AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri
44.2K subscribers
665 photos
3 videos
11.1K links
Azərbaycanda vakansiyalar, iş elanları

Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az

Əlaqə: 051 343 73 07

AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
Download Telegram
Təcrübəli Qənnadçı tələb olunur - MAAŞ 1300 MANAT CİVARINDA

İşəgötürən: Fratres MMC

Tələblər:
- 5-10 il iş təcrübəsi;
- ⁠Səliqəli təmizkar və bacarıqlı qənnadçı tələb olunur.

İş haqqında məlumat:
- Ə/H - 900-1300 azn
- ⁠Həftənin 1 günü istirahət.
- ⁠Ünvan- Nizami m/s yaxınlığı.


Müraciət üçün CV-ni shahriyar.garayev@gmail.com ünvanına və ya 0999977000 nömrəsinin Whatsappına “Qənnadçı” yazaraq göndərməyiniz xahiş olunur.
Aşbaz köməkçisi tələb olunur

İşəgötürən: Sağlam Catering

İş haqqında məlumat:
- Menyudakı yeməklərin reseptlərə uyğun olaraq hazırlanmağına dəstək
- İş yerində təhlükəsizlik, sağlamlıq və qida gigiyenası standartlarına riayət edilməsinə dəstək olmaq;
- Vəzifəsinin icrası ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələb olunur:
- Bəy namizədlər
- Səliqəli və təmizkar olmaq;
- Komandada işləməyi bacarmaq;
- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq;
- İş təcrübəsi mütləqdir.

Təklif edilir:
Əmək haqqı: 800 manat (iş nöqsansız olarsa 50 azn premiya)
Rəsmi qeydiyyat
Şirkət tərəfindən naharla təmin olunma;
Həftədə bir gün istirahət
Gənc və dinamik kollektivdə işləmək fürsəti;
Karyera inkişafı fürsəti.

Ünvan;Həzi Aslanov mst.Nargilə dairəsi yaxınlığı

Maraqlanan namizədlərin öz CV-lərini office@saglamcatering.az ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “Aşbaz köməkçisi” yazılması vacibdir. Əlaqə: 0702944809
Ofisiant və ofisiant köməkçisi tələb olunur

İşəgötürən: Kolorit restoranlar şəbəkəsi

İş şəraiti:
-Nahar şirkət tərəfindən təmin edilir;
-Rəsmi qeydiyyata alınır;
-Həftədə 1 gün istirahət;
-İş qrafiki: 08:00-18:00, 12:00-22:00, 14:00-00:00
-Əmək haqqı: 450 manat + bonus (və ya tips)
-Filiallar: Tarqovu, Həzi Aslanov, Xırdalan

Namizədə tələblər:
- Yaş məhdudiyyəti 18-32;
- Xoşgörünüşlü, bəy və ya xanım;
- Səliqəli və məsuliyyətli olmalı;
- Növbəli iş saatlarına uyğunlaşa biməli;
- Qonaqlar və işçi heyəti ilə ünsiyyət qurmaq bacarıqları;
- Əlavə dil biliyi üstünlükdür.

Mürcitə üçün 0508336286 nömrəsinə Whatsapp-ına "Ofisiant və ofisiant köməkçisi" qeyd edərək yaza bilərsiniz.
TƏCİLİ Şəxsi maşını olan Satış təmsilçiləri tələb olunur

İşəgötürən: İnci şirkətlər qrupu

-İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.

