AZERTAC
6.71K subscribers
7.39K photos
2.68K videos
13 files
11.3K links
Azərbaycan və dünya xəbərləri
Download Telegram
Bir sıra birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib SƏRƏNCAM

azertag.az/xeber/2999058
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.

azertag.az/xeber/2998458
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fövqəladə Hallar Nazirliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.
Media is too big
VIEW IN TELEGRAM
Qurban Yetirmişli: Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur.
Bu mövsümdə ilk meşə yanğınları mayın 12-də Qərbi Kanadada təxminən 10 min hektar sahədə yayılıb.

azertag.az/xeber/2999206
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistanda etiraz aksiyalarının 88 iştirakçısı saxlanılıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məhərrəm Əzizovun və Hikmət Əliyevin meyitlərinin qalıqları Ağdam rayonunda dəfn olunub.

azertag.az/xeber/2999454
ADY hərəkət tərkiblərini əhəmiyyətli dərəcədə yeniləyir - MÜSAHİBƏ

▶️ azertag.az/xeber/2999494
Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb.

Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si kişidir.
Media is too big
VIEW IN TELEGRAM
Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıblar.
Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18°, Naxçıvan Muxtar Respublikasında 20-24°, Aran rayonlarında 15-17°, dağlıq rayonlarda 7-12° isti olub.
Dövlət Komitəsinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib.

azertag.az/xeber/2999598
Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır.

Azərbaycana ilk dəfədir səfər edirəm. Səfərimin məqsədi ölkənizi yaxından tanımaqdır. Ölkəniz haqqında təsəvvürüm o qədər geniş olmasa da, bilirəm ki, Azərbaycan xalqı çox çətin dövrlər yaşayıb.

Ermənistan tərəfindən ərazilərin işğalı nəticəsində evlərindən didərgin düşmüş insanların çəkdiyi əziyyətlər məni çox kədərləndirirdi. Doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıdışı artıq başlayıb və ümid edirəm ki, keçmiş məcburi köçkünlərin hamısı tezliklə öz evlərinə qayıdacaqlar.

“Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır. Bu, bir normadır”, - deyən nümayəndə Cənubi Qafqaz regionundakı mövcud vəziyyətdən danışıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zaqatalada iki avtomobil toqquşub, ölənlər var
Media is too big
VIEW IN TELEGRAM
Londonda peyk şirkətində çalışan azərbaycanlı: Hər an, hər şeyə hazır olmaq lazımdır
Qurban Qurbanov: Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var

Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İcraiyyə Komitəsinin üzvü bildirib ki, müzakirə edilən fikirlərin hamısını həyata keçirmək heç də asan deyil: "Müəyyən detallar var idi ki, hər birimiz bu barədə fikirlərimizi bölüşdük. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Futbolumuzun inkişafı üçün planlar var. Premyer Liqada bəzi klublarımızın büdcə ilə bağlı problemləri var. Gələcək illərdə həmin komandaların infrastrukturlarının yaxşılaşdırılması nəzərə alındı. Komanda sayında isə hələ ki, dəyişiklik olmayacaq".
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub https://azertag.az/xeber/3000134
Ölkə ərazisində hazırkı hava şəraiti: leysan və qar yağır, külək güclənib https://azertag.az/xeber/3000138