Kod Saatı-Məktəblilərarası Milli Hakaton
14K subscribers
40 photos
9 videos
4 files
33 links
Kod saatı: Rəqəmsal gələcəyə addım müsabiqəsi
http://codehour.edu.az/
Download Telegram
Kod Saatı-Məktəblilərarası Milli Hakaton
📌 Dostlar sizə sualımız var: İlk kompüter virusu sizcə hansı adla tanınır?
📣Doğru cavab 17:00-da detallı paylaşılacaqdır
🚀 Bəlkə də daha detallı məlumat sizdən gələ bilər
📌1971-ci ildə Bob Thomas tərəfindən yaradılan Creeper adlı proqram tarixdə ilk kompüter virusu (əslində ilk "worm") hesab olunur.

Bu proqram ARPANET şəbəkəsi (indiki internetin ilkin forması) vasitəsilə kompüterdən kompüterə köçərək özünü yayımlayırdı. Creeper zərərli deyildi — o, sistemə ciddi ziyan vurmur, sadəcə ekranda "I'm the creeper, catch me if you can!" mesajını göstərirdi.

Maraqlıdır ki, onu təmizləmək üçün tarixdə ilk antivirus proqramı olan Reaper hazırlanmışdı. CreeperReaper kompüter təhlükəsizliyi tarixində önəmli mərhələ sayılır. Digər adlar, məsələn, ILOVEYOUStuxnet, on illər sonra yaranmış daha təhlükəli virus və proqramlardır.

Bəs sizcə başqa hansı viruslar var?
“0-dan 1-ə: Hekayə sadədir, amma sən yazırsan!”
İT sahəsinə irəliləmək istəyirsənsə, bu vebinar sənin üçündür!
8 may saat 18:00-da Orxan Əliyevlə birlikdə:

İT nədir və gündəlik həyatımızda necə rol oynayır?
Gələcəyin peşələri hansılardır?
İT sahəsində hansı bacarıqlar tələb olunur?
Azərbaycanda və dünyada İT-nin inkişafı və imkanlar

Vebinarda sizi maraqlandıran suallarınıza cavab tapacaqsan.

Vebinara qoşulmağa tələs!
📌 Robot texnologiyaları təhlükəsizlik sahəsində də istifadə olunur. AI əsaslı dronlar, ağıllı nəzarət sistemləri və hətta robot polislər artıq bəzi ölkələrdə sınaqdan keçirilir.

Səncə, robot polislər cinayətkarlığı azalda bilərmi?

İnsan ədaləti və AI qərarvermə prosesi arasında fərqlər nələrdir?
Hörmətli şagirdlər,

📣Bu dəfə mənim sizə sualım var.

Sual:
İnternetdə istifadəçilərin hesab məlumatlarını oğurlamaq üçün yaradılan saxta saytlara nə ad verilir?
A) Phishing saytları
B) Firewall
C) Antivirüs
D) VPN
Media is too big
VIEW IN TELEGRAM
Dəyərli şagirdlər,

"Məktəblilərarası Milli Hakaton" üzrə olimpiadanın növbəti mərhələsində alqoritmik düşüncə bacarıqlarınız sınağa çəkiləcək🚀

🛎 Sizdən alqoritmləri əllə hesablayaraq düzgün nəticəyə gəlməyiniz tələb olunacaq.

Unutmayın, hər addım önəmlidir!
Olimpiada_mərhələsinə_vəsiqə_qazanan_şagirdlərin_siyahısı_Sheet1.pdf
318.5 KB
Diqqət! Olimpiada iştirakçılarına çoxdan gözlədiyiniz şad xəbər! 🎉

Nəhayət ki, Olimpiadanın seçim mərhələsinin nəticələri açıqlandı! Səbirsizliklə gözlədiyiniz siyahı artıq aşağıdakı faylda və saytda yerləşdirilib. Öz nəticənizlə fayla və sayta keçid edərək tanış ola bilərsiniz.

