi,
ümumiyyətlə vaxtımı xeyli qısaltdı.



İndi isə real vəziyyət:

Mağaza hazır deyil.

Hətta desəm ki, xamdır — daha düz olar.

— bəzi yerlərdə dil qarışır
— bəzi yerlər hələ boşdur
— ümumi olaraq hələ “oturmayıb”


Bunları bilirəm və yaxın günlərdə düzəldəcəm.



Sadəcə istəmədim ki, yoxa çıxım.

“Hazır olanda göstərərəm” demək əvəzinə,
indiki vəziyyəti paylaşmaq daha maraqlıdır.



Hal-hazırda belədir:

👉 Evimly (aldığım domeni hələ Shopify’a quraşdırmamışam)



Bir xahişim var. Hər kəs linkə daxil olub və öz fikrini yazsın:

İlk olaraq sizə nə pis görünür?
Nə etibar yaratmır?
Harada problem var?


Açıq yazın, rahat 😄
Mən də düzəltməyə çalışacam.

Növbəti post mağaza tam satmağa hazır olduqda paylaşacam və tam detallı şəkildə nəyi və necə etdiyimi izah edəcəm.

Bu arada, yazan və reaksiya verən hər kəsə sağ olun.
Açığı, bu da bir növ məni “itələyir” ki, vaxt tapıb davam edim
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
💳 Shopify-da ödənişlər: Azərbaycanda necə işləyir?

Nəhayət ki hamının maraqlandığı sualın cavabı ilə qarşınızdayam 🧤

Əvvəl fikirləşirdim ki, hər şey çox sadədir:
Stripe qoşursan, Shopify Payments aktiv edirsən və sayt hazırdır.

Amma praktikada vəziyyət bir az fərqlidir.

---

❗️ Azərbaycanda:

— Shopify Payments işləmir
— Stripe da rəsmi olaraq dəstəklənmir


Yəni klassik “kartla ödəniş sistemi”ni birbaşa qoşmaq mümkün deyil 😂

---

Bəs onda saytlar ödənişi necə qəbul edir? ☹️

---

Ən çox istifadə olunan model belədir:

Müştəri saytda məhsulu seçir və “ödə” düyməsini basır.
Amma ödəniş saytın daxilində yox, bankın səhifəsində baş verir.


Yəni istifadəçi:

→ banka yönləndirilir (ePoint, Azericard və s.)
→ kart məlumatlarını daxil edir
→ SMS ilə təsdiqləyir
→ və yenidən sayta qayıdır


---

Bu sistemdə:

— Shopify sifarişi yaradır
— Bank isə ödənişi qəbul edir


---

Buna görə buna “normal checkout” deyirlər

Çünki:

— müştəri özü ödəyir
— hər şey avtomatik olur
— əlavə yazışmaya ehtiyac qalmır

---

❗️ Amma bunun üçün nə lazımdır?

Bu tip ödənişi qoşmaq üçün:

— şirkət (İP və ya MMC)
— bankla müqavilə

yəni bu artıq rəsmi mərhələdir

---

🚀 Ona görə çoxları necə başlayır?

Əvvəlcə daha sadə üsullarla:

— kartdan karta köçürmə
— və ya WhatsApp üzərindən



Sadəcə yoxlamaq üçün: məhsul satılır, ya yox.

---

Nəticə olaraq:

Azərbaycanda Shopify ilə işləyərkən ödəniş sistemi bir az fərqli qurulur.
Amma bu, işləməyə mane olmur — sadəcə yanaşma dəyişir.


---

Əgər əlavə bir üsul varsa və ya yazını müzakirə etmək istəyirsinizsə, buyurun, əsl vaxtıdır
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3👍1
Bir az yoxa çıxmışdım, amma səbəbi var 🙂

Son 1-1.5 ay kanalda aktiv olmadım, çünki bir ideyaya fokuslanmışdım.

Bu vaxt ərzində yardım toplama platforması üzərində işlədim —
insanlar və heyvanlar üçün, Azərbaycanda.

---

Ümumiyyətlə bu mövzuları araşdıranda başa düşdüm ki,
bizdə belə şeylər ya çətin işləyir, ya da etibar məsələsi var.

Ona görə düşündüm ki, bunu daha sadə və aydın etmək olar.

---

Hazırda bunun üzərində işləyirəm.