Tələblər:
-Ekspeditor kimi minimum 1 il iş təcrübəsi;
-Şəxsi maşın;
-Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
-Təyinat məntəqələrinə vaxtında nəzarət edilməsi;
-Öz rutu üzərində yeni müştərilərin tapılması;
-Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
-5 günlük iş qrafiki (09:00 – 18:00);
-Əmək haqqı: fix+aylıq satışa əsasən bonus sistemi;
-Nahar ilə təmin edilmə;

Tələblərimiz sizin üçün uyğundursa daha ətraflı məlumat üçün "Satış təmsilçisi" qeyd edirik 0774415622 nömrəsinin whatsapı ilə əlaqə saxlayın.
İDARƏ SÜRÜCÜSÜ tələb olunur

İşəgötürən: AzəriMed QSC

E-mail
cv@azerimed.com

Vəzifə öhdəlikləri:

- Şəhəri yaxşı tanımalı
- Rəhbərlə subordinasiya qaydalarına riayət etmək
- Avtomobili tələb olunan bütün yol hərəkəti qaydalarına uyğun idarə etməli
- Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə
- İş qrafiki: Rəhbərin qrafikinə əsasən
- Əmək haqqı: 1000 manat (Gross)

Namizədə tələblər
- Yaş: 28-40
- Təcrübə: İdarə və ya şəxsi sürücü kimi minimum 2 il (rəsmi) iş təcrübəsi
- Sürücülük vəsiqəsi: B və C kateqoriyası
- A class və C class avtomobillərini idarə etmə bacarığı
- İşində dəqiq ,məsuliyyətli, etibarlı və səliqəli xarici görünüşünün olması vacibdir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İdarə Sürücüsü” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərə bilər. Əlavə suallar üçün(Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Satıcı tələb olunur

İşəgötürən: Sharbat Sweets Baku şirniyyat şəbəkəsi

Tələblər:
Namizəd: Qadın, Yaş 18-30 yaşa qədər,
İş təcrübəsi- minimum 2 il

Dil bilikləri: ingilis və rus dilləri orta səviyyəli

Vəzifələr: Mağazada olan məhsul haqqında məlumatları düzgün formada müştəriyə çatdırmaq
İş saatı: 11:00-22:00
İş qrafiki: 6 günlük iş qrafiki
İstirahət vaxtı: 1-5 ci günlər arasında istəyə uyğun bir gün
Əmək haqqı: 650 manat və günlük satışlardan 2% əlavə
Ünvan: Xəqani TM-Sharbat Sweets Baku(Tarqovu)

055 339 11 37 whatsaapla CV-ni və ya özləri haqqında məlumatları təqdim edə bilərlər

Müraciət üçün son tarix: 15.06.2024
20-dən çox geyim və ayaqqabı mağazalarını idarə edən şirkətə Satış məsləhətçisi tələb olunur

- İşəgötürən: "VİB" MMC

İş barədə məlumat:
- Əmək haqqı 500-800 manat + satışdan bonuslar
- Geyim sektorunda kariyera inkişafı perspektivləri
- Satış texnikasi,məhsul ve merçendayzinq üzrə fərdi təlimlər
- Əlverişli iş qrafiki

Namizədə tələblər:
- Satış hədəflərinə çatdırmaq
- Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
- Ünsiyyət qurmaq və inandırmaq bacarıqları

CV-nizi hr@vibltd.az e-mail adresinin mövzu hissəsində "satış məsləhətçisi" yazaraq göndərə bilərsiniz.

Qeyd edək ki, 1997-cİ ildə əsası qoyulan VİB MMC, pərakəndə satış şirkətlərindən biridir. VİB MMC, 20-dən çox geyim və ayaqqabı mağazalarını idarə edir. Şirkət lyuks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları (Euromoda, Gerry Weber, Ramsey, KİP, Faik Sönmez, FLO) təmsil edir.
Forwarded from Qadın işləri
Dəzgahdar tələb olunur

City Park Mall əməkdaşları olaraq komandamıza yeni "Dəzgahdar" xanım axtarışındayıq. Bizim şərtlərə uyğun olan namizədlər öz cv formalarını "Dəzgahdar" başlığı altında cv@citypark.az mail adresinə göndərmələri xahiş olunur.