Növbəti mərhələyə keçid edən bütün şagirdlərimizi təbrik edirik! Uğurlarınızın davamını arzulayırıq!

Adını siyahıda görməyənlər isə qətiyyən ruhdan düşməsin! Sizi qarşıda daha maraqlı fəaliyyətlər və platformalarımızda xüsusi hazırlanmış yarışlar gözləyir. Yeni fürsətlərə birlikdə addımlayacağıq! 🚀

Uğurlar və sonsuz motivasiya ilə irəli!
Salam əziz şagirdlər!

Gələn suallarla bağlı sizə izah vermək istərdik⤵️

1️⃣Seçim mərhələsinin əvvəlində şagirdlərə təqdim olunan təlimatda göstərilmişdi ki, hər tapşırığın fərqli bal dəyəri var. Yəni bəzi tapşırıqlar 2-3 bal, digərləri isə 9-10 bal dəyərində idi. Bu bal bölgüsünə əsasən ümumi nəticə hesablanmalı idi.

2️⃣Testin sonunda platformada şagirdə sadəcə neçə tapşırığı düzgün həll etdiyi faizlə göstərilirdi. Bu faiz tapşırığın çətinliyini və ya bal dəyərini nəzərə almırdı.

3️⃣Amma nəticələrin qiymətləndirilməsi zamanı bütün tapşırıqların bal dəyəri nəzərə alınaraq hesablanmış ümumi bala görə qərar verildi.

📌Məsələn, bir şagird 60% tapşırıq həll etsə də, onlar az bal dəyəri olan asan tapşırıqlar idisə, ümumi nəticədə 40 bal toplaya bilər. Başqa bir şagird isə az sayda tapşırıq həll etsə də, çətin və yüksək bal dəyərli tapşırıqları yerinə yetirdiyinə görə daha çox bal toplaya bilər.

🚀Yəni, ekranda görünən faiz göstəricisi yalnız şagirdin neçə tapşırıq həll etdiyini göstərirdi, amma nəticələr tapşırıqların çəki (bal) dərəcəsinə görə hesablanmışdır.
📢 Hörmətli şagirdlər!

Rəqəmsal dünyada uğura gedən yol artıq bir seçim deyil, bir zərurətdir.
Bəs haradan başlamaq və necə davam etmək lazımdır?

Bu sualların cavabını birlikdə tapmaq üçün sizi maraqlı və faydalı bir vebinara dəvət edirik! 🌐

📌 Vebinarın mövzusu:
Rəqəmsal dünyada uğura gedən yol: haradan başlamaq və necə davam etmək?

📅 Tarix: 24.05.2025
🕒 Saat: 12:00
📍 Platforma: Microsoft Teams

Bu vebinarda:
Rəqəmsal bacarıqların əhəmiyyəti
Uğurlu karyera yolunda ilk addımlar
Real nümunələr və tövsiyələr
Sənin də edə biləcəyin imkanlar haqqında danışacağıq.

📌Görüş linki: https://s.algoritmika.az/10nlry6

📌Qeydiyyat linki: https://forms.gle/LyUsEBboh8JGSGpd9

Rəqəmsal dünyada öz yolunu müəyyən etmək istəyən hər bir şagird üçün fürsətdir!
Səni də gözləyirik!
Olimpiada_mərhələsi.pdf
2.7 MB
🎉 Hakatonun 2-ci mərhələsinə hazırsınız? 🎉

Əziz şagirdlər! 👏

Siz artıq 1-ci mərhələni uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanmısınız. Bu münasibətlə hər birinizi təbrik edir və motivasiyanızın daim yüksək olmasını arzulayırıq!

Bu mərhələdə siz 10 tapşırıqdan ibarət olimpiadanı tamamlamalısınız:
7 test tapşırığı
3 proqramlaşdırma tapşırığı

📍 Platforma: Tapşırıqlar Alqoritmlər platformasında təqdim olunacaq.