Mağaza mövzusu da qalıb, sadəcə bir az arxa plana keçib 🙂

---

Qısaca belə.

Buradayam 👌

link: myyardim
👍2
1 — 🚀
2 — ❤️

Sizin fikirləriniz mənim üçün çox önəmlidir, seçim etməkdə köməklik edin 🙂
51
Bu gün mənim üçün çox önəmli bir gün oldu 🙂

Platformada ilk real yardım kampaniyası açıldı
və artıq ilk real donat da gəldi 🙏

Açığı, bunu görmək başqa hissdir.
Sadəcə ideya kimi yox, artıq real işlədiyini görmək.

---

Bu platformanı quranda əsas məqsədim də bu idi —
insanlara və heyvanlara kömək etmək üçün daha sadə və aydın bir yol olsun.

---

Əgər sizdən kimsə həqiqətən köməyə ehtiyacı olan bir vəziyyətlə qarşılaşıbsa
və hekayə realdırsa,

buradan istifadə edə bilərsiniz.

---

Bu hələ başlanğıcdır
11
Dostlar, sizlərlə sevincimi bölüşmək istəyirəm. Bir az uzun olacaq, üzrlü sayın.

Yene də myyardım platformasından yazacam.

Niyə birdən ağlıma belə bir ideya gəldi, ideya necə reallaşdı və ən əsası nəticə oldu mu?

Mən Polşada yaşayıram, artıq 7-ci ildir və bura yeni gəldikdə mənim diqqətimi çəkən şeylərdən biri burada küçə it və pişikləri olmadığıdı. İlk vaxt qəribə və maraqlı gəlirdi ki, zibilliyin yanından keçdikdə üstünə 3-4 it cummursa, bu nə yaşayışdı?! 😁

Vaxt ötdükcə bu artıq mənim üçün normal bir hala gəldi və bu haqqda heç düşünmürdüm də. Facebook’da və insatgram’da tez-tez rastıma çıxırdı ki, Azərbaycanda filan şəhərdə yiyəsiz itlər adamlara hücum edib, filan şəhərdə uşaq dişləyib və s. Burada yaşadığım müddət ərzində həmişə düşünürdüm və çalışırdım ki, burada (Polşada) gördüklərim yaxşı nümunələri Azərbaycana necə proyeksiya edə bilərəm, necə öz vətənim üçün kiçik də olsa bir xeyirim dəyə bilər.

Və budur, özüm üçün missiya seçdim, öz ağlımda, Bakının, Gəncənin, Sumqayıtın və ya hər hansı bir şəhər və rayonumuzun hansısa bir hissəsini bu problemdən qurtarmaq, sonra “ayıldım” ki bu elə də asan bir iş deyil: dövlət dəstəkləməlidir, çoxlu sayda vəsait və insan resursları tələb edən işdir.

Okay, fikirləşməyə davam etdim, bəs bu vəsaitləri və insan resurslarını necə toplamaq olar, hələki dövlətin dəstəyi olmadan, öz gücümüzə nəsə etmək məqsədiylə. Bu sualın cavabını Polşanın resursları olan Zrutka, Siepomaga (Gofundme kimi platformalardı) platformalarında tapdım.

Deməli insanlar, dövlətin dəstəyi belə olmadan öz gücləriylə, öz resursları ilə hansısa bir lokal problemin həlli üçün bir ianə yığımı açırlar və qısa bir zamanda vəsait toplanır və problem aradan qalxır. Çox sadə səslənir: ianə açırsan — problemin real olduğunu təsdiqlə — insanlardan dəstək al (ironik olsa da, yazacam, “Allah yardımçı” olsun dəstəyi yox, real və problemin həll etməsinə aparan yardım).

Okay, araşdırmağa başladım, düşündüm ki bizdə də belə bir resursun olmağı mütləqdir və belə bir resursun təsirini görüb, amma Azərbaycada lokal həllinin olmamağı məni məyus etdi.

Və budur, niyə də mən belə bir resursun-platformanın Azərabycanda açıb və ianlərin toplanmasını Facebook, Tiktok, Instagram’da deyil, bu platformada etməyin yaradıcısı olmayım?! Ritorik sualdır, çünki artıq cavab var idi ağlımda, ən azından yoxlayım, itirəcəyim bir şey yoxdur, ama qazanacağım çox şey ola bilər.