İş yeri; Babək prospekti Ağ şəhər City Park Mall:

Tələblərimiz;

Yemək çəkiləcək qabların silinməsi;

Dəzgahın səliqəyə salınması;

Dəzgahın təmizlənməsi və daima təmiz olmasına nəzarət;

Boş dayanma zamanı uyğun olaraq mətbəx heyətinə dəstək vermək;

Rəhbərliyin təlimatına uyğun iş aparmaq;

Müştərilər ilə düzgün ünsiyyət qura bilmək;

Məhsulların reklamının və satışını həyata keçirə bilmək:

Təklifimiz;

Növbəli iş qrafiki (hər iki növbədə işləyə bilməli;

Birinci növbə-09:00-18:00 və ikinci növbə 13:00-22:00;

Forma və nahar şirkət tərəfindən verilir;

Karyera inkişafı şansı;

Əmək haqqı 700 manat (nett) və əlavə olaraq satışdan faiz;
Forwarded from Müəllim vakansiyaları
Qarabağ Universitetinə müəllimlər tələb olunur

İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs

Vəzifə: müəllim

Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq,
psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası


Tələb olunan sənədlər:
1. tərcümeyi-hal;
2. ali təhsili təsdiq edən sənədlərin surəti;
3. dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
4.müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış –
maksimum 500 söz).

Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

İşin təsviri:

• fənn sillabuslarının hazırlanması;
• rəqəmsal bacarıqların tətbiqi;
• elmi tədqiqatların aparılması və nəticələrinin elmi jurnallarda dərc
edilməsi;
• bakalavriat səviyyəsində dərs yükünə uyğun fənlərin tədrisi;
• tədris prosesi ilə bağlı tədris-metodiki vəsaitlərin hazırlanması;
• tədris prosesindən əlavə, ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin
təşkilində aktiv iştirak;
• müvafiq istiqamət üzrə kafedranın fəaliyyətinə dair təkliflərin
hazırlanması;
• tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi.

Tələblər:
• fəlsəfə doktoru elmi dərəcəsinin olması;
• ali təhsil müəssisələrində müvafiq istiqamət üzrə minimum 3 il
elmi-pedaqoji iş təcrübəsi;
• minimum B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin
olması arzuolunandır);
• liderlik və idarəetmə bacarığı;
• tədqiqat bacarığı;
• tədris prosesində tələbə mərkəzli metod və texnologiyalardan istifadə
bacarığı;
• təlim prosesində süni intellektin imkanlarından istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• tələbələrin qiymətləndirilməsində müasir üsul və fərqli yanaşmalardan
istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı;
• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları
barədə məlumatlılıq;
• ali məktəb pedaqogikası və psixologiyasına, tələbələrlə davranış
qaydaları və psixoloji işin təşkilinə dair biliklər.

CV-nizi karabakh@edu.gov.az e-mail adresinin mövzu hissəsində sizə uyğun vəzifənin adını yazaraq müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 25 iyun 2024-cü il

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və
yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə aid edilib.
Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin olunması məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.

https://edu.gov.az/az/news-and-updates/qarabag-universitetinde-vakansiyalar-muellim
Forwarded from Hüquq vakansiyaları
Hüquqşünas tələb olunur

İşəgötürən: Azman Holding

İş barədə məlumatlar:

5 günlük iş qrafiki (10:00-19:00);
Nahar şirkət tərəfindən qarşılanır;
Əmək haqqı müsahibə əsasında müəyyənləşəcək (500-700 manat)

Tələblər:
Ali təhsil (hüquq üzrə);
Universiteti yeni bitirmiş gənc hüquqşünaslara üstünlük veriləcək;
Komputer bilikləri: (MS Word, MS Excel, MS Outlook);
Dil bilikləri: Rus və ingilis dili arzuolunandır.

