AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri
44.2K subscribers
665 photos
3 videos
11.1K links
Azərbaycanda vakansiyalar, iş elanları

Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az

Əlaqə: 051 343 73 07

AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
Download Telegram
Forwarded from AzVak - rayonlarda iş
Mağaza müdir müavini tələb olunur (Bakı və İsmayıllı)

İşəgötürən: Baku Electronics

Tələblər:

Satış sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;
Problemləri effektiv şəkildə həll etməli;
Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;
İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.

Vəzifə öhdəlikləri:
Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.


Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

https://careers.bakuelectronics.az/az/vacancies/58
Aşpaz köməkçisi tələb olunur

İşəgötürən: MAYA Cloud Kitchen

Ünvan: Azərbaycan, Bakı şəh.,Yasamal rayon,Zərgərpalan 100

Son müraciət tarixi: 30.06.2024

İşin təsviri:
Mətbəxin gigiyena və qida təhlükəsizliyi qaydalarının həyata keçirilməsi;
Mövcud olan menyulara uyğun yeməklərin hazırlanmasını təmin etmək;
Qida məhsullarının keyfiyyətinə dair müəyyən edilmiş standartlara əsasən işləmək;
Qanunvericiliyə əsasən sənədləşmə
İş yeri: Nizami m/st yaxınlığı (Nizami mallun arxası)
Həftədə 6 günlük iş qrafiki, həftə içi 1 gün istirahət günü.
Əmək haqqı: 500-600 manat.

Namizədə olan tələblər:
Fast food hazırlamağı bacaran, restoranda ən azı iş təcrübəsi 1 il olan dəzgahdar və ya aşpaz köməkçisi.
Kollektivlə işləmə qabiliyyəti olan və stressə davamlı mühitdə işləmə bacarığı olan.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aşpaz köməkçisi” qeyd edərək, CV-lərini mayacloudkitchen@gmail.com elektron ünvanına və ya (050) 315 62 88 nömrəsinin wp-na göndərməyiniz xahiş olunur.
Sosial İşçi tələb olunur (Füzuli)

İşəgötürən: SOS Uşaq Kəndləri - Azərbaycan

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) və Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası “İqtisadi, ekoloji və sosial dayanıqlılıq sahəsində boşluqların azaldılması məqsədilə kənd yerlərində innovasiyaların təşviq edilməsi” (BRIDGES) layihəsini icra etməyi planlaşdırır.

Layihə 10 ay müddətində Füzuli rayonunun məcburi köçkünlər məskunlaşan 5 qəsəbə və ya kəndində təxmini 200 nəfər həssas qrupa daxil olan qadınlar və gənclər üçün dayanıqlı icma əsaslı inkişaf təcrübələrini təşviq etməklə onların sosial-iqtisadi və ekoloji cəhətdən gücləndirilməsinə dəstək olmağı nəzərdə tutur. Bu məqsədlə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası aşağıdakı vakansiya üçün iş elan verir.

Sosial İşçi – benefisiarların müəyyənləşdirilməsi və cəlb edilməsi, onların layihə fəaliyyətlərində yaxından iştirakının təmin edilməsi, eləcə də layihənin sosial istiqamətdə fəaliyyətlərinin icra olunmasına məsuliyyət daşıyacaq. Layihənin qadın benefisiarlarının sosial ehtiyaclarını qiymətləndirəcək, onları ictimai və özəl tərəfdaşlara yönləndirəcək, layihə Psixoloqu ilə birlikdə təlim və konsultasiya sessiyaları keçirəcək.

