AZERTAC
7.4K subscribers
8.01K photos
2.95K videos
13 files
12.4K links
Azərbaycan və dünya xəbərləri
Download Telegram
Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb.

Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si kişidir.
Media is too big
VIEW IN TELEGRAM
Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıblar.
Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18°, Naxçıvan Muxtar Respublikasında 20-24°, Aran rayonlarında 15-17°, dağlıq rayonlarda 7-12° isti olub.
Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib.

azertag.az/xeber/2999598
Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır.

Azərbaycana ilk dəfədir səfər edirəm. Səfərimin məqsədi ölkənizi yaxından tanımaqdır. Ölkəniz haqqında təsəvvürüm o qədər geniş olmasa da, bilirəm ki, Azərbaycan xalqı çox çətin dövrlər yaşayıb.

Ermənistan tərəfindən ərazilərin işğalı nəticəsində evlərindən didərgin düşmüş insanların çəkdiyi əziyyətlər məni çox kədərləndirirdi. Doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıdışı artıq başlayıb və ümid edirəm ki, keçmiş məcburi köçkünlərin hamısı tezliklə öz evlərinə qayıdacaqlar.

“Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır. Bu, bir normadır”, - deyən nümayəndə Cənubi Qafqaz regionundakı mövcud vəziyyətdən danışıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zaqatalada iki avtomobil toqquşub, ölənlər var
Media is too big
VIEW IN TELEGRAM
Londonda peyk şirkətində çalışan azərbaycanlı: Hər an, hər şeyə hazır olmaq lazımdır
Qurban Qurbanov: Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var

Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İcraiyyə Komitəsinin üzvü bildirib ki, müzakirə edilən fikirlərin hamısını həyata keçirmək heç də asan deyil: "Müəyyən detallar var idi ki, hər birimiz bu barədə fikirlərimizi bölüşdük. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Futbolumuzun inkişafı üçün planlar var. Premyer Liqada bəzi klublarımızın büdcə ilə bağlı problemləri var. Gələcək illərdə həmin komandaların infrastrukturlarının yaxşılaşdırılması nəzərə alındı. Komanda sayında isə hələ ki, dəyişiklik olmayacaq".
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub https://azertag.az/xeber/3000134
Ölkə ərazisində hazırkı hava şəraiti: leysan və qar yağır, külək güclənib https://azertag.az/xeber/3000138
Media is too big
VIEW IN TELEGRAM
Qurban Qurbanov AFFA-da keçirilən iclasdan danışıb
Dövlət Departamenti: Regionda sülh prosesini dəstəkləməyə davam edəcəyik

Biz regionda sülhün mümkünlüyünə inanmaqda davam edirik.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi mətbuat konfransında AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə Almatıda keçirilən görüşü ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ABŞ dövlət katibi və digərləri çox yaxından maraqlanırlar: “Tərəflər arasında danışıqların necə keçməsinə dair yeni məlumatım yoxdur, amma biz regionda sülh prosesini dəstəkləməyə davam edəcəyik”.
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb.

İndiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

azertag.az/xeber/3000358
Azərbaycan bu il hasil etdiyi qazın 51 faizini ixrac edib.

Bu ilin yanvar-aprel aylarında neft-kondensat hasilatı 9,6 milyon ton, ixraca nəql edilən həcmlər isə 7,9 milyon ton olub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.

azertag.az/xeber/3000454
Təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib.

▶️ azertag.az/xeber/3000466