Yoxladım və alınmağa başladı. İlk real ianə yığımları, ilk real donatlar (ianələr)…sevinirəm və parallel olaraq irəlidə necə çətin yol gözlədiyini anlayıram.

Hər hansı bir saytın, tətbiqin, platformanın və rəsursun uğurlu olub olmamağını yoxlamaq üçün traffic lazımdı, çünki real istifadəçilər ancaq sənə məhsulunun uğurlu olub olmamağını göstərə bilər.

Statistika: Facebook Ads’dən platformaya yerləşdirilən ilk yığımı üçün reklama başladım. Reklam Meta tərəfindən Bakı vaxtı ilə saat 7də təsdiqləndi. Və 10 saat işləyən reklam 6 ianə toplayıb, 4144 baxış, 55 reaksiya (like və s), 111 nəfər platformaya keçid edib…möhtəşəm sadəcə.

Növbəti dəfə, əgər 1 nəfər belə bu yazını axıra qədər oxuyub bir fikir bildirsə, platformanın texniki tərəfini və necə hazırladığım haqqda yazacam, güləcəksiz 😁

Hamınıza, ideyamın reallaşdırmasını və uğuru görüb keçirdiyim sevinc hisslərindən arzu edirəm ✌🏻
1👍1🔥1
Qısa bir müddət ərzində ideyadan — işləyən product.

Bir çoxunuz kimi mən də düşünürdüm ki, 21-ci əsrdə online sahədə nəsə edib və uğur qazanmaq, gələcəkdə isə bunu biznesə çevirmək qeyri realdır, ama gördüyünüz kimi, bu tam realdır.

Sadəcə bazarı analiz etmək, düzgün oxumaq və bacarıqlarınızı düzgün istiqamətə yönəltmək lazımdır.

Sizcə bu məhsulu tam işlək biznesə çevirmək mümkün olacaq ya elə MVP məhsul səviyyəsində qalacaq?
Yığımın sahibi:
— Emil, axşamınız xeyir.
— 50 azn biraz olar karta oturdu🙏

— Mən sabah bütün ianələri göndərəcəyəm, indi isə Maştağadan gəlirəm. Evə çatana qədər gec olacaq.

— Siz təsəvvür belə etmirsiniz, bizi necə xilas edirsiniz 🙏❤️

Mən:
— Axşamınız xeyir. Yaxşı, problem yoxdur 🙂

Yığımın sahibi:
— Sizə çox böyük təşəkkür edirəm 🙏❤️

— Mütləq sabah 🙏 Hamısını göndərəcəyəm

_________________________

Bəzən belə mesajlar, bütün infoqrafika, reklam nəticələri, marketinq və s. bu kimi şeylərdən daha üstündür.

Hal hazırda Fərdi Sahibkarlığın qeydiyyatı mərhələsindəyəm, çünki FS’siz rəsmi ödənişi birbaşa platforma üzərindən ala bilmirəm, bu da düzgün analiz etməyə çox maneə olur.
1
Shopify’da “uğurlu məhsul” deyilən bir anlaşım var.

Uğurlu məhsul dedikdə insanların həqiqətən “ağrısını”, problemlərini aradan qaldıracaq bir məhsul deməkdir.

İndiyə olan nəticələr onu göstərir ki, belə bir platformaya, məhsula bir cəmiyyət olaraq ehtiyacımız var, ama tam əminliklə deyə bilmirəm bunu, test rejimi davam edir, ardıcıl 15 yığım belə nəticə versə, demək olar “uğurlu məhsul” tapıldı.

Siz nə düşünürsüz, belə platformaya həqiqətən ehtiyac var ya ömrü qısadır?
🔥1
Hər gün Facebookda və Instagramda xəstə uşaqlar, küçə heyvanları, ehtiyacı olan ailələr üçün şəxsi kartlara pul toplanır. Heç bir yoxlama yoxdur, heç bir təminat yoxdur, heç bir məsuliyyət yoxdur. Saxtakarlar bu boşluqdan sərbəst istifadə edir — insanlar aldadılır, pullar itir, heç kim cavabdeh olmur. Bu gün Azərbaycanda minlərlə belə toplama gedir. Hamısı nəzarətsiz. Hamısı risklə dolu.
Mən bu problemi həll etmək üçün MyYardim.com-u yaratdım.