Öhdəliklər:
Potensial icmaların və benefisiarların müəyyən edilməsi, məlumatların toplanması və uyğun gələnlərin layihəyə cəlb edilməsi.
Regional və yerli səviyyədə ictimai və özəl tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək göstərilməsi.
Hədəf icmalarda gənc könüllülərin müəyyən edilməsi və onlarla icma inkişafı ilə bağlı layihə işlərinin aparılması.
Könüllülər vasitəsilə digər gənclərin peşə təhsilinə marağının və imkanlarının artırılması.
Benefisiarların sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi, müvafiq tədbirlərin planlaşdırılması və bazar araşdırmalarının aparılmasına dəstək göstərilməsi.
Benefisiarların ehtiyacına uyğun psixo-sosial təlim paketlərinin hazırlanması, təlimlərin və məlumat sessiyalarının keçirilməsinə dəstək göstərilməsi.
Benefisiarların sosial-iqtisadi ehtiyaclarına uyğun olaraq onların müvafiq ictimai və özəl qurumlara yönəldilməsi və prosesin fasilitasiya edilməsi.
İcma özünüinkişaf qruplarının fəaliyyətlərinin davamlılığı üçün müvafiq təbliğat-təşviqat işlərinin aparılması.
İcma və qrup üzvlərinin layihə fəaliyyətlərindən bərabər hüquqlu və adekvat qaydada istifadə imkanlarının dəstəklənməsi.
Layihə üzrə müvafiq məlumat və tanıtım materiallarının hazırlanmasına dəstək göstərilməsi.
Layihə fəaliyyətləri, çətinliklər və uğurlar haqqında mütəmadi olaraq inkişaf hesabatlarının təqdim olunması.

Tələblər:
Uyğun sahələr üzrə ali və ya orta ixtisas təhsili: sosiologiya, psixologiya, pedaqogika və s.;
Yüksək səviyyədə komandada işləmə bacarıqları və azı 5 illik təcrübə;
İcma quruculuğu və ya sosial iş üzrə azı 5 illik təcrübə;
Kənd yerlərində icma inkişaf layihələrinin icrası və tərəfdaşlarla əlaqələrin qurulması üzrə azı 5 illik təcrübə;
Yüksək səviyyədə təlimçilik, kommunikasiya və şəbəkələşmə bacarıqları;
Azərbaycan dilində səlis danışmaq və qrammatik cəhətdən düzgün yazmaq bacarıqları;
Regionda yaşaması və ya tanıması üstünlükdür.

İş şərtləri:
Tam ştat məşğulluq - 5 günlük iş həftəsi, saat 09:00-18:00.
İş yeri: Füzuli rayonu.
Əmək haqqı (vergilər və digər tutulmalar daxil): 588 CHF (Isveçrə Frankı).
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işçilərin uçotu aparılır.

Təklifimiz:
Peşəkar və insan səriştəsinin ön planda olduğu beynəlxalq QHT iş mühiti və məsuliyyətli bir vəzifə.

Müraciət etmək üçün müraciətinizi (motivasiya məktubu və CV) ən geci 20 İyun 2024-cü il tarixinədək cv@sos-az.org e-mail ünvanına mövzu hissəsində “ Sosial İşçi ” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Florist tələb olunur

İşəgötürən: Nardaran İnvest

Əmək haqqı: 700 AZN + bonuslar.

Öhdəliklər:
Buket və çiçək kompozisiyaların təşkili, yığılması və satışı;
Müxtəlif növ gül çələngləri və əklil hazırlanması;
Salondakı çiçəklərə qulluq etmək;
Müştəri ilə ünsiyyət qurma bacarığı;

Namizədə tələblər:
Gül mağazasında və ya fərdi olaraq gül hazırlanmasında 3 illik təcrübə;
Rus dili arzuolunandır;
Sosial Media platformalarından istifadə bacarığı arzuolunandır.
İş qrafiki: I-VI günlər.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlər aşağıdakı recruitment@seabreeze.az e-mail adressə CV göndərə bilərlər.
Mühafizəçi tələb olunur

işəgötürən: MPAY QSC

Namizədə qoyulan tələblər:

Yaş 25-35 yaş
Boy 180 sm-dən yuxarı (kişi namizədlər)
Hərbi xidmətdə olması;
Minimum 3 il iş təcrübəsi
Sağlam və idman cüssəli olması
Operativlik, məsuliyyətlilik, diqqət, cəldlik
Ali təhsilli olması üstünlükdür
Sürücülük vəsiqəsi

Vəzifə öhdəlikləri:
Ərazilərdə inkassasiya prosesinin keçirilməsinə dəstək vermək

İş şəraiti:
Ofis xarici;
İş rejimi həftənin 6 günü (Şənbə günü qısa iş günüdür);
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar yeməyinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi hr@mpay.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Mühafizəçi” yazılmalıdır.
Forwarded from İKT, kompüter işləri
Baş/Aparıcı Backend proqramçı tələb olunur

İşəgötürən: Azericard

Vəzifəyə olan tələblər:
3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi;
Java və OOP dizayn prinsipləri bilikləri;
Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi;
RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi;
Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi;
Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı;
Oracle verilənlər bazası ilə iş təcrübəsi;
Design patterns ilə iş təcrübəsi;
Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı.