📚 Bu mərhələdə siz
▫️Kombinatorika
▫️Boolean ifadələri
▫️Oyun nəzəriyyəsi
▫️Cədvəllər
▫️Alqoritm analizi
▫️Strings ilə işləmək
▫️Məlumatların emalı
▫️Məntiq tənlikləri
▫️Qrafiklər - mövzuları üzrə biliklərinizi yoxlayacaq, yeni çətinliklərlə qarşılaşacaqsınız. Əvvəlki mərhələdə topladığınız təcrübə bu dəfə sizə böyük üstünlük verəcək!

İmtahan müddəti: 180 dəqiqə (3 saat)

🎁 Sənin adının qaliblər sırasında olması üçün fürsəti qaçırma!

📌Qeyd. İmtahan cədvəliniz elan edildikdə burada paylaşılacaq ve məktəbiniz tərəfindən sizə məlumat veriləcək. 🚀
🎉
Kod Saatı-Məktəblilərarası Milli Hakaton
Olimpiada_mərhələsi.pdf
Unutma — hər mərhələ bir pillədir və sən bu pillələri qalxmaq üçün buradasan. Uğur qazanmaq üçün indidən hazırlaş, özünü sınamağa və daha yaxşı nəticə göstərməyə çalış! 🚀

Uğurlar!
Hörmətli şagirdlər!

📣 Sizi maraqlı və faydalı bir onlayn görüşə dəvət edirik!

Spikerimiz Microsoft şirkətində çalışan həmyerlimiz Mayıl Bayramov olacaq.

📌 Mövzu: Böyük şirkətdə işə qəbul: Hansı bacarıqlar səni öndə edəcək?

Bu vebinarda siz Mayıl bəyin şəxsi təcrübə və tövsiyələri ilə tanış olacaqsınız!

🗓️ Tarix: 31 may
🕒 Saat: 17:00
📍 Platforma: Microfoft Teams

Qeydiyyat linki: https://forms.gle/cDowCWEFTTkzwSdE6

Bu fürsəti qaçırmayın — gələcəyinizi birlikdə qurun! 🚀
🎉 Diqqət! Son 3 gün!

Rəqəmsal dünyada uğura gedən yol sənin də ola bilər! 🚀
Vebinara qoşul, ilhamlan və ilk addımını at!

📅 24 may | 12:00 | Microsoft Teams

📌 Qeydiyyat: https://forms.gle/LyUsEBboh8JGSGpd9
📌 Görüş linki: https://s.algoritmika.az/10nlry6

Tələs, yerlər məhduddur!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📢 Son 1 gün!

Rəqəmsal dünyada uğur yoluna sən də qoşul! 🚀

📅 24 may | 🕒 12:00 | 💻 Microsoft Teams

📌 Qeydiyyat: https://forms.gle/LyUsEBboh8JGSGpd9
📌 Görüş linki: https://s.algoritmika.az/10nlry6

Yerlər məhduddur — tələs!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Görüşə qoşulanlar tərk etməsinlər zəhmət olmasa
Salam, hörmətli şagirdlər!

📣 Sizi maraqlı və faydalı bir onlayn görüşə dəvət edirik!

Spikerimiz Microsoft şirkətində çalışan həmyerlimiz Mayıl Bayramov olacaq.

📌 Mövzu: Böyük şirkətdə işə qəbul: Hansı bacarıqlar səni öndə edəcək?

Bu vebinarda siz Mayıl bəyin şəxsi təcrübə və tövsiyələri ilə tanış olacaqsınız!

🗓️ Tarix: 31 may
🕒 Saat: 17:00
📍 Platforma: Microfoft Teams

Qeydiyyat linki: https://forms.gle/cDowCWEFTTkzwSdE6

Görüş linki: https://s.algoritmika.az/oso1w9

Bu fürsəti qaçırmayın — gələcəyinizi birlikdə qurun! 🚀
Əziz şagirdlər!

📌 Sizinlə Valeh Əsədovun vebinarının video qeydini paylaşırıq. Youtube kanalımızdan izləyə bilərsiniz: https://youtu.be/yqXux97V4Y8