Bilməlidir:
Azərbaycan Respublikasının Konstitusiyasını;
Azərbaycan Respublikasının qanunvericiliyi və normativ-hüquqi aktlarını;
Azərbaycan Respublikasının mülki, əmək, inzibati, mülki-prosessual hüququnun əsaslarını.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C

Maraqlananlar CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək cv@azmanholding.az elektron ünvanına göndərə bilər.
Resepşn tələb olunur

Sahil metrosunun yanında yerləşən "La Casa" otelinə təcrübəli resepşen tələb olunur

Vəzifəsi

- Verilən tapşırıqları yüksək keyfiyyətli və gecikdirmədən yerinə yetirməli.
- Qonaqların gülərüz qarşılanması və qeydiyyat aparılması
-Mərkəzə daxil olan zənglərin cavablandırılması və qeydiyyatı
- Qonaqlara operativ və keyfiyyətli xidmət göstərilməsini təmin etmək
- MS Office üzrə proqramları bilməK
- E-mail, booking.com və expediadakı hesabları yoxlamaq və cavablandırmaq
- Səbirli olmalı bütün sualları cavablandırmalıdır.
- İş qrafiki: növbəli

Namizədə tələblər

- Fərdi keyfiyyətlər: dürüstlük, məsuliyyət, işə həvəs və ünsiyyət qurmaq qabiliyyəti
- Xoş və səliqəli zahiri görünüş
-Yüksək səviyyədə rus və azərbaycan dili, orta səviyyədə ingilis dili
- Yalnız xanım namizədlər işə qəbul
- Əmək haqqı müsabiqə əsasında təyin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Resepşn” qeyd edərək lacasahotelbaku@gmail.com elektron ünvanına və ya 055 400 33 20 whatsapp nömrəsinə ŞƏKİLLİ CV göndərilməsi xahiş olunur.

Ünvan: Səbail r-n, Uzeyir Hajibeyov 18.

055 400 33 20 whatsapp
Barista tələb olunur

İşəgötürən: Belgian Chocolate and Coffee

İş yerinin ünvanı: Bakı və Sumqayıt şəhərləri (Yaşayış yerinə uyğun və ya şirkət tərəfindən təyin olunur)

Tələbələrin müraciəti qəbul olunmur

Tələblər:
Namizəd Bəy / xanım ;təcrübəli (1 ildən çox təcrübə); 28 yaşına kimi ;
Dil bilikləri rus / ingilis dilləri arzu olunur

Vəzifələr:
Latte artı bacarmaq, pomolu qurmaq.
Barda sürətli olmaq.
Qonaqlarnan səmimi olmaq.
Zalda qonaqların maksimal rahatlığını təmin etmək

Əməkhaqqı: 450-600 manat +bonus + tips
( təcrübədən və işə yanaşmaqdan asılı olaraq gəlir dəyişir)

Əlavə imkanlar:

Tips + bonus, gecə vaxtı taxi ödənişi bizim tərəfimizdən olunur.

Nahar 30 dəq, şirkət tərəfindən qarşılanmır,

Müraciət qaydası: 055-916-67-88

Müraciət üçün son tarix:
Xadimə tələb olunur

İşəgötürən: Belgian Chocolate and Coffee
Müraciət üçün son tarix:

Tələblər: Xanım , 55 yaşına kimi.

Vəzifələr: Zalı təmizləməy, həftədə 1-2 dəfə pəncərələri silmək,gün ərzində qabları yumaq və ayaq yoluna nəzərət etmək.

Əməkhaqqı: 500 manat

Əlavə imkanlar: 30 dəqiqə nahar. Nahar şirkət tərəfindən qarşılanmır

İş yerinin ünvanı: Bakı Və Sumqayıt şəhərləri (Yaşayış yerinə uyğun və ya şirkət tərəfindən təyin olunur)

Müraciət qaydası: 055-916-67-88
Ofisiant tələb olunur

İşəgötürən: Belgian Chocolate and Coffee

İş yerinin ünvanı: Bakı və Sumqayıt şəhərləri (yaşayış yerinə və şirkət tələblərinə uyğun)

Tələblər: Bəy/ xanım, 28 yaşına kimi , 1 ildən çox, tələbə olmasın, rus dili və ingilis dili arzu olunur.

Vəzifələr:
Qonaqları qarşılamaq, menyu vermək , sifarişi götürmək, masanı yığışdırmaq, menyunu mükəmməl bilmək, qonaqlarnan gülərüz olmaq , sürətli və diqqətli olmaq və ofisianta dair digər öhdəliklər.