Vəzifə öhdəlikləri:
Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi;
Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi;
Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir;
İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurub və həyata keçirir;
Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;
Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;
Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;
Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın şöbə müdirini məlumatlandırır;
Şöbə müdirin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır;
Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir.

Namizədlərdən CV-lərini " Baş/Aparıcı Backend proqramçı" mövzusu ilə hr@azericard.com e-mail ünvanına göndərmək xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Forwarded from İKT, kompüter işləri
“İT İnfrastrukturu üzrə baş mühəndis” tələb olunur

İşəgötürən: “PAŞA Technology” MMC

Əsas öhdəliklər:
Şirkətin strategiyasına uyğun olaraq Bulud Xidmətləri üzrə təkliflər (IaaS, SaaS, PaaS) həyata keçirmək, mövcud təkliflərlə bağlı davamlı yardımın göstərilməsi;
Hibrid bulud mühitlərinin dəstəklənməsi və idarə olunması;
Gündəlik tapşırıqlarda “agile” iş üsulunu dəstəklənməsi;
Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün DevOps prinsiplərindən fəal istifadə edilməsi;
Adi Rejim (BaU) əməliyyatlarında həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi;
Nasazlıqların qabaqcadan proqnozlaşdırılması və aradan qaldırılması;
Xidmət səviyyəsi haqqında müqavilələrə və müştərilərin gözləntilərinə uyğun olaraq kritik əhəmiyyətli mühitlərdə yüksək keyfiyyətlə həyata keçirilən idarə olunan dəstək xidmətlərinin idarə olunmasına görə məsuliyyətin daşınması;
Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
İT prosesləri və davamlı inkişaf tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsinə görə məsuliyyətin daşınması;


Tələb olunan bilik və bacarıqlar:
Texniki sahədə Ali təhsil.
Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.
IT üzrə sertifikat və dərin peşə bilikləri:
VMware (VCP, VCDX);
Microsoft (MCSA, MCP, Azure Certified);
RedHat (RHCA, RHCE);
Cisco (CCNA, CCNP, CCIE);
İT Xidmət İdarəetməsi (İTİL).
Saxlama ərazisi şəbəkələri və protokolları (FCP, FCİP, FCoE), çox traektoriyalı texnologiyalar (MPİO), disklər, həcmlər, montaj nöqtələri, LUN maskalanma və VSAN-lərin aydın şəkildə başa düşülməsi;
PaloAlto, Huawei, Microsoft, RedHat üzrə əlavə sertifikatlar üstünlükdür;
İT İnfrastrukturun idarə olunması üzrə ən azı 5 il təcrübə;
Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;
Xüsusilə Bulud Xidmətlərinin çatdırılmasında mövcud olan və yeni yaranan İT texnologiyaları üzrə dərin bilik;
Məlumat Mərkəzi texnologiyalarının arxitekturası üzrə praktiki bilik;
"TCP/İP", "OSPF", "BGP", "Multicast" və “Anycast” üzrə dərin biliklər;
F5 BigIP yük balanslaşdırıcıları, Cisco marşrutlaşdırıcıları və Elektrik açarları, PaloAlto təhlükəsizlik şlüzləri ilə təcrübə;
DCİ texnologiyasının icrası üzrə təcrübə;
“Overlay Transport Virtualization”, “Fabric Path”, “vPC” ( virtual portkanalları), VXLAN üzrə iş təcrübəsi;
Telekommunikasiya, xarici şəbəkə və VPN arxitekturası;
Məlumat Mərkəzinin server məkanının dizaynı, o cümlədən giriş səviyyəsi, ümumiləşdirmə səviyyəsi və əsas səviyyə üzrə iş təcrübəsi;
"İPv4" və "İPv6" üzrə biliklər.
Kompüter Bilikləri
"Visio"/"AutoCAD" proqram təminatları;
"Microsoft Office" proqramları və alətləri üzrə biliklər;
Proqramlaşdırma dilləri ("Python" və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür;
Məlumat Mərkəzləri mühiti və "Tier" standartları üzrə biliklər.
Dil bilikləri:
Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

Digər bacarıqlar:
Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq;
Əməliyyat keyfiyyətini dəstəkləmək;
Təşkilat daxili.

