AZERTAC
6.63K subscribers
7.24K photos
2.64K videos
13 files
11.2K links
Azərbaycan və dünya xəbərləri
Download Telegram
Xankəndində 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlanıb.

azertag.az/xeber/2996634
🇦🇿🇷🇺 Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

M.Mişustinin başçılıq etdiyi hökumətin fəaliyyətinin gələcəkdə də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və strateji tərəfdaşlığın dərinləşməsinə kömək edəcəyinə əminlik ifadə olunub.
Media is too big
VIEW IN TELEGRAM
Fövqəladə Hallar Nazirliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.
🛢️ Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,17 dollar və ya 0,2 faiz azalaraq 85,06 dollar olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

azertag.az/xeber/2996810
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də keçiriləcək tədbirin gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, ölkə çempionatının 2024-2025-cü illər mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.

Qeyd edək ki, iclas saat 15:00-da başlayacaq.
Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.

azertag.az/xeber/2996850
Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb.

azertag.az/xeber/2996882
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Azərbaycanda mayın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

▶️ azertag.az/xeber/2997082
Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub.

azertag.az/xeber/2997130
Mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Səfər çərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.