Platforma necə işləyir? Kampaniya müəllifi qeydiyyatdan keçir, şəxsiyyəti yoxlanılır, sənədləri təsdiqlənir. Yalnız bundan sonra kampaniya dərc olunur. Donorlar kartla ödəniş edir — pul birbaşa müəllifə çatır. Hər əməliyyat sistemdə qeydə alınır. Kampaniyanın gedişatı ictimaiyyətə açıqdır — hər kəs görə bilər nə qədər toplandı, pul hara xərcləndi. Şübhəli kampaniyaları istifadəçilər özləri şikayət edə bilər. Biz isə dərhal reaksiya veririk.

Bir sözlə — bu, Azərbaycan üçün GoFundMe-dir. Amma yerli, ikidilli (Azərbaycan və Rus dillərində), və ən əsası — məsuliyyətli.

Hal-hazırda platformada 8 aktiv kampaniya var, 130-dan çox donor iştirak edib. Bunların hamısı ödəniş sistemi olmadan, yalnız insanların inamı sayəsində baş verib.

Lakin 2 aydır bir divarla üzləşirəm. Topladığımız pulları kampaniya müəlliflərinə — adi vətəndaşlara — qanuni şəkildə çatdırmaq üçün lisenziyalı ödəniş sistemi tapa bilmirəm. Hamısı ya rədd edir, ya da cavab vermir.

Rapyd — rədd cavabı. Dövriyyəmiz kifayət deyil.
Mangopay — rədd cavabı. Yalnız iri şirkətlərlə işləyirlər.
Epoint.az — fiziki şəxslərə ödəniş etmək texniki cəhətdən mümkün deyil.
🔇 Stripe — 2 həftədir cavab yoxdur.
🔇 Fondy — 2 həftədir cavab yoxdur.
🔇 Genome — 2 həftədir cavab yoxdur.
🔇 Unlimint — 2 həftədir cavab yoxdur.

Mən pul istəmirəm. Mən investisiya istəmirəm. Mən sadəcə insanların topladığı pulları həmin insanlara çatdırmaq istəyirəm — təhlükəsiz, sənədləşdirilmiş, qanuni şəkildə. Amma sistem buna imkan vermir. Facebookda nəzarətsiz toplananlar isə davam edir. Biz bunu düzgün etmək istədiyimiz üçün divarla üzləşirik.
Bu ədalətlidirmi?

Azərbaycanda minlərlə insan hər gün risk altında pul toplayır. Biz bu sistemi düzgün qurmaq istəyirik. Bizə kömək edin.
myyardim.com 🇦🇿

Dostlar, xaiş edirəm, imkan daxilində bu yazını çalışın bölüşün, çox adam görsün, bəlkə lazım olan adamlara gedib çatdı və nəhayət normal bir çıxış yolu tapa bildik…☹️
1
2 aydır ki, MyYardım üçün bir problemi həll etməyə çalışıram.

Banklara, ödəniş sistemlərinə, hüquq şirkətlərinə və dövlət qurumlarına məktublar göndərirəm. Onlarla müraciət etmişəm.

Əksər hallarda cavab ya sükut olur, ya da imtina.

Düzünü desəm, bir müddət sonra çıxış yolunun ümumiyyətlə olmadığını düşünməyə başlamışdım.

Amma dünən birdən-birə iki vacib hadisə baş verdi.

Birincisi, iki həftə əvvəl müraciət etdiyim hüquq şirkətindən nəhayət Azərbaycan ödəniş qanunvericiliyi ilə bağlı rəsmi hüquqi rəy aldım.

Əsas nəticə vacib idi: qanun fiziki şəxslərə ödəniş etməyi qadağan etmir. Problem ondadır ki, bu yalnız lisenziyalı infrastruktur və düzgün hüquqi model çərçivəsində həyata keçirilməlidir.

İkincisi isə uzun illər ödəniş sənayesində çalışmış bir insan mənə cavab verdi.

Adi bir imtina əvəzinə, təxminən 40 dəqiqəlik söhbətimiz oldu. Layihə haqqında, risklər haqqında, bankların, dövlət qurumlarının və bazarın bu cür layihələrə necə baxdığı haqqında danışdıq.

Söhbətin sonunda isə məni ölkənin ən böyük ödəniş şirkətlərindən birinin hüquqşünası ilə əlaqələndirməyi təklif etdi.

