AZERTAC
6.76K subscribers
7.47K photos
2.69K videos
13 files
11.3K links
Azərbaycan və dünya xəbərləri
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb. AZƏRTAC-ın xəbərinə görə, məlumatda bildirilib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib
https://azertag.az/xeber/2997742
Sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq https://azertag.az/xeber/2998078
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibю

https://azertag.az/xeber/2998118
Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

azertag.az/xeber/2998194
Mayın 13-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı işə başlayıb.

azertag.az/xeber/2998374
Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qazılıb və beton işləri görülür.

azertag.az/xeber/2998394
AMEA prezidenti: Daşaltıda seysmoloji stansiyanın qurulması işləri başa çatmaq üzrədir.

“Qarabağda seysmoloji stansiyaların qurulması istiqamətində iş aparılır. Artıq Şuşa şəhərinin yaxınlığındakı Daşaltı kəndinin ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Düşünürəm ki, bir aydan sonra işləri tamamlayıb Qarabağda birinci seysmoloji mərkəzi istifadəyə verə biləcəyik”.

AZƏRTAC xəbər verir ki, bunu “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib.

“Birinci seysmoloji stansiyadan sonra Qarabağın bütün ərazisində yeni seysmoloji mərkəzlərin qurulması işlərinə başlayacağıq. Bu da Qafqazda seysmik vəziyyətin daha dərindən öyrənilməsinə töhfə verəcək”, - deyə o bildirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib.
Cəlilabad rayonunda çiyələyin qiyməti ucuzlaşıb. Mövsümün əvvəlində 5-7 manata satılan bu məhsul hazırda bazarlarda kiloqramı 1 manat 50 qəpiyə təklif edilir.

azertag.az/xeber/2998578
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

azertag.az/xeber/2998718
Tənzilə Narbayeva: Qarabağın işğaldan azad edilməsi Özbəkistanda da sevinclə qarşılanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlərin, dil birliyinin dərin tarixi köklərə malik olan əlaqələrimizin daha da dərinləşməsinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.

azertag.az/xeber/2998746
III Bakı Elm Olimpiadasının final mərhələsinin tarixləri açıqlanıb.

azertag.az/xeber/2998754