Son müraciət tarixi: 30 iyun 2024-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “İT İnfrastrukturu üzrə baş mühəndis” mövzu bölməsində qeyd etməklə CV-ni talents@pasha-technology.com ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq
Emalatxanada usta köməkçisi tələb olunur

İşəgötürən: Tac Tap

Namizədə olan tələblər:

- 18-28 yaş həddi; Bəy namizədlərə üstünlük veriləcək
- İncəsənət yönümlü peşə məktəbini bitirənlərə üstünlük veriləcək
- Azərbaycan dili biliyi
- Kollektivdə işləmə bacarığı;
- Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq
- Öyrənməyə meyilli
Vəzifə öhdəlikləri:
-
Verilən bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
- Emalatxanada hazırlanan suvenir,dekorativ məhsullarla ehtiyyatlı davranmaq
- Ustanın işini diqqətlə incələmək və öyrənmək
- Məhsulların hazırlanma prosesində iştirak etmək

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Əmək haqqı: 450azn (Başlanğıc olaraq nəzərdə tutulan məbləğdir)
- İş qrafiki: 09:00-18:00 bazar ertəsi-şənbə tam iş günü
- Peşə məktəbləri uyğun namizədlərin məlumatlarını bizimlə paylaşa bilər.

Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV’lərini info@tactap.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Usta köməkçisi” qeyd etmələri xahiş olunur.Hər hansı sual yaranarsa 050 493 22 33 nömrəsi ilə əlaqə yaradıla bilər.
Dizayner-CNC operator - MAAŞ 1200 MANAT CİVARINDA

İşəgötürən: Tac Tap

Yaş həddi: 25-40 namizəd- kişi
İş qrafiki: 09.00-18.00
Həftə daxili İş günlərinin sayı: 5
Əmək haqqı : 900-1200 manat (bilik və bacarıqlardan asılı olaraq)

Əsas vəzifə öhdəlikləri :
- Şirkətin bazasında istehsal oluna bilən, istehlakçılar tərəfindən tələb olunan kreativ məhsular barədə ideyaları qenerasiya etmək.
- Kreativ ideyaların dizayn (rəqəmsal vektor) versiyasını yaratmaq.
- Kreativ ideyaların istehsala uyğunlaşmasını həyata keçirir;
- Məhsul kateqoriyaları üzrə kreativ satış kampaniyaları üçün təkliflər verir;
- Kreativ konseptlər yaradır, həyata keçirilməsini təmin edir;
- Bazarda yenilikləri izləyir və işə adaptasiyasını təmin edir;
- Məhsulların satış effektivliyi izləyir və rəhbərliyə hesabatlar təqdim edir.

Tələb olunan bilik və bacarıqlar :

- Yaradıcı və müxtəlif ölçülü hadisələr üçün ssenari/məzmun/interaktiv ideyalar yaratmaq və onları təqdimatlarda təşkil etmək bacarığı;
- Kreativ düşünmə qabiliyyəti;
- Fikirlərini yığcam və aydın ifadə etməyi, məlumatları tapıb təhlil etmək;
- Dizayn işlərindən təcrübəsi olan;
- Dizayn proqramlarda işləmək bacarığı
- CNC (lazer) sahəsində təcrübəsi olan (ilkin təcrübə də ola bilər)
- Uyğun sahədə ən azı 1-3 il təcrübəsi olmalıdır. (təcrübəsi olanlara üstünlük verilir); namizəd ilə görüş zamanı portfoliosuna baxılacaq.
- Dil biliyi – Azərbaycan səlis, (rus dili və ingilis dili arzuolunandır);
- Ali təhsil;

Şəxsi keyfiyyətlərə tələblər:
- Yaradıcı
- Təşəbbüskar
- Çevik
- Məsuliyyətli
- Komandada işləmə bacarığı

Göstərilən tələblərə uyğun namizədlər “mövzu” hissəsində “Dizayner” qeyd etməklə öz CV-lərini info@tactap.az ünvanına göndərməyi xahiş olunur.
Suallar olduğu halda 050 493-22-33 nömrəli telefon vasitəsi ilə müraciət edə bilərsiniz.
SMM tələb olunur

İşəgötürən: Tac Tap

Vəzifə və öhdəlikləri:

Şirkətə məxsus sosial media kanallarının və saytın idarə edilməsi;
Sosial media strategiyası hazırlamaq və həyata keçirmək
Sosial media kanallarında paylaşılacaq reklam məzmunu yaradılması, postlara nəzarət, postlarda dəyişiklik və yeniliklər üzrə təkliflərin verilməsi;
Aylıq yekun statistik nəticələrin hazırlanması
Sosial media kanalları üzərindən daxil olan sorğuların cavablandırılması və müvafiq komandalara yönəldilməsi

Namizədə tələblər:
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Əsasən SMM xidməti göstərən şirkətlər dəyərləndirilir.

Xidmət göstərən şirkətlər qiymət təklifləri mail adresinə “Smm” başlığı altında göndərə bilərlər.
Müraciət üçün info@tactap.az ünvanına cv-lərinizi göndərə və ya əlavə suallar üçün 0504932233 nömrəsi ilə əlaqə yarada bilərsiniz.
Korporativ satış üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Tac Tap

Əmək haqqı: 900-1200 manat + Satışdan faiz (Namizədin təcrübə və bacarığına görə dəyişə bilər)

Namizədə olan tələblər:

Minimum 2 il müvafiq sahədə iş təcrübəsi ;
25-45 yaş həddi; Bəy namizədlərə üstünlük veriləcək
Ali təhsil;
Azərbaycan dili biliyi və rus dili biliyi mütləqdir, İngilis dili biliyi arzuolunandır
MS Office proqramlarından istifadə bacarığı
Kollektivdə işləmə bacarığı;
Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Məhsulu düzgün təqdim etmək bacarığı;

Vəzifə öhdəlikləri:

Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
Satış sənədlərinin hazırlanması;
Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq satış hesabatlarının təqdim edilməsii;
Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;

Şərtlər:

AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
İş qrafiki: 09:00-18:00 bazar ertəsi-şənbə tam iş günü
Şirkət tərəfindən korporativ nömrə verilir

Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV’lərini info@tactap.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur. Hər hansı sual yaranarsa 050 493 22 33 nömrəsi ilə əlaqə yaradıla bilər.

satıcı
Mağaza Müdiri - MAAŞ 2000 MANAT CİVARINDA

"AGRO-VESTRETAIL"MMC” Aplus” Supermarketlər şəbəkəsi “Mağaza Müdiri” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

- Komandailə işləmə və heyyəti idarəetmə bacarığı olmalı;
- İşgüzar davranış etikası olmalı;
- İştəcrübəsi: 3 ildən çox (Qeyd edilən vəzifə üzrə);
- Yaş həddi: 27-50;

Vəzifə öhdəlikləri:

- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli,
düzgün qərarlar verməlidir.
- Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma
sistemlərini doğru idarə etməlidir.
- Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq
hədəfə çatmalıdır.
- Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat
toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
- Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları
səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe
olduğu rəhbərinə yazılı müraciət etməlidir.
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına
şəraitin yaradılmasını təmin etməlidir;
- Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların
tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.)
keçirilməsini təmin etməlidir;
- Mağazadasoyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin
etməlidir;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində
olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
- Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir, ona təhkim olunan inventarlara
cavabdehdir;
- Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə,
oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
- Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
- Mağazayaaid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və
fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
- İşzamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici
görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını
daim üzərində saxlamalıdır.

İş şərtləri:
- Stabil iş
- Icbari sığorta
- Əməkhaqqı: 1500-2000 azn
- Naharşirkət tərəfindən təmin edilir
- İşvaxtı: 9.00– 18.00
- İstirahət günləri: Həftə ərzində 1 dəfə.

Maraqlananlar öz CV formalarını eyvaz.eyvazov@aplus.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

AGRO - WEST
Felicita ailəvi restoranına Ofisiant bəylər və xanımlar tələb olunur.

Əmək haqqı: 450manat
Gündəlik gəlir ortalama 55-60manat olacaq.
Yaş həddi : 23-35arası
İş qrafiki: tam iş rejimi
Xarici görünüş normal olmalıdır.

Xahiş olunur ancaq real namizədlər müraciət etsinlər.

Ünvan: Həsən Əliyev küçəsi (İnqilab) ilə Tbilisi prospektinin kəsişməsində yerləşir.
Restoran Qafqaz otelin yaxınlığında, Çıraq Plazanın üzbəüzündə yerləşir. (Restoran Felicita)

Ən yaxın metrolar. 20 yanvar və Nizami metrosudur.
Yanından keçən avtobuslar:
Nizami metrosundan - 2, 79, 65,
20 Yanvar metrosundan - 2, 79 , 65, 37, 13

Xahiş olunur ciddi şəxslər birbaşa ünvana yaxınlaşsınlar. Elan saytda olduğu müddətdə qüvvədədir.

Müraciət qaydası: 055 311 29 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əlaqədar şəxs: Ağaverdi Süleymanov
Qabyuyan xanım tələb olunur.

İşəgötürən: Felicita ailəvi restoranı

Əmək haqqı: 700 manat
İş qrafiki: 11:00 - 23:00
Yaş həddi : 50 yaşa qədər
Xahiş olunur ancaq real namizədlər müraciət etsinlər.

Ünvan: Həsən Əliyev küçəsi (İnqilab) ilə Tbilisi prospektinin kəsişməsində yerləşir.

Tbilisi prospektindəki Şaurma N1 ilə üzbəüz


Ən yaxın metrolar. 20 yanvar və Nizami metrosudur.
Yanından keçən avtobuslar:
Nizami metrosundan : 2, 79, 65,
20 Yanvar metrosundan: 2, 79 , 65, 37, 13


Xahiş olunur ciddi şəxslər birbaşa ünvana yaxınlaşsınlar. Elan saytda olduğu müddətdə qüvvədədir.


Müraciət qaydası: 055 311 29 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əlaqədar şəxs: Ağaverdi Süleymanov
Qadın aşbaz tələb olunur

İşəgötürən: “FIT WAY FOOD” dietik catering şirkəti

Namizəd: Qadın
Yaş həddi 28-48
İş təcrübəsi: 1 - 3 il
Əmək haqqı: 600 manat + Bonus

İş saatı 10:00-19:00
AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;

Vəzifəsifəsi
- Gündəlik menyu üzrə sifarişlərin hazırlanması.
- Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etmək;

Ünvan- Bəsti Bağırova 15

İşlə bağlı 050 977 17 88 nömrənin whatsapp-na "Aşbaz" yazaraq müraciət edə bilərsiniz.
Xadimə tələb olunur

İşəgötürən: Medi-Art Psixi Sağlamlıq mərkəzi

Müraciət üçün son tarix: 31.06.2024

Tələblər: İşində təcrübəli, təmizkar, məsuliyyətli, gülərüz və səliqəli olmaq (yaşı 40-50)
Vəzifələri: Müsahibə zamanı ətraflı məlumat veriləcək
İş günləri: 6 gün iş, 1 gün istirahət
İş saatları: 9:00 dan - 18:00 dək
Əmək haqqı: 450 manat + forma

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
İş yerinin ünvanı: Səbail r-nu. İzzət Nəbiyev 40a. Müdafiə Nazirliyinin yanı

Müraciət qaydası: CV-ni əlaqə telefonu 077-219-01-17 Whatsapp nömrəsinə “Xadimə” yazaraq göndərməyiniz xahiş olunur.
AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri pinned «İnsan resursları üzrə koordinator tələb olunur İşəgötürən: Kolorit Cafe İş yeri: Bakı şəhəri, Nizami küç 83.(Tarqoviy) İş rejimi: 6 günlük İş haqqında: İşçilərin işə qəbul, işdən çıxış, davamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə…»
Kateqoriya inkişaf meneceri tələb olunur - MAAŞ 2000 MANAT CİVARINDA

