Azərbaycan dili - Validə Vəliyeva
12.3K subscribers
701 photos
61 videos
102 files
583 links
"Mənim dilim - mənim varlığım"

Müəllim: Validə Vəliyeva | 050-666-81-80

Abituriyent | Olimpiada | MİQ | Sertifikasiya

İş birliyi/əməkdaşlıq - 0506668180

Qarşılıqlı reklam edilmir.

Ədəbiyyat kanalı: @edebiyyat_valide_muellim

© Kanal qorunur.
Download Telegram
✔️Postament [pastament] isim
Abidə, heykəl və s.-nin özülü, altlığı. □ Heykəlin postamenti. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️İndividual [individual] sifət
Fərdi, fərqli, özəl. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Konvensiya [k'anvensiya] isim

Hər hansı beynəlxalq miqyaslı problemlə (terrorla mübarizə, ekologiya və s.) bağlı xüsusi əməkdaşlıq sahəsində hökumətlərarası müqavilə. □ BMT-də beynəlxalq hüququn məcəllələşdirilməsi də konvensiya adlanır. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Mürtəce [mürtəce] sifət
İrticanın xeyrinə iş görən, yenilik və tərəqqi uğrunda mübarizədə köhnəlik və vaxtı keçmiş şeyləri müdafiə edən, ictimai və mədəni tərəqqinin əleyhinə gedən; irticaçı. □ Mürtəce ədəbiyyat. Mürtəce siyasət. Mürtəce partiya.

#doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Barelyef
Daş, metal, taxta və s. yastı səth üzərində alçaq qabarıqlı təsvir; qabartma.

Barelyefdən heykəl postamentlərində, xatirə lövhələrində, metal pullarda, medallarda istifadə olunur.

ℹ️DİM-in sevdiyi sözlərdəndir.

✅️ Validə Vəliyeva #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Birja [birja] isim
Qiymətli kağızların satışı; standartlar və nümunələr əsasında malların topdansatış ticarəti. □ Fond birjası. Əmtəə birjası. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Süsləmək [süsdəməx'] feil
Bəzəmək, zinətləndirmək, bəzək, yaraşıq vermək. □ Şairləri qanadında bəsləyən; İnsanların həyatını süsləyən; İncə ruhlu mələklərə and olsun. (M.Müşfiq). #doğrusunədir

😜Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Anarxiya [anarxiya] isim

Özbaşınalıq, nizamsızlıq, hərc-mərclik, başlı-başınalıq. □ Siyasi anarxiya. #doğrusunədir

😜Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Mayak [mayak'] isim
1. Arxaizm. Gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə. □ Kəsildi səs, daha yox bir səda, mayak da yanır. (A.Səhhət).
2. Məcazi mənada: yolgöstərən, istiqamətverən, yolunu işıqlandıran; bir şeyin rəmzi, simvolu, əlaməti.
3. Yenilikçi, qabaqcıl işçi mənasında. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Monarxiya [manarxiya] isim
Politologiya. Sülalə hakimiyyəti; hakimiyyətin irsi olaraq bir şəxsdən ailənin digər üzvünə keçməsi; bu üsulla gerçəkləşdirilən dövlət idarəetmə forması. □ Monarxiya üsuli-idarəsi. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
SOYQIRIMI sözü bu cür yazılır.

Ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini əlamətə görə məqsədli şəkildə tam və ya qismən məhv edilməsi.

Dünyadakı dəhşətli soyqırımılardan biri 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Azərbaycanda törədilən Xocalı soyqırımıdır. #doğrusunədir
Kompleks [k'omplek's] isim

1. Vəhdət təşkil edən predmetlərin və ya hadisələrin məcmusu. □ Aqrosənaye kompleksi.
2. Psixologiya. İnsanın davranışlarında təzahür edən özündən narazılıq, qüsurlarından utanma hissi. □ Kompleksdən azad olmaq. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Gön [gön] isim
1. İri heyvanların işlənmiş dərisi. □ Gönü suya vermə, verdin heyslənmə. (Atalar sözü).
2. Sifət kimi: bu dəridən hazırlanmış. □ Gön altlıq.

#doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Premyera [premyera] isim
1. Yeni teatr, estrada, sirk və s. tamaşasının ilk kütləvi nümayişi; yeni filmə, klipə ilk baxış. □ Tamaşanın premyerası.
2. Bəzi sözlərin əvvəlinə qoşularaq “birinci”, “əsas” mənasını ifadə edir; məs.: premyer-liqa. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Peyzaj

Bədii əsərdə müəyyən bir yerin, təbiətin təsviri.
Peyzaj, adətən, əsərin mövzu və ideyası ilə səsləşir, çox zaman qəhrəmanın əhvali-ruhiyyəsi, xarakteri ilə əlaqələndirilir. Bəzi əsərlərdə danışılan hadisənin yerini, vaxtını bildirir, onun inkişafında, tamamlanmasında köməkçi rola malik olur. Bəzi əsərlərdə isə peyzaj əsərin leytmotivini təşkil edir. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Zərxara [zərxara] isim
Zərli ipəkdən toxunmuş parlaq və şax ipək parça. □ Zərxaradan libası; Gey, sallan, olma ası; Məni yandırdı, yaxdı; Gözlərinin qarası. (Bayatı). #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Ötkəm [ötgəm] sifət
1. Dilli-dilavər, lovğa, dikbaş, təkəbbürlü. □ Ötkəm adam.
2. Zərf kimi: dilli-dilavər, lovğa, dikbaş, təkəbbürlü. □ Ötkəm cavab vermək. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Subordinasiya [subardinasiya] isim

Müəssisə-təşkilat strukturunda, eləcə də sosial münasibətlərdə aşağıdan-yuxarıya tabelilik; kiçiyin böyüyə tabe olması. □ Xidməti subordinasiya. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Seminariya
1. Xristianlıqda orta dini təhsil verən ruhani məktəbi.
2. Bir sıra Avropa ölkələrində ibtidai məktəb müəllimləri hazırlayan xüsusi orta təhsil müəssisəsi.

İlk belə S.-lar XVII əsrdə Fransa və Almaniyada yaranıb, sonra isə digər ölkələrə, o cümlədən Rusiyaya yayılıb. XIX əsrin sonu – XX əsrin əvvəlində Azərbaycan müəllimlərinin çoxu Qori S.-sında təhsil alıb. Azərbaycanda ilk S. 1918-ci ildə Qazaxda yaradılıb. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Konveyer [k'anveyer] isim

Emal, istehsal olunan məhsulun bir əməliyyatdan digərinə fasiləsiz ötürülməsi; yük daşınması üçün qurğu. □ Konveyer üsulu. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00