Əməkhaqqı: 450-600 manat dəyişilir , təcrübədən və işə yanaşmaqdan aslıdır.

Əlavə imkanlar:
Nahar 30dəq, nahar şirkət tərəfindən qarşılanmır,
Tips 20-30% ümümi yığılandan, gecə qalan əməkdaşlara taxsi ödəniş olunur

Müraciət qaydası: 055-916-67-88

Şirkət və ya fərdi sahibkar haqıqnda qısa məlumat: Belgian Chocolate & Coffee

Müraciət üçün son tarix
TORNAÇI tələb olunur

Mirzəoğlu MMC (Konfet şirniyyat istehsalı üzrə qənnadı fabrikidir)

Müvafiq sahə üzrə orta və ya texniki ixtisas Təhsili(Ali təhsil arzuolunandır)
Təcrübə mütləqdir

Əmək haqqı: 830 manat
İş yeri: Buzovna qəsəbəsi
İş qrafiki: 07:30-15:30 (6 günlük)

İş barədə:
Dəzgahın və avadanlığın istismardan əvvəl yoxlanmasını təmin etmək,
Torna dəzgahında detalların düzgün quraşdırılması,
Dəzgahın işə salınmasını düzgün icra etmək.
İşə qəbul tam Rəsmi AR Əmək Məcəlləsinə uyğun həyata keçirilir.
Yemək şirkət tərəfindən verilir.

Uyğun namizədlər hr3@mirzaoglu.az mail adressinə Tornaçı qeyd edərək CV göndərə və ya 055 444 63 38 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
AŞBAZ KÖMƏKÇİSİ tələb olunur - Zəngilan

Sağlam Catering şirkətinin Zəngilan filialına 1 nəfər bəy aşpaz köməkçisi tələb olunur

- Menyudakı yeməklərin reseptlərə uyğun olaraq hazırlanmağına dəstək
- İş yerində təhlükəsizlik, sağlamlıq və qida gigiyenası standartlarına riayət edilməsinə dəstək olmaq;
- Vəzifəsinin icrası ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

- Səliqəli və təmizkar olmaq;
- Komandada işləməyi bacarmaq;
- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq;
- İş təcrübəsi mütləqdir.

BİZ SİZƏ NƏ TƏKLİF EDİRİK:

- Əmək haqqı: 900 manat
- Rəsmi qeydiyyat
- Şirkət tərəfindən naharla təmin olunma;
- Həftədə bir gün istirahət:
- Ünvan; Zəngilan
- Gənc və dinamik kollektivdə işləmək fürsəti;
- Karyera inkişafı fürsəti.

Maraqlanan namizədlərin öz CV-lərini office@saglamcatering.az ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “Aşbaz köməkçisi” yazılması vacibdir.
Əlaqə: 505203223
Forwarded from AzVak - rayonlarda iş
Qaz Müfəttişi tələb olunur - (Şəki filialı)

İşəgötürən: Enerji Məsələlərini Tənzimləmə Agentliyi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
• Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
• Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
• Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın
əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
• Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və
qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
• Layihə sənədlərinin ekspertizasını keçirir;
• Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
• Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası
məcburi göstərişlər verir;
• Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin
qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
• İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
• İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və
nəticələrini rəsmiləşdirir;
• Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
• Öz fəaliyyəti barədə Filial rəisinə hesabat verir;
• Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
• Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və
hüquqları həyata keçirir.

TƏLƏBLƏR:
• Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Yaş həddi 25-45 aralığı
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
• Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.

