AZERTAC
7.23K subscribers
7.91K photos
2.91K videos
13 files
12.2K links
Azərbaycan və dünya xəbərləri
Download Telegram
Şahdağa qar, bəzi yerlərdə leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

azertag.az/xeber/3194886
Media is too big
VIEW IN TELEGRAM
Sabirabadın nar bağlarında bol məhsul var, fermerlər ixrac barədə düşünürlər
Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb

AZAL-dan AZƏRTAC-a bildirilib ki, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər

azertag.az/xeber/3194994
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva instaqram sosial şəbəkəsindəki hesabında Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən qəsəbə məscidindən paylaşım edib

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Uca Allah bütün duaları qəbul etsin. Əhmədli qəsəbə məscidi. Bakı. 23.09.2024”.

azertag.az/xeber/3194710
İtaliyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

azertag.az/xeber/3194918
Oktyabrın 17-dən 27-dək Azərbaycan paytaxtında payızın ən parlaq hadisələrindən biri olan “Baku Jazz Festival” keçiriləcək. 2024-cü ildə festivalın 19 yaşı tamam olur

“Baku Jazz Festival”ının direktoru Leyla Əfəndiyeva AZƏRTAC -a müsahibəsində hazırlıqlar və bu il cazsevərləri gözləyən sürprizlər barədə danışıb.

azertag.az/xeber/3194934
Azərbaycanla Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcmi 3 dəfəyə yaxın artıb

Çində səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Dövlət Dəmir Yollarının İdarə Heyətinin sədri Liu Cenfan ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.

azertag.az/xeber/3195126
Media is too big
VIEW IN TELEGRAM
Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.
Türk Xəbər Agentlikləri Alyansının (ATNA) loqosu təsdiqlənib

Bu barədə AZƏRTAC-a təşkilatın katibliyindən məlumat verilib. Alyansın üzvü olan 5 agentlik - Anadolu (Türkiyə), AZƏRTAC (Azərbaycan), Kabar (Qırğız Respublikası), Qazkontent (Qazaxıstan) və UzA (Özbəkistan) arasında keçirilən müsabiqədə Kabar agentliyinin təqdim etdiyi loqo layihəsi səsvermənin nəticələrinə görə birinci olub.

azertag.az/xeber/3195258
Beynəlxalq axtarışda olan altı nəfərin Azərbaycana ekstradisiyası təmin edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7-də qəbul edilmiş Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Həbibov Orxan Afiq oğlunun, Şirinov Elcan Akif oğlunun, Süleymanov Zülfüqar Vahid oğlunun, Vəliyev Arif Rasim oğlunun və Səlimov Pərviz Rzavan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Sadıqov Elmar Nadir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

azertag.az/xeber/3195294
Daşkənddə “Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumu keçirilir

AZƏRTAC xəbər verir ki, Forum 2023-cü ilin avqustunda Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində keçirilir.

Tədbirdə Azərbaycanın media orqanlarının rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edirlər.

azertag.az/xeber/3195382
Media is too big
VIEW IN TELEGRAM
Alüminiumdan balıqçı qayığı düzəldən usta - iri müəssisələr iş təklif etsə də, heç birini qəbul etməyib

Peşəkar fotoqraf, daha sonra mahir qayıq ustası… Bəli, bir-biri ilə əlaqəsi olmayan bu sahələr uzun illərdir Lənkəranın Sütəmurdov kənd sakini İltifat Quliyevin həyat fəaliyyətinin əsasını təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, illər öncə balıqçılıq təsərrüfatı quran İltifat Quliyev birinci peşəsindən uzaqlaşıb. Elə o vaxtdan istifadəsində olan qayıqlarını təmir etməsi onu bu sahənin peşəkarına çevirib. Onun sözlərinə görə, hazırda ölkəmizdə alüminiumdan balıqçı qayıqları düzəldən yeganə ustadır

azertag.az/xeber/3192746
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilsin.

2. Hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilsin.

3. Hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilsin.

4. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 758 (Cild I) ləğv edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2024-cü il
🇦🇿Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri ilə tanış olub
XİN Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşlarının ölkəmizə geri dönüşü ilə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb. Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə məsələ ilə bağlı medianın sualına cavabında bildirib.

A.Hacızadə deyib: "Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib".

azertag.az/xeber/3195534
Azərbaycanda “Xankəndi” futbol klubu yaradılıb

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, komanda 2024/2025-ci illər mövsümündə Region Liqasında çıxış edəcək. Klub hələlik ev oyunlarını Şamaxı Olimpiya Mərkəzində keçirəcək.

azertag.az/xeber/3195614
Media is too big
VIEW IN TELEGRAM
Şuşada 32 il sonra ilk dərs
Dünya Bankı: 2030-cu ilə qədər Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi Orta Dəhlizlə 28 faiz arta bilər – MÜSAHİBƏ

azertag.az/xeber/3195642
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub

azertag.az/xeber/3195518