Bəlkə də məhz həmin söhbətdən sonra MyYardım-ın mənim düşündüyüm model üzrə işləyə bilib-bilməyəcəyi aydın olacaq.

Açığı, hələ də nəticənin necə olacağını bilmirəm.

Bəlkə yenə "xeyr" cavabı alacağam.

Bəlkə də ilk dəfə "bəli" eşidəcəyəm.

Hər halda nəticəni burada paylaşacağam.
1🔥1
Deyəsən, bir neçə aydır davam edən ödəniş məsələsində MyYardım üçün ilk dəfə real irəliləyiş var.

Layihəni izləyənlər bilir ki, əsas problem nə kod, nə dizayn, nə də istifadəçilər idi.

Əsas problem ödənişlər idi.

• İanələri qanuni şəkildə necə qəbul etmək olar?
• Toplanan vəsaiti kampaniya sahiblərinə necə köçürmək olar?
• Qanunvericiliyi pozmadan bunu necə etmək olar?
• Və ən əsası, özümüz ödəniş təşkilatına çevrilmədən bunu necə qurmaq olar?


Son aylar ərzində banklara, ödəniş sistemlərinə, hüquq şirkətlərinə və dövlət qurumlarına onlarla müraciət göndərdim.

Bəzən cavab gəlirdi, bəzən imtina, çox vaxt isə ümumiyyətlə cavab olmurdu.

Bir müddət sonra elə görünməyə başlamışdı ki, çıxış yolu yoxdur.

İlk öncə Caspian Legal Center-dən hüquqi rəy aldım. Əsas nəticə vacib idi: qanun fiziki şəxslərə ödəniş edilməsini qadağan etmir. Məsələ düzgün hüquqi və ödəniş modelinin qurulmasındadır.

Daha sonra mənə Ruslan Hüseynov cavab verdi. Ruslan ödəniş sənayesində 15 ildən artıq təcrübəyə malikdir və vaxtilə GoldenPay-in texniki direktoru olub.

Qısa yazışma əvəzinə təxminən 40 dəqiqəlik səmimi söhbətimiz oldu. Layihə, risklər, tənzimləmə və bankların bu cür platformalara necə yanaşması barədə danışdıq.

Söhbətdən sonra Ruslan məni GoldenPay komandası ilə tanış etdi.

Əvvəl Röyal ilə danışdıq. Sonra layihə şirkət daxilində müzakirə olundu. Daha sonra isə İmran ilə əlaqə yaratdıq.

Və bu gün ilk dəfə lisenziyalı ödəniş provayderindən belə bir cümlə eşitdim:

“Bunun üçün sizə lisenziya lazım deyil.”

Hazırda Caspian Legal Center-ə əlavə hüquqi dəqiqləşdirmə üçün sorğu göndərilib.

Əgər cavab indiki nəticələri təsdiqləsə, növbəti addım Azərbaycanda MMC-nin qeydiyyatı və MyYardım platformasının GoldenPay ilə inteqrasiyasına başlamaq olacaq.

Düzünü desəm, bir neçə həftə əvvəl bu nöqtəyə çatacağımıza o qədər də inanmırdım.

Mənə vaxt ayıran, məsləhət verən və bu qeyri-standart layihəni dinləyən Caspian Legal Center komandasına, Ruslan Hüseynova, Röyala, İmrana və GoldenPay komandasına təşəkkür edirəm.

Bəlkə də MyYardım-da ilk tam funksional “İanə et” düyməsinə artıq cəmi bir neçə addım qalıb.
2👍1🔥1
Nəhayət. Artıq rəsmən 😁

MyYardım nəhayət hüquqi olaraq da qeydiyyatdan keçdi — «MY YARDIM MMC» Azərbaycanda qeydiyyata alındı 🇦🇿

Layihə bir ideya kimi başladı və tədricən real istifadəçilərə, komandaya, sayta və indi də öz şirkətinə qədər gəlib çıxdı.

Ayrıca bir kvest isə, əlbəttə, bürokratiya oldu. Amma bu səviyyəni də keçdik… hərçənd, bu hələ dəqiq deyil 🥲

Qarşıda ən maraqlı və ən çətin hissə var.

MyYardım — artıq rəsmən ❤️
🔥1