İşəgötürən - SuperToys

Maaş: 1500-2000azn

İşin təsviri:
Kateqoriya üzrə məshul portfelinin idarə olunması (davamlı olaraq portfelin optimallaşdırılması)
Kateqoriya üzrə gəlirliliyin artırılması istiqamətində planların hazırlanması və icrasına nəzarət
Stok menecerlə birlikdə düzgün sifarişlərin hazırlanması
Kateqoriya üzrə bazar araşdırılmasının həyata keçirilməsi
Yeni trendlərin araşdırılması
Kateqoriya satışının artırılması üçün fəaliyyət planının hazırlanması və icrasının koordinasiyası
Kateqoriya üzrə satış hədəflərinin qoyulmasında iştirak etmək.
Kateqoriya üzrə marketinq aktivliklərinin və kampaniyaların hazırlanması və təşkili
Qiymətlərin optimallaşdırılması
Əsas potensial müştərilərlə görüşlərin təşkili
Müştərilər, məhsullar, brendlər, alt kateqoriyalar üzrə satış analizlərinin aparılması və müvafiq addımların atılması

Tələblər:

Kateqoriyaların idarə edilməsi, marketinq və satış prinsipləri haqqında möhkəm biliklər
Məlumatların təhlili və proqnozlaşdırma üsullarını başa düşmək
MS Office proqramlarında işləmək bacarığı
25-45 yaş arası bəylər
Müvafiq sahə üzrə 3 il təcrübə

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “ CV ”-lərini mövzu hissəsində vəzifə adını “Kateqoriya inkişaf meneceri“ qeyd etməklə hr@supertoys.az e-mail ünvanına göndərə bilər.
“Restoran Administratoru” tələb olunur

İşəgötürən: Resant Group

Vəzifə təlimatı;
Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək;
Restoran məhsullarına olan tələbatı daima araşdıraraq, məsul şəxslərə məlumat vermək;
Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək;
Müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edərək bütün restoran işçi qrupunu bu istiqamətdə təlimləndirib inkişaf etdirilməsində iştirak etmək;
İnzibati işlər, əmək qüvvəsi ilə bağlı məsələləri tənzimlənməsinə nəzarət etmək;
Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət etmək;
Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət etmək;
İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək;

Tələblər və şərtlər;
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək;
Ticarət (xidmət) fəaliyyətinə olan ümumi tələbləri bilmək;
Malların qəbulu, saxlanılması və satışa hazırlanmasını bilmək;
İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək;
“R-Keeper” proqramını restoran administratoruna lazım olacaq səviyyədə bilməli
Qeyd edilən sahədə minimum 3 il iş təcrüəsi;
Növbəli iş qrafiki ;
Xarici dil bilikləri; rus və ingilis dillərinin yaxşı səviyyədə olması arzuolunandır
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Restoran Administratoru” yazaraq öz CV-lərini hr@resantgroup.az elektron ünvanına göndərə bilərlər.
Baku Electronics şirkətinə hal-hazırda “Xadimə” tələb olunur

Vəzifə öhdəlikləri:
Gün ərzində ümumişlək yerlərin mütəmadi təmiz saxlamaq.

İş Şərtləri:
- İş qrafiki: Növbəli, 6 günlük iş rejimi
- Əmək haqqı: 400 - 450 Manat

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Xadimə” qeyd edərək 055 414 51 23 Whatsapp nömrəsinə yaza bilərsiniz
The Vape( Elektron siqaret) mağazasına Satıcı tələb olunur.

Tələblər:
- Minimum 1 il iş təcrübəsi;
- Yaş aralığı 20 – 30;
- ⁠Cinsi: Qadın
- ⁠Məhsulların qəbul edilməsi, vitrinə düzülməsi, satışların həyata keçirilməsi.

İş haqqında məlumat:
- Ə/H: 400 manat +Bonus
- ⁠İş növbəlidir
- ⁠1- ci növbə saat 09:00-16:00.
- ⁠2-ci növbə saat 16:00-23:00.
- ⁠Həftənin 1 günü istirahət.
- ⁠Ünvan- Əhmədli m/s yaxınlığında Bravo marketin daxili.
- ⁠Mağaza elektron siqaretlərin satışı ilə məşğuldur.


Müraciət üçün CV-ni shebnem_mikayilova@mail.ru ünvanına və ya 0513148426 nömrəsinin Whatsappına “Əhmədli Vape” yazaraq göndərməyiniz xahiş olunur.