DİGƏR:
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
• İş yeri: Şəki şəhəri – 1 vakansiya,

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Qaz müfəttişi) qeyd edin
. Vakansiya üzrə
müraciətin son müddəti: 11 iyul 2024-cü il
Forwarded from AzVak - rayonlarda iş
Enerji Müfəttişi tələb olunur - Regionlar üzrə (Şirvan, İmişli, Kürdəmir)

İşəgötürən: Enerji Məsələlərini Tənzimləmə Agentliyi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
• Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
• Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
• Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın
əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
• Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və
qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
• Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
• Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası
məcburi göstərişlər verir;
• Filialın fəaliyyət ərazisində 200 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının
verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
• Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərini enerjidən səmərəli istifadə üzrə ekspertizasını
keçirir;
• İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
• İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və
nəticələrini rəsmiləşdirir;
• Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
• Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
• Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və
hüquqları həyata keçirir.

TƏLƏBLƏR:
• Energetika və enerji maşınqayırması, İstilik energetikası, maşın və qurğuları, Elektrotexnika və
elektromexanika, Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali
təhsil
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Yaş həddi 25-45 aralığı
• Agentliyin region filiallarına rotatsiyaya açıq olmalı;
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
• Rus dilini bilməsi arzu olunandır;
• Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.

DİGƏR:
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 11 iyul 2024-cü il
• İş yeri: Şirvan, İmişli, Kürdəmir şəhərləri - 3 vakansiya

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji müfəttişi) qeyd edin.
Merçendayzer tələb olunur

İşəgötürən: Can-Pa

Can-PA MMC Qənnadı məhsullarının istehsalatı şirkətində 7-ci və 8-ci mkr. ərazilərinə Merçendayzer tələb olunur.

İş haqqında məlumat:
Rut üzrə market ziyarətlərinin icrası
Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq;
Məhsulları təhkim olunmuş mağazalarda şirkətin merçendayzinq standartlarına uyğun rəflərdə yerləşdirilməsini təmin etmək;
Satış nöqtəsinin anbarında məhsullar barəsində hesabatlar hazırlayaraq ofisə təqdim etmək;
Gündəlik gördükləri işlər və dükanlardakı vəziyyət barədə şirkət tərəfindən təqdim olunmuş terminala şəkillər və qeydlər yerləşdirmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları tam və vaxtında icra etmək;
Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq;
Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət;
Şirkətin məhsullarının ticarət məntəqələrində standartlara uyğun düzülüşünü təşkil etmək;
Malların istehsal tarixini və əmtəə görünüşünü yoxlamaq;
Ticarət məntəqəsində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə bildirilmək;
Gündəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
İşlər şirkət tərəfindən tam öyrədilir.

Əmək haqqı 600-700 manat
İş günləri: 5 gün
İş vaxtı Tam iş günü

Tələblər:
Xanım namizəd;
Yaş həddi 20-45;
Orta təhsil;
Komanda ilə işləmək bacarığı;
İntizamlı və məsuliyyətli olmalı;
İş yerinə yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.

Müraciət üçün: (994051) 240-95-68 (whatsapp) və ya CV-nizi mövzu yerinə “Merçendayzer” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Markenq üzrə menecer tələb olunur

İşəgötürən: Bubbles

Əmək haqqı: müsahibə əsasında təyin edilir.

Vəzifə öhdəlikləri:
Potensial müştərilərin axtarışı;
Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması;
Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması;
Baş tutacaq bayram, tədbir və s. üzrə şəkillərin, video materialların şirkətin facebook, twitter, youtube, instagram və rəsmi səhifəsində yerləşdirilməsi və ona uyğun müxtəlif növ mətnlərin yazılması;
Reklam xarakterli müxtəlif növdə olan mətnləri hazırlamaq və dekorasiya rəssamı, fotoqraf-dizayner tərəfindən çəkilmiş şəkillərin, rəsmlərin media, vebsayt, şirkətin sosial şəbəkələrdəki səhifələrində yerləşdirmək;

Namizədə tələblər:
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı
Təcrübə: Sahə üzrə minimal olaraq 1 il təcrübə
Şəxsi xüsusiyyətlər: Güclü kommunikasiya və komanda daxilində işləmə bacarığı

Müraciət etmək istəyən namizədlər mövzu yerində “Marketinq üzrə mencer” qeyd etməklə hr@bubblesbaku.az e-mail ünvanına cv göndərməyiniz